Qaydaları bundan sonra mətndə «Qaydalar»



Yüklə 420,04 Kb.
Pdf görüntüsü
səhifə22/28
tarix02.01.2022
ölçüsü420,04 Kb.
#1448
növüQaydalar
1   ...   18   19   20   21   22   23   24   25   ...   28
 

 

11. SIĞORTA MÜQAVĠLƏSĠNĠN MÜDDƏTĠ 

 

11.1



 

Sığorta  təminatının  qüvvədə  olma  müddəti  tərəflərin  razılığı  ilə  sığorta  müqaviləsində 

müəyyənləşdirilir  və  «sığorta  müddəti»  adlandırılır.  Əgər  sığorta  müqaviləsində  digər  hallar 

nəzərdə  tutulmayıbsa,  sığorta  müqaviləsi  Sığorta  olunanın  Azərbaycan  Respublikası 

sərhədlərindən kənarda olduğu bir ildən artıq olmayan müddətə bağlanır. 

  Sığorta olunan tərəfindən bir səfər üçün əldə edilən sığorta müqaviləsi üzrə təminat həmin səfər 

üçün Sığorta Şəhadətnaməsinin «sığorta müddəti» bölməsində göstərilən müddəti əhatə edir. 

Sığorta  olunan  tərəfindən  çox  saylı  səfərlər  üçün  əldə  edilən  sığorta  müqaviləsi  üzrə  təminat 

bütün səfərlər üçün Sığorta Şəhadətnaməsinin «sığorta müddəti» bölməsində göstərilən müddət 

ilə məhdudlaşır. 

     Əgər  sığorta  müqaviləsində  digər  hal  nəzərdə  tutulmayıbsa,  Sığorta  olunanın  çox  saylı 



Standard  Insurance                                         Səyahət Sığortasının Qaydaları                                                        

P a g e


12 

 

 



 

səfərləri  nəzərdə  tutulan,  bir  il  müddətinə  bağlanan  sığorta  müqaviləsində  təminat  hər  səfərin 

birinci 90 gününü əhatə edir. 

11.2  Sığorta  olunanın  daimi  yaşayış  yeri  və/və  ya  vətəndaşı  olduğu  ölkənin  ərazisində  sığorta 

müqaviləsi  qüvvədə  olmur.  Vətəndaş  daimi  və  ya  ən  çox  yaşadığı  yer  onun  yaşayış  yeri  kimi 

tanınır. 

11.3  Əgər  sığorta  müqaviləsində  digər  hallar  nəzərdə  tutulmayıbsa,  sığorta  təminatı  sığorta 

şəhadətnaməsində  (və  eyniləşdirmə  kartında)  göstərilən  sığortanın  başlanma  gününün  saat 

24.00-dan,  lakin  yalnız  Sığorta  olunan  ərazisini  tərk  etdiyi  ölkənin  sərhədini  keçdikdən 

(pasportda  sərhəd  xidməti  tərəfindən  edilən  qeyd)    və  sığortanın  bütün  müddətinə  görə  sığorta 

haqqının Sığortaçının hesabına daxil olduqdan sonra qüvvəyə minir. 

11.4  Sığorta  olunan,  sığorta  müqaviləsində  (eyniləşdirmə  kartında)  göstərilən  sığorta 

müqaviləsinin  qüvvədən  düşmə  tarixində  saat  24.00-dan  gec  olmayaraq,  Azərbaycan 

Respublikasına  qayıtdıqda  sığorta  təminatı  qüvvədən  düşür  (pasportda  dövlət  sərhəddinin 

keçilməsi  barədə  sərhəd  xidməti  tərəfindən  edilmiş  qeyd  və  ya  müvafiq  məlumat  bazasında 

qeydiyyatı). 

11.5  Əgər  sığorta  müqaviləsinin  qüvvəsinin  bitməsi  anınadək  Sığorta  olunanın  sığorta  hadisəsi 

nəticəsində  hospitalizasiya  edilməsi  ilə  əlaqədər  olaraq  onun  xaricdən  qayıtması  mümkün 

deyilsə  və  bu  müvafiq  tibbi  rəylə  təsdiqlənirsə,  Sığortaçı  sığorta  təminata  daxil  olan  sığorta 

hadisəsi ilə əlaqədər  olan öhdəliklərini sığorta müqaviləsinin sona çatma  tarixi kimi göstərilən 

tarixdən etibarən 4(dörd) həftə ərzində yerinə yetirməkdə davam edir. 

 

 




Yüklə 420,04 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin