Qaydaları bundan sonra mətndə «Qaydalar»



Yüklə 420,04 Kb.
Pdf görüntüsü
səhifə18/28
tarix02.01.2022
ölçüsü420,04 Kb.
#1448
növüQaydalar
1   ...   14   15   16   17   18   19   20   21   ...   28
7.  BƏDBƏXT HADĠSƏ 

 

7.1 


Bu Qaydalara əsasən, əgər Sığorta olunan, sığorta təminatının qüvvədə olduğu müddət 

ərzində, sığorta müqaviləsində göstərilmiş xarici ölkənin ərazisində olduğu və ya həmin ölkəyə 

səfər etdiyi və ya oradan qayıtdığı, lakin Azərbaycan Respublikasının sərhədlərindən kənarda 

olduğu zaman, onun iradəsindən asılı olmayan, həyatına və sağlamlığına zərər vuran qəfil

öncədən gözlənilməyən xarici faktorların (fiziki, kimyavi, texniki və s.) təsadüfi təsiri, o 

cümlədən Sığorta olunanın sərnişin kimi hərəkət etdiyi yerüstü, su və hava nəqliyyatı vasitəsinin 

qəzaya uğraması nəticəsində bədən xəsarəti alarsa və bu bədən xəsarəti heç bir digər səbəbdən 

asılı olmadan hadisənin baş verdiyi tarixdən sonrakı 12 ay ərzində Sığorta olunanın: 

7.1.1  vəfat etməsinə

7.1.2  bir və ya daha çox ətrafın, yaxud bir və ya hər iki gözün itirilməsinə

7.1.3  əmək qabiliyyətinin daimi olaraq tam itirilməsinə

səbəb  olarsa,  Sığorta  olunana  dair  seçilmiş  sığorta  planından  asılı  olaraq  «sığorta  ödənişləri 

cədvəli»ndə göstərilən məbləğ həcmində sığorta ödənişi verilir. 

7.2     Heç bir halda Sığortaçının məsuliyyəti yuxarıda göstərilən bəndlərdən (7.1.1 - 7.1.3) biri 

üzrə  müvafiq  sığorta  planının  ödəniş  cədvəlində  göstərilən  məbləğdən  çox  ola  bilməz.  Bir 

bədbəxt  hadisə  yuxarıda  göstərilən  bəndlərlə  (7.1.1  -  7.1.3)  nəzərdə  tutulan  bir  neçə  hal  ilə 

nəticələnərsə  cəmi  ödənilən  məbləğ  «sığorta  ödənişləri  cədvəli»ndə  göstərilən  bədbəxt  hadisə 

üzrə ümumi sığorta məbləğindən artıq ola bilməz. 

7.3   Təqaüddə olan Sığorta olunanlar üçün sığorta təminatı yalnız 7.1.1 və 7.1.2-ci bəndlər üzrə 

verilir. 

7.4    7.1.1-ci və 7.1.2-ci bəndlər üzrə ödəniş  yalnız o halda verilir ki, ölüm və  ya itirilmə halı 

bədən  xəsarətinə  səbəb  olan  hadisənin  baş  verdiyi  tarixdən  sonrakı  12  ay  ərzində  meydana 

gəlmiş olsun. 7.1.3-cü bənd üzrə ödəniş, Sığorta olunanın əmək qabiliyyətinin itirilməsi halının 

12  ay  davam  etməsini  və  ömrünün  sonuna  kimi  bərpa  olunması  ehtimalının  olmamasını  sübut 

edən dəlillər Sığortaçıya təqdim edildikdə verilir. 

 

 




Yüklə 420,04 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin