Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1


) Pəhrizlərin qurulmasına göstərilən ümumi tələblər



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə14/92
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#2790
1   ...   10   11   12   13   14   15   16   17   ...   92
3) Həzm aparatının quruluşu və funksiyaları 
Həzm traktı bəzi genişlənmələri olan uzun borudan ibarətdir. Həzm yolu ağız 
boşluğundan  başlanır  və  anal  dəliyində  qurtarır.  Ən  əvvəl,  qida  ağız  boşluğuna 
daxil  olur  və  burada  bərk  və  yüksək  sıxlığa  malik  olan  qidalar  xırdalanır  və  ağız 
şirəsi  (ağız  suyu,  tüpürcək)  ilə  isladılır.  Ağız  boşluğunda  yerləşən  32  ədəd  diş 
vasitəsilə  qida  çeynənilir,  dilin  köməyi  ilə  qarışdırılır.  Dil  əzələ  orqanı  olub,  səthi 
selikli  qişa  ilə  örtülüdür,  burada  yerləşən  dad  reseptorları  isə  qidanın  dadını 
müəyyən  edirlər.  Ağız  şirəsi  özlü,  rəngsiz,  neytral  və  ya  zəif  qələvi  xassəli  maye 
olub,  ağız  boşluğunun  ətrafında  olan  ağızsuyu  vəzilərinin  -  çənəaltı,  dilaltı  və 
qulaqyanı vəzilərin ifraz etdiyi həzm şirəsidir. Onun tərkibində 98,5-99% su və 1-
1,5  %  üzvi  maddələr  (zülal  maddələrindən  musin,  mürəkkəb  şəkərlərə  təsir  edən 
maltaza,  amilaza  və  ya  ptialin  fermenti,  qidadakı  mikrobları  zərərsizləşdirən 
lizosim  fermenti,  habelə  qeyri-üzvi  maddələr  (fosfor,  natrium,  kalium  duzları) 
vardır.  Ağız  suyu  vəzilərinin  sekretor  fəaliyyəti  ağıza  düşən  qidanın  vəziyyəti, 
miqdarı  və  keyfıyyətindən  asılı  olaraq  şərtsiz  və  şərti  refleks  mexanizmləri 
vasitəsilə tənzimlənilir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin