Qanun nə deyir? Bunu hamı bilməlidir! “Şəffaflıq Azərbaycan”İB tərəfindən nəşr olunub Bakı, Azərbaycan Respublikası


   Azərbaycan   Respublikasına   gələn   əcnəbilərin   və   vətəndaşlığı   olmayan   şəxslərin   ölkədə



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix18.04.2017
ölçüsü0,55 Mb.
#14367
1   2   3   4   5   6   7

9.   Azərbaycan   Respublikasına   gələn   əcnəbilərin   və   vətəndaşlığı   olmayan   şəxslərin   ölkədə 

müvəqqəti olma müddətinin uzadılması ilə əlaqədar hansı sənədlər tələb olunur?

müvəqqəti olma müddətinin uzadılması barədə ərizə-anket - 1 ədəd;



əcnəbinin ölkə ərazisinə daxil olması üçün əsas olmuş pasportunun və ya onu əvəz edən sənədi, 

vətəndaşlığı olmayan şəxsin isə şəxsiyyətini təsdiq edən sənədi;

3x4 ölçüdə fotoşəkil - 2 ədəd (qırmızı fonda);



müvəqqəti olma müddətinin uzadılmasına əsas olan halların mövcudluğunu təsdiq edən sənəd;

Azərbaycan  Respublikasında 30 gündən artıq yaşamaq  istəyən  əcnəbinin və ya  vətəndaşlığı 



olmayan şəxsin qeydiyyata alınmasını təsdiq edən sənədi;

14-18 yaşlarında olan şəxslərin notarial qaydada təsdiq edilmiş yazılı razılığı;



40

yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (mülkiyyət hüququnun dövlət qeydiyyatına 

alınması   haqqında   daşınmaz   əmlakın   dövlət   reyestrindən   çıxarış,   order,   icarə   və   ya   kirayə 

müqaviləsi,   yaxud   Azərbaycan   Respublikası   qanunvericiliyində   nəzərdə   tutulmuş   başqa 

sənədin) notarial qaydada təsdiq olunmuş surəti;

vətəndaşa   yaşayış   sahəsi   verən   şəxsin   ərizəsi   (Dövlət   Miqrasiya   Xidmətinin   rəisinin   adına 



olmaqla notarial qaydada təsdiq olunmuş);

vətəndaşa yaşayış  sahəsi verən şəxsin şəxsiyyət  vəsiqəsinin notarial qaydada təsdiq olunmuş 



surəti.

Qeyd:  Aşağıda   sadalanan   hallarda   əcnəbilərin   və   vətəndaşlığı   olmayan   şəxslərin   Azərbaycan 

Respublikasının ərazisində müvəqqəti olma müddəti uzadılır:

a) əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində təcili 

müalicə olunmasına zərurət yarandıqda;

b) əcnəbilərin   və   vətəndaşlığı   olmayan   şəxslərin   Azərbaycan   Respublikasında   yaşayan 

yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə;

c) xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı 

olmayan şəxslər tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin 

şəxsləri ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə.

10. Əcnəbilərin Azərbaycan Respublikasında qaçqın statusunu əldə etmələri ilə əlaqədar 

hansı sənədlərtələb olunur?

Qaçqın statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində qaçqın statusu verilməsi 

xahişinin səbəblərini göstərməklə xüsusi anket (Əlavə 7) blankını doldurmalı, özünün, habelə 

(himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları 

göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və 

şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Azərbaycan Respublikası Dövlət 

Miqrasiya Xidmətinə təhvil verməlidir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya 

Azərbaycan Respublikası ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni:

Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə 



qeydiyyatsız yaşamasına; 

etibarsız sənədlərlə Azərbaycan Respublikasının ərazisində olmasına və ya yaşamasına;  



Azərbaycan Respublikasının ərazisində müvəqqəti olduğu və ya müvəqqəti yaşadığı dövrdə 

Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə 

məşğul olmasına; 

işə düzələrkən qanunvericilikdə müəyyən edilmiş qaydaları  pozmasına; 



bir yerdən başqa yerə getmə və yaşayış yeri seçmə üçün qanunvericilikdə müəyyən olunmuş 

qaydaya əməl etməməsinə; qanunvericilikdə müəyyən edilmiş qalma müddəti qurtardıqdan 

sonra getməkdən boyun qaçırmasına; 

Azərbaycan   Respublikasının   ərazisindən   tranzitlə   keçmə   qaydalarına   əməl   etməməsinə   görə   - 

əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının   hüdudlarından kənara 

inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla 300  manatdan 400 manatadək miqdarda cərimə 

edilir. 


Əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət etmiş və onlara 

yaşayış  sahəsi vermiş  Azərbaycan  Respublikası vətəndaşları və ya  Azərbaycan  Respublikasında 

daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən həmin şəxslərin Azərbaycan 

Respublikasında  müvəqqəti  olma  müddəti  bitdikdən  sonra müəyyən  olunmuş  qaydada  vaxtında 

ölkə ərazisindən çıxmasının təmin edilməsi üçün tədbir görülməməsinə görə - 300 manatdan 400 

manatadək miqdarda cərimə edilir.

41


Azərbaycan  Respublikasında  əcnəbiləri  və   ya   vətəndaşlığı   olmayan   şəxsləri  qəbul   edən,  onlara 

xidmət   göstərilməsini   və   ya   onların   işə   qəbul   olunmasını   təmin   edən   və   onların   Azərbaycan 

Respublikasında olması, yaşaması və ya  Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi 

şərtlərinə əməl edilməsi ilə əlaqədar vəzifələri yerinə yetirən müəssisə, idarə və ya  təşkilatların 

vəzifəli şəxsləri tərəfindən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınmasının 

və qeydiyyatdan çıxarılmasının, onlara Azərbaycan Respublikasında olma və ya yaşama hüququ 

verən sənədlərin rəsmiləşdirilməsinin müəyyən edilmiş qaydalarının pozulmasına görə -   vəzifəli 

şəxslər 300 manatdan 500 manatadək miqdarda cərimə edilir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması İşəgötürən 

tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla fərdi icazəalınmadan əcnəbinin və ya vətəndaşlığı 

olmayan şəxsin işə cəlb edilməsinə görə - vəzifəli şəxslər üç min manatdan beş min manatadək 

miqdarda, hüquqi şəxslər 30 000 manatdan 35 000 manatadək miqdarda cərimə edilir.



11. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən edilməsi ilə əlaqədar 

tələb olunan sənədlər hansılardır?

Azərbaycan Respublikasında yaşayan şəxslərdən tələb olunan sənədlər:

Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət ilə bağlı ölkə ərazisində yaşayan şəxslər 



tərəfindən doldurulan ərizə-anket – 1 ədəd; 

3*4 sm ölçüdə fotoşəkil - 2 ədəd; 



tərcümeyi-hal; 

şəxsiyyəti təsdiq edən sənədin surəti (notarial qaydada təsdiqlənmiş); 



yaşayış yeri üzrə qeydiyyatı barədə F-A kartının surəti (müvafiq icra hakimiyyətinin təsdiqi ilə); 

18 yaşnadək uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərinin surətləri (notarial 



qaydada təsdiqlənmiş); 

qaçqınsınızsa, bu statusunuzu təsdiq edən sənədin surəti (notarial qaydada təsdiqlənmiş). 



Xarici ölkələrdə yaşayan şəxslərdən tələb olunan sənədlər: 

Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət ilə bağlı xarici ölkələrdə yaşayan şəxslər 



tərəfindən elektron formada doldurulmalı olan ərizə-anket – 1 ədəd; 

3*4 sm ölçüdə fotoşəkil - 2 ədəd; 



tərcümeyi-hal; 

şəxsiyyəti təsdiq edən sənədin surəti (notarial qaydada təsdiqlənmiş); 



18 yaşınadək uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərinin surətləri (notarial 

qaydada təsdiqlənmiş); 

qaçqınsınızsa, bu statusunuzu təsdiq edən sənədin surəti (notarial qaydada təsdiqlənmiş).



Azərbaycan Respublikasının “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanununun 

12-ci   maddəsinin   tələblərinə   uyğun   olaraq   cinayət   işi   üzrə   şübhəli   və   ya   təqsirləndirilən   şəxs 

qismində tanınmışdırlarsa - barələrində cinayət təqibi üzrə icraat başa çatanadək; cinayət törətdiyinə 

görə   məhkum   olunublarsa   —   cəza   çəkməkdən   azad   olunana,   yaxud   cəzanı   tam   çəkənədək; 

məhkəmədə   onlara   qarşı   mülki   iddia   verilibsə   —   müvafiq   olaraq   Azərbaycan   Respublikasının 

qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülki iş üzrə qərar qüvvəyə minənədək əcnəbilərin 

Azərbaycan Respublikasından getməsi müvəqqəti məhdudlaşdırıla bilər.

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu 

maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin xarici dövlətin vətəndaşlığına 

mənsubiyyəti,   Azərbaycan   Respublikasının   beynəlxalq   müqavilələrində   nəzərdə   tutulmuş   və   ya 

42


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll 

edilmiş hallar istisna olmaqla tanınmır.

Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazələrin alınması ilə 

əlaqədar əcnəbiyə yaşayış sahəsi verən şəxs (ev sahibi) tərəfindən Azərbaycan Respublikası Dövlət 

Miqrasiya Xidmətinin rəisinin adına müraciət olunan müvafiq ərizədə ev sahibinin və qediyyata 

düşən   şəxsin   adı,   soyadı,   atasının   adı,   həmçinin   şəxsin   qeydiyyata   düşmək   istədiyi   ünvan 

göstərilməklə,   əcnəbi   və   ya   vətəndaşlığı   olmayan   şəxsə   müvəqqəti   və   ya   daimi   qeydiyyata 

düşməsinə etiraz edilməməsi barədə qeydlər öz əksini tapmalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 dekabr tarixli 214 saylı qərarı ilə təsdiq 

edilmiş “Əcnəbinin  Azərbaycan  Respublikası ərazisində  haqqı ödənilən  əmək  fəaliyyətini  həyata 

keçirməsi üçün fərdi icazənin verilməsi Qaydaları”nin 1.3-cü bəndinə əsasən, işəgötürən fərdi icazə 

almış  əcnəbini  başqa  işəgötürənin  yanında  işə  keçirə  bilməz.  Belə  ki, əcnəbini  və  vətəndaşlığı 

olmayan  şəxsi  Azərbaycan  Respublikası ərazisində  haqqı ödənilən  əmək  fəaliyyətinə  cəlb  etmək 

istəyən digər işəgötürən yeni fərdi icazənin alınması ilə bağlı Azərbaycan Respublikasının Dövlət 

Miqrasiya Xidmətinə müraciət etməlidir.

-Birillik  müvəqqəti  yaşama  icazəsinə  görə   120   (yüz  iyirmi),  fərdi  icazəyə  görə  isə  işəgötürən 

tərəfindən  1000 (min)  manat  məbləğində  dövlət  rüsumu  Kapital  Bankın  yerli  filiallarından  birinə 

ödənməlidir 

17. Avtomobilin alınması və  texniki baxışdan keçirilməsi

1.Avtomobil   alarkən   onun   rəsmləşdirilməsi   üçün   qaydalar   və   rüsumlar   necə   müəyyən 

olunur?

Avtomobil alarkən daha çox istifadə olunan iki qayda mövcuddur:

Ümumi etibarnamə ilə (Generalnı)



Alqı-satqı yolu ilə



2. Avtomobilin etibarnamə yolu ilə alınmasının qaydaları nədir?   

Etibarnamə  ilə  avtomobil  alarkən sadəcə avtomobi  satan şəxs həmin  avtomobil  üzərində  bütün 

hüquqları müəyyən olunmuş müddətə etibar edir. Ancaq, mülkiyyət hüququ satan şəxsdə qalır, yəni 

avtomobilin qeydiyyat şəhadətnaməsi (texniki pasportu) satan şəxsin adında qalır. 

Etibarnamənin müddəti ərzində avtomobili alan şəxs onun üzərində müstəqil olaraq sərəncam verə 

bilər. Onu öz adına rəsmləşdirə bilər, kiməsə bağışlaya bilər, sata bilər, girov qoya bilər və digər 

hərəkətlər edə bilər. Amma əgər müəyyən olunmuş müddət ərzində avtomobili alan şəxs heç bir 

hərəkət etmirsə, etibarnamənin müddəti bitdikdən sonra həmin şəxs  avtomobil üzərində hüquqlarını 

itirmiş olur. Bu halda təkrar olaraq avtomobili satan şəxsdən yenidən etibarnamə alınmalıdır. 

3. Etibarnamə ilə bağlı xərclər nə qədərdir?

Dövlət   Rüsumu   haqqında   AR-sı   qanunun   10.9-cu   maddəsinə   görə   Nəqliyyat   vasitələrinin 

özgəninkiləşdirilməsi və üzərində sərəncam verilməsi ilə bağlı etibarnamələrə(generalnı)görə dövlət 

rüsumu 10 manat nəzərdə tutulmuşdur. Əgər etibarnamə  ərə(arvada),  uşaqlara, nənəyə,  babaya, 

nəvəyə, bacıya, qardaşa verilərsə bu zaman 5 manat dövlət rüsumu ödənilməlidir.  Etibarnamələr 

Dövlət Notariat Konturlaraında verilir. Həmin Etibarnamə 10 gün müddətində qeydiyyatda olduğu 

yer   üzrə   DYP-nin   qeydiyyat   şöbəsində   10   manat   dövlət   rüsumu   ödənilməklə   qeydiyyata 

alınmalıdır. 



4. Avtomobilin idarə edilməsi ilə bağlı etibarnamə necə verilməlidir və xərclər nə qədərdir?

Avtomobilin   istifadə   edilməsi   ilə   bağlı   etibarnamə   isə   yalnız   sürücülük   vəsiqəsi   olan   şəxslərə 

verilir.   Bu   halda   Dövlət   Rüsumu   haqqında   AR-sı   qanunun   10.11-ci   maddəsinə   görə   Nəqliyyat 

43


vasitələrinin   istifadə   edilməsi     ilə   bağlı   etibarnamələrə   görə   dövlət   rüsumu  10   manat   nəzərdə 

tutulmuşdur.   Əgər   etibarnamə   ərə   (arvada),   uşaqlara,   nənəyə,   babaya,   nəvəyə,   bacıya,   qardaşa 

verilərsə bu zaman 5 manat dövlət rüsumu ödənilməlidir.

Avtomobilin alqı-satqı yolu ilə alınmasiının qaydaları nədir?   

5. Avtomobilin alqı-satqı yolu ilə alınması isə ən etibarlı və məqsədəmüvafiq qaydadır. Bu zaman 

avtomobili   alan   şəxslə   satan   şəxs   arasında   alqı-satqı   müqaviləsi   bağlanılır.   Həmin   müqəvilə 

əsasında   avtomobil   tam   olaraq   alan   şəxsin   mülkiyyətinə   keçir.   Bu   halda   avtombilin   qeydiyyat 

şəhadətnaməsi(texniki pasportu) alan şəxsin adına rəsmləşdirilir və həmin şəxs avtomobilin tam 

mülkiyyətçisi sayılır. 

Avtomobilin   alqı-satqı   yolu   ilə   alınması   üçün   xərclər   nə   qədərdir?   Avtomobilin   alqı-satqı 

müqəviləsi üzrə xərclərə gəlincə isə qeyd edim ki, Dövlət Rüsumu haqqında AR-sı qanunun 10.2-cu 

maddəsinə görə Nəqliyyat  vasitələrinin özgəninkiləşdirilməsi  ilə bağlı müqavilələrə  görə dövlət 

rüsumu   50   manat   nəzərdə   tutulmuşdur.   Əgər   müqavilə   ərə(arvada),   uşaqlara,   nənəyə,   babaya, 

nəvəyə, bacıya, qardaşa verilərsə bu zaman 25 manat dövlət rüsumu ödənilməlidir. 

    


6.Avtomobillər  texniki baxışdan hansı vaxtlarda  keçirilir və nə qədər rüsum ödənilməlidir?

Azərbaycan Respublikasında qeydiyyatda olan bütün nəqliyyat vasitələrinə "Yol hərəkəti haqqında" 

Qanunun   30-cu   maddəsinin   altıncı   hissəsində   qeyd   olunduğu   kimi   ildə   bir   dəfə   texniki   baxış 

keçirilir. Nəqliyyat vasitəsinə texniki baxış keçirilməsi üçün:

Nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə:

- аvtonəqliyyаt vаsitələri üçün - 20 mаnаt;

- motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün 

nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat 

vasitələri, qoşqular, yarımqoşqular üçün - 10 mаnаt.

Minik avtomobilləri, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələrinin mühərrik həcminin hər 

kub   santimetrinə   görə   -   0,01   manat,   muhərrikin   həcmi   2000   kub   santimetrdən   3000   kub 

santimetrədək olduqda, 20 manat + mühərrikin həcminin 2000 kub santimetrdən çox hissəsi üçün 

hər   kub   santimetrə   görə   -   0,02   manat,   muhərrikin   həcmi   3000   kub   santimetrdən   4000   kub 

santimetrədək olduqda 40 manat + muhərrikin həcminin 3000 kub santimetrdən cox olan hissəsinin 

hər   kub   santimetrinə   gorə   -   0,03   manat,   muhərrikin   həcmi   4000   kub   santimetrdən   5000   kub 

santimetrədək olduqda 70 manat + muhərrikin həcminin 4000 kub santimetrdən cox olan hissəsinin 

hər kub santimetrinə gorə - 0,04 manat, muhərrikin həcmi 5000 kub santimetrdən cox olduqda 110 

manat + muhərrikin həcminin 5000 kub santimetrdən cox olan hissəsinin hər kub santimetrinə gorə 

- 0,05 manat yol vergisi tutulur.

Texniki   baxış   üçün   avtomobillərin   markaları   nəzərə   alınmaqla   aşağıdakı   müddətlər   müəyyən 

olunmuşdur:

VAZ markalı avtomobillər üçün – yanvar ayının 1-dən may ayının 1-dək.



QAZ, Moskviç, ZAZ, UAZ və digər MDB istehsalı olan avtomobillər üçün – may ayının 1-dən 

iyul ayının 1-dək.

Yük avtomobilləri və avtobuslar üçün – iyul ayının 1-dən sentyabr ayının 1-dək.



Digər xarici dövlətlərdə istehsal olunmuş  minik avtomobilləri üçün – sentyabr ayının 1-dən 

noyabr ayının 1-dək.

Nəqliyyаt vаsitəsinin sаhibləri (səlаhiyyətli şəхs), onlаrа məхsus nəqliyyаt vаsitələrini teхniki bахış 

tаlonundа müəyyən  edilən vахtdаn gec olmаyаrаq (müddətin son tarixi texniki baxış talonunun 

üzərində   dəlik   vasitəsilə   qeyd   olunur)   dövlət   teхniki   bахışınа   sаz   vəziyyətdə   təqdim   etməyə 

borcludur.

44


Аzərbаycаn   Respublikаsının   İnzibаti   Хətаlаr   Məcəlləsinin   154.1   mаddəsinin   tələbinə   müvаfiq 

olаrаq, nəqliyyаt vаsitələrinin sаhibləri və yа sürücüləri tərəfindən müəyyən edilmiş qаydаdа və 

müddətdə   (müddətin   son   tarixi   texniki   baxış   talonunun   üzərində   dəlik   vasitəsilə   qeyd   olunur) 

nəqliyyаt vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə 

fiziki  şəхslər 50 mаnаt miqdаrındа, vəzifəli  şəхslər 100 mаnаt miqdаrındа, hüquqi şəхslər 300 

mаnаt miqdаrındа cərimə edilirlər.  Məcəllənin  154.1-ci maddəsində  nəzərdə tutulmuş  nəqliyyat 

vasitəsini  dövlət  qeydiyyatından  və ya  texniki  baxışdan keçirmədən  idarə  etməyə  görə  inzibati 

məsuliyyətə cəlb olunduqda 10 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki 

baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati 

məsuliyyətə cəlb olunmur.



18. Dövlət qulluğuna qəbul 

Dövlət qulluğu dedikdə nə başa düşülür?

Dövlət   qulluğu   Azərbaycan   Respublikasının   Konstitusiyasına   və   digər   qanunvericilik   aktlarına 

uyğun   olaraq   dövlətin   məqsədlərinin   və   funksiyalarının   həyata   keçirilməsi   sahəsində   dövlət 

qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.



Hansı orqanlar dövlət orqanları hesab edilirlər?

Azərbaycan  Respublikasının qanunvericilik  aktları  ilə müəyyən  edilmiş  hüdudlarda  Azərbaycan 

Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış 

və dövlət büdcəsindən maliyyələşdirilən dövlət qulluqçularının qurumu dövlət orqanıdır.



Kimlər dövlət qulluqçuları hesab edilirlər?

Dövlət   qulluqçuları   “Dövlət   qulluğu   haqqında”   Azərbaycan   Respublikasının   Qanununu   ilə 

müəyyən   edilmiş   qaydada   maaşlı   (maaş   yalnız   dövlət   büdcəsi   vəsaitindən   verilə   bilər)   dövlət 

qulluğu   vəzifəsini   tutan   və   Azərbaycan   Respublikasına   sadiq   olacağına   and   içən   Azərbaycan 

Respublikasının vətəndaşlarıdır.

Hansı şəxslərin dövlət qulluğuna girmək hüququ vardır?

Dövlət   qulluğu   haqqında”   Azərbaycan   Respublikası   Qanununun   27.1-ci   maddəsinə   əsasən 

Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, milliyyətindən, dilindən, cinsindən, sosial 

mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, ictimai və 

digər   birliklərə   mənsubiyyətindən   asılı   olmayaraq,   müvafiq   vəzifənin   tələblərinə   uyğun   peşə 

hazırlığına malik olan vətəndaşlarının dövlət qulluğuna girmək hüququ vardır.



Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 

hansı vəzifələrin tutulması üzrə müsabiqə elan edir?

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə müvafiq olaraq 

inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr boşaldıqda, müvafiq icra 

hakimiyyəti   orqanı   (Azərbaycan   Respublikasının   Prezidenti   yanında   Dövlət   Qulluğu   Məsələləri 

üzrə Komissiya) həmin vəzifələrin tutulması üçün müsabiqə elan edir. 

Prokurorluq, Ədeliyyə, Milli Təhlükəsizlik, Müdafiə, Fövqəladə Hallar, sərhəd xidməti, Miqrasiya 

xidməti,   daxili   işlər,   gömrük,   vergi   xarici   işlər   və   feldyeger   rabitəsi   orqanlarına   qəbulla   bağlı 

imtahanlar Dövlət Qulluğu komissiyası tərəfindən aparılmır. 



Dövlət   orqanlarında   vakant   dövlət   qulluğu   vəzifələrinin   tutulması   üçün   müsabiqələrin 

keçirilməsi ilə bağlı məlumatı haradan əldə etmək olar?

Azərbaycan   Respublikasının   Prezidenti   yanında   Dövlət   Qulluğu   Məsələləri   üzrə   Komissiya 

tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqələrin 

keçirilməsi   ilə   bağlı   elanlar   mütəmadi   olaraq   kütləvi   informasiya   vasitələrində   dərc   edilir,   o 

cümlədən Komissiyanın rəsmi internet saytında (

http://www.csc.gov.az/

) yerləşdirilir.

45


Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar hansı sənədləri təqdim etməlidirlər?

Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar aşağıdakı sənədləri Azərbaycan Respublikası 

Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim etməlidirlər: 

ərizə 



şəxsiyyəti təsdiq edən sənədin surəti (notarial qaydada təsdiq edilmiş) 

kadrlar uçotunun şəxsi vərəqəsi 



ali təhsil haqqında sənədin surəti (notarial qaydada təsdiq edilmiş) 

əmək kitabçasının surəti (olduğu təqdirdə, notarial qaydada və ya işəgötürən tərəfindən təsdiq 



edilmiş) 

ixtisas   dərəcəsini   təsdiq   edən   sənədlərin   surəti   (olduğu   təqdirdə,   notarial   qaydada   və   ya 



işəgötürən tərəfindən təsdiq edilmiş) 

sağlamlıq haqqında arayış 



ağ fonlu rəngli fotoşəkil 4 ədəd (2 ədəd 3 x 4, 2 ədəd 4 x 6)

Sənədlərin qəbulu müsabiqə elan edilən gündən etibarən 30 gün Azərbaycan Respublikasının 



Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən aparılır. 

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən inzibati 

vəzifə   iddiasında   olan   şəxsin   müvafiq   ali   təhsili   olmalıdır,   orta   təhsilli   vətəndaşlar   elan   edilən 

müsabiqələrdə iştirak edə bilməzlər. 

Müsabiqədə iştirak etmək istəyən vətəndaşların  təqdim etməli olduqları ərizə formasını və kadrlar 

uçotunun şəxsi vərəqəsini Komissiyanın rəsmi internet saytından (

http://www.csc.gov.az/

) yükləyə 

və ya inzibati binasından (AZ1072, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) əldə edə etmək 

olar. 


Dövlət qulluğuna qəbul üzrə müsabiqə hansı mərhələlərdən ibarətdir?

Qanunvericiliyə   uyğun   olaraq   müsabiqə   vahid   test   imtahanından   və   söhbətdən   ibarətdir.   Test 

İmtahanında mümkün olan baldan ən azı 80 faizini toplamış namizəd imtahanı müvəffəqiyyətlə 

vermiş hesab edilir. Əlavə olaraq bildiririk ki, test imtahanında hər namizədə 100 sual təqdim edilir 

və hər düzgün cavab bir balla qiymətləndirilir.

19. Vərəsəlik hüququnun ümumi müddəaləri

1. Vərəsəlik nə deməkdir?

Vərəsəlik ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) keçməsidir. 



2. Miras qoyanın əmlakı vərəsələrə hansı əsaslarla keçir?

Miras qoyanın əmlakı vərəsələrə qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçə bilər.

Qanun üzrə vərəsəlik (ölmüş  şəxsin əmlakının  qanunda göstərilmiş  şəxslərə  keçməsi)  o zaman 

qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən 

etibarsız sayılır.

3. Vərəsələr kimlərdir?

1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə 

miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, 

habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu 

şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola 

bilərlər.

46


QANUN  ÜZRƏ VƏRƏSƏLİK

4. Qanun üzrə vərəsələr kimlərdir?

Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), 

valideynlər (övladlığa götürənlər).



(Övladlığa   götürülən   və   onun   övladları   övladlığa   götürənin   vərəsələri   və   ya   qohumları   kimi 

övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.)

2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları 

və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın 

vərəsəsi   olacaq   valideynləri   sağ   olmasın.   Onlar   qanun   üzrə   vərəsəlik   zamanı   onların   ölmüş 

valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, 

babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə 

sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın.

4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər.

5.   Beşinci   növbədə   -   xala   uşaqları   və   bibi   uşaqları,   dayı   uşaqları   və   əmi   uşaqları,   onlar   sağ 

olmadıqda isə onların uşaqları.

VƏSİYYƏT ÜZRƏ VƏRƏSƏLİK

5. Vəsiyyət üzrə vərəsəlik nə deməkdir?

Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də 

kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Bunun üçün miras qoyan tərəfindən 

vəsiyyətnamə qoyulmalıdır.



6. Vəsiyyətnamə necə tərtib olunur?

Vəsiyyətnamə   yazılı  formada   tərtib  edilməlidir.   Həm  notariat    formasında  və   ya   bunsuz   yazılı 

vəsiyyətnaməyə yol verilir. 

Vəsiyyətnamənin     notariat   forması  tələb   edir   ki,   vəsiyyətnaməni   vəsiyyət   edən   özü   yazır   və 

imzalayır, notarius  isə təstiqləyir. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən iki şahid olmaq şərti 

ilə notarius yaza bilər, vəsiyyət edən isə vəsiyyətnaməni notariusun və şahidlərin yanında oxuyub 

imzalayır. Əgər vəsiyyət edən hər hansı bir səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, başqa 

fiziki  şəxs  imzalaya  bilər.  Bu zaman  vəsiyyət  edənin  hansı səbəbdən vəsiyyətnaməni  imzalaya 

bilmədiyi göstərilməlidir. 



Ev   vəsiyyətnaməsi-  vəsiyyət   edən  vəsiyyətnaməni   öz   əli   ilə   yazıb   imzalaya   bilər.   Bu   halda   o, 

vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa (və ya digər notariusa bəbrabər 

tutulan şəxsə) verə bilər.

Mirasda məcburi pay nə deməkdir?

Vəsiyyət   edənin   uşaqlarının,   valideynlərinin   və   arvadının   (ərinin)  vəsiyyətnamənin 



məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı 

onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 

Məcburi pay almaq hüququ olanvərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər 

qanun üzrə vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə 

keçir.

Mirasın qəbul edilməsi qaydası nədir?

Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

47


Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya 

əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul 

etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə 

edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

Miras hansı müddətə qəbul edilə bilər?

Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə 

bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 

Mirasın qəbul edilməsinin xüsusi müddəti

Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun 

qəbulu üçün müəyyənləşdirilmiş  müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı 

həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır.



Vərəsəlik şəhadətnaməsi nə vaxt verilir?

Vərəsəlik şəhadətnaməsinin verildiyi müddət:

Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt 

verilir.   Əgər   notariat   orqanında   şəhadətnamə   tələb   edən   şəxslərdən   savayı,   başqa   vərəsələrin 

olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

Vəsiyyətnaməni dəyişdirmək və ya ləğv etmək olarmı?

Vəsiyyət  edən vəsiyyətnaməni  həmişə  dəyişdirə  və ya  ləğv edə bilər. Bunu aşağıdakı üsullarla 

etmək olar:

-

əvvəlki vəsiyyətnaməni və ya onun bir hissəsini ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə 



(əvvəlki   vəsiyyətnamənin   göstərişləri   sonrakı   vəsiyyətnamə   ilə   dəyişdirilmədiyi   halda 

qüvvədə qalır),

-

notariat orqanına ərizə verməklə,



-

vəsiyyətnaməni  ləğv etmək  üçün onun bütün nüsxələri  vəsiyyət  edənin  özü və ya  onun 

sərəncamı ilə notarius tərəfindən məhv edilməlidir. 

-

Notariat  vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz.



 

20. Hüquqi yardimla bağli uğurlu işlər və maraqli prosesslər

Lənkəran – Hüquqi Yardım Mərkəzi (LRC) – İyul, 2011

Regionlarda ən xarakterik problemlərdən biri vətəndaşların əmək müqaviləsi olmadan işə 

cəlb   olunması   və   işlədilməsidir.   İşsizliyin   ciddi   problem   olması   səbəbindən   və   bəzi   hallarda 

işverənin vergidən yayınma və lazımı anda məsuliyyəti öz üzərindən ata bilməsi üçün, vətəndaşlar 

bu cür hallara göz yumaraq işyerlərində çalışmağa razılıq verirlər. Bu baxımdan əmək müqaviləsi 

olmadan   işləyən   vətəndaşların   daha   sonra   problemlərlə   qarşılaşaraq   mərkəzlərimizə   hüquqi 

məsləhət üçün müraciət etməsi başa düşüləndir.  Bununla bağlı mərkəzlərimizə bir çox müracitlər 

daxil   olub.   Xüsusilə   bu   müraciətləri   digərlərindən   fərqləndirən   əsas   cəhət   onların   kollektiv 

müraciətlər olmasıdır.   Mərkəzimizə 10 nəfərdən ibarət Masallı və Lənkəran rayon sakini müraciət 

edərək bildiriblər ki, onlar hərbi hissələrdən birində təmir-tikinti işlərində çalışmışlar və işləri təhvil 

verdikdən sonra onlara haqqları tam   ödənilməmişdir.   Vətəndaşların şikayəti  ilə bağlı bir başa 

olaraq   müdafiə   nazirliyinə   müraciət   ünvanlanıb   və   problem   iki   həftə   ərzində   yoluna   qoyulub, 

vətəndaşları almalı olduqları əmək haqqı tam olaraq onlara ödənib. 

Digər   belə   bir   hal   Lənkəran   şəhərində   yerləşən   hərbi   hissədə   baş   verib.   Müdafiə 

nazirliyinə göndərilən müraciətə cavab olaraq bildirilib ki, işlər özəl şirkət tərəfindən aparılır və 

48


işçilərin  əmək haqqının ödənilməsi  də məhz  şirkətin vəzifəsidir. Lakin cavab məktubunda özəl 

şirkətin   əlaqə   vasitələri   və   ünvanı   göstərilməyib.   Bu   isə   vətəndaşlara   həmin   şirkəti   tapmaqda 

çətinlik   yaradıb.   Təşkilatımız   bu   işdə   də   vətəndaşlara   köməklik   göstərib   və   şirkətin   əlaqə 

vasitələrini   müəyyənləşdirərək,   ora   müraciət   ünvanlanmasına   yardım   edib.   Şirkətə   müraciət 

ünvanlandıqdan sonra problem yoluna qoyulub. Vətəndaşların əmək haqqı tam olaraq ödənilib.   

Bu iki nümunədən çıxan ümimi nəticə ondan ibarətdir ki, vətəndaşlarla əmək müqaviləsi 

bağlanmadan yalnız özəl şirkətlər deyil, eyni zamanda bəzi hallarda dövlət qurumlarının özləri də 

fəaliyyət göstərirlər. Bu isə bir başa qanun pozuntusudur və problemin aktuallığını və ciddiliyini 

göstərir.   Ümumiyyətlə   Əmək   hüquqları   ilə   bağlı   əksər   problemlər   vətəndaşların   hüquqi 

maarifsizliyi, əmək münasibətlərinə girən zaman öz hüquqlarını bilməməsi ilə bağlıdır. Amma digər 

bir   diqqət   ayrılmalı   məqam   odur   ki,   vətəndaşlar   problemlə   qarşılaşdıqları   halda   onunla   yalnız 

şəkildə deyil,  kollektiv  qaydada,  birgə mübarizə  aparmağa  üstnülük verirlər.   Kollektiv şəkildə 

edilən müraciətlərə daha erkən baxılır və onların həlli daha tez baş verir. 

Məhz bu səbəbdən “Şəfafflıq Azərbaycan” təşkilatı  2011-ci il 6 dekabr tarixində Əmək 

münasibətləri   zamanı   qarşıya   çıxan   hüquq   pozmaları     mövzusunda   Əmək   və   Əhalinin   sosial 

müdafiəsi   nazirliyi   və   vətəndaş   cəmiyyətinin   üzvlərinin   də   qatıldığı   dəyirmi   masa   keçirib.   Bu 

dəyirmi masada yuxarıda sadalanan problemlər də daxil olmaq əmək münasibətləri zamanı qarşıya 

çıxan digər çatışmazlıqlar da müzakirə edilib və onların həlli ilə bağlı tövsiyyələr səsləndirilib.



Şəki – Hüquqi Yardım Mərkəzi (LRC) - Noyabr 2011

Şəki şəhərinin mərkəzi bazarında bir neçə dükana  sahib olan sahibkarın mülkiyyəti haqsız 

olaraq   onun   əlindən   alınıb.   Haqsız   yerə   köşklərini   itirən   sahibkar   bununla   bağlı   məhkəməyə 

müraciət   edib.   Amma   sahibkarın   ziyanına   qərar   çıxarılıb.   Qarşılaşdığı   haqqsızlıqlarla   əlaqədar 

mərkəzimizə müraciət edən vətəndaşa lazımı məsləhət verilməklə yanaşı, şikayət ərizəsi müvafiq 

qurumlara göndərilib. Məsələ ilə bağlı kütləvi informasiya vasitələrində məlumatlar yerləşdirilib və 

məhkəmə   proseslərinin   gedişi   müşahidə   olunub.   Məhz   bunun   nəticəsində   vətəndaş   Apelyasiya 

məhkəməsində qalib gəlib. Amma daha sonra problem məhkəmə qərarının icra edilməməsi ilə bağlı 

yaranıb.   Məhkəmə   tərəfindən   vətəndaşın   leyhinə   çıxarılmış   qərar   müxtəlif   bəhanələrlə   icra 

edilməyib. Tərəfimizdən bununla bağlı müvafiq dövlət qurumlarına məlumat verilib və məhkəmə 

qərarının tez zamanda icra olunması ilə bağlı tələbimiz çatdırılıb. Bu hadisələrdən sonra Məhkəmə 

qərarının icrası istiqamətində işlər görülməyə  başlanıb. “Şəffaflıq Azərbaycan”  təşkilatının Şəki 

mərkəzi işə fəal cəlb olunub və onlar icra prosesini yerində izləyərək baş verən hadisələrlə bağlı 

ictimaiyyəti məlumatlandırıblar. Mərkəzimizin hüquqşünasları icra proesesinin gedişində vətəndaşa 

daim hüquq məsləhətlər veriblər və onu dəstəkləyiblər. Nəticədə 2011-ci ilin 23 Noyabr tarixində 

məhkəmə qərarı tam icra olunub və dükanlar sahibinə təhvil verilib. Hadisədən bir müddət sonra 

Şəki şəhər icra hakimi işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. 

Azərbaycan   reallığında   vətəndaşların   qarşılaşdıqları   qanun   pozuntusu   ilə   sonadək 

mübarizəsi xarakterik hal deyil. Belə ki, bir çox hallarda vətəndaşlar problemlərini rüşvət verərək 

həll   edir,   bəzən   isə   haqsız   qərarla   razılaşmaq   məcburiyyətində   qalırlar.   Amma   yuxarıda   adını 

çəkdiyimiz   işdə   vəziyyət   fərqlidir.   Vətəndaş   ona   qarşı   edilən   haqsızlıqla   barışmamaqla   yanaşı, 

problemini rüşvət verərək deyil, əksinə hər tərəfli mübarizə ilə yoluna qoymağa çalışır. O vətəndaş 

cəmiyyətinin üzvlərini də prosesə cəlb etməklə, onun əhatə dairəsini daha da genişləndirir. Bu kimi 

işlər   insanları   öz   hüquqlarını   müdafiə   etməyə   həvəsləndirir   və   vətəndaşlarla,   ictimai   təşkilatlar 

arasında   inamı   gücləndirir.   Baş   verənlərə   şahid   olan   digər   sahibkarlar   da   qarşılaşdıqları   oxşar 

problemlərlə bağlı müvafiq qürumlar qarşısında məsələ qaldırdıqdan sonra isə günhkarlar barəsində 

daha ciddi tədbirlər görülür. Prosesdən bir müddət sonra şəki şəhər icra hakiminin vəzifəsindən 

uzaqlaşdırılması məhz bu amillə bağlıdır. 



Quba – İctimai Maraqların Qorunması  və Hüquqi Məsləhət Mərkəzi – Avqust 2011

49


Quba şəhəri sakini  Quba ALAC ofisinə müraciət edərək aldığı ticarət obyektinin Daşınmaz 

Əmlakın Dövlət Reyestri tərəfindən qeydiyyata alınmamasından şikayətini bildirmişdir. Vətəndaş 

DƏDRX-nin Xaçmaz  ərazi  idarəsi  tərəfindən  onun ərizəsinə  cavab  olaraq  verilən  məktubunda, 

haqlı olaraq bildirilirdi ki,  alqı-satqı müqaviləsi notarial qaydada təsdiq olunmadığı üçün AR MM-

nin 146.1-ci maddəsinə əsasən o qəbul edilə bilməz. Alqı-satqı müqaviləsinin digər tərəfi olan, 

tərəfindən   müqavilənin   rəsmi   möhür   ilə   təsdiqlədiyini   bildirərək   notarial   qaydada   müqavilənin 

yenilənməsindən imtina etmişdir.

Vətəndaşa əqdin bağlanmış  hesab edilməsinə  dair iddia  ərizəsi  ilə  məhkəməyə  müraciət 

etmə   hüququ   izah   edilmişdir.   Vətəndaşın   xahişi   ilə   iddia   ərizəsi   tərtib   edilmiş   və   vətəndaş 

məhkəməyə   müraciət   etmişdir.   Quba  ALAC  ofisi  vətəndaşı   Məhkəmədə   təmsil  etmişdir.  Quba 

rayon məhkəməsinin  Qətnaməsi ilə İddia tələbi təmin edilmişdir.

Bu işdən görüldüyü kimi vətəndaşlar bir çox hallarda öz hüquqları barədə tam məlumatlı 

olmurlar və müxtəlif qurumlar onların məlumatsızlığından istifadə edərək süni əngəllər yaradırlar. 

ALAC layihəsinin köməkliyi ilə vətəndaşlara onların hüquqları izah olunur və onlar bu qurumlar 

qarşısında öz hüquqlarını daha inamlı şəkildə qoruyurlar. Bu məsələ digər vətəndaşlar üçün də 

nümunə təşkil edir və onları hüquqların pozulmasına qarşı mübarizədə həvəsləndirir. 



Gəncə- – Hüquqi Yardım Mərkəzi (LRC)

Oktyabr, 2010

“Şəffaflıq   Azərbaycan”   təşkilatının   Gəncə   mərkəzinə   müraciət   edən   bir   qrup   vətəndaş 

Goranboy rayonu qəsəbələrindən birində yerləşən onlara məxsus və şəxsi mülkiyyətlərində olan 

torpaq sahələrinin Azenerji ASC və Goranboy rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq 

zəbt edildiyini bildiriblər. Belə ki, bu vətəndaşların Hüquqi savadsızlığından istifadə edərək onların 

Torpaq Şəhadətnamələri əllərindən alınıb və nəticədə Azenerji ASC tərəfindən şəxsi mülkiyyətdə 

olan torpaq sahələri qanunsuz olaraq zəbt edilmişdir. 

Vətəndaşların məsələ ilə bağlı müraciətinin ardından lazımı sənədlər toplanaraq “dəymiş 

maddi   ziyanın   ödənilməsinə   dair”   İddia   Ərizəsi   hazırlandı   və   məhkəməyə   müraciət   edildi.   İşə 

aidiyyatı   üzrə   Gəncə   İnzibati-İqtisadi   Məhkəməsində   baxıldı   və   vətəndaşların   leyihinə   qərar 

çıxarıldı.   Nəticə etibarı ilə Azenerji ASC vətəndaşların Mülkiyyət Hüquqlarını pozduğuna görə 

Konpensasiya ödəməli oldu.

İcra hakimiyyətinin nümayəndəsi vətəndaşlardan onları aldadaraq torpaq şəhadətnamələrini 

alması ilə öz səlahiyyətlərini aşmışdır. 

Azernerji ASC isə vətəndaşların xüsusi mülkiyyətində 

olan   torpaq   sahələrini   qanunsuz   olaraq   zəbt   etməsi   ilə   Azərbaycan   Respublikasının 

Konstitusiyasında göstərilən mükiyyət hüququnu, o cümlədən “Torpaqların Dövlət ehtiyacları üçün 

alınması” haqqında Azərbaycan Respublikası qanunundan irəli gələn tələbləri və Mülki Məcəllə ilə 

qorunan şəxsin mülkiyyət hüquqlarını pozmuşdur.

Azenerji tərəflərlə  uzun müddətdən sonra razılığa gələrək Kompensasiya  ödəməyi  qəbul 

edib və Məhkəmə Barışıq Sazişi imzalanıb. 

GƏNCƏ- İctimai Maraqların Qorunması  və Hüquqi Məsləhət Mərkəzi (ALAC)

 

Payız 2011

“Şəffaflıq   Azərbaycan”   təşkilatının   ALAC   Gəncə   mərkəzinə   müraciət   edən   vətəndaş 

yaşadığı  yerə   qaz  çəkmək  üçün  ondan   600  manat   pul  alınsa  da  onun  evinə  qaz   çəkilmədiyini 

bildirmişdir. Vətəndaşın şikayəti əsasında Azərbaycan Respublikası Dövlət Neft şirkəti “Azəriqaz” 

İstehsalat   birliyinə   müraciət   ünvanlanmışdır.   Qurumdan   məsələyə   tez   bir   zamanda   diqqət 

göstərilmiş və problemin aradan qaldırılması üçün işlər görülmüşdür. Bildirmidir ki, texniki şərt 

əsasında   layihədə   nəzərdə   tutulan   tikinti-quraşdırma   işləri   başa   çatdırıldıqdan,   “Azəriqaz”   İB 

tərəfindən qaz sayğacı quraşdırıldıqdan  və istismara qəbul edildikdən  sonra  göstərilən  ünvandakı 

fərdi evə təbii qazın verilməsi müvafiq qaydada təmin edilmişdir. Müraciətçi ofisə gələrək ondan 

alınan məbləğin geri qaytarıldığını bildirmişdir.  

50


Buna bənzər digər bir problemdə isə müraciətçi bildirilmişdir ki, onun yaşadığı mənzilə  qaz 

xəttinin çəkilməsi üçün  dövlət rüsumu keçirməsinə baxmayaraq  ondan əlavə 300 manat pul tələb 

olunur. Vətəndaşın ərizəsi əsasında məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft şirkəti 

“Azəriqaz” İstehsalat birliyinə müraciət ünvanlanmışdır. Məhz bundan sonra vətəndaşın problemi 

öz həllini tapıb. Belə ki, qurumdan gələn cavabda bildirilir ki, yeni yaşayış  sahələrinin  və evlərin 

qazlaşdırılmasının     “Bir   pəncərə   prinsipi”   ilə   icra   olunması   üçün     Azəriqaz   istehsalat   birliyi 

tərəfindən  təlimat hazırlanmışdır. Həmin təlimatın tələbinə uyğun olaraq  mülkiyyət və qeydiyyatla 

bağlı aidiyyatı sənədlər əlavə olunmaqla  evin layihə smeta  sənədlərinin hazırlanması üzrə xərclərlə 

razılaşmaqla  nömrələnmiş ərizə forması Gəncə Qaz İstismar sahəsində imzalanmış,  müraciətçinin 

evinə qaz sayğacı quraşdırılmış, evə təbii qaz verilmişdir.  Müraciətçi ofisə gələrək ondan ancaq 

sayğacın pulunun alındığını və digər məbləğin isə ona geri qaytarıldığını bildirmişdir.

 “Şəffaflıq Azərbaycan” təşkilatının ALAC Gəncə mərkəzinə gələn  vətəndaş ünvanlı sosial 

yardım   (ÜSY)   almaq   üçün   Əmək   və   Əhalinin   Sosial   Müdafiəsi   Nazirliyinin   Gəncə   mərkəzinə 

müraciət   edərkən   süründürməçiliklə   üzləşdiyini   bildirmişdir.   Məsələ   ilə   əlaqədar   ƏƏSM 

Nazirliyindən gələn cavabda vətəndaşın ünvanlı sosial yardım almaq üçün Gəncə şəhər əhalinin 

sosial müdafiəsi mərkəzinə rəsmi qaydada müraciət etmədiyi göstərilmiş, bununla belə vətəndaşın 

mərkəzə  dəvət  olunaraq,   ünvanlı  sosial  yardımla   bağlı  mövcud  olan   qanunvericilik  barədə  ona 

ətraflı məlumat verildiyi, ailəsinin ünvanlı sosial yardım hüququnun müəyyən edilməsi üçün zəruri 

sənədləri təqdim etməklə Mərkəzə rəsmi qaydada müraciət etməsi tövsiyyə olunmuşdur. Müraciətçi 

ofisə gələrək ona ÜSY təyin olunduğunu bildirmişdir. 



Bakı- İctimai Maraqların Qorunması  və Hüquqi Məsləhət Mərkəzi (ALAC)

Dekabr  2011

“Şəffaflıq Azərbaycan” təşkilatının Bakı mərkəzinə müraciət edən vətəndaş elektrik enerjisindən 

istifadəyə görə ona haqsız yerə borc yazıldığını bildirib. Vətəndaş tərəfindən Bakıelektrikşəbəkəyə 

dəfələrlə müraciət edilməsinə baxmayaraq onun şikayətinə baxılmamış, vətəndaş süründürməçiliyə 

məruz   qalmışdı.   Tərəfimizdən   Bakıelektrikşəbəkəyə   müraciət   edildikdən   sonra   vətəndaşın 

şikayətinə baxılıb və o Abonent şöbəsinə dəvət olunub. Araşdırmalar nəticəsində məlum olub ki, 

vətəndaşa   borc   haqsız   yerə   yazılıb.   Yekunda   borc   silinib.   Təşkilatımıza   göndərilən   məktubda 

bildirilir ki, enerji sərfiyyatına görə vətəndaşın  Bakıelektrikşəbəkəyə heş bir borcu qalmayıb. 



Fevral 2012

Bakı mərkəzinə müraciət edən vətəndaş ona Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyinin yerli 

bölmələri tərəfindən haqsız olaraq ona ünvanlı sosial yardımın təyin edilmədiyi barədə şikayətini 

bildirib. Vətəndaşın ərizəsi əsasında məsələ ilə əlaqədar olaraq müvafiq dövlət qurumuna müraciət 

göndərilib. Məhz təşkilatın məsələyə müdaxiləsinin ardından problem yoluna qoyulub və haqsız 

yerə   təyin   edilməsindən   imtina   olunan   ünvanlı   sosial   yardım   vətəndaşa   verilib.   Vətəndaş 

mərkəzimizə gələrək probleminin yoluna qoyulmasına göstərdiyimiz yardıma görə minnətdarlığını 

bildirib. 

51


“ŞƏFFAFLIQ AZƏRBAYCAN”

KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İCTİMAİ BİRLİYİNİN 

Qaynar Xətlər

Bakı

                  088 707 07 07

Gəncə 

088 202 02 02

Lənkəran

                  088 303 03 03

Quba

088 404 04 04

Şəki

088 505 05 05

52


i

 27 oktyabr 2009-cu il tarixli 904-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 



qəzeti, 11 noyabr 2009-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 

11, maddə 879)  ilə 7-ci maddənin “5 il” sözləri “12 il” sözləri ilə əvəz edilmişdir və məzmunda “Qeyd” 

hissəsi əlavə edilmişdir.



Document Outline

  • 10. Şəxsiyyət vəsiqəsi olmadan və ya yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşamasına görə qanunla hansı inzibati məsuliyyət müəyyən olunmuşdur? 

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin