Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin davamlı iqtisadi inkişafının



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə12/59
tarix28.01.2023
ölçüsü1,9 Mb.
#81337
1   ...   8   9   10   11   12   13   14   15   ...   59
Təlim prosesində İKT-dən istifadə (Mühazirələr)

SĠSTEM PROQRAM TƏMĠNATI 
Sistem proqram təminatı kompyuterdə informasiyanın emalı prosesini təşkil edir: Sistem 
proqramları aşağıdakılardır: 
1.Əməliyyat sistemləri; 
2.Şəbəkə sistemləri; 
3.Xidməti proqramlar və s. 
Sistem proqramlarının vasitəsilə diskləri formatlaşdırmaq, kompyuterə qoşulan xarici qurğuların 
parametrlərini təyin etmək, əməli yaddaş və digər qurğuları testdən keçirmək, çapı təşkil etmək, lokal və 
qlobal şəbəkələrlə əlaqə yaratmaq mümkündür. 
Əməliyyat sistemləri sistem proqram təminatının əsasını təşkil edib, onun vacib elementlərindən 
biridir. Əməliyyatlar sistemi kompyuter işə düşərkən yerinə yetirilməyə başlayır. Kompyuterin bütün 
hissələrinin işləməsini təmin edir, informasiyanı idarə edir. Əməliyyat sistemi məlumatların saxlanması 
və onun emalının idarə edilməsi ilə yanaşı istifadəçi üçün də interfeysə malikdir. 
Şəbəkə ƏS lokal və qlobal kompyuter şəbəkələrinin meydana gəlməsilə əlaqədar istifadəçinin 
hesablama şəbəkəsinin bütün resurslarına müraciəti təmin edir. 
Şəbəkə proqram təminatı paylanmış kompyuter şəbəkəsinin resurslarını idarə edir. Ümumi 
ehtiyatlara yaddaş qurğuları, periferiya qurğuları, ortaq proqram təminatı və s., şəbəkə proqram 
təminatına isə Windows 2000/2003/2008 Server, Windows NT Server, Netware, Windows for 
Workgroup və s. aiddir. 


ƏS-nin tərkibinə bir sıra işləri yerinə yetirən xidməti proqramlar daxildir. Bu proqramlar 
kompyuterdən istifadəni və onun texniki xarakteristikalarını yaxşılaşdırır. Bu proqramlar kompyuterin 
aparat hissəsinin işinə nəzarət etməyə, nasazlıqları aşkarlamağa, onların harada baş verdiyini 
müəyyənləşdirməyə, ƏS-nin nüvəsinə müraciət etməyə, proqramların xarici yaddaş qurğularından 
(disklərdən və viçesterdən) əməli yaddaşa yükləməyə, iş zamanı səhvləri düzəltməyə, proqram modulları 
arasında əlaqə yaratmağa, diskləri formatlaşdırmağa və s. imkan verir. 
Xidməti proqramlara aşağıdakılar aiddir: 
-antiviruslar; 
-interfeys proqramları; 
-fayl, kataloq və qovluqlarla işləmə proqramları; 
-arxivləşdirmə proqramları; 
- proqram örtükləri; 
- qurğuların iş qabliyyətini yoxlayan proqramlar; 
-qurğuları idarə edən proqramlar- drayverlər; 
-köməkçi proqramlar. 
Xidməti proqramlar aşağıdakı köməkçi funksiyaları yerinə yetirə bilir: 
-kompyuteri diaqnostika edərək, nasazlıqları aşkar edir və imkan daxilində onları aradan qaldırır; 
-arxivləşdirmə proqramları faylları sıxaraq həcmlərini kiçildir (ARJ, ZİP, WINZIP, WINRAR); 
-antivirus proqramlar kompyuterin viruslarla yoluxmasının qarşısını alır və əmələ gələn virusları 
arada götürür (NOD32, Антивирус Касперского və s.). 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin