Qanun nə deyir? Bunu hamı bilməlidir! “Şəffaflıq Azərbaycan”İB tərəfindən nəşr olunub Bakı, Azərbaycan Respublikası


Atalığın müəyyən edilməsinin qeydə alınması qaydası



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix18.04.2017
ölçüsü0,55 Mb.
#14367
1   2   3   4   5   6   7

4. Atalığın müəyyən edilməsinin qeydə alınması qaydası 

Ərizə əsasında atalığın müəyyən edilməsinin qeydə alınması valideynlərdən birinin yaşadığı yerin 

Qeydiyyat   şöbəsi   (konsulluq   idarəsi)   tərəfindən   həyata   keçirilir.   Atalığın   müəyyən   edilməsi 

valideynlərin birgə ərizəsi (məhkəmənin qətnaməsi) əsasında qeydə alınır. 



5. Ana öldükdə və ya ananın yaşadığı yeri müəyyən etmək mümkün olmadıqda atalığı necə 

müəyyən etmək olar? 

9


Qeydiyyat şöbəsi (konsulluq idarəsi) ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, 

ananın   yaşadığı   yeri   müəyyən   etmək   mümkün   olmadıqda   və   ya   o,   valideynlik   hüquqlarından 

məhrum edildikdə, atalığın müəyyən  edilməsini yerli icra hakimiyyətinin qəyyumluq və himayə 

orqanlarının razılığı ilə uşağın atasının ərizəsi əsasında qeydə ala bilər. Bu halda atanın ərizəsinə 

müvafiq olaraq aşağıdakı sənədlər əlavə olunmalıdır:

yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının müvafiq razılığını təsdiq edən 



sənəd; 

ananın ölümü haqqında şəhadətnamənin surəti; 



ananın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsindən çıxarış;

ananın valideynlik hüquqlarından məhrum olunması barədə məhkəmə qətnaməsindən çıxarış; 



ananın xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsindən çıxarış və ya onun 

yaşadığı yeri müəyyən etməyin mümkün olmasını təsdiq edən daxili işlər orqanlarından müvafiq 

sənəd. 


Atalığın müəyyən edilməsi haqqında akt qeydinin qeydlər üçün müəyyən olunmuş qrafasında bu 

sənədlər barədə məlumatlar qeyd olunur. 



Ölümün qeydə alınması qaydası

Ölümün qeydə alınması qaydası nədir? 

Ölümün   qeydə   alınması   ölmüş   şəxsin   yaşamış   olduğu   yerdə   və   ya   ölümün   baş   verdiyi   yerdə 

Qeydiyyat   şöbəsi   (konsulluq   idarəsi   və   icra   hakimiyyətinin   nümayəndəliyi)   tərəfindən   aparılır. 

Ölüm   faktının   müəyyən   edilməsi   haqqında   və   ya   vətəndaşın   ölmüş   elan   edilməsi   haqqında 

məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə 

aparılır. 

Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları 

işçilərinin  məlumatı  üzrə, habelə  ölümün  baş vermiş  olduğu təşkilatın  müdiriyyətinin  və başqa 

şəxslərin məlumatı üzrə aparılır. 

Ölüm   haqqında   məlumat   Qeydiyyat   şöbəsi   (konsulluq   idarəsi   və   icra   hakimiyyətinin 

nümayəndəliyinə) ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq 

verilməlidir. 

Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında 

feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin 

ikinci   nüsxəsinə   əlavə   olunmalı   və   onun   üzərində   qeydlərin   nömrəsi,   ölümün   qeydiyyat   tarixi 

yazılmalıdır.   Ölüm   haqqında   həkim   şəhadətnaməsi   olmadıqda,   ölüm   faktı   məhkəmə   tərəfindən 

müəyyən edilir. 

Məhkəmə   qaydasında   ölmüş   elan   edilən   şəxslərin   ölümü   qeyd   edilərkən   ölüm   haqqında   akt 

qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər 

ölüm   faktı   məhkəmə   qətnaməsində   müəyyən   tarixlə   göstərilibsə,   ölüm   haqqında   akt   qeydində 

ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir. 

Ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur.

 

Nikahın qeydə alınması qaydası nədir

Nikahın qeydə alınması qaydası nədir? 

Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.

Nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər 

hansı bir Qeydiyyat  şöbəsi (konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi)  tərəfindən 

həyata keçirilir. Nikaha daxil olmağı arzu edənlər bu barədə Qeydiyyat şöbəsinə (konsulluq idarəsi 

və icra hakimiyyətinin nümayəndəliyinə) şəxsən yazılı ərizə verirlər. 

Əgər nikaha daxil olmaq istəyən şəxslərdən birinin üzürlü səbəbə görə (ağır xəstəlik, uzunmüddətli 

ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) ərizə vermək məqsədilə Qeydiyyat şöbəsinə (konsulluq 

idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə) gəlmək imkanı olmadıqda, gəlmiş ikinci tərəf 

digər tərəfin özünə aid hissəsini şəxsən doldurduğu birgə ərizə və ya ayrı-ayrı ərizələri təqdim edir. 

10


Gəlməmiş tərəfin ərizədəki imzasının həqiqiliyi onun yaşadığı yerin Qeydiyyat şöbəsi (konsulluq 

idarəsi   və   icra   hakimiyyətinin   nümayəndəliyi)   tərəfindən   və   ya   notariat   qaydasında   təsdiq 

edilməlidir. 

Ərizəni   qəbul   etmiş   Qeydiyyat   şöbəsi,   konsulluq   idarəsi   və   icra   hakimiyyətinin   nümayəndəliyi 

nikaha daxil olanları nikahın qeyd olunması şərtləri və qaydası ilə tanış etməli, bu şəxslərin bir-

birinin səhhəti və ailə vəziyyəti haqqında xəbərdar olduqlarını aydınlaşdırmalı, habelə gələcək ər-

arvad və ya valideyn kimi onlara hüquqlarını və vəziyyətini izah etməlidir. Nikahın qeydiyyatının 

günü və saatı nikaha daxil olan şəxslərlə razılaşdırılaraq müəyyən edilir. 

Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi ərizəni qəbul etdikdən 

sonra evlənənlərin razılığı ilə istirahət günü də nəzərə alınmaqla nikahın bağlanması günü və saatı 

təyin   edilir.   Nikah   Qeydiyyat   şöbəsi,   konsulluq   idarəsi   və   icra   hakimiyyətinin   nümayəndəliyi 

tərəfindən  nikaha  daxil olmaq  istəyən  şəxslərin  bu barədə ərizə  verdikləri  gündən 1 aydan  tez 

olmayaraq   onların   iştirakı   ilə   bağlanır.   Üzrlü   səbəblər   olduqda   nikahın   bağlanma   müddəti 

Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən azaldıla və ya 

1 aydan çox olmayan müddətə uzadıla bilər. 

Müddəti   azaltmaq   və   uzatmaq   üçün   əsas   ola   bilən   üzrlü   səbəblərə   təcili   olaraq   uzunmüddətli 

ezamiyyətə getmə və ya daimi yaşamaq üçün başqa yerə köçmə, birgə uşaqların olması, nikaha 

daxil olmaq istəyən qadının hamilə olması, evlənənlərin və ya  onların yaxın qohumlarının ağır 

xəstəliyi,  hərbi xidmətə  çağırılma  və digər  hallar  aid  edilə  bilər.  Bu hallar  müvafiq  sənədlərlə 

(ezamiyyə  vərəqəsi, tibb arayışı, doğum haqqında şəhadətnamə və s) təsdiq edilməlidir. Xüsusi 

hallarda (hamiləlik, birgə uşağın olması, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının 

50-dən yuxarı olması) nikah ərizə verilən gün bağlana bilər. 

Nikaha daxil olan şəxslərin arzusu ilə nikahın qeydə alınmasında digər şəxslər iştirak edə bilərlər. 

Nikah haqqında aktın qeydində imza edən şahidlər iki nəfərdən artıq olmamalıdır. 

Nikaha daxil olmağı arzu edən şəxslərin müraciətinə əsasən nikah toy mərasimində qeydə alına 

bilər. Nikahın qeydiyyatı günü təyin edilərkən nikaha daxil olmağı arzu edən şəxslər Qeydiyyat 

şöbəsinə   (konsulluq   idarəsi   və   icra   hakimiyyətinin   nümayəndəliyinə)   nikahın   toy   mərasimində 

qeydə alınmaq istəyi barədə məlumat verirlər. 

Nikahın bağlanması haqqında qeyd aparıldıqda nikah haqqında şəhadətnamə verilir.

Soyadı, adı və ata adını necə dəyişdirilməsi

Soyadı, adı və ata adını necə dəyişdirilməlidir? 

Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına 

çatdıqdan sonra yol verilir.

Adın, ata adının  və soyadın  dəyişdirilməsi  qeydiyyat  şöbəsi və ya  konsulluq tərəfindən  həyata 

keçirilir.

Ərizə   verən   şəxsin   istəyi   ilə   ata   adı   onu  tərbiyə   etmiş   şəxsin   razılığı   ilə   həmin   şəxsin   adı   ilə 

dəyişdirilir.

Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri üzrə qeydiyyat 

şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan 

Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir.

Ərizə iki nüsxədə təqdim olunur. Nüsxələrdən birinin üzərində ərizənin qəbul edilməsinə dair qeyd 

aparılır və o, ərizə verən şəxsə qaytarılır.

Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

1. ərizə verən şəxsin soyadı, adı, atasının adı;

2. adını, ata adını və ya soyadını dəyişdirmək istəyi;

3. daşımaq istədiyi ad, ata adı və soyad;

4. doğulduğu tarix və yer;

5. milliyyəti və vətəndaşlığı;

6. yaşayış və iş yeri, vəzifəsi;

7. hərbi uçot yeri;

11


8. əvvəllər ad, ata adı və soyad dəyişdirilibsə, nə vaxt və harada;

9. ərizə verənədək bağladığı nikahlar və onların pozulması haqqında məlumat (kimlə nikah 

bağlanıb və ya pozulub, nə vaxt və harada);

10. övladları (soyadı, adı, atasının adı, doğulduğu tarix və yer);

11. xarici ölkələrdən deportasiya olunmuşdursa, hansı ölkədən, nə vaxt;

12. şəxsiyyətini təsdiq edən sənəd (seriyası, nömrəsi və verilmə tarixi).

Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 

1. ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi; 

2. ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;     

3. ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;

4. ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında 

şəhadətnamələr;

5. şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;

6. çağırış məntəqəsinə təhkim olunma vəsiqəsinin və ya hərbi biletin notariat qaydasında 

təsdiq edilmiş surəti;

7. ərizə verən şəxsin 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli;

                8. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş 

hallarda dövlət rüsumunun ödənilməsinə dair qəbz.

Qeydiyyat şöbəsi və ya konsulluq ad, ata adı və soyad dəyişdirildikdən sonra şəxsiyyət vəsiqəsinin 

və digər sənədlərin dəyişdirilməsinin zəruriliyini ərizə verən şəxsə izah edir.

Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı 

dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu 

barədə   müraciət   etmiş   olsunlar.   Hər   iki   valideynin   soyadı   dəyişdirildikdə,   yetkinlik   yaşına 

çatmayanların   soyadı   dəyişir.   Soyadı   valideynlərdən   biri   dəyişdirərsə,   onun   yetkinlik   yaşına 

çatmayan   uşaqlarının   soyadının   dəyişməsi   məsələsi   valideynlər   arasında   razılığa   görə,   razılıq 

olmadıqda isə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.

Adın   verilməsindən   və   ya   dəyişdirilməsindən   imtina   edilməsi   barədə   qeydiyyat   orqanının 

qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.



5. Notariat xidmətləri

1. Notarius hansi hərəkətləri apara bilər ? 

Notarius əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə bilər, sənədlərin surətlərini və 

onlardan cıxarışları hazırlaya bilər, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə 

bilər, fiziki və huquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçun sənədləri və məlumatları tələb 

edə bilər.

2. Notariusun vəzifələri nədən ibarətdir?

Fiziki və hüquqi səxslərə aparılan notariat hərəkətləri ilə bağlı 



onların   huquq   və   vəzifələrini   izah   etməli,   bu   huquqların   həyata   keçirilməsi   və   qanuni 

mənafelərinin qorunması ucun koməklik gostərməlidir

Hüquqi   məlumatsızlıgın   onlara   vura   biləcəyi   ziyanın   qarşısını   almaq   üçün   notariat 



hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir; 

Bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə 



fəaliyyətinin həyata kecirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır;

3. Dövlət Notariusu tərəfindən hansı notariat hərəkətlər aparıla bilər?

Dovlət notariusu aşağıdakı notariat hərəkətlərini aparır:

Əqdləri və etibarnamələri təsdiq edir;



Miras əmlakın muhafizə olunması üçün tədbirlər görür;

Vərəsəlik hüququ haqqında şəhadətnamələr verir;



12

Ər-arvadın ümumi əmlakındakı paya mulkiyyət hüququ haqqında şəhadətnamələr verir;

Yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir;



Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir;

Sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir;



Sənədlərin bir dildən basqa dilə tərcuməsinin düzgünlüyünü təsdiq edir;

Şəxsin sağ olması faktını təsdiq edir;



Şəxsin muəyyən yerdə olması faktını təsdiq edir;

Şəxslə fotoşəkildəki səxsin eyniliyini təsdiq edir;



Sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir;

Fiziki və hüquqi şəxslərin ərizələrini basqa fiziki və hüquqi şəxslərə verir;



Ohdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri 

depozitə qəbul edir

İcra qeydləri aparır;



Veksellərə protestlər tərtib edir;

Çekləri odənilmək üçün təqdim edir və çeklərin odənilmədiyini təsdiq edir;



Sənədləri saxlanmaq üçün qəbul edir;

Dəniz protestləri tərtib edir;



Sübutları təmin edir.



4. Xaricdə istifadə edilməsi məqsədilə sənədlərin rəsmiləşdirilməsi, dəniz protestlərinin tərtib 

edilməsi hansı notariusa həvalə edilə bilər? 

1 saylı notariat kontoru 

Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 17

telefon: (0-12)493-63-16;493-45-14



5. Notariat hərəkətləri neçə gün ərzində aparıla bilər

Notariat   hərəkətləri   rüsum   odənildikdən   sonra   bunun   üçün   lazım   olan   bütün   sənədlər   təqdim 

olunduğu gün aparılır.

6. Hansı hallarda Notarius  və notariat  hərəkətlərini  aparan digər vəzifəli  səxslər  notariat 

hərəkətlərini aparmaqdan imtina etməlidirlər?

Hərəkətin aparılması qanuna zidd olduqda;



Hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda;

Hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan 



numayəndə muraciət etdikdə;

Hüquqi   şəxsin   adından   bağlanan   əqd   onun   nizamnamə   və   ya   əsasnaməsində   gostərilən 



məqsədlərə zidd olduqda;

Qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda;



Notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd 

olduqda və ya  həmin sənədlərdə ayrıayrı  şəxslərin sərəf və ləyaqətini ləkələyən  məlumatlar 

olduqda;


Əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda.

Notariuslar   və   notariat   hərəkətini   aparan   digər   vəzifəli   səxşlər   hərəkətin   aparılmasına   rədd 



cavabı almış şəxsin xahişi ilə üç gün muddətində imtina barədə əsaslandırılmış qərar çıxarmalı 

və ondan sikayət verilməsi qaydasını izah etməlidirlər.



7. Notarus tərəfindən notariat qaydasında təsdiq edilmiş sənədin dublikatı verilirmi?

Notariusun və müvafiq  icra hakimiyyəti  orqanının verdiyi  və ya  təsdiq etdiyi  sənəd itirildikdə, 

şəxslərin yazılı ərizəsinə əsasən itmiş sənədin dublikatı verilir.

13


8.  Notariat   kontorları  və   dövlət   orqanları   tərəfindən  notariat  hərəkətlərinin  aparılmasına 

görə dövlət rüsumunun dərəcələri 

8.1.   Daşınmaz   əmlakın   (mənzillərin,   bağ   evlərinin,   qurğuların,   tikililərin,   torpaqların   və 

başqa   daşınmaz   əmlakın)   özgəninkiləşdirilməsi,   mənzil   sahələrinin   və   bağ   evlərinin 

müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün: 

8.1.1. müqavilə üzrə əmlakın ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, 

bacıya keçirsə - 20 manat

8.1.2. müqavilə üzrə əmlak başqa şəxslərə keçirsə:

Bakı şəhərində - 200 manat

digər şəhər və rayonlarda - 80 manat

8.1.4. mənzil sahələrinin və bağ evlərinin müvəqqəti istifadəyə verilməsi üçün – 20 manat

8.2.Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi üçün: 

8.2.1. müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, qardaşın, 

bacının mülkiyyətinə keçirsə - 25 manat

8.2.2. müqavilə üzrə əmlak digər şəxsin mülkiyyətinə keçirsə - 50 manat



8.3.   Yaşayış   evlərinin   tikintisi   üçün   torpaq   sahələrinin   müddətsiz   istifadəyə   verilməsi 

haqqında müqavilələrin təsdiqi üçün: 

8.3.1. müqavilə üzrə istifadə hüququ ərə (arvada), uşaqlara, babaya, nənəyə, nəvəyə, valideynlərə, 

qardaşa, bacıya keçirsə - 10 manat

8.3.2. müqavilə üzrə istifadə hüququ digər fiziki və ya hüquqi şəxsə keçirsə - 20 manat



8.4. Kredit müqavilələrinin təminatı kimi bağlanılan girov (ipoteka) müqavilələri üzrə: 

8.4.1. dəyəri 2200 manatadək - 5 manat

8.4-1. İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan 

alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün: 

8.4-1.1. Bakı şəhərində - 110 manat

8.4-1.2. digər şəhər və rayonlarda - 44 manat

8.4-2. Qanunvericiliklə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə 

dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün: 

8.4-2.1. Bakı şəhərində - 55 manat

8.4-2.2. digər şəhər və rayonlarda - 22 manat

8.4.2. dəyəri 2200 manatdan 5500 manatadək - 20 manat

8.4.3. dəyəri 5500 manatdan çox olduqda - 30 manat



8.5. Qiymətləndirilən başqa müqavilələrin təsdiqi üçün: 

8.5.1. tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə - 10 

manat

8.5.2. tərəflərdən biri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi 



şəxsdirsə - 10manat

8.5.3. tərəflər digər fiziki və hüquqi şəxsdirsə - 80 manat



8.6. Əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən müqavilələrin, əvvəllər 

bağlanmış müqavilələrin ləğvi barədə sazişin təsdiqi üçün: 

8.6.1. tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə - 10 

manat

8.6.2. tərəflər digər fiziki və ya hüquqi şəxslərdən ibarətdirsə - 20 manat



8.7. Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün: 

8.7.1. qanunla müəyyən edilən bütün növbəli vərəsələrə (şəhadətnamənin qanun üzrə və ya 

vəsiyyətnamə üzrə verilməsindən asılı olmayaraq); 20 manat

14


8.7.2. vərəsə digər fiziki və ya hüquqi şəxsdirsə - 40 manat

8.8. Ər-arvadın birgə nigah müddətində əldə etdikləri ümumi birgə əmlakındakı paya 

mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsi üçün - 10 manat

8.9. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı verilən 

etibarnamələrin təsdiqi üçün:

8.9.1. etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya 

verilərsə - 10 manat

8.9.2. etibarnamə digər vətəndaşlara və ya hüquqi şəxslərə verilərsə - 20 manat



8.11. Nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa etibarnamələrin təsdiqi üçün: 

8.11.1. etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya 

verilirsə - 5 manat

8.11.2. etibarnamə digər fiziki və ya hüquqi şəxslərə verilirsə - 20 manat

8.12. Vərəsəlik əmlakının mühafizəsi barədə tədbir görülməsi üçün - 20 manat

8.13. Dəniz protestlərinin tərtibi üçün - 20 manat

8.14. Vəsiyyətnamələrin təsdiqi üçün - 20 manat

8.15. Notariat qaydasında təsdiq edilmiş sənədlərin təkrarən verilməsi (dublikat) üçün - 5 manat

8.16. Sənədlərin  bir  dildən  başqa dilə  tərcüməsinin  düzgünlüyünün  təsdiqi  (hər səhifəyə  görə), 

sənədlərdən   surət   və   çıxarışların   düzgünlüyünün   təsdiqi,   sənədlərdəki   imzanın   həqiqiliyinin, 

həmçinin tərcüməçinin imzasının həqiqiliyinin (hər imza üçün) və vətəndaşla fotoşəkildəki şəxsin 

eyniliyinin təsdiqi üçün - 2 manat

8.17. İcra qeydlərinin aparılması üçün - 10 manat

8.18. Vətəndaşların, dövlət, idarə, müəssisə və təşkilatlarının, kooperativ və digər ictimai 

təşkilatların ərizələrinin başqa vətəndaşlara, dövlət idarə müəssisəyə təşkilatlarına, kooperativ və 

başqa ictimai təşkilatlara verilməsi və 10.1-10.17-ci maddələrdə göstərilən hərəkətlərdən başqa 

notariat hərəkətləri üçün - 5 manat

8.19. Müştərinin verdiyi bildiriş üzrə əvvəlcədən razılaşdırılmış vaxtda qəbulu üçün - 3 manat

8.20. Bu qanunla müəyyən edilmiş hallarda müştərini onun qabaqcadan verdiyi bildiriş üzrə iş 

yerindən kənarda notariat hərəkətlərinin aparılmasına görə getmək üçün - 10 manat

8.21. Notariusun iş yerindən kənarda notariat hərəkətlərinin aparılmasına görə olduğu vaxtın hər bir 

saatı üçün - 5 manat 

8.24. Ödəniş qiymətli kağızlarına dair təsdiq qeydi və imtina (protest) aktlarının rəsmiləşdirilməsi 

üçün - 5 manat

8.25. Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin müddətinin uzadılmasına ğörə - 50 

manat


15

9. Notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar və 

dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri

9.1.   Notariat   hərəkətlərinin   aparılmasına   görə   aşağıdakı   hallarda   dövlət   rüsumu   ödənilmir

9.1.1. doğumu, ölümü, övladlığa götürülməni və atalığı (analığı) təsdiqləyən sənədləri almaq üçün;

9.1.2.   təminatlı   kreditorun   iştirakçısı   olduğu   girov   müqaviləsi   ilə   bağlı   notariat   hərəkətləri 

aparılarkən dövlət rüsumu tutulmuşdursa, həmin müqavilədən irəli gələn borc öhdəliklərinin təmin 

edilməsi üçün iflas prosesi zamanı təminatlı kreditor ilə əmlak inzibatçısı arasında bağlanmış saziş 

ilə   əlaqədar   notariat   hərəkətləri   üzrə   -   təminatlı   kreditor   və   əmlak   inzibatçısı;

9.1.3. mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat hərəkətləri 

üzrə - birinci qrup işləməyən əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər, qaçqınlar və 

məcburi köçkünlər; 

9.1.4. Mülki-hüquqi əqdlərin bağlanması zamanı, habelə mənzil (fərdi ev) alınması və ya 

dəyişdirilməsi əqdləri ilə bağlı notariat hərəkətləri üzrə - "Valideynlərini itirmiş və valideyn 

himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının 

Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 

uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar;

9.1.5. pensiya, müavinət, yardım və alimentin alınması üçün verilən etibarnamələr üzrə.

9.2. Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək iki bank günü 

ərzində dövlət büdcəsinə köçürülür.

Notarius tərəfindən notariat hərəkətlərinə görə dövlət rüsumunun qəbulu zamanı ödəyiciyə dövlət 

rüsumunun ödənilməsini təsdiq edən rəsmi sənədin (mədaxil qəbzi, kassa mədaxil orderi və s.) əsli 

verilir.


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin