Qaydaları bundan sonra mətndə «Qaydalar»


 SIĞORTA HADĠSƏSĠ BAġ VERDĠKDƏ TƏRƏFLƏRĠN HƏRƏKƏTLƏRĠ



Yüklə 420,04 Kb.
Pdf görüntüsü
səhifə24/28
tarix02.01.2022
ölçüsü420,04 Kb.
#1448
növüQaydalar
1   ...   20   21   22   23   24   25   26   27   28
13. SIĞORTA HADĠSƏSĠ BAġ VERDĠKDƏ TƏRƏFLƏRĠN HƏRƏKƏTLƏRĠ 

 

13.1  Sığorta  hadisəsi  baş  verdikdə  Sığortalı  sığorta  şəhadətnaməsində  və  ya  eyniləşdirmə 



kartında (əgər verilibsə) göstərilən telefonla Sığortaçının ixtisaslaşmış Servis mərkəzinə dərhal 

müraciət  etməli  və  dispetçerə  baş  vermiş  hadisə  və  sığorta  sənədlərindəki  məlumatlar  barədə 

xəbər  verməlidir.  Xidmət  Mərkəzi  tələb  etdikdə,  Sığorta  olunan  xarici  pasportun  bütün 

səhfələrinin  surətini  Xidmət  Mərkəzinə  təqdim  etməlidir.

 

Təsdiqləyici  sənədlər  təqdim 



olunduqda Servis mərkəzi ilə danışıq xərcləri Sığorta olunana ödənilir. 

13.2  Məlumat  aldıqdan  sonra  sığortaçı  və  ya  Servis  mərkəzi  Sığorta  olunana  zəruri  olan  tibbi, 

tibbi daşınma və sığorta müqaviləsində nəzərdə tutulmuş digər xidmətlərin göstərilməsini təşkil 

edir, və o cümlədən Sığorta olunanın bu qaydaların 6-cı Bölməsində nəzərdə tutulmuş xərclərini 

ödəyir. 

13.3  Əgər  sığorta  müqaviləsində  mütləq  Servis  mərkəzinə  müraciət  etmək  tələb  olunmursa, 

həkimlə  məsləhətləşməzdən  və  ya  klinikaya  göndərilməzdən  əvvəl  Servis  mərkəzinə  zəng 

vurmaq  mümkün  olmayıbsa,  Sığorta  olunan  bunu  ilk  imkan  olduqda  etməlidir.  Hər  bir  halda 

hospitalizasiya  və  ya  həkimə  müraciət  zamanı  Sığorta  olunan  tibb  heyyətinə  sığorta 

şəhadətnaməsini və ya eyniləşdirmə kartını (əgər verilibsə) təqdim etməlidir. 

13.4  Sığortaçı  və  ya  Servis  mərkəzi  ilə  əlaqə  saxlamaq  mümkün  olmazsa,  əgər  sığorta 

müqaviləsində  Servis  mərkəzinə  mütləq  müraciət  etmək  nəzərdə  tutulmayıbsa,  Sığorta  olunan 

sığorta  şəhadətnaməsini  təqdim  etməklə  yaxınlıqda  yerləşən  tibb  müəssisəsinə  müraciət  edə 

bilər. Əgər Sığorta olunan sığorta hadisəsi ilə əlaqədər özü xərc çəkibsə, o xaricdən qayıtdıqdan 

sonra  Sığortaçıya  baş  verənlər  barədə  yazılı  ərizə  verməli  və  aşağıdakı  sənədləri  təqdim 

etməlidir: 

13.4.1 şəxsiyyəti təsdiq edən sənəd

13.4.2  Zəruri  tibbi  yardım  göstərilməsinin  təşkili,  servis  mərkəzinə  müraciət  edilməməsinin 

səbəblərinin əsaslandırılması da daxil olmaqla, sığorta hadisəsi ilə əlaqədər xərclərin ödənilməsi 

barədə ərizə; 

13.4.3 Sığorta şəhadətnaməsi və ya onun surəti; 

13.4.4 Xəstənin soyadını, diaqnozunu, tibbi yardım üçün müraciət etmə tarixini, müalicə olunma 

müddətini, göstərilən  xidmətlərin, tarix və dəyərə görə ayrılmaq şərti ilə siyahısını, ödənilməli 

olan məbləği əks etdirən tibb müəssisəsinin arayış-hesabının əsli (şirkət blankında və ya müvafiq 

ştamplı); 

13.4.5 Həmin sığorta hadisəsi ilə əlaqədər həkim tərəfindən verilmiş və üzərində aptekin ştampı 

olan və alınmış hər bir dərmanın qiymətini əks etdirən reseptin əsli; 

13.4.6  Həkim  tərəfindən  verilmiş  laboratoriya  müayinəsinə  göndərişin    laboratoriya  tərəfindən 

göstərilən xidmətlərin adı, tarix və qiymətə görə ayrılmaq şərti ilə siyahısını əks etdirən hesabın 

əsli; 


13.4.7  Müalicəyə,  dərmanlara  və  digər  xidmətlərə  görə  edilmiş  ödənişləri  təstiqləyən  sənəd 

(ödəniş  barədə  ştamp,  pulun  alınması  barədə  qəbz  və  ya  bankın  pulun  köçürülməsi  barədə 

təsdiqi). 

13.5   Sığorta olunanın xaricdə olduğu zaman baş vermiş bir və ya daha çox ətrafın, yaxud bir 

və  ya  hər  iki  gözün  itirilməsi  və  ya  əmək  qabiliyyətinin  daimi  olaraq  tam  itirilməsi  hallında 

Sığorta  olunan  baş  verənlər  haqqında  yazılı  ərizə  verməli  və  13.4-cü  bəndlərdə  göstərilən 

sənədlərdən əlavə aşağıdakıları təqdim etməlidir:  

15.5.1  əlilliyi təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi. 

13.6    Sığorta  olunanın  xaricdə  olduğu  zaman  ölümü  hallında  Faydalanan  şəxs  baş  verənlər 

haqqında  yazılı  ərizə  verməli  və  13.4,  13.5-ci  bəndlərdə  göstərilən  sənədlərdən  əlavə 

aşağıdakıları təqdim etməlidir:  

13.6.1  ölüm haqqında şəhadətnamənin əsli

13.6.2  ölümün səbəbi haqqında tibbi rəyin əsli;  

13.6.3  Faydalanan şəxsin şəxsiyyətini və vərəsəlik hüququnu təsdiq edən sənədlərin əsli. 

 13.7 Ambulator müalicə xərclərinin ödənilməsi üçün Sığortaçı yalnız ödənilmiş hesabları qəbul 

edir.  Ödənilməmiş  hesab  təqdim  etdikdə  Sığortalı  yazılı  izahat  verməlidir.  Sığortalı  tərəfindən 

poçt vasitəsi ilə alınmış ödənilməmiş hesablar alındığı gündən etibarən 15 (on beş) gün ərzində 



Standard  Insurance                                         Səyahət Sığortasının Qaydaları                                                        

P a g e


14 

 

 



 

təqdim edilməlidir. 

13.8.  13.4  Bəndində  göstərilən  ərizə  və  sənədləri  Sığortalı  sığorta  hadisəsinin  baş  verdiyi 

səfərdən qayıtdığı andan etibarən 30 (otuz) təqvim günü ərzində təqdim etməlidir (əgər sənədlər 

azərbaycan, rus, türk, fransız,

 

alman  ingilis  dillərində  tərtib  olunmayıbsa,  sənədlərin  əsillərinin 



tərcüməsi də əlavə edilməlidir). 

13.9  Sığorta  olunan  tərəfindən  çəkilmiş  xərclər  Sığortaçı  tərəfindən  sığorta  təminatının  13.4, 

13.5,  13.6-cı  bəndlərində  göstərilən  sənədlərin  təqdim  edildiyi  andan  etibarən  15  (on  beş)  iş 

günü ərzində ödənilir. Sığortaçı təqdim olunmuş sənədləri  yoxlamaq, sığorta hadisəsinin halları 

haqqında məlumata malik olan təşkilatlardan sorğu göndərmək və həmçinin Sığorta olunanı öz 

həkiminin müayinəsindən keçirmək hüququna malikdir. Sığorta hadisəsinə dair əlavə məlumatın 

alınması  zərurəti  yarandıqda  sığorta  təminatı  Sığortaçının  sorğu  əsasında  tələb  etdiyi  bütün 

sənədlərin alındığı andan etibarən 15 (on beş) gün ərzində ödənilir. Sığortaçının sığorta ödənişini 

həyata  keçirilməsi  tarixi  onun  müvafiq  ödəniş  tapşırığındakı  bank  qeydinin  tarixi  (nağdsız 

ödəniş halında) və ya xəzinə məxaric orderinin tarixi sayılır. 

13.10 

  Əgər  Sığorta  olunanı  hazırkı  Qaydalara  və  ya  qanunvericiliyə  əsasən  sığorta  ödənişini  və  ya 



hazırkı Qaydalarda göstərilən xidmətləri almaq hüququndan məhrum edən səbəb aşkar olunarsa, Sığorta 

olunan sığorta müqaviləsinə müvafiq olaraq aldığı sığorta ödənişini (və ya onun müvafiq hissəsini), və 

yaxud aldığı xidmətlərin əvəzini Sığortaçıya qaytarmalıdır.

 

 



 


Yüklə 420,04 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin