Qara pəRDƏLİ PƏNCƏRƏ


O - Axı ölülərin bədəni olmur. Bəs siz yeməyi, işməyi neyləyəcəksiniz?



Yüklə 322,64 Kb.
səhifə10/14
tarix16.02.2017
ölçüsü322,64 Kb.
#9053
1   ...   6   7   8   9   10   11   12   13   14

O - Axı ölülərin bədəni olmur. Bəs siz yeməyi, işməyi neyləyəcəksiniz?

CEVRIYYƏ - Məhşər günü dünya əl içi kimi düppədüz olacaq. Zahidlər kəfənə bürünmüş halda qəbirlərindən çıxacaqlar.

O - Bunu da sizə Qırxyamaq Xoca deyib?


CEVRIYYƏ - (Bir qədər susur.) Nədir, yoxsa sən heç Allaha da inanmırsan?

O - (Sakit, lakin qəti.) İnanmıram.


CEVRIYYƏ - (Böyük heyrətlə.) Bəs necə olub ki, sən Allaha inanmaya-inanmaya belə yaxşı adam olmusan? Əstağfrullah de... Cənnətin olduğuna inanmaq lazımdır, bəs ona inanmasaq nəyə ümid edərik?

O - Mən də cənnətin olduğuna inanıtam. Amma mənim cənnətim Qırxyamaq Xocanın dediyi cənnət deyil... O cənnət məhz bu dünyada olmalıdır, özü də yalnız bir yığın seçmə adamlar üçün deyil, hamı üçün olmalıgır.

O zaman Yer üzündə bir nəfər olsun belə körpü altında yatan, zirzəmilərdə gecələyən olmayacaq. Heş kim bir loxma çörəkdən ötrü zibil yeşiklərinə baş vurmayacaq. Sizin bu yaraşıqlı pəncərənizin üzündəki qara pərdə tamamilə çəkiləcək, bizim bu otağımızın işıqları həmişə yanacaq. Və siz bura qorxa-qorxa, polislərdən çəkinə-çəkinə deyil, açıq-aydın, sevinə-sevinə gələcəksiniz...

Bax, əsil cənnət budur, Cevriyyə... Bu cənnəti biz özümüz yaratmalıyıq. Onun yolunda çoxlu əzablar çəkməli, işgəncələr dəf etməliyik.

CEVRIYYƏ - (Heyrətlə.) Abi... bunun üçün gərək Allah olasan.


O - Heç də...

Qaranlıqlaşır.

DOQQUZUNCU FRAQMENT

Həmin küçə.

Axşamçağıdır.

Bir az da dalğınlaşmış, sanki xəstə düşmüş Cevriyyə gəlir. Aralıda dayanıb taxta qapıya baxır, baxır.

Yenə qulağında həmin melodiya səslənir.

27

Asta, ehtiyatlı addımlarla pillələri qalxır.

Qulağında xəyali səslər canlanır.



Onun səsi - Cevriyyə?.. Sənə nə olub belə?

CEVRIYYƏNIN SƏSI -

Abi... hardaydın sən? Həsrətindən dəli olurdum axı.


Onun səsi - Mənim əzizim... Qurtardı, qurtardı daha əzablı günlər. Budur, qarşındayam sənin. Həmişəlik. Özü də azad, qorxusuz.

CEVRIYYƏNIN SƏSI - Ola bilməz, ola bilməz... Tale mənə bu dünyada belə bir xoşbəxtlik bəxş edə bilməz...




Qapını taqqıldadır.

Açılmır, açılmır qapı.

Daha da sarsılmış halda pilləkənləri enir. Bilmir hara getsin, nə etsin. Gəlib meyxananın dəhlizinə çıxır. Pərdə arxasında həyat qaynayır. Oynaq musiqi eşidilir. Oynayırlar, əl çalırlar, şənlənirlər.

Bir müddət tərəddüdlə pərdə qabağında dayanır, istəyir içəri keçsin.

Birdən pərdə arxasından Cevriyyəni heyrətə gətirəcək mahnı eşidilir:

Gözəllərin gülüydün, Cevriyyə, Cevriyyə,

Könüllərin diliydin, Cevriyyə, Cevriyyə.


De hardasan, de harda, Cevriyyə, Cevriyyə,

Bəlkə qara məzarda, Cevriyyə, Cevriyyə.

Həsrətinə necə dözüm?

Yollarında qaldı gözüm!

Sənsiz dünyam gülməz daha,

Gəl sevgilim, gəl, əzizim!



Cevriyyə çox çətinlklə Barbanın otağına qalxır.

Şkafı açıb araq şüşələrinin dibində qalan damcıları bir stəkana süzüb başına çəkir, divana yıxılır.

Aparıcı melodiya bərkdən səslənir, meyxanada səslənən mahnını eşidilməz edir.


CEVRIYYƏNIN SƏSI - (Haray kimi, fəryad kimi.)

Allahım!.. Bu nə eşq, nə sevda?!

Bu nə bəla, Allahım?!

Dənizlərin sahili olmazmı?!

Gecələrin sabahı olmazmı?!

Yolların nəhayəti olmazmı?

Payızların bir baharı olmazmı, Allahım?!. (Hönkürür.)

Uzandığı yerdə sanki ağrıdan qovrulur.

28

ONUNCU FRAQMENT




Cevriyyə xəyala gedib, yuxuya gedib – bilinmir, uzanıb qalıb.

Barba onu oyatmağa çalışır.



barba - Cevriyyə, Cevriyyə! Qalx, balam. Hamı getdi, meyxananı bağladım. Sənə yemək gətirmişəm. (Stolun üstə süfrə açır.) Qalx, bir yerdə şam edək. Belə olmaz axı, neçə gündür dilinə bir loxma çörək vurmursan. Özünü üzməyinə dəyərmi? Allah qoysa, tapılacaq sevdiyin. O səni belə haldamı görməlidir, Cevriyyə? (Yaxınlaşır.) Mənim Dəcəlim, qalx görüm!

CEVRIYYƏ - (Hövlanak ayılır, Barbanı görüncə onu qucaqlayıb hönkürür.) Bar-ba! Yenə yox idi o, Barba... Bu nə zülmdür, Allah? Bu nə yaşayışdır?..

Bir kimsəyə rast gəlməyim deyə gündüzlər yarasa kimi gizlənirəm. Otağından küçəyə zərrəcə işıq düşməsin deyə pəncərəsinin üzünə qara pərdə çəkdiyi kimi mən də varlığımı pərdə arxasında gizlədirəm. Qulağım eşidə-eşidə oxuyurlar – Bəlkə qara məzarda, Cevriyyə... Amma dinə bilmirəm. Qəlbimdə qalxan harayları elə qəlbimdəcə boğuram. Bütün günü içimdə bir ümid böyüdürəm, qaranlıq düşəndən sonra gedib o taxta qapının ağzında dəfn edirəm o ümidi. Bu nə işgəncədir, Barba, tale mənə qıydı?...


barba - Rəhmətlik Sünbül deyərdi, insan ürəyi bülbül kimidir, əgər o oxuya bilmirsə, qüssədən ölür. Sevdiyinə qovuşmaq istəyirsənsə, əl çək qüssədən, ayıl qapıldığın kədərdən.

CEVRIYYƏ - Taqətim qalmayıb, Barba. Ayılmağa belə... Ürəyim parça-parçadır. Nə edə bilərəm, nə edə bilərəm daha? Heç olmasa, Kərmi tapa biləydim, onun barəsində bir kəlmə söz eşidəydim...

barba - Çörək yemək lazımdır, mənim balam. Güc toplamaq lazımdır. Yenə ümidin ətəyindən əl çəkmək olmaz. Kərimi mən də soraqlaşıram, mən də axtarıram. Hər halda Allah əziyyətimizi yerdə qoymaz.

CEVRIYYƏ - Unuda bilmirəm, unuda bilmirəm, bir an xəyalımdan bu fikir çəkilmir ki, o yəqin indi həbsdədir. Bunun necə bir əzab olduğunu bilirsənmi, Barba? Hardan biləsən?.. Amma Cevriyyə bunu yaxşı bilir, dəmir qapı, dəmir barmaqlıq arxasındakı qəm-qüssə, iztirab ona yaxşı tanışdır...


Yüklə 322,64 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin