Qafqaz Tədqiqat Resurs Mərkəzi



Yüklə 0,69 Mb.
səhifə8/18
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#1965
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
İsrail [14]

İsraildə 4 əsas sığorta kompaniyası var və bu kompaniyaların hər birinin özünəməxsus üstünlükləri var. Belə ki, “Leumit” şirkətində tələbə yarım ilə sığorta ödənişindən azad edilir, “Klalit”də uşaqlar üçün, “Meuhedet”də isə hamilə qadınlar və uşaqlar üçün xüsusi proqramlar var. Şirkətin üzvi aylıq gəlirindən ödəniş ödəyir və istədiyi vaxt səbəbini göstərmədən bir şirkətdən çıxıb başqa birisinə üzv ola bilər. Və təzə şirkət həmin üzvə təqribən 2 aydan sonra müavinət verməyə hazırdır, bu iki aya qədər isə sığorta xərclərini ödəmək köhnə kompaniyanın üzərinə düşür.

İsrail təcrübəsinə əsasən məcburi tibbi sığorta zamanı tibb mərkəzinin üzvü aptekə müraciət edərsə, onda həmin üzv (pasient) aptek xərclərinin 15%-ni ödəyir, qalan xərclər isə sığorta təşkilatı tərəfindən ödənilir. Aptekdən soyuqdəymə və başağrısından başqa heç bir dərmanı həkimin resepti olmadan götürmək olmaz. İsraildə elə bir əhali qrupu yoxdur ki, onlar pulsuz dərman əldə etsinlər.

Bu ölkə təcrübəsində tibbi sığortada psixoloji, psixoatrik, stomatoloji, narkoloji köməklər nəzərdə tutulmur. Əgər pasient ailə həkiminə müraciət edirsə, onda o vergi ödəmir, yox əgər o nadir mütəxəssisə müraciət edirsə onda o kvartalda bir dəfə 4 dollar vergi ödəyir. Bu vergidən qocalığa görə pensiya alanlar; əlillər; yaşayış minimumuna görə müavinət alanlar azaddırlar.

Bu sahədə problem kimi, bəzi diaqnostik prosedurlar üçün pasientlərin uzun müddət gözləməsini (maqnit-nüvə rezonansını 2 ay, mammoqrafiyaya görə 2 həftə gözləmək) qeyd etmək olar.

Sağlamlığın pozulması zamanı pasient təcili yardım çağıra bilər, amma bu zaman bütün xərcləri özü ödəməli olacaq (təqribən 110 dollar). İntensiv terapiya heyətini (briqadasını) çağırmaq isə daha bahadır (təqribən 200 dollar).

İsraildə hər bir şəxs (xarici və yerli) istənilən vaxt xəstəxanaya müraciət edə bilər və bu zaman standart məbləğ olan 200 dolları ödəməlidir.

Pasient istədiyi həkimi və xəstəxananı seçə bilər, amma bu zaman əlavə xərc ödəməlidir (məsələn, kataraktaya görə ödəniş həkimin və klinikanın ranqından asılı olaraq 1250-2000 dollar arasında dəyişir).

Qeyd edək ki, aborta görə xərclər İsraildə tibbi sığortaya aid edilmir.

İsraildə tibbi sığortanın məbləği sığorta olunanın yaşından asılıdır. Nə qədər yaşlısansa bir o qədər çox sığorta haqqı ödəyəcəksən. Məsələn, 30 yaşa qədər oğlan və ya qız ayda 7 dollar ödəyir, əlavə sığorta əldə edir (pulsuz psixoloji məsləhət, 50% güzəştlə psixoatrik yardım). Pasientlərə ağır və çətin əməliyyatların xaricdə həyata keçirilməsi imkanı verilir. Bu zaman sığorta təşkilatı əməliyyat, otel və uçuş xərcini ödəyir. Təşkilatın maksimum ödəyəcəyi məbləğ 150 min dollardır. Həmçinin sığortada dərman pereporatlarında nəzərdə tutulmayan dərmanların 50%-nin ödənilməsinə xərclər də nəzərdə tutulmuşdur.



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin