Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1


) Orqanizmdə maddələr mübadiləsinin qorunmasında qidanın rolu



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə5/92
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#2790
1   2   3   4   5   6   7   8   9   ...   92
3) Qan və qan dövranı orqanlari sistemi, qanın morfoloji tərkibi. 
İnsanın  qan  dövranı  sistemi  böyük  və  kiçik  qan  dövranı  adlanan  2  şöbədən 
ibarətdir. 
Qan,  orqanizmin  maye  mühiti  olub,  böyük  və  kiçik  qan  dövranına  aid 
damarlarda aşağıdakı funksiyaları yerinə yetirir: -nəqliyyat rolu (O
2
 və tullantıları); 
-daimi  (sabit)  mühit  saxlama  rolu;  -müdafıə  rolu  (antitellər  və  antitoksinlər 
yaradır);  -tənzimedici  rolu  (hormonların  köçürülməsinin  köməyi  ilə  bütün 
prosesləri tənzim edir). 
Qidanın  həzm  olan  son  məhsullarının  əsas  hissəsi  qana  sorulur.  Bundan  əlavə, 
qan  orqanizmdə  hərəkət  etməklə  orqan  və  toxumalara  qida  maddələrini  və  oksigeni 
çatdırır.  Qan,  həmçinin  həyat  fəaliyyəti  məhsullarının  hüeeyrələrdən  çıxarılıb  ifrazat 
orqanlarına  verilməsini  də  təmin  edir.  Qan  vasitəsilə,  həmçinin  orqanizmdə  həyat 
fəaliyyəti  proseslərinin  hormonal  tənzimi  də  həyata  keçirilir.  Qanda  eyni  zamanda 
orqanizmin  bir  sıra  müdafiə  funksiyaları  inkişaf  edir  ki,  bunların  da  köməyi  ilə 
orqanizmdə  daxil  olan  mikrobların  məhv  olunması  təmin  edilir.  Qanın  ən  mühüm 
xüsusiyyətlərindən  biri  də  orqanizmdə  olan  bütün  hüceyrə  və  toxumaların  kimyəvi 
tərkibi və fıziki-kimyəvi xassələrinin sabit vəziyyətdə saxlanmasında iştirak etməsidir. 
Qan - plazmalardan və formalı elementlərdən təşkil olunmuşdur. 
Plazma  -  qanın  fibrinogen  zülalı  ilə  birlikdə  formalı  elementlərinin  qanşığı 
şəklində olan maye hissəsidir. Fibrinogen zülalı ayrıldıqda qan laxtalanır. 
Qanın  qırmızı  rəngdə  olan  aşağı  təbəqə  hissəsi  formalı  elementlər  adlanır. 
Onlar  qanda  3  cür  hüceyrələr:  qırmızı  qan  kürəcikləri  (eritrositlər),  ağ  qan 
kürəcikləri (leykositlər) və trombositlər (qan lövhəcikləri) şəklində yerləşirlər. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin