Qara pəRDƏLİ PƏNCƏRƏ


CEVRIYYƏ - Çöllərdəki cücülər də, qarışqalar da yaşamaq istəyir, abi



Yüklə 322,64 Kb.
səhifə6/14
tarix16.02.2017
ölçüsü322,64 Kb.
#9053
1   2   3   4   5   6   7   8   9   ...   14

CEVRIYYƏ - Çöllərdəki cücülər də, qarışqalar da yaşamaq istəyir, abi.

O - Arxayın ola bilərsiniz, belə həyat sevgisinə ölüm yaxın gələ bilməz. (Əlini onun alnına qoyur.) Qızdırmanız yoxdur ki?

CEVRIYYƏ - Bilmirəm.


O -

İndi baxarıq. (Termometr verir.) Buyurun. Qoy beş dəqiqə qalsın. Mən isə çay hzırlayım. Cökə yarpağından dəmlənmiş çay içərsiniz, özünüzə gələrsiniz. (Çay dəmləməklə məşğul olur.)


CEVRIYYƏnin səsi - O mənə “siz” deyirdi. Ağlım kəsəndən heç kim mənə belə müraciət etməmişdi. Mən də ona “siz” demək istədim, lakin bacarmadım. Bu mənə çox saxta göründü. Düşündüm, əgər belə desəm, o mənə gülər. O, bu vaxtacan gördüyüm kişilərin heç birinə bənzəmirdi. Görünür, oxumuş, mədəni adam imiş. Küçə qadını olduğumu üzə vurmurdu. Lakin pencəyini soyunub çarpayıya yaxınlaşanda ürəyim qopdu. O, mənə elə mərhəmət göstərmişdi ki, etiraz edə bilməzdim. Ancaq buna dözəcək halımmı vardı? Biləndə ki, onun belə bir fikri yoxdur, utandım, Barba. Ömründə olmadığı kimi xəcalət çəkdim...

O -

Termometri verin baxım. (Termometri işığa tutub baxır, Cevriyyənin nəbzini tutur.) Bu saat sizə dərman verərəm, qızdırmanız düşər.

CEVRIYYƏ - Sən həkim-terapevtsən?

O - Yox. Mən həkim deyiləm. Amma hamı kimi mənim də xəstəliklərdən bir az başım çıxır. (Dərman və su verir.) Bu həbi atın. Indi də çay içərik.



Çarpayının yanına alçaq kətil qoyur, üstünə qəzet açır, qənd qabı, iki fincan çay gətirir. Çay içirlər.



CEVRIYYƏ - Abi, bu heç yaxşı olmur, mən uzanmışam, sən qulluq edirsən.

O - Nə eyibi var? Sizə dincəlmək lazımdır. Sabah axşama qədər mənim qonağımsınız. Bütün gecəni və gündüzü burda yata bilərsiniz.

CEVRIYYƏ - Bəs sən?.. Nə edəcəksən?


O - Mən hələ işləməliyəm. Sonra da baxın o taxtın (Taxta yeşikləri göstərir.) üstündə yatacağam.

CEVRIYYƏ - Bəs... məni nə üçün bura gətirmisən?

17

O - Siz xəstəsiniz. Gətirdim ki, istirahət edəsiniz.


CEVRIYYƏ - Yalnız... buna görə?

O - (Gülümsəyir.) Bəli... Mən sizi xəstə olduğunuz üçün gətirdim bura. Üstünüzü yaxşı örtün, səhərə qədər hər şey ötüb keçəcək. Bir daha ölüm haqqında düşünməyəcəksiniz.

Kişi aralanır.

Cevriyyə birdən yerindən qalxır, yorğana bürünüb pəncərəyə yanaşır, pərdəni aralayıb çölə baxır.

O - (Cəld işığı söndürür. Həyəcanla, təşvişlə.) Siz nə edirsiniz?


CEVRIYYƏ - Ulduzlara baxıram.

O - Ulduzlar sizin nəyinizə lazımdır?

CEVRIYYƏ - (Çaşqın halda.) Baxmaq olmaz?..

O - Baxmaq olar, lakin elə etmək lazımdır ki, bu pəncərədən küçəyə işıq düşməsin. (Mavi işığı yandırır.) Bu ölgün işıq isə yəqin ki, heç kimin diqqətini cəlb etməz. (Küncdəki, üstünə ağ örtük çəkilmiş yelləncək kreslonu pəncərənin qabağına gətirir, örtüyü götürür.) Əyləşin. Baxın. (Pərdənin ipini çəkir, sayrışan ulduzlarla dolu səma içəri boylanır.)

CEVRIYYƏ -

(Yorğana bürünmüş halda kresloya oturaraq.) Aman Allah... Bu necə gözəl, qəşəng pəncərə imiş. Mən ömrümdə heç vaxt belə qəribə pəncərə görməmişəm. Bütün səma elə bil ulduzlarıyla onun sinəsinə dolub... Bilirsənmi, abi, bizim hər birimizin göydə bir ulduzu var. Biz ölən vaxt o ulduz göydən axır...


O - İnsan taleyilə göydə axan ulduzların nə əlaqəsi? Boş

söhbətdir.



CEVRIYYƏ - Bu həqiqətən belədir, abi. Mənim bir rəfiqəm vardı – Əminə. Bir dəfə biz gecə dənizdə çimirdik. Qəfildən gördük – bir ulduz axdı. Heç bir az keçməmiş Əminə suda boğuldu. Həmin ulduz onun imiş, elə ki, ulduz axdı, o da öldü...

Mən də göydə özümə balaca bir ulduz nişan etmişəm. Baxmaq istəyirdim görüm o yerində dururmu?


Xəstə olanda, ölüm qorxusu canımı bürüyəndə mən həmişə o ulduza baxıram. Onu yerində görəndə heç bir dərmana, iynəyə ehtiyac qalmır. Yavaş-yavaş öz-özümə sağalmağa başlayıram... Sən də onun üzünə qara pərdə çəkmisən.

O - (Pauzadan sonra.) Mən burda gizlin yaşayıram... Mənim üçün dünyada nə ulduzlar var, nə səma.

CEVRIYYƏ - (Kədərli bir tərzdə.) Nə üçün, abi?..

O - Siz xəstəsiniz. Belə suallar sizin nəyinizə lazımdır?.. Sizə soyuq olar, qalxın yerinizə uzanın.

CEVRIYYƏ - Odu ey, mənim ulduzum... Aman Allah, ulduzcığazımı yerində görüb bədənimə istilik gəldi. Allaha and olsun, abi,

18

ölüm daha uzaqlaşdı. Pəncərəni aç. Qoy ona daha aydın baxım.




Pəncərənin taylarını açmaqdan başqa kişinin əlacı qalmır.

Xəfif külək qara pərdələri havada dalğalandırır.

Dalğaların səsi eşidilir.

Cevriyyə səsi eşidincə yorğanı unudaraq pəncərəyə tərəf qaçır, aşağı boylanır.

Külək indi onun saçlarını dalğalandırır.

Abi, dəniz bura belə yaxındır?


O - Nə olsun ki?

CEVRIYYƏ - Necə nə olsun? Dünyada dənizdən çox sevdiyim heç nə yoxdur. Mənim bütün uşaqlığım dəniz sahilində keçib. Dalğaların sahilə atdığı ruzilə böyümüşəm. Qağayılar kimi. Eh, o zaman biz bir dəstə uşaq idik, kimsəsiz... Zibil sahilə vurulanda qağayılara qoşulub cumardıq irəli...

Eh, abi, bilirsən orda nələr olardı? Necə gözəl qutular, talaşalar olardı. Bu talaşaları günün altında qurudardıq, ocağa qoymaq üçün qoca arvadlara satıb çörək alardıq...


Dənizdən həmişə qarpız iyi gəlir, doğrudurmu, abi? Mən körpünün altında oturub ayaqlarımı dənizə salladığım zaman bu iyi duyuram, o saat da qarpız istəyirəm.

Qalata körpüsünün yanında dənizin gözəl rəngi var. Yamyaşıl. Bəyoğlunun vitrinlərində belə parıldayan parçalar olur... Bu körpünün altı yaman dərindir. Orda suyun dibinə qətiyyən çatmazsan. Uşaqlar deyirlər, orda suyun dərinliyi yeddi minarədir.



Bir dəfə mən ora atıldım ki, suyun dibindən nəsə çıxardım, bir şey alınmadı. Özü də mən yaxşı üzürəm, abi, lap balq kimi.


Yüklə 322,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin