Qanun nə deyir? Bunu hamı bilməlidir! “Şəffaflıq Azərbaycan”İB tərəfindən nəşr olunub Bakı, Azərbaycan Respublikası



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix18.04.2017
ölçüsü0,55 Mb.
#14367
1   2   3   4   5   6   7

Qeyd:   “01   oktyabr   2012-ci   il   tarixdən   nəqliyyat   vasitələrinin   sahiblik   hüququna   dair 

etibarnamələrin müddəti 49 ildən 1 ilə qədər azaldılmışdır” 

6. Nigahın pozulması qaydaları

1. Nikahı pozmaq üçün hara müraciət etmək lazımdır?

Ər-arvadın ikisidə boşanmağa razıdırlarsa və onların ümumi uşaqalrı yoxdursa, və yaxud uşaqlar 18 

yaşına çatıbsa, o halda nikahı pozmaq üçün müvafiq icra hakimiyyəti orqanına, yəni Vətəndaşlıq 

Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (VVAQ) orqanına müracıət etmək lazımdır.

Ər-arvadın birinin boşanmağa razı olmadığı halda, və yaxud onların 18 yaşdan aşağı uşaqları varsa 

o halda məhkəməyə müraciət olunmalıdı.

Ər-arvadın razılığı olduqa, lakin onlardan biri VVAQ orqanında nikahın pozulmasından yayınırsa 

(məsələn ərizə yazmaqdan imtina edirsə), o halda nikahın pozulması məhkəmə qaydasında həyata 

keçirilir.



Qeyd: Arvadın hamiləliyi  dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində  



arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.

2. VVAQ orqanında nikahın pozulmasının qaydaları nədir? 

Ərlə   arvad   arasında   boşanma   haqqında   qarşılıqlı   razılıq   varsa,   onlar   nikahın   pozulması   haqda 

VVAQ   orqanına   ərizə   təqdim   edirlər.   Bu   ərizədə   yetkinlik   yaşına   çatmayan   uşaqlarının   olub-

olmadığını təstiq etməyə borcludurlar.

16


Nikahın pozulması haqqında ərizə ər-arvadın yaşadığı və ya onlardan birinin yaşadığı və ya nikahın 

qeydiyyata alındığı yerdə VVADQ orqanına verilir.

Nikahın   pozulması   haqqında   ərizəyə   nikah   haqqında   şəhadətnamə   və   qeydiyyat   üçün   dövlət 

rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməlidir. 

Ər-arvaddan birinin üzürlü səbəbdən (ağır xəstəlik, uzun müddətli ezamiyyətə getmə, uzaq yerdə 

yaşama və s.) ərizə vermək üçün şəxsən gələ bilmirsə, o halda gəlmiş ikinci tərəf ər-arvadın birgə 

ərizəsini   və   ya   ayrı-ayrı   ərizələrini   təqdim   edir.   Gəlməmiş   tərəfin   imzasının   həqiqiliyi   o\nun 

yaşadığı yerin VVADQ otqanı və konsulluq idarəsi tərəfindən və ya  notariat  qaydasında təstiq 

edilməlidir.

Nikahın   pozulmasının   qeydə   alınması   (yetkinlik   yaşına   çatmamış  ümumi   uşaqları   olmayan   ər-

arvadın qarşılıqlı razılığı əsasında) 15 manat.

Nikahın pozulması ərizə verildiyi gündən 1 ay keçdikdən sonra həyata keçirilir. 



Qeyd:  Azərbaycan   Respublikasının   hüdudlarından   kanarda   daimi   və   müvəqqəti   yaşayan 

Azərbaycan vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı konsulluq idarələri 

tərəfindən aparılır.

3.   Nikahın   məhkəmə   qaydasında   pozulması:   Məhkəməyə     nikahın   pozulması   üçün   necə 

müraciət edilir?

Boşanmaq   istəyən   insan  məkəməyə   iddia   ərizəsi   yazaraq   şəxsən  və   ya   nümayəndə   vasitəsi   ilə 

müraciət edir. Ərizəni verən şəxs iddiaçı, qarşı tərəf isə cavabdehdir. 

Ərizə cavabdehin yaşadığı yer üzrə məhkəməyə verilir. 



Qeyd: idddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə  

cavabdehin yaşadığı yerə getməyə çətinlik cəkdikdə   iddia   iddiaçının yaşadığı yerə görə verilə 

bilər.

Ərizədə aşağıdakılar qöstərilməlidir:

ərizənin verildiyi məhkəmənin adı,



iddiaçı və cavabdehin adları, poçt ünvanları,

iddianının məzmunu: tələb, bu tələbin əsaslandırıldığı hallar (boşanmaq istəyinin səbəbləri və 



s.),

ərizəyə əlavə edilən sənədlərin siyahısı.



Nikahın pozulması ilə bağlı tələbləri, məsələn uşaqların kiminlə qalmağı məsələsi və ya aliment 

tələbi, ərizədə göstərilə bilər. 

Ərizəyə aşağıdaki sənədlər əlavə olunur:

iddia ərizəsinin surəti,



dövlət rüsumunun ödənilməsi haqqında qəbz (5 manat məbləğındə “KapitalBanka ödənilir),

nümayəndə varsa onun səlayyihətlərini təstiq edən sənəd,



nikah haqqında şəhadətnamə,

birgə uşaqlar varsa, onların doğum haqında şəhadətnamələrinin surəti.



4. Nikahın məhkəmə qaydasında pozulması: nikahın məhkəmə qaydasında hansı müddətə 

pozulur?

Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez 

olmayaraq həyata keçirilir.

Əgər ər və arvad ikisidə boşanmağa razıdılarsa, məhkəmədə   boşanma səbəbləri araşdırılmadan 

nikah pozulur.

17


Onlardan biri boşanmağa razı deyilsə, məhkəmə ər-arvadın barışması üçün 3 ay vaxt təyin edə bilər. 

3 aydan sonra barışıq olmadıqda nikah pozulur.

Nikahın pozulmasının qeydə alınması (məhkəmə qətnaməsi əsasında) 15 manatdır. 

5. Nikah pozulduqda yetkinlik yaşına çatmayan uşaqlar kiminlə qalır?

Ər-arvad yetkinlik yaşına çatamyan uşaqların kiminlə qaqldığını razılaşdırıb bu barədə məhkəməyə 

saziş təqdim edə bilərlər.

Belə razılıq yoxdursa, və ya saziş uşaqların və ya tərəflərdən birinin marağını pozursa, məhkəmə 

boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalmasını 

uşaqların   hüquq   və   mənafelərini,   onların   rəyini   və   sair   halları   (uşaqların   qardaş   və   bacılarına, 

valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın 

yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla müəyyən edir. 

Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı 

məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 

Uşaqlarla   yaşayan   valideyn   uşağın   fiziki,   psixi   sağlamlığına,   onun   əxlaqi   sağlamlığına     zərər 

yetirməyən digər valideynə mane olmamalıdır. Əks halda uşaqlardan ayrı yaşayan valideyn uşaqla 

ünsiyyətdə olmaq hüququnu   müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. Ayrı yaşayan 

valideynin uşaqla görüşmə qaydası və vaxtı məhkəmə qaydasında müəyyən edilir.   



6. Aliment  necə ödənilir? 

Aliment   ödənilməsi  barədə   valideynlər   öz  aralarında  razılıq   əldə   edib  bu  barədə  saziş  bağlaya 

bilərlər. Belə saziş olmadıqda aliment məhkəmə qaydasında tutulur.

                                                



                                                 Alimentin ödənilməsi barədə saziş 

         

Bu   saziş   alimenti   ödəməli   olan  şəxslə  alimenti  alan  şəxs  arasında   yazılı   formada  bağlanır   və 

notariat qaydasında təsdiq olunur. Notariat qaydasında təsdiq edilmiş saziş icra vərəqəsi qüvvəsinə 

malik   olur.   Sazişdə   alimentin   miqdarı,   ödənilmə   qaydası   və   şərtləri   əksini   tapmalıdır.   Saziş 

tərəflərin qarşılıqlı razılığı əsasında istənilən vaxt dəyişdirilə və pozula bilər- yazılı şəkildə notariat 

qaydasında təsdiq edilməklə. Aliment ödənilməsi barədə sazişi icra etməkdən birtərəfli qaydada 

imtina etmək və onun şərtlərini birtərəfli qaydada dəyişdirmək olmaz. Tərəflərin maddi və ailə 

vəziyyətində əsaslı dəyişiklik olduqda və sazişin dəyişdirilməsi və ya pozulması barədə razılıq əldə 

edilmədikdə bu barədə məhkəmə qarşısında iddia qaldırmaq olar.  



7. Məhkəmə qaydasında aliment tutulmasının qaydaları nədir?  

Aliment almaq hüququ olan şəxs (ər ya arvad) nikahın pozulduğu vaxtdan asılı olmayaraq istənilən 

müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət edə bilər. 

Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddiaçının aliment almaq üçün 

məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin qarşı tərəfin aliment ödəməkdən boyun 

qaçırmasını müəyən edərsə, əvvəlki dövr üçün 3 illik müddət həddində verilə bilər.

Məhkəmə tərəfindən hər ay tutulan alimentin miqdarı aşağıdakı kimidir:

1 uşağa görə - qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi



2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi

3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı.



Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq 

olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

18


Şəxsin işlədiyi təşkilatın müdiriyyəti icra vərəqəsi əsasında hər ay onun əmək haqqından və başqa 

gəlirlərindən aliment tutmağa və əmək haqqı (başqa gəlir) verilən gündən ən geci 3 gün müddətində 

aliment alan şəxsin vəsaiti hesabına göndərməyə borcludur.

Aliment verən şəxs işdən çıxdıqda müəssisənin müdiriyyəti onun işdən çıxması haqqında, habelə 

məlum olduqda onun yeni iş və yaşayış yeri haqqında qətnamənin icra olunduğu yerdə məhkəmə 

icraçısına və aliment alan şəxsə 3 gün  müddətində məlumat verməlidir.

Aliment  verən şəxs iş yaşayış  yerinin  dəyişməsi  haqqında, həmçinin  əlavə qazancı  (əvəzçiliklə 

işlərinə görə və s.) haqqında məhkəmə icraçısına məlumat verməlidir.  

Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir:

uşaq yetkinlik yaşına çatdıqda,



uşaq övladlığa götürüldükdə,

aliment ödəyən və ya aliment alan şəxs öldükdə.



8. Birgə ümumi əmlak dedikdə nə başa düşülür?

Ər-arvad arasında onların ümumi birgə əmlakı bölünə bilər. Nikah müddətində ər- arvadın əldə 

etdikləri   əmlak   onların   ümumi   birgə   mülkiyyəti   sayılır.   Ər-arvadın   ümumi   birgə   mülkiyyətinə 

daxildir:

Onların  hər birinin  əmək,  sahibkarlıq  və ya  intellektual  fəaliyyəti  nəticəsində  əldə  etdikləri 



gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcədə xüsusi təyinatı olmayan digər pul ödəmələri 

(şikəstlik,   sağlamlığın   bu   və   ya   digər   formada   pozulması   nəticəsində   əmək   qabiliyyətinin 

itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);

Ər–arvadın   ümumi   gəlirləri   hesabına   əldə   edilən   daşınar   və   ya   daşınmaz   əşyalar,   qiymətli 



kağızlar,   kredit   idarələrinə   və   ya   s.   kommersiya   təşkilatlarına   qoyulmuş   paylar,   əmanətlər, 

kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin 

kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın 

qazandığı hər hansı sair əmlak.

Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü 

səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) də ümumi əmlak üzərində hüquqa malikdir. Bu 

norma hər şeydən əvvəl işləməyən qadınların qanuni hüquqlarının müdafiəsi məqsədlərinə xidmət 

edir. Belə ki, bu halda arvadın ev işlərinin görməsi işləyən ərin əməyinə bərabər tutulur.

Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya 

vərəsəlik  qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca 

mülkiyyətindədir (ər-arvadın hər birinin ayrıca əmlakıdır).

Zinət əşyaları istisna olmaqla, fərdi istifadə əşyaları (geyim,və s.) nikah zamanı ər-arvadın ümumi 

vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. 

Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan əşyalar (geyim, paltar, 

ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və 

əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir.

Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş 

əmanətlər həmin uşaqlara məxsus hesab edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır. 



9. Ər-arvadın ümumi əmlakı necə bölünür? 

Ər-arvadın ümumi  əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə 

notariat qaydasında təsdiq edilə bilər.

19


Mübahisə   olduqda,   ər-arvadın   ümumi   əmlakının   bölünməsi,   eləcə   də   bu   əmlakda   ər-arvadın 

paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi 

əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, 

digəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə 

pul və ya başqa kompensasiya verilə bilər.  

Məhkəmə   ər-arvadın   ailə   münasibətlərinə   xitam   verildiyi   və   ayrı   yaşadığı     dövrdə   hər   birinin 

qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. 

 

10. Ər-arvadın ümumi əmlakın bölünməsi zamanı paylar necə müəyyən edilir?



     Ər-arvad   arasındakı   müqavilədə   başqa   hal   nəzərdə   tutulmayıbsa,   onların   ümumi   əmlakın 

bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 

Ayrı-ayrı   hallarda   məhkəmə   yetkinlik   yaşına   çatmayan   uşaqların   mənafeyini   və   (və   ya)   ərin 

(arvadın)   diqqətəlayiq   mənafeyini,   o   cümlədən   ər-arvaddan   biri   üzrsüz   səbəbdən   gəlir   əldə 

etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərdə alıb 

onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

10.   Ümumi  birgə   əmlakın   bölünməsinə   dair   hansı   müddətdə   məhkəməyə  müraciət   etmək 

olar?

Nikah pozulduğu vaxtdan  3 il  müddətində ər-arvadın ümumi əmlakının bölünməsinə dair tələblə 

iddia qaldırmaq olar. 

11. Nikahın pozulması dövlət qeydiyyatına necə alınır? 

Məhkəmə qaydasında nikahın pozulmasını VVAQ orqanında qeydə alınmalıdır. Bunun uçün ər və 

arvad hər ikisi, həm də onlardan biri ərizə ilə qətnamənin çıxarıldığı yer üzrə müraciət edə bilər.

Nikahın pozulması haqqında qeyd aparıldıqda nikahın pozulması haqqında şəhadətnamə verilir.

Ər-arvaqddan   yalnız   birinin   ərizəsi   əsasında   nikahın   pozulması   qeydə   alındıqda   nikah   xətam 

olunmuş hesab edilir və nikahın pozulması haqqında şəhadətnamə almış şəxs yeni nikah bağlaya 

bilər. 

Ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz.



7. Əmək hüququ

1. Bir iş ili üçün əmək məzuniyyətinə görə əmək haqqı necə hesablanır?

Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim 

ayının  əmək  haqqının   cəmlənmiş   məbləğini   12-yə   bölməklə  orta   aylıq   əmək   haqqının   məbləği 

tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir 

günlük  əmək  haqqının   məbləği   müəyyən  edilir.   Bu üsul  ilə  alınmış  bir  günlük  əmək  haqqının 

məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. 



2. Hamiləliyə və doğuşa görə neçə gün məzuniyyət verilir?

Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan 

əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. 

Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim 

günü müddətində verilir.

Kənd təsərrüfatı  istehsalında çalışan qadınlara  hamiləliyə  və doğuşa görə məzuniyyət  aşağıdakı 

müddətlərdə verilir:

20


normal   doğuşda  140  təqvim  günü  (doğuşdan əvvəl   70 təqvim  günü və  doğuşdan  sonra  70 

təqvim günü);

doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 



təqvim günü);

iki   və   daha   çox   uşaq   doğulduqda   180   təqvim   günü   (doğuşdan   əvvəl   70   təqvim   günü   və 



doğuşdan sonra 110 təqvim günü).

3. Əmək məzuniyyətindən istifadə başqa vaxta keçirilə bilərmi?

Bəli başqa vaxta keçirilmə mümkündür. Əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və 

işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər. Əmək 

məzuniyyətinin   başqa   vaxta   keçirilməsi   dedikdə,   cari   ildə   məzuniyyətinin   verilmə   növbəsində 

nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti təqvim 

ilinə keçirilməsi başa düşülür. İşçinin təşəbbüsü ilə aşağıdakı hallarda əmək məzuniyyəti  başqa 

vaxta keçirilə bilər:

əmək qabiliyyəti müvəqqəti itirildikdə;



əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə;

işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə;



İşçiyə   əmək   məzuniyyətinin   müəyyən   edilmiş   növbədə   nəzərdə   tutulan   vaxtda   verilməsinin 

istehsalın, işin, xidmətlərin normal gedişinə xələl gətirə biləcəyi hallarda işəgötürənin təşəbbüsü və 

işçinin razılığı ilə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər. Tərəflərin qarşılıqlı razılığı ilə əmək 

məzuniyyətinin istifadə edilməyən hissəsi növbəti iş ili üçün əmək məzuniyyəti ilə birləşdirilə bilər.



4. Qanunsuz olaraq işdən azad edildikdə nə etmək olar?

İddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüquqların bərpasını tələb etmək lazımdır. Bu zaman 

iddia tələbi aşağıdakı kimi qoyulmalıdır “İşə bərpa və məcburi iş buraxma müddəti üçün əmək 

haqqının ödənilməsinə dair”. İşin hallarından asılı olaraq iddia tələbinin həcmi artırılıb azaldıla 

bilər. 

Həmçinin nəzərə alamaq lazımdır ki, əksər əmək mübahisələri üzrə 1 aylıq müddət tətbiq edilir. 



Yəni hüququnuzun poulduğunu aşkar etdiyiniz gündən məhkəməyə 1 təqvim ayı ərzində müraciət 

edə bilərsiz ( hüququn pozulmasının aşkar edildiyi gün dedikdə işçiyə müvafiq əmrin, sərəncamın, 

qərarın,   əmək   kitabçasının,   haqq-hesab   sənədlərinin   kitabçasının,   vərəqəsinin,   çekinin   verildiyi, 

həmçinin   əmək   müqaviləsinin   şərtlərinin   işəgötürən   tərəfindən   müvafiq   qaydada 

sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün başa düşülməlidir).

5. Işdən çıxarkən işçiyə istifadə etmədiyi məzuniyyət üçün məzuniyyət haqqı ödənilirmi?

Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan 

günədək hər hansı şərt və ya  məhdudiyyət  qoyulmadan istifadə etmədiyi  bütün iş illərinin əsas 

məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək münasibətlərinə xitam verilərkən təhsil və 

yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.

8. Əmək pensiyası 

1. Yaşa görə əmək pensiyasına çıxdıqda sığorta stajı neçə il olmalıdır?

Azı 12 il sığorta stajı olmalıdır



2.  Kişilər   və  qadınlar    12  il   sığorta  stajları   olduqda  hansı   yaş  həddində  yaşa  görə   əmək 

pensiyasına çıxa bilərlər?

62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun 

qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə 

əmək pensiyası hüququ vardır.

i

21


Kişilər üçün yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək hər il altı 

ay artırılır, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək 

hər il altı ay artırılır.

3. Neçə uşaqlı qadınlar yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdirlər?

Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan 

qadınlar  müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası 

hüququna malikdir



4.Sağlamlıq imkanları məhdud uşağı olan anaların yaşa görə əmək pensiyasına çıxmağa görə 

sığorta stajı neçə il olmalıdır?

Sağlamlıq   imkanları   məhdud   uşağını   səkkiz   yaşınadək   tərbiyə   etmiş   və   azı   10   il   sığorta   stajı 

olmalıdır və anaların   müəyyən  olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası 

hüququ vardır.



5. Uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyasına çıxmağa 

görə sığorta stajı neçə il olmalıdır?

Ana  vəfat  etdiyinə   və  ya  ana   ilə  nikaha  xitam   verildiyinə,  yaxud   ana  valideynlik   hüququndan 

məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək 

böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən 

ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin azı 10 il sığorta 

stajı olmalıdır və müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququna 

malikdir.

6. Güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün kişilərin və qadınlarin sığorta stajı neçə il 

olmalıdır ?

Kişilər — 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 

ayını həmin işlərdə, qadınlar — 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu 

müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə 

əmək pensiyası hüququ vardır.

7. Hansı işlərə görə güzəştli şərtlərlə kişilər və qadınlar əmək pensiyasına çıxmaq hüququna 

malikdirlər  ?

Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək 

şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən təsdiq olunan siyahısı üzrə həmin işlərdə çalışmışlarsa, 

əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqları vardır.

8. Əlilliyə görə əmək pensiyası nəyə görə təyin edilir?

Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya 

fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, 

əlilliyin   və   ya   18   yaşınadək   sağlamlıq   imkanları   məhdudluğunun  səbəbləri,   habelə  onların 

başvermə   müddəti  

müvafiq   icra   hakimiyyəti   orqanı

  tərəfindən   qanunvericiliyə   uyğun   olaraq 

müəyyən olunur

9. Hansı şərtlərə  əlilliyə görə əmək pensiyası təyin edilir?

Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə 

sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta 

stajı olduqda təyin edilir.



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin