Qara pəRDƏLİ PƏNCƏRƏ


Allah, bu nə idi? Xoşbəxtliyin başlanğıcımı? O mənə sən deyirdi. O məni gözləyirdi. Bayramımı təbrik edirdi. Səadətdən səssizcə hönkürürdüm. Başımı sinəsinə sıxıb əlini saçımda, kürəyimdə gəzdirirdi,



Yüklə 322,64 Kb.
səhifə12/14
tarix16.02.2017
ölçüsü322,64 Kb.
#9053
1   ...   6   7   8   9   10   11   12   13   14

Allah, bu nə idi? Xoşbəxtliyin başlanğıcımı? O mənə sən deyirdi. O məni gözləyirdi. Bayramımı təbrik edirdi. Səadətdən səssizcə hönkürürdüm. Başımı sinəsinə sıxıb əlini saçımda, kürəyimdə gəzdirirdi, məni sakitləşdirirdi.

Qapı yavaşca döyülür.

O, işığı dəyişib qapını açır.

Gələn Kərimdir.

O - (Zarafatla.) Gecikirsən, Kərim. Məndən keçər, lakin (Cevriyyəni göstərərək.) qonağımız üçün yaxşı deyil bu. (Yenə gur işığı yandırır.)


Kərim -


(Cevriyyəni görüncə şən halda.) Oo... Xoş gördük, Cevriyyə xanım.




CEVRIYYƏ - Xoş gördük, Kərim abi. (Əl verib görüşür.)


Kərim -

Gecikməyimi üzürlü hesab etmək olar. (Gödəkçəsinin cibindən çaxır şüşəsi çıxardır.) Şərab axtarırdım. Bayram axşamını bunsuz keçirmək bəlkə də günahdır. Böyük Xəyyam heç bilirsiniz nə deyib:

Şərab iç, şərabdır əbədi həyat,

Gəncliyə zövq verir, nəşəyə qanad.

Od kimi yaxsa da, dirilik suyutək

Yuyub kədərləri, qurur min büsat.

CEVRIYYƏ - Kərim abi, qoy Allah həmişə qənibini belə sevinclə dolu etsin.


Kərim -

Saqisiz, şərabsız bu dövran heçdir,


Meysiz və nəğməsiz keçən an heçdir.

32

O - Elə isə... vaxt itirməyək. Stol arxasına, zəhmət olmasa, mənim əzizlərim.

Otururlar.

Yeməyə başlayırlar.

Kərim şərab süzür.




Kərim -

Amma... çox içib keflənmək olmaz. Bərkdən danışmağa başlayarıq... Onda da iş bitdi.



CEVRIYYƏ -

Allah haqqı, abi, nə qədər içsək də mən cilovumu çəkməyi bacarıram.

O - Kərim, bilirik ki, sən söz xəzinəsisən. Xəzinənin qapısını aç bu axşam. Bu ilk badələrimizin şərəfinə bir az qızıl xırdala.


Kərim -

Hə... mən nə deyim? Şair deyir də:

A dostlar, görüşüb siz olunca şad,

Qəlbiniz qüssədən olunca azad,

Əlinə odlu mey alınca saqi –

Məni də xeyr ilə edərsiz yad.

CEVRIYYƏ - Sağ ol, Kərim abi. Allah səni başımız üstən heç zaman əskik etməsin.

CEVRIYYƏNIN SƏSI - Cəmilə deyərdi, əgər Allah sənə kiçik bir sevinc bəxş edibsə, hazırlaş, onun ardınca şeytan böyük bir kədər göndərəcək. O gecə mən heç zaman görmədiyim bir xoşbəxtlik içində idim. Bütün ruhumu qəribə bir sevinc bürümüşdü. Lakin mən bu sevinci yaşamaqdan çox, sonradan doğrudanmı nəhəng bir kədərin gəlib-gəlməyəcəyini düşünürdüm. Yeyib- içdikdən sonra mən stolun üstünü yığışdırırdım. Kişilər pəncərə önündə dayanıb siqaret çəkir, pıçıltı ilə danışırdılar.

O - O ağlayırdımı?


Kərim -

Ağlamayıb nə edəydi bəs?



O - Yazıq arvad... yazıq, yazıq...

Kərim - Əlimizdən nə gəlir?.. Dözmək lazımdır

bir az da... Hə, az qalmışdı yadımdan çıxsın: o sənə bayram hədiyyəsi alıb, amma ayrıldığınız vaxt onu sənə verməyi unudub. (Divardan asılmış gödəkçəsinin cibindən kağıza bükülü qalstuk çıxarıb ona verir.)


CEVRIYYƏNIN SƏSI - Budur!.. Deməli, onun sevgilisi varmış. Onlar görüşürlərmiş.


Naməlum rəqib bayramımı tamam korladı. Lakin o, qalstuka baxa bilmədi, gözləri doldu, sifəti ağardı. Təəccüb qaldım. Bu bir tikə parça onu necə mütəəssir etmişdi.

O - Mən onu nə qədər incitmşəm. Ona nə qədər dərd-bəla vermişəm...

Kərim -

Bu gün bayram gecəsidir, ələm gecəsi deyil...



O - (Köks ötürərək.) Ələm gecəsi... Deyəsən bu gecələrin heç sonu olmayacaq.


Kərim -

(Bir xeyli susur, sonra yerindən qalxır.) Allaha şükür,

sabah bayramdır. Yatmaq olar, yoxsa bu gün lap çox oturduq.


33

O - Sən getmək istəyirsən?


CEVRIYYƏNIN SƏSI -

Kərim xudafizləşib getdi... O, yenə siqaret odlayıb kədərli halda otaqda gəzişdi... İlahi, axı o qadın kimdir? Nə üçün onunla bir yerdə yaşamır? Maraq mənə əzab verirdi. Gözlərim dolmuşdu. Hönkürüb ağlamaq istəyirdim. Lakin onu qısqanmağa haqqım vardımı? Vəfalı it kimi ona bağlanmağıma, hətta onun yolunda ölməyə belə hazır olmağıma baxmayaraq o məni sevirdimi?


O - (Birdən fikirdən ayılaraq.) Cevriyyə, az qala unutmuşdum, mən də axı sənin üçün hədiyyə hazırlamışam.


CEVRIYYƏ -

(Heyrətlə.) Mənim üçün?

O, şkafdan kağız bükülü götürüb açır, saçaqlı, uzun, mavi bir şərf gətirib Cevriyyənin boynuna salır.





CEVRIYYƏ - Bunu mənə almısan? (Həyəcanla təkrarlayır.) Bunu mənə almısan?

O - Xoşuna gəlir?

CEVRIYYƏ - İlahi, nə gözəldir!.. Bilmirəm, sənə necə təşəkkür edim... Bayram günündə mənə hədiyyə almısansa, deməli məni yada salmısan.

O - Səni yada salmağıma nə üçün təəccüb edirsən? Məgər biz dost deyilik? (Astadan.) Məgər sən məni xatırlamamısan?

CEVRIYYƏ - (İxtiyarsız.) Sən bircə an da mənim yadımdan çıxmırsan...

O - Sən bura gəlməyəndə mən darıxırdım. Həmişə gözüm yolda qalırdı.


CEVRIYYƏ -

(Çətinliklə.) O qalstuku sənə arvadın göndərib?

O - (Sifəti tutulur.) Mənim arvadım yoxdur, Cevriyyə... (Yavaşdan

təkrarlayır.) İndi mənim daha arvadım yoxdur...

CEVRIYYƏ - Onda yəqin qalstuku sənə sevdiyin adam göndərib.

O - (Üzünü pəncərəyə tutaraq.) Bəli, əzizim... Bu qalstuku mənə çox sevdiyim bir qadın göndərmişdir. (Səsi titrəyir.) Mən o qadını çox-çox sevirəm. O da məni... O, müqəddəs bir insandır. Mən onu bədbəxt elədiyimə baxmayaraq o, məni yenə də əvvəlki kimi sevir... Bunu mənə anam göndərib, Cevriyyə.

Pauza.

CEVRIYYƏ - Siz tez-tez görüşürsünüz?


O - Bayramlardan bayrama. O uzaq yollar aşıb gəlir...

CEVRIYYƏ - Bəs nə qədər bu cür davam edəcək? Sən nə vaxta kimi belə gizlənəcəksən? Sənin bu xəlvəti həyatın nə vaxt qurtaracaq?

O - (Köks ötürərək.) Bilmirəm... bilmirəm...

CEVRIYYƏ - Axı nəyə görə sənin işlərin belə dolaşıq düşüb? Axtarıb bir çarə tapa bilmərikmi?

Yüklə 322,64 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin