Qaydaları bundan sonra mətndə «Qaydalar»


 SIĞORTA MƏBLƏĞĠ VƏ SIĞORTA HAQQI



Yüklə 420,04 Kb.
Pdf görüntüsü
səhifə20/28
tarix02.01.2022
ölçüsü420,04 Kb.
#1448
növüQaydalar
1   ...   16   17   18   19   20   21   22   23   ...   28
9. SIĞORTA MƏBLƏĞĠ VƏ SIĞORTA HAQQI  

 

9.1    Sığorta  müqaviləsində  göstərilən  ümumi  sığorta  məbləği  hər  bir  hədisə  və/və  ya  sığorta 



müddəti  ərzində  bütün  hadisələr  üzrə  Sığortaçı  tərəfindən  ödəniləcək  maksimal  məbləğdir. 

Müəyyən tibbi xərclər və hadisələr üzrə sığorta müqaviləsi ilə sub-limitlər nəzərdə tutula bilər. 

Bu halda həmin xərclər və hadisələr üzrə Sığortaçının məsuliyyəti nəzərdə tutulan sub-limitlər 

ilə məhdudlaşır. 

9.2   Sığorta  müqaviləsində  tərəflərin  razılığı    ilə Sığortaçı  tərəfindən  ödənilən  xərclərin  hər bir 

növü  (tibbi,  daşınma,  tibbi  daşınma,  ölümdən  sonrakı  repatriasiya  xərcləri)  üçün  təyin  edilən 

sığorta  məbləği  dedikdə  Sığortaçının  ödədiyi  tibbi  və  tibbi  daşınma  xərclərinin  və  həmçinin 

daşınma və ölümdən sonrakı repatriasiya xərcləri son həddi olan pul məbləği başa düşülür

9.3  Sığorta  haqqı  sığorta  müqaviləsinə  müvafiq  olaraq  Sığortaçıya  (onun  brokerinə  və  ya 

agentinə ) Sığortalı tərəfindən ödənilməli olan sığortalanma üçün ödəmədir; 

9.4 Sığorta haqqı Sığortaçının tariflərinə müvafiq olaraq müəyyən edilir və onun məbləği sığorta 

müqaviləsində  göstərilir.  Əgər  Sığortaçı  yüksək  təhlükə  ilə  bağlı,  o  cümlədən  5.5.7,  5.5.12-

5.5.15, 5.5.17 və 5.5.18-ci bəndlərində göstərilən fəaliyyətdə məşğul olan və həmçinin 65 yaşı 

ötmüş şəxsləri sığortalamaq barədə qərar qəbul edərsə, bu şəxslər tərəfindən sığorta haqqı onun 

tərəfindən müəyyən olunmuş artırıcı əmsallar tətbiq edilməklə ödənilir; 

9.5 Sığorta haqqı Sığortalı tərəfindən Sığortaçının təqdim etdiyi hesabın və ya sığorta haqqının 

məbləği və ödənilmə qaydası barədə məlumatı özündə əks edən digər sənədin şərtlərinə müvafiq 

olaraq  tam  məbləğdə  birdəfəlik  ödəniş  şəklində  ödənilməlidir.Sığorta  müqaviləsində  sığorta 

haqqını nisyə ödənilməsi nəzərdə tutula bilər. Ödəniş köçürmə  yolu və ya nəğd qaydada həyata 

keçirilə bilər. 

9.6 Sığorta olunanın sığorta müqaviləsində göstərilən ölkəyə getmək üçün vizası olduqda və o, 

bu  ölkəyə  getmədikdə  və  ya  həmçinin  getməmək  barədə  Sığortaçıya  sığorta  müqaviləsində 

göstərilən sığorta müddəti sona çatdıqdan sonra məlumat verdikdə sığorta haqqı geri qaytarılmır. 

 

 




Yüklə 420,04 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin