Qrup – db20 Tədris ILI – 2021-2022 Kurs



Yüklə 116,11 Kb.
səhifə13/14
tarix12.05.2022
ölçüsü116,11 Kb.
#57605
1   ...   6   7   8   9   10   11   12   13   14
Makroiqtisadiyyat Sərbəst işimı

Real investisiyalar - qeyri-maliyyə aktivlərinin bütün növlərinin (istehsal və qeyri-istehsal aktivləri) əldə olunması məqsədilə vəsait qoyuluşlarını əks etdirir. İnvestisiya prosesinin təhlili göstərir ki, təşkilatın mühasibat hesabatlarında pul vəsaitlərinin hərəkəti cari (əməliyyat), investisiya və maliyyə fəaliyyəti bölmələri üzrə əks etdirilir.
Muxtar respublikanın iqtisadiyyatına investisiyalar həm rezidentlər, həm də qeyri-rezidentlər tərəfindən həyata keçirilə bilər. Rezidentlərin investisiyaları həm real, həm də maliyyə aktivlərinə qoyula bilər.
Xarici investisiyalar (muxtar respublika iqtisadiyyatına qeyri-rezidentlərin investisiyaları, həmçinin rezidentlərin “qalan dünya” ölkələrinin iqtisadiyyatına investisiyaları) yalnız maliyyə aktivlərinə qoyula bilər. Onlar aşağıdakılara bölünür:
- birbaşa investisiyalar;
- portfel investisiyaları;
- sair investisiyalar.
Birbaşa investisiyalar müəssisənin səhmlərinə və ya nizamnamə kapitalına digər qoyuluşlara nəzarət paketinin alınması yolu ilə müəssisənin idarə edilməsində həlledici səsin əldə edilməsi üçün həyata keçirilir.
Portfel investisiyalar müəssisənin səhmlərinə, investorun həlledici səsə malik olmadığı idarəetməyə, həmçinin digər qiymətli kağızlara qoyulması yolu ilə investisiya gəliri əldə etmək üçün həyata keçirilir.
Sair investisiyalara maliyyə aktivlərinin, əsas etibarı ilə depozitlərə və ssudalara vəsaitin qoyulması aid edilir.

Yüklə 116,11 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin