Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1


Şəkil 1. Əvəzedilməyən aminturşuların quruluş sxemləri



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə6/92
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#2790
1   2   3   4   5   6   7   8   9   ...   92
Eritrositlər  -  nüvəsiz  hüceyrələr  olub  (o,  ES-linza  şəklindədir)  əsas  hissəsini 
su və hemoqlobin maddəsi təşkil edir. Hemoqlobin qələvi xassəli qlobin zülalından 
və dörd molekul hemdən ibarətdir. Hem isə tərkibinə ikivalentli dəmir (Fe
++
) daxil 
olan mürəkkəb üzvi maddədir. 


 
20 
 
Hemoqlobin  oksigen  ilə  asan  birləşərək  oksihemoqlobin  yaradır.  Toxumalar-
dan  keçərək  hemoqlobin  O
2
-ni  verir  və  CO
2
-ni  qəbul  edir  və  nəticədə  yenidən 
əmələ gəlmiş alqırmızı rəngli hemoqlobin yaradır. 
1  mkl  qanda  5  mln-a  qədər  eritrosit  olur.  Bu  miqdar  3  mln-dan  az  olduqda, 
orqanizmdə azqanlılıq yaranır. 
Eritrositlər - qırmızı sümük iliyində bir neçə mərhələ keçirərək yetişir, qana 
düşürlər  və  128-130  gün  yaşayırlar.  Sonradan  tərkiblərində  dəmir  ionları  (Fe) 
saxlayırlar. Eritrositlərin 60%-ni su və 40%-ni bərk maddələr təşkil edir. 
Leykositlər - parçalanma, bölünmə funksiyasına malik nüvəsi və protoplazması 
olan  zəngin  hüceyrələrdir.  Onlar  amöblər  kimi  bakteriyalara,  mikroblara  doğru 
hərəkət  edirlər  və  mikroorqanizmləri  məhv  edirlər.  Onlar  nüvəsinin  quruluşuna  görə 
və  protoplazmanın  dənəvərliyinə  görə  fərqlənirlər.  Leykositlərin  sayı  1  mkl  qanda 
10000-12000  olduqda  insan  orqanizmində  xəstəlik  yaranır.  Xərçəng  xəstəliyi  və  ya 
şüalanma zamanı onların sayı 3000-ə çatır ki, bu da xəstəlikdir. 
Leykositlər  qırmızı  sümük  iliyində  limfa  düyünlərində  və  dalaqda  əmələ 
gəlirlər.  Sağlam  adamda  xörək  qəbulundan  sonra  onlar  miqdarca  artır  və  yeyinti 
leykositozu yaradırlar (xəstəlik). 
Leykositlər mikroorqanizmlərdən müdafiə funksiyasına malikdirlər. 
Qan lövhəcikləri (trombositlər) qanın laxtalanma prosesində iştirak edirlər. Onlar 
trombokinaza fermentinə malikdirlər. Sağlam insanın 1  mkl qanında 400 minə qədər 
trombositlər olur. Qanda 58% plazma və 12% formalı elementlər vardır. 
 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin