Qara pəRDƏLİ PƏNCƏRƏ


barba - Fağır qızcığaz, gör sən bir neyləmisən? Gedib özgənin yerinə həbsdə yatmısan



Yüklə 322,64 Kb.
səhifə5/14
tarix16.02.2017
ölçüsü322,64 Kb.
#9053
1   2   3   4   5   6   7   8   9   ...   14

barba - Fağır qızcığaz, gör sən bir neyləmisən? Gedib özgənin yerinə həbsdə yatmısan.

CEVRIYYƏ - Neyləyə bilərdim? Həbsdən çıxandan sonra o məni sağ qoyardımı, Barba? Istambulun küçələri belə şeylərin azmı şahidi olub? Cevriyyə bu dünyada çox əzablar görüb. Bir illik əzaba da dözərdi.

Lakin ondan həmişəlik ayrılmaq... bax, buna dözə bilməzdim. Onu görmək üçün qaçıb gəldim sürgündən. Necə çətinliklə qaçdım, nə zülmlə gəlib çıxdım bura- bir Allah şahiddir.


Gündüz pərvanə kimi fırlandım həmin evin başına. Qaranlığın düşməsini gözlədim. Axşam toranı enincə az qala ürəyim sinəmdən çıxırdı. Xəyalən onun qapısını yavaşca tıqqıldadırdım. O, qapını açırdı. “Hardaydın bu vaxtacan?” deyib məni bağrına basırdı. Sevincdən, xoşbəxtlikdən hönkür-hönkür ağlayırdım.

barba - Yazıq Fosforlum... Bu nə cəfadır düşmüsən?


CEVRIYYƏ - Ən böyük cəfa sonra oldu, Barba. Səadətimin qapısını tıqqıldatmağıma – baxmayaraq ki, hələ bilmirdim o açılacaq, ya açılmayacaq – bir neçə an qalmış firon fənərin mənfur işığını saldı üstümə.

barba - Qara qüvvələr elə bil qəsdinə durub, mənim balam. Görüm onları Allahın lənətinə gəlsin.

CEVRIYYƏ - Allah çox rəhmdil Allahdı, Barba. Bu qədər işgəncələrə baxmayaraq o, gülümsər nəzərlərini Cevriyyədən əsirgəmir. Yoxsa polis məntəqəsindən necə qaçardım? Əlimə pul keçən kimi Qırxyamaq mollaya verəcəyəm ki, Allahın şərəfinə yasin oxusun.




14

barba - Yaxşı arzudur, Cevriyyə, qızım. Yadında saxla, insanı bu dünyada yalnız inam hifz edir.

CEVRIYYƏ - Kavboy Nəcibin qapısına sarı ipi bağlayan kimi qaçdım ora. Ancaq o qapı bağlı idi, Barba. Toz basmışdı qapını. Ikinci dəfə də getdim. Ölmüşdü elə bil qapı. Açılmırdı, tərpənmirdi – canlanmırdı. Utanmasaydım hönkürüb ağlar, bağırar, yatmış şəhəri oyadardım. Aman Allah, doğrudanmı onu həbs ediblər? Doğrudanmı mən bir daha onun üzünü görməyəcəyəm? Bəlkə... bəlkə o qaçıb başqa yerdə gizlənib, hə, Barba? Ola bilərmi?..

barba - Ola bilər. hər şey baş verə bilər. Sən yalnız səbrli ol, Cevriyyə, səbrli ol. Sabah var, o biri gün var... indi ki həbsdə deyilsən.

CEVRIYYƏ - Onsuz bir gün belə yaşamağa taqətim qalmayıb, Barba... Təəccüblüdür, onunla tanış olana qədər, onu sevənə qədər mən necə yaşamışam bu dünyada? Yaşamışammı heç?..





BEŞİNCİ FRAQMENT



Cevriyyə boynunda şərf sərxoş kimi sahildə gəzir.

Aralıdan taxta qapıya baxır, baxır.

Başlanğıcdakı melodiya səslənir.




CEVRİYYƏNİN SƏSİ - Allahım!.. Bu nə eşq, bu nə sevda? Bu nə bəla, Allahım?

Mən onu sevdiyimtək dünyada heç kim heç kimi sevməmiş... Gündüzlərim gecəyə dönmüş, gecələrim heçə donmüş... Səni anaram, səni gəzərəm, gözlərəm səni! Hardasan, sevdiyim?..

Allahım!.. Bu nə eşq, nə sevda? Bu nə bəla, Allahım?

(Səs yavaş-yavaş mahnıya çevrilir.)

Gəmi nərdivanın tamam saldılar.

Mənim sevgilimı həbsə aldılar.

Dönərsənmi geri, ey canım-gözüm,

Belə ayrılığa mən necə dözüm,

mən necə dözüm?..

Ah... qüssə məni üzür, qəlbim qan ağlayır... Har-da-san, sevdiyim?!.

Allahım!.. (Hıçqırır.)




Gecə çəkilir.

Istambul sübh şəfəqlərinə qərq olur.

Cevriyyə skamyalardan birinə yıxılıb qalır.

15

ALTINCI FRAQMENT




Onun otağı.

Qaranlıq.

Qapı yavaşca açılır. Kişi və qadın siluetləri nəzərə çarpır.

Kişi zəif mavi işıqlı divar lampasını yandırır, əlindəki böyük, ağır bağlamanı aparıb otağın o başındakı pərdənin arxasına qoyur. Qadının çiyninə salınmış paltonu götürüb paltarasandan asır.Qolundan tutub onu çarpayının yanına gətirir. Otağın, demək olar ki, bütöv bir divarını tutmuş, yaraşıqlı ağ çərçivəli, arxasından ulduzlar görünən nəhəng pəncərənin qara pərdəsini çəkir, bayıra işıq düşmədiyini yoxlayır. Qapının da pərdəsini çəkir. Elektrik kaminini qoşur. Yalnız bundan sonra evin çilçırağını yandırır. Diqqətlə bir-birinə baxırlar, sanki yalnız indicə rastlaşıblar.

Qadın Cevriyyədir.



O -

Siz uzanın, dincəlin. Mən üzümü çevrirəm, soyuna bilərsiniz.

CEVRIYYƏ - Siz... sən nə üçün üzünü çevirirsən?


O -

Ona görə ki, siz rahat soyunasınız.


Cevriyyə təəccüblə baxır. Sonra tələsmədən alt paltarına qədər soyunur, çarpayıya uzanır.

Bütün bu müddətdə kişi üzünü yana çevirib qalır. Sonra tələsmədən o da pencəyini soyunur, çarpayıya yaxınlaşır.

Cevriyə yataqda aralanıb ona yer vermək istəyir.

CEVRIYYƏ - Sən də yatırsan?


O -

Yox. Mənim hələ işim var. Özünüzü necə hiss edirsiniz?

CEVRIYYƏ - Pis deyiləm...


O -

Hə, indi söyləyin görüm, qayıqda niyə yatmışdınız?

CEVRIYYƏ - Harda yataydım, abi?


O -

Xəstəxanadan bu gün çıxmısınız?


CEVRIYYƏ -

Bəli, bu gün çıxartdılar. Altı həftə idi ki yatırdım. Mən o vicdansızlara nə qədər yalvardım. Dedilər, səndə heç nə yoxdur. It kimi küçəyə atdılar. Sonuncu qəpik-quruşumu tramvaya verib limana gəlmişdim ki, orda işləyən tanışlarımdan bir az pul alım. Tərs kimi heç kimi tapmadım. Daha nə tramvayla geri qayıtmağa pulum vardı, nə də piyada getməyə taqətim. Hava qaralan kimi sahildəki qayıqlardan birinə uzanıb yatdım.


O -

Mən gəlib çıxmasaydım elə orda qalacaqdınız?

16

CEVRIYYƏ - Soyuqdan tir-tir əsirdim, nə qədər büzüşürdümsə də, qızına bilmirdim. Sən gəlib məni orda görməsəydin yəqin ki elə o qayıqdaca keçinəcəkdim...

Mən həmişə Allaha dua edəcəyəm ki, o, sənə can sağlığı versin, abi, ömrünü uzun eləsin, bütün arzularına qovuşasan. Sən məni ölümün ağzından qopartdın. Bütün həyatım boyu sənə minnətdar olacağam.


O - Ölümdən nə bərk qorxursunuz?

Yüklə 322,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin