Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1


Yaş dövrü  Enerjinin sutkalıq sərfi, (kcoul



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə12/92
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#2790
1   ...   8   9   10   11   12   13   14   15   ...   92
1. Qida məhsulları və qida maddələrinin həzmdə iştirakı 
İnsanın  qidalanması  üçün  tələb  olunan  qida  məhsullarının  demək  olar  ki, 
hamısı  bitki  və  heyvan  mənşəlidir  və  onların  növləri  qidalılıq  dəyərləri  olduqca 


 
25 
 
müxtəlifdir. İnsanın qidasının əsas hissəsini taxıl, meyvə, tərəvəz, ət, süd, balıq və 
yumurta  məhsulları  təşkil  edir.  Dünya  əhalisinin  böyük  əksəriyyəti  üçün  qida 
məhsulları kimi çörək, düyü və ət ümdə əhəmiyyətə malikdirlər. 
Qida  məhsulları,  tərkibindəki  qida  maddələrinə  görə  fərqlənirlər.  Orqanizm 
üçün  bu  maddələrin  ayrı-ayrılıqda  əhəmiyyəti  eyni  deyildir.  Qida  maddələrinə 
zülallar,  karbohidratlar  və  yağlar  aiddir.  Bunlar  mürəkkəb  üzvi  birləşmələr  olub, 
bitki  və  heyvan  orqanizmlərində  sintez  olunurlar.  Zülallar  amin  turşulardan, 
karbohidratlar bəsit şəkərlərdən (qlükoza, fruktoza və s.), yağlar isə qliserin və yağ 
turşularından  əmələ  gəlirlər.  Fizioloji  mənada  qida  maddələri  kimi  məhz  amin 
turşuları, bəsit şəkərlər və yağ turşuları hesab olunurlar. Zülallar, karbohidratlar və 
yağlar  həzm  olunduqda  bu  maddələr  əmələ  gəlir  və  onlardan  mürəkkəb  qida 
maddələrinin  (zülal,  karbohidrat,  yağ)  sintezi  üçün  orqanizmdə  yenidən  istifadə 
edilir.  Sözün  geniş  mənasında  qida  maddələri  dedikdə,  buraya  zülal,  şəkər  və 
yağlardan başqa su, mineral duzlar, vitaminlər kimi maddələri də əlavə etmək olar. 
Amma  yadda  saxlamaq  lazımdır  ki,  bu  maddələr  kalori  (enerji)  əldə  etmək 
nöqteyi-nəzərdən qida əhəmiyyəti daşımırlar. 
İnsan  qidasının  əsas  karbohidrat  mənbəyini  bitkilər  təşkil  edirlər.  Taxıl 
(buğda, arpa, düyü, qarğıdalı və s.), kartof və düyü məhsulları karbohidratlarla çox 
zəngindirlər.  Paxlalı  bitkilər,  bitki  zülalları,  günəbaxan,  zeytun,  pambıq  və  s.  bu 
kimi bitkilər  isə bitki  yağları  ilə zəngindirlər. Heyvanat  mənşəli zülallar  və  yağlar 
ən  müxtəlif  heyvan  orqanizmlərindən  tədarük  edilir  və  mənimsənilirlər.  Adları 
çəkilən  və  müxtəlif  mənşəli  qida  maddələri  tikinti  və  enerji  materialları  kimi 
orqanizm  üçün  eyni  əhəmiyyət  daşımırlar.  Karbohidrat  və  yağlar  əsasən  eneıji 
mənbəyi, zülallar və yağlar əsasən tikinti materialları kimi əhəmiyyətlidirlər. 
İnsan orqanizmi canlı təbiətdən aldığı bitki və ya heyvan mənşəli mürəkkəb üzvi 
qida maddələrini elə olduğu kimi də mənimsəyib istifadə edə bilmir. Onun hüceyrələri 
yalnız müxtəlif zülal, karbohidrat və yağların parçalanması nəticəsində hasil olan amin 
turşuları, sadə şəkərləri və yağ turşularını qəbul edib mənimsəyir, yəni onlardan sintez-
tikinti, enerji hasili və digər məqsədlər üçün istifadə edirlər. Sintez proseslərində insan 
orqanizmi bitki və ya heyvan mənşəli maddələrdən özünə xas olan, özü üçün səciyyəvi 


 
26 
 
xarakter  kəsb  edən  yeni  zülal,  karbohidrat,  yağ  və  digər  maddələri  istehsal  edir.  Ona 
görə də qidalanma zamanı qəbul etdiyi qida məhsullarının tərkibindəki mürəkkəb qida 
maddələrini  həzm  proseslərinə  (parçalanma,  hidroliz)  uğradır,  alınan  son  məhsullar 
(amin  turşuları,  sadə  şəkərlər,  yağ  turşuları),  habelə  qidanın  tərkibindəki  və  ya  əlavə 
qəbul  edilən  su  və  mineral  duzlar  isə  sorulub  hüceyrələrə  daxil  olurlar.  Qida 
məhsullarından  mürəkkəb üzvi  maddələrin ayrılmasına və onların orqanizmdə sonrakı 
parçalanmasına  həzm  prosesləri  deyilir.  Qidalanma  dedikdə  isə  buraya  qida 
məhsullarının  əldə  edilməsi,  orqanizm  tərəfındən  onların  qəbul  edilməsi,  həzmə 
məruz qalması, son məhsulların sorulması, qan və digər toxuma mayeləri vasitəsilə 
daşınması və hüceyrələr tərəfındən mənimsənilməsi prosesləri nəzərdə tutulur. 
 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin