Qaydaları bundan sonra mətndə «Qaydalar»


 SIĞORTAÇI TƏRƏFĠNDƏN ÖDƏNĠLMƏYƏN XƏRCLƏR



Yüklə 420,04 Kb.
Pdf görüntüsü
səhifə19/28
tarix02.01.2022
ölçüsü420,04 Kb.
#1448
növüQaydalar
1   ...   15   16   17   18   19   20   21   22   ...   28
8. SIĞORTAÇI TƏRƏFĠNDƏN ÖDƏNĠLMƏYƏN XƏRCLƏR 

 

8.1 Sığortaçı aşağıdakı xərcləri ödəmir; 



8.1.1 Tibbi yardımın kəskin ağrı və ya Sığorta olunanın həyatının xilas edilməsi ilə bağlı olduğu 

hallar  istisna  olmaqla,  müalicəsinin  həyata  keçirilib-keçirilməməsindən  asılı  olmayaraq  sığorta 

müqaviləsi bağlanan tarixə qədər məlum olan xəstəliklərin müalicəsi ilə bağlı xərclər; 

8.1.2  Sığortanın  başlanmasından  əvvəl  Sığorta  olunan  tərəfindən  alınan  müalicə  ilə  bağlı, 

həmçinin Sığorta olunanın səhhətinə görə səfər etməyə əks göstərişlər olduğu hallarda baş verən 

sığorta olunanın səhhətinin pisləşməsi və ya ölümü ilə bağlı yaranan xərclər; 

8.1.3  Qıcolma  vəziyyətlərinin,  sinir  və  psixi  xəstəliklərin  aradan  qaldırılması  və  müalicə 

xərcləri; 

8.1.4 Onkoloji xəstəliklərin xoş xassəli və bəd xassəli olmasından asılı olmayaraq bütün müalicə 



Standard  Insurance                                         Səyahət Sığortasının Qaydaları                                                        

P a g e


10 

 

 



 

xərcləri; 

8.1.5  Sığorta  olunanın  həyatına  bilavasitə  təhlükə  yaradan  vəziyyətlərdə  həyata  keçirilən 

təxirəsalınmaz tədbirlər istisna olmaqla, xroniki xəstəliklərdən müalicə xərcləri; 

8.1.6 Qəfil xəstəlik və ya bədbəxt hadisə ilə bağlı olmayan hallarda sığorta olunanın aldığı tibbi 

xidmətlərə çəkilən xərclər; profilaktik tədbirlərə və ümumi tibbi baxışlara çəkilən xərclər; 

8.1.7 QİÇ yoluxmasından və həmçinin onun nəticəsi olan xəstəliklərdən müalicə xərcləri; 

8.1.8 bütün növ hepatitin müalicəsi üzrə çəkilən xərclər

8.1.9  Tibbi  yardımın  həyati  amillərə  bağlı  olduğu  hallar  istisna  olmaqla,  hamiləlik  müddətində 

məsləhətlər  və  müayinələr,  hamiləlik  dövründən  asılı  olmayaraq  hamiləliyin  kəskinləşməsi  ilə 

əlaqədar  məsləhətlər,  müayinələr  və  müalicə  ilə  bağlı  xərclər,  həmçinin  doğuş  və  doğuşdan 

sonrakı qayğı xərcləri; 

8.1.10  Əməliyyatın  Sığorta  olunanın  həyatınnın  xilas  edilməsi  ilə  bağlı  olduğu  hallar  istisna 

olmaqla, abortlara çəkilən xərclər; 

8.1.11  Əksər  hallarda  cinsi  yolla  yoluxan  və  həmçinin  onların  nəticəsi  olan  xəstəliklərdən 

müalicə olunma xərcləri; 

8.1.12  Plastik  və  bərpaedici  cərrahiyə  (sığorta  müddəti  ərzində  baş  vermiş  bədbəxt  hadisədən 

sonra  tələb  olunan  zəruri  plastik  cərrahiyə  müalicəsi  istisna  olmaqla),

 

meş  torları,  şuntlar, 



klipslər,  ştiftlər,  anker  ştifti  və    digər  kömək  edici  vasitələr,  göz  və  diş  protezləri  də  daxil 

olmaqla, hər növ protez qoyma xərcləri; 

8.1.13 Dişin və dişətrafı toxumaların kəskin iltihabi və həmçinin bədbəxt hadisə nəticəsində diş 

zədələndikdə  baxış,  müalicə  və  tibb  preparatlarına  çəkilən  xərclər  istisna  olmaqla,  stomatoloji 

yardım göstərilməsinə çəkilən xərclər; 

8.1.14  Tibbi  nöqteyi-nəzərdən  zəruri  olmayan  xidmətlərin  göstərilməsi  və  ya  həkim  tərəfindən 

təyin edilməyən müalicə ilə əlaqədar xərclər

8.1.15  Sığorta  olunanın  sığorta  hadisəsi  ilə  əlaqədər    müraciətinə  əsasən  aldığı  həkim 

göstərişlərinin  yerinə  yetirilməsindən  könüllü  surətdə  imtina  etməsi  nəticəsində  ortaya  çıxan 

xərclər; 

8.1.16 Qeyri ənənəvi müalicə metodlarına çəkilən xərclər; 

8.1.17 Sığortalının qohumları tərəfindən müalicə və qulluq olunmasına dair xərclər; 

8.1.18 Müvafiq lisenziya olmayan tibb müəssisəsi və ya tibbi fəaliyyət həyata keçirmək hüququ 

olmayan şəxs tərəfindən göstərilən xidmətlərə əlaqədər xərclər; 

8.1.19  Bərpaedici müalicə və fizioterapiya xərcləri; 

8.1.20  İstirahət  mərkəzlərində,  sanatoriyalarda,  pansionatlarda,  istirahət  evlərində  və  digər  bu 

kimi müəssisələrdə müalicə kursu almaqla əlaqədər xərclər; 

8.1.21  Sığorta  olunanın  müalicə  olunması  məqsədi  ilə  təşkil  olunmuş  ölkə  xaricinə  səfəri  ilə 

bağlı olan xərclər; 

8.1.22 Bədbəxt hadisə və ya qəfil xəstəliklə bağlı olmayan dezinfeksiya, profilaktik vaksinasiya, 

həkim ekspertizası, laboratoriya və diaqnostika müayinələrinin keçirilməsi ilə əlaqədər xərclər; 

8.1.23  Əlavə  rahatlıq,  yəni  “lüks”  tipli  palata,  televizor,  telefon,  kondisoner,  nəmləndirici, 

bərbər, masajçı, kosmetoloq, tərcüməçi və sair xidmətlərin göstərilməsi ilə əlaqədər xərclər; 

8.1.24  Sığorta olunan daimi yaşadığı ölkəyə qayıtdıqdan sonra çəkilən xərclər; 

8.1.25  Müəyyən edilmiş sığorta məbləğini aşan xərclər; 

8.1.26  Servis  mərkəzi  tərəfindən  sanksiyası  verilməmiş  stasionar  müalicə,  tibbi  daşınma, 

ölümündən sonrakı repatriasiya xərcləri; 

8.1.27  sığorta  müqaviləsi  bağlanmazdan  əvvəl  Sığorta  olunan  tərəfindən  alınan  müalicə  ilə 

əlaqədar,  həmçinin  Sığorta  olunanın  səhhətinə  görə  səfər  etməyə  əks  göstərişlər  olduğu  halda 

baş verən Sığorta olunanın səhhətinin pisləşməsi və ya ölümü ilə əlaqədar yaranan xərclər

8.1.28  Əgər  sığorta  müqaviləsində  şərtsiz  azadolma  nəzərdə  tutulubsa  o,  hər  sığorta  hadisəsi 

üzrə xərclər ödənildikdə tətbiq olunur. 

 

 

 



 

 



Standard  Insurance                                         Səyahət Sığortasının Qaydaları                                                        

P a g e


11 

 

 



 


Yüklə 420,04 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin