Qara pəRDƏLİ PƏNCƏRƏ


Gombul Məlahətin də canı sağ olsun. O olmasaydı, indi yəqin ki, məni polis idarəsində dindirirdilər. Səhər tezdən göndərəcəkdilər yenə Boluya



Yüklə 322,64 Kb.
səhifə3/14
tarix16.02.2017
ölçüsü322,64 Kb.
#9053
1   2   3   4   5   6   7   8   9   ...   14

Gombul Məlahətin də canı sağ olsun. O olmasaydı, indi yəqin ki, məni polis idarəsində dindirirdilər. Səhər tezdən göndərəcəkdilər yenə Boluya.

Dəli Marika gözümüzün qabağındaca öldü. Qan qusudu. Deyirik, təcili yardım çağırın, firon deyir, heç nə olmaz, az içəydi o qırmızı şərabı.

Gecə ilə bizi polis idarəsinə aparası oldular. Gombul hiylə işlətdi. Əvvəlcədən danışdığımız kimi küçənin ikinci tinində Gülsərənlə Aytən tutaşdılar, bir saçyonma, söyüşmə oyunu başlandı ki. Fironların başı onları ayırmağa qarışan kimi Cevriyyə sivişdi aradan.

Əslində bu oyunu Gombul öz dərdindən qurmuşdu. Bu gecə Kavboy Nəcib gözləyirdi onu. Qapını döydüm, evdə olmadı. Qapının dəstəyinə bir qırıq sarı sap bağladım. Bu onların paroludur. Səhər Nəcib buraxdıracaq Məlahəti.

barba - Çörək ye, qızcığaz, yəqin ki, acsan.


CEVRIYYƏ - Bəs necə? Özü də neçə günün acı... Amma bu dəqiqə gözümə çörək görünmür. Yenə sənin sağlığına içəcəyəm, Barba.

Küçədə qalıb elə qəribsəmişdim ki. Az qala ağlayacaqdım. Sünbül düdünün də yanına gedə bilərdim, Hənifə arvadın da. Ancaq ürəyim səni istədi, Barba. İnan. Heç kim sənin əvəzini verə bilməz. Yaşa, Barba! (İçir.)


barba - Sağ ol, qızcığaz. Mən qocanın da kimi var bu şəhərdə? Amma Sünbül düdünün yanına getmə. O, çoxdan dünyasını dəyişib.

CEVRIYYƏ -

Nə danışırsan, Barba?


barba -

Hə, elədir... Əvvəlcə Mayrıq öldü, bir ay keçmədi onun

ardınca Sünbül də ayaqlarını uzatdı.

9

CEVRIYYƏ -

Yazıq, yazıq arvad. Nə qədər yaxşılıqlar etmişdi hamıya.

barba - Hənifə də doqquzuncu oğlunu – Satılmışı da torpağa tapşırdı, tiryəkə qurşandı.

CEVRIYYƏ - Aman Allah, mən gedəndən burda nə qədər əhvaltlar olub?

barba - Nə etmək olar? Bu fani dünyada yalnız Allah əbədidir, qalan hər şey puçdur. (Əsnəyir.)

CEVRIYYƏ - Səni də deyəsən yuxudan elədim.

barba - Yox. Onsuz da yata bilmirəm. Canımdakı ağrılar aman vermir. Yalnız səhərə yaxın gözümə bir çimir yuxu gedir. Çox düşünürəm son zamanlar. Ömür keçdi daha. Bir gün mən də eləcə...

CEVRIYYƏ - Qəmli danışma, qoca. Mən qoyarammı heç? Barmaqlarımı Əzrayılın gözünə soxmaram, bir daha heç zaman gəlib səni tapa bilməz. Inan, səndən ötrü hər şey edərəm.

Sənə çox borcluyam, Barba.

Yadındadı, bir dəfə Kosti ağadan xəlvəti düz bir ay məni burda saxlamışdın. Əvəzində məndən bir lirə belə almadın.


barba - Sən ki gözümün önündə böyümüsən. Mən səni öz qızım kimi sevmişəm. Fosforluya qədər mənim Dəcəlim deyildinmi? Mənim qapım, süfrəm, qəlbim sənin üzünə həmişə açıqdır, ay Dəcəl.

CEVRIYYƏ -

Bilirəm, Barba. Hələ bura pul kisəsini də əlavə edə bilərsən. Pulsuz vaxtlarımda nə qədər mənə əl tutmusan. Məgər bunları unutmaqmı olar?

barba - Çoxdan görünmürdün. Ölü Rəcəbdən soruşurdum, çiyinlərini çəkirdi. Kamaldan soruşurdum, bilmirəm deyirdi.Ərəb Şövqü isə özü məndən soruşurdu səni. Qulağıma cürbəcür sözlər dəyirdi. Kor Abdi də oxuyurdu:

Gözəllərin gülüydün, Cevriyyə, Cevriyyə,

Könüllərin diliydin, Cevriyyə, Cevriyyə.


De hardasan, de harda, Cevriyyə, Cevriyyə,

Bəlkə qara məzarda, Cevriyyə, Cevriyyə.



Avaralar onun sözlərini təkrar edirdi. Dəli olurdum... Hamı da susurdu. Mənə elə gəlirdi ki, bu yaramazlar bilirlər hər şeyi, amma gizlədirlər nədənsə.

CEVRIYYƏ -

Polis məntəqəsində gombul Məlahət də, Gülsərən də təəccüb qaldı məni görəndə. İndiki əziyyətimdə bu mənim xeyrimədir, Barba. Qoy unutsunlar məni, yox olum hamı üçün. Sən də heç kimə demə məni gördüyünü. İşlər başqa cürdür, Barba...

barba - Sən neyləmişdin axı, qazamata düşdün, ay Dəcəl?

CEVRIYYƏ -

Allah çopur Vəliyə min bəla göndərsin. Heroin bağlamasını qoltuğuma soxub aradan çıxdı. Həmin andaca fironar başımın üstünü kəsdirdilər.

10

barba - Niyə hər şeyi olduğu kimi söyləmədin onlara?

CEVRIYYƏ - Olmazdı, Barba. Axı Cevriyyənin də namusu, vicdanı var. Əgər hər tindən çıxan casusa, polisə, ya komissara hamını satmağa başlasan, İstambulun küçələri özü sənin üçün həbsxanaya çevrilər. lakin o alçaq həbsxanaya – yanıma bir qutu siqaret də gətirmədi. Amma Allah bu dünyada qarışqanın da ruzisini yetirir... Barba, mənə bir siqaret də ver, varındısa.

Barba şkafdan götürüb siqaret qutusunu onun qarşısına qoyur.

(Siqaret yandırır.) Tüstü sənə pis təsir etməz ki?


barba -

İşində ol. Gün uzunu o tüstünün içində deyiləmmi?

CEVRIYYƏ - Demək, hələ çəkmirsən?

barba - İyirmi ili adlayıb tərgitdiyim.

CEVRIYYƏ - Mən də tərkidəcəyəm, Barba. Qoy işlərim bir qaydasına düşsün.

barba - Həbsdə olsan da, gözəlləşmisən, Fosforlu.

CEVRIYYƏ - Doğru deyirsən, Barba? (Boylama güzgüdə özünə baxır.)

Aman Allah, nə müddətdir üzümü görmürdüm. (Saçlarını, əynini səliqəyə salır.)

barba - Eh Cevriyyə, Cevriyyə... Yenə üstündə davalar düşəcək. Xatirinə məclislər qurulacaq, adına təzə mahnılar oxunacaq. Ciftətelli rəqsindən ürəklərə odlar çilənəcək.

CEVRIYYƏ - Yox, dostum... Artıq keçdi o günlər. Sənin gördüyün o Cevriyyə, doğrudan da, ölüb daha. Məsələ tamam başqa cürdür, Barbacan. Necə başa salım səni?.. Eh, sonra... İndi de görüm, yenə bir müddət gizlədə bilərsənmi məni? Gündüzlər. Gecələr isə... gedəcəyəm bir yerə. Bilmək olmaz, bəlkə hələ gecələr də qalmalı oldum burda. Amma pulum yoxdu, Barba. Heç bir quruşum da. Borc hesab elə. Sonra hər şey yaxşı olacaq. Yaxşıların yaxşısı, Barba... (Meyxanaya boylanaraq.) Burda yenə əvvəllərdəkitək qaynarlıq olur?


Yüklə 322,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin