Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin davamlı iqtisadi inkişafının


İnstrumental proqramlar (Proqramlaşdırma sistemləri)



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə13/59
tarix28.01.2023
ölçüsü1,9 Mb.
#81337
1   ...   9   10   11   12   13   14   15   16   ...   59
Təlim prosesində İKT-dən istifadə (Mühazirələr)

İnstrumental proqramlar (Proqramlaşdırma sistemləri): 
İnstrumental proqramlar və ya proqramlaşdırma sistemləri yeni proqram vasitələri (sistem və 
tətbiqi) yaratmaq üçün istifadə edilir. Proqramlaşdırma sistemləri maşın dilində deyil, istifadəçi üçün 
daha asan olan proqramlaşdırma dillərində işləməyi təmin edir. 
Maşın dilləri çoxsaylı əmrlər ardıcıllığından ibarət kompyuterin birbaşa başa düşə biləcəyi kodlarla 
işləyir.
Təbii dilə yaxın olan daha sadə dillər proqramlaşdırma dilləridir. Proqramlaşdırma dilində yazılan 
proqramlar maşın dillərinə çevrilərək yerinə yetirilir. 
Alqoritmik dillər yüksək səviyyəli dillər hesab edilir. Belə dillərdə tərtib olunan proqramlar 
istənilən kompyuterdə işləyir və onlarla işləmək əlverişli və asandır. Çatışmayan cəhətləri kompyuterin 
texniki xarakteristikalarının nəzərə alınmasının mümkün olmaması və icrasına daha çox vaxtın sərf 
edilməsidir. 


Alqoritmik dillər aşağıdakı qruplara ayrılırlar
-məntiqi məsələlərin həlli üçün; 
-elmi-texniki və iqtisadi məsələlərin proqramlaşdırılması üçün; 
-texnoloji proseslərin idarə olunması və modelləşdirilməsi məsələlərinin proqramlaşdırılması üçün. 
Proqramlaşdırma dilində yazılan proqram yerinə yetirilmədən əvvəl translyator adlanan proqramlar 
kompleksinin köməyi ilə maşın dilinə çevrilirlər. 
Translyatorlar iki üsulla təşkil oluna bilərlər: interpretasiya və kompilyasiya yolu ilə. Məhz buna 
görə də translyatoru uyğun olaraq interpretator və ya kompilyator adlandırırlar. 
İnterpretator proqramın operatorlarını bir-bir təhlil edir və onu bütövlükdə yaddaşa yükləyir. Bu 
səbəbdən də proqramın işləmə vaxtı uzanır. 
Kompilyator bütün proqramı oxuduqdan sonra maşın koduna çevirərək səhvlər haqqında 
məlumatları istifadəçiyə çatdırır. Beləliklə, kompilyator operatorların təhlili və maşın koduna çevrilməsi 
prosesini bir dəfəlik aparır. Buna görə də kompyuterin işləmə sürəti artır və proqramın icrası prosesdən 
asılı olmur, proqramın əməli yaddaşa yüklənməsinə ehtiyac duyulmur və yaddaşdan digər məqsədlər üçün 
istifadə edilməsinə şərait yaranır. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin