Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin davamlı iqtisadi inkişafının


PROQRAM TƏMĠNATININ XÜSUSĠYYƏTLƏRĠ



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə11/59
tarix28.01.2023
ölçüsü1,9 Mb.
#81337
1   ...   7   8   9   10   11   12   13   14   ...   59
Təlim prosesində İKT-dən istifadə (Mühazirələr)

PROQRAM TƏMĠNATININ XÜSUSĠYYƏTLƏRĠ 
Kompyuter digər qurğulardan fərqli olaraq onun üçün əvvəlcədən hazırlanmış proqrama uyğun 
işləyən və ona daxil olan informasiyanın təhlilinə aid istənilən əməliyyatları yerinə yetirən qurğudur. 
Proqram – maşının addım-addım yerinə yetirəcəyi təlimatlar və yaxud əmrlər siyahısıdır. Kompyuterdən 
istifadə etmək və onun tətbiq sahəsini genişləndirmək üçün o, proqram təminatına malik olmalıdır. 
Proqram təminatı elə proqramlar kompleksidir ki, onsuz kompyuterin işini təsəvvür etmək olmaz. 
Proqram təkcə konkret məsələni həll etmək üçün deyil, istifadəçi ilə kompyuter arasında ünsiyyət 
yaratmaq, informasiya emalı prosesini idarə etmək, məsələnin həllində proqramçıya kömək etmək


səhvləri aşkarlayıb ona çatdırmaq və s. üçün lazımdır. Proqram təminatı kompyuter istifadəçisinin 
araşdırdığı problem və məsələlərin həllini təşkil edən proqramlar yığımıdır. 
Proqram təminatına daxil olan proqramlar üç kateqoriyaya bölünürlər: 
1.Sistem proqramları- bu proqramalar həmişə işə hazır vəziyyətdə olub yaddaşda saxlanılırlar. 
Onların əsas vəzifəsi kompyuterin qurğuları və aparat hissəsi ilə iş prosesində istifadə edilən digər 
proqramlar arasında əlaqə yaratmaqdır (məsələn BİOS proqramı); 
2.Qeyri-rezident (adi) proqramlar - ən geniş yayılmış kateqoriyalı proqramlardır. Bu proqramlar 
vasitəsilə istənilən növ məsələni kompyuterdə həll etmək mümkündür. Bu proqramlar işlərini bitirdikdən 
sonra əməli yaddaş boşaldılaraq idarəetmə digər proqramlara verilir; 
3.Rezident proqramlar - Belə proqramlar adi proqramlardan fərqli olaraq idarəetməni digər 
proqramlara ötürdükdə əməli yaddaşdan silinmirlər və onlar proqramların icrası qurtardıqdan sonra 
idarəetməni öz üzərinə götürürlər. 
Kompyuterdə istifadə olunan proqram təminatı funksional təyinatına görə də üç qrupa bölünürlər: 
1.İdarəetmə və müxtəlif köməkçi funksiyaları yerinə yetirən sistem proqram təminatı. Məsələn, 
informasiyanın surətinin çıxarılması, kompyuterdə qurğunun işçi vəziyyətdə olmasının yoxlanması və s. 
2.Kompyuterdə yeni proqramların yaradılmasını təmin edən proqramlaşdırma sistemləri və ya 
instrumental sistemlər; 
3.İstifadəçinin müəyyən işlərini həyata keçirən tətbiqi proqramlar, Məsələn, mətn redaktorları, şəkil 
və qrafiklərin çəkilməsi və s.

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin