Qara pəRDƏLİ PƏNCƏRƏ


Tədricən qaranlıqlaşır. A N T R A K T



Yüklə 322,64 Kb.
səhifə8/14
tarix16.02.2017
ölçüsü322,64 Kb.
#9053
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

Tədricən qaranlıqlaşır.

A N T R A K T

Tədricən işıqlaşır.

Möcüzə idi, Barba... Kişilərin ən iyrənc arzu və istəklərini bilən, heç vaxt nə ruhən, nə cismən təmiz olmayan Fosforlu onun qarşısında kişilərin qadınlara verdikləri zövqdən xəbərsiz kiçik və günahsız, məsum bir qızcığaza dönmüşdü... Nə isə özümə məlum olmayan istəkdən doğan əsrarəngiz bir səadət arzulayırdım.

O - (Cevriyyəyə baxa-baxa qalıb.) Hər halda... siz bura daha gəlməsəniz yaxşı olar.

Cevriyyəni görmürmüş kimi paltosunu çıxarıb asır, gətirdiyi ağır bağlamanı pərdənin arxasında gizlədir, pencəyini soyunub stulun söykənəcəyinə keçirdir. Pəncərədən görünən ulduzların üzünə pərdə çəkir.

Işığı dəyişir.

Kamini yandırır.

Stola süfrə açır.

Bütün bu müddətdə Cevriyyə dinməzcə dayanıb baxır, gözləyir.




Gəlin oturun. Çay içək, çörək yeyək...

Cevriyyə cəld stola yaxınlaşır. Evin sahibəsi kimi digər işləri görməkdə

ona kömək edir. Sonra stol arxasında üzbəüz oturub şam edirlər.

22

CEVRIYYƏ NIN SƏSI - Xəstə olduğum günlərdə bir dəfə də olsun birlikdə nahar etməmişdik. İndi bir stol arxasında oturmaq mənə necə zövq verirdi. Düşünürdüm, yəqin ərlə arvad stol arxasında həmişə belə oturur.

Bir az kişilərlə birlikdə yaşamaq təcrübəm vardı. Lakin orda ailə həyatına bənzər heç nə yox idi. Ailə həyatı gərək bax bu cür olsun: hər gün eyni otaqda, həmişə də bir kişilə... Ay Allah, görəsən o evlidirmi? Bəlkə nişanlıdır, sevgilisi var... Aman Allah, o mənim ərim olarsa, mən xoşbəxtlikdən ölərəm.


O - Buranı necə tapdınız?

CEVRIYYƏ - O gecə burdan gedəndə özüm üçün müəyyən nişanələr qoymuşdum. Lakin yenə də çaşdım, abi. Küçədə anasını itirmiş körpə kimi hönkürəcəkdim.

O - Axı mən sizə demişdim ki, bir də bura gəlməyəsniz. Bura gəlməyi sizə qadağan eləmişdim.

CEVRIYYƏ - Bəli, doğrudur. Lakin mən gəlməyə bilmədim...


O - Bayırda soyuqdur. Yəqin yatmağa yeriniz yoxdur.

CEVRIYYƏ - Hə... çox soyuq gecədir... Həm də səni görmək istədim...

O - Mən demişdim axı, burda xəlvəti yaşayıram. Heç kimin bundan xəbəri yoxdur. Əgər bilsələr ki, mən burda gizlənirəm...

CEVRIYYƏ - Abi! Yediyim bu tikə burnumdan gəlsin, atamın ruhuna and olsun ki, mən nə səni, nə də sənin gizləndiyin yeri heç vaxt, heç kimə demərəm. Axı mən bura gələndə nə olar?

O - (Onu diqqətlə süzür.) Həyatımı təhlükə qarşısında qoyursunuz. Heç olmasa bura gələndə ehtiyatlı olun. Polis sizi izləyib bu mənzilin yerini tapa bilər.

CEVRIYYƏ - Saqqala and olsun ki, bir firon da məni izləyib tapa bilməz.

O - (Gülümsəyir.) Ay sizi Cevriyyə...


CEVRIYYƏ - (Stolu yığışdıraraq.) Mənim heç kimim yoxdur, abi. Səndən nə gedir? icazə ver, mən bura öz doğma evim kimi gəlim. Mən bura gəlməsəm olmur. Bunu başa düş.

O - (Stoldan aralanır, siqaret yandırır.) Deyirsiniz, heç kəsiniz yoxdur?

CEVRIYYƏ - Bəli.


O - Bəs valideynlərinizi nə vaxt itirmisiniz?

CEVRIYYƏ - Mənim valideynim nə gəzir, abi? Mən yurdsuz-yuvasız yetiməm. Göbələk kimi yerdən çıxmışam.

O - Siz İstambuldansınız?


CEVRIYYƏ - Bəli, abi. Məgər mən kəntçi-küntçüyə oxşayıram? Mən İstambulun küçələrində böyümüşəm. (İşini qurtarır.) Abi, bəlkə yenə pəncərənin pərdəsini çəkəsən. Ulduzcığazıma baxmaq istəyirəm.

Kişi dinməzcə işığı dəyişir, pərdənin ipini çəkir. Yenə səma təmiz, ulduzlar aydın.

23

(Diqqətlə baxaraq.) Odur, abi, görürsənmi, o kiçik, lap kiçik, xırda ulduz mənimdir. Bu iri, parlaq ulduzlar isə görünür padşahların ulduzlarıdır. Sənin ulduzun hansıdır, abi?

O - Mənim ulduzum yoxdur.


CEVRIYYƏ - Heç elə iş olar? Gəl sənə ulduz seçək. Mənim ulduzumun yaxınlığında. Razısan?

O - Bütün bunlar uşaq oyunlarıdır, Cevriyyə. (Yelləncək kreslonun pərdəsini çəkir.) Əyləşin. Daha ciddi şeylərdən danışmaq olar.

CEVRIYYƏ - (Oturur.) Bu doğrudurmu, abi, deyirlər, ulduzların hər biri bir dünyadır?


O - Bunu sizə kim deyib? (Kətil götürüb Cevriyyənin yaxınlığından oturur.)

CEVRIYYƏ - Kimdənsə eşitmişəm, Allah haqqı, yadımda deyil. Mənə


danışıblar, amma inanmıram. Ulduzlar elə xırdadır ki.

O - Onlar çox uzaq olduqları üçün belə kiçik görünür. Əslində onlar heç də elə xırda deyillər.

CEVRIYYƏ - Ulduzlar çıraqdır. Allah göyü bəzəmək üçün onları ordan asıb... Bilirsənmi, abi, mən göyə baxanda yadıma nə düşür?

O - Bilmirəm, Cevriyyə.


CEVRIYYƏ - Müğənni qızların parıldayan, zərrin paltarları. Ah, o cür paltarlardan ötrü ölürəm. Sənin xoşuna gəlmir?

O - Düzü, mən bilmirəm, müğənni qızların paltarı necə olur.


CEVRIYYƏ - Heç görməmisən?

O - Lap balaca olanda anam bir dəfə məni teatra aparmışdı, ancaq yaxşı yadımda qalmayıb.

CEVRIYYƏ - Sənin... anan?..

O - Nəyə təəccüb edirsiniz? Bütün adamların anası olduğu kimi mənim də anam var. Məgər mənim anam ola bilməz?

CEVRIYYƏ - Olar, əlbəttə. Hər bir adamın anası var, sənin də... O, sağdırmı?

O - Bəli.


CEVRIYYƏ - İstambuldadır?

O - Xeyr, uzaqdadır, çox uzaqda.

CEVRIYYƏ - (Köks ötürərək.) Uzaqda olsa da hər halda var... Amma mənim heç anam olmayıb.

O - Axı anasız uşaq doğulmaz...


CEVRIYYƏ - Bəs mən? Mənim heç vaxt anam olmayıb. Elə bil göydən düşmüşəm. Allah haqqı, heç bilmirəm, məni də bir arvad doğub, yoxsa yox... (Ulduzlara baxır.) Doğrudan da... Əgər ulduz dünyadırsa, bəlkə mən də onların birindən düşmüşəm?.. Bəlkə elə buna görə də məni Fosforlu çağırırlar?

Yüklə 322,64 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin