Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1


Şəkil 1. Müalicə-profilaktiki qidalanmanın əsaslandırılmasının müasir



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə13/92
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#2790
1   ...   9   10   11   12   13   14   15   16   ...   92
2) İnsanda həzmin struktur-funksional təşkili, həzmin növləri 
İnsan  çoxhüceyrəli  mürəkkəb  orqanizmdir.  Onun  qidalanması  da  mürəkkəb 
xarakter daşıyır. İnsan hər cür qida ilə qidalanan canlıdır. O, məməlilər sinfınin ən 
ali  və  şüurlu  nümayəndəsi  kimi  qidalanma  məqsədilə  təbiətdən  çox  fəal  və  geniş 
surətdə  istifadə  edir,  qida  məhsullarının  təbii  və  ya  süni  artırılmasında  və  onların 
yeni növlərinin aşkar edilməsind bilavasitə maraqlı olan varlıqdır. 
İnsanda  digər  onurğalılarda  olduğu  kimi,  həzm  funksiyasını  yerinə  yetirən 
xüsusi  orqanlar  sistemi  formalaşmışdır.  Qeyd  etmək  lazımdır  ki,  bu  orqanlar 
sistemi  insanda  xeyli  mürəkkəb  şəkildə  qurulmuşdur  və  bəzi  morfoloji  əlamət  və 
xüsusiyyətlərinə görə heyvanlardakından fərqlənir. 
İnsanda,  o  cümlədən  heyvanlarda  əsas  həzm  prosesləri  mədə-bağırsaq 
borusunda  həyata  keçir.  Əslində  bu  həzm  sistemi  bir-birilə  sıx  anatomik  və 
funksional  əlaqədə  olan  bir  neçə  orqanlardan  -  ağız  aparatı  (dodaq,  diş,  dil,  ağız 
boşluğuna açılan həzm vəziləri), qida borusu, mədə, nazik və yoğun bağırsaqlardan, 
mədə-bağırsaq  kanalına  açılan  həzm  vəzilərindən  ibarətdir.  Ağız  boşluğuna  düşən 
qida burada müəyyən qədər işləndikdən sonra  mədə və bağırsaqlarda həzmə  məruz 
qalır ki, buna mədə-bağırsaq həzmi və ya borudaxili həzm deyilir. 


 
27 
 
Həzm  proseslərinin  struktur  və  funksional  təşkilinə  gəldikdə  qeyd  etmək  la-
zımdır  ki,  insan  orqanizmində  bu  bir  neçə  səviyyədə  bərqərar  olmuşdur.  Fiziolo-
giya  elminin  son  nailiyyətləri  göstərir  ki,  insan  və  heyvan  orqanizmlərində  üç 
səviyyəli həzm mexanizmi fəaliyyət göstərir. Onlardan ən aşağı, daha bəsiti, yalnız 
müəyyən  hallarda  fızioloji  əhəmiyyət  daşıyan  həzm  mexanizmi-hüceyrədaxili 
həzmdir. Bu, bütün hüceyrələrdə fəaliyyət göstərən bir mexanizmdir ki, onun əsas 
vəzifəsi  hüceyrəyə  müəyyən  səbəblər  üzündən  hər  hansı  yad  qida  cisimciyi  (bu 
zülal, mikrob, virus və başqa iri üzvi komponent ola bilər) düşdükdə və ya hüceyrə 
xaricdən zəruri qida  maddələri almadıqda və ac qaldıqda, hüceyrədaxili mürəkkəb 
üzvi  maddələri  parçalamaqla  qida  maddələrinə  olan  məxsusi  ehtiyacları  ödəmək 
zərurəti yarandıqda, yaxud da hüceyrəni tamam məhv etmək lazım gəldikdə burada 
həzm  proseslərini  həyata  keçirməkdir.  Heyvan  orqanizmlərində  hüceyrədaxili 
həzm  aparatı  funksiyasını  lizosomlar  deyilən  ultramikroskopik  tək  membran 
örtüklü  xırda orqanoidlər  yerinə  yetirir. Bu  membran qovuqcuqlarında hüceyrənin 
istənilən  üzvi komponentini  hidroliz edə bilən  həzm  fermentləri  yerləşir.  Lizosom 
daxilində  həzm  fermentləri  passiv  olduğu  halda,  lizosom  partladıqda  ondan  azad 
olan  həzm  fermentləri  çox  aktiv  və  aqressiv  olub,  hüceyrədəki  üzvi  maddələrin  - 
nuklein  turşularının,  zülalların,  yağların,  polisaxaridlərin,  hətta  iri  orqanoid 
hissəciklərinin,  son  nəhayətdə  isə  hətta  hüceyrənin  özünün  parçalanmasına  səbəb 
olurlar.  Hüceyrənin  lizosomal  aparatı  orqanizm  ac  qaldığı  müddətlərdə  daxili 
maddələr  hesabına  qidalanmanı  (endogen  qidalanmanı)  həyata  keçirən  əsaslı 
mexanizmlərdən  biri  hesab  olunur.  Lakin  insanda  əsas  həzm,  mədə-bağırsaq 
həzmidir.  Bu  həzmin  mahiyyəti  ondan  ibarətdir  ki,  qida  reflektori  və  qeyri- 
reflektori  olaraq  həzm  orqanlarının  kanalları  ilə  tədricən  hərəkət  edir  və  onun 
üstünə həzm vəzilərindən olan həzm şirələri (bu şirələrin tərkibində müxtəlif həzm 
fermentləri  var)  ifraz  olunur  və  o  həzmə  məruz  qalır.  Buna  borudaxili  həzm  də 
deyilir.  Bu  proses  zamanı  həzm  kanalında  tam  parçalanmamış  zülallar, 
polisaxaridlər  və  ya  yağ  fraqmentləri  qala  bilər.  Belə  iri  qida  fraqmentlərinin  tam 
parçalanması  prosesləri  bağırsaq  borusu  divarının  daxili  səthində  fıksə  olunmuş 
həzm  fermentlərinin  təsiri  altında  həyata  keçir.  Buna  divaryanı  həzm  və  ya 


 
28 
 
membran  həzmi  deyilir.  Membran  həzmi  xüsusilə  nazik  bağırsaqların  epitel 
qişasının  əmələ  gətirdiyi  xovların  səthində  daha  geniş  surətdə  həyata  keçir.  Həm 
borudaxili,  həm  də  divaryanı  həzm,  qidanın  parçalanması  və  sorulması 
proseslərinin  effektivliyini  fızioloji  baxımdan  xeyli  artırır,  qidanın  faydalı 
komponentlərinin tam mənimsənilməsinə xidmət edir. 
 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin