Qafqaz Tədqiqat Resurs Mərkəzi



Yüklə 0,69 Mb.
səhifə9/18
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#1965
1   ...   5   6   7   8   9   10   11   12   ...   18
Hollandiya [13]

Hollandiyada əhalinin çoxu icbari tibbi sığortalıdır. Tibbi sığortanın maliyyələşdirilməsi iki mənbədən: tibbi sığorta müəssisələrindən (xəstəxana fondları) və özəl sığorta kompaniyalarından maliyyələşir. Xəstəxana fondları həkimlərlə fərdi müqavilə bağlayır. Xəstəxana fondu haqqında 1964-cü ilin qanununa əsasən ölkə əhalisinin 60%-i hansı ki, gəliri illik müəyyən edilmiş minimum məbləğdən aşağı olan dövlət qulluqçuları, təqaüdçülər, məşğul əhalilər, öhdəlikdə yaşayanlar və onların ailə üzvləri, İTS-yə düşürlər.

Sığorta haqlarının məbləği hər il hökumət tərəfindən müəyyən edilir. Bu haqq ailə üzvlərinin sayından asılı olmayaraq gəlirdən tutulan vahid faiz kimi müəyyən edilir. 1989-cu ilin islahatlarına qədər sığorta haqları əsasən işverənlər və paritet əsaslarla işçilər tərəfindən ödənilirdi. Bütün haqlar Ümumi Milli Fondda toplanırdı və ona tibbi sığorta üzrə xüsusi şura nəzarət edirdi, həmçinin ərazi xəstəxana fondları öz sığortaçılarına tibbi xidmət göstərmək üçün istədikləri vaxt bu fonddan vəsait götürə bilərdilər.

Hollandiyada özəl tibbi sığorta da yaxşı inkişaf etmişdir. Bu növ sığorta ölkə əhalisinin 1/3-ni əhatə edir və özündə əsasən yüksək gəlirli əhalini, sahibkarları, dövlət qulluqçularını birləşdirir. Özəl sığorta şirkətləri sığorta haqlarının məbləğini, sığorta olunanların kontingentini və sığortalamanın şərtlərini (təqaüdçü və yüksək risklilərdən başqa, hansı ki, onların sığorta qaydaları dövlət tərəfindən müəyyənləşdirilən özəl sığorta təşkilatları bürosu tərəfindən təyin edilir) özləri sərbəst olaraq müəyyən edirlər. Fərdi tibbi sığorta proqramları stasionar və ambulator xidmətlərini, həmçinin də paramedisin müalicələri özündə əks etdirir.

80-ci illərdə İTS-ə psixoloji ambulator, evə qulluqla bağlı köməklər kimi xidmət növləri də daxil edildi.

Hollandiya sisteminin əsas özünəməxsusluğu onunla bağlıdır ki, bu ölkədə ümumi praktikalı həkimlərlə mütəxəssis həkimlər arasında dəqiq sərhəd, fərq var. Belə ki, bu ölkədə ümumi təcrübəli həkim statusu almaq üçün təhsildən əlavə bu məqsədlə qeydiyyata düşməlisən. Mütəxəssis kim qeydiyyata düşmək üçün məzunlar 5 il internaturada işləməlidirlər.

Assosiasiyaya üzv olmaq üçün namizəd hər hansı bir xəstəxanaya ərizəsini verməli və bunun ardınca təqribən illik gəlir məbləği qədər haqq ödəməlidir.

Hollandiyada xəstəxanalar maliyyə məsələlərində azad deyildir, belə ki, onlar dövlət onlarının xidmətləri üçün tarifləri ciddi tənzimləyir. Kapital xərcləri, istismar xərcləri kimi maddələr tibbi xidmətin dəyərinə daxil edilmir və hər il dövlət büdcəsindən kompensasiya edilir. Yeni xəstəxanaların tikilməsi prosesi də dövlətin nəzarəti altındadır.

Hollandiyada tibbi sığortanın əlyetərliyi yaş və səhhətə görə deyil, insanların gəlir səviyyəsinə müəyyən edilir.

Ümumiyyətlə Hollandiyada tibbi sığorta sahəsində tez-tez islahatlar aparılması bu xidmətin bazarı ilə bağlıdır. Daha doğrusu, tibbi sığorta bazarında maksimum sərbəstlik yaratmaq lazımdır, yoxsa regional ixtisaslaşmaya üstünlük vermək lazımdır kimi suallar Hollandiyada tibbi sığorta sisteminin ekspertləri üçün həmişə açıq qalmışdır. Amma onlar daha çox ikincinin üzərində dayanırlar.



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin