Qafqaz Tədqiqat Resurs Mərkəzi



Yüklə 0,69 Mb.
səhifə18/18
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#1965
1   ...   10   11   12   13   14   15   16   17   18
Ümumi sığorta haqları

(mln. AZM)

Tibbi sığortanın payı, %-lə

01.01.2003

01.01.2004

01.01.2003

01.01.2004

Atəşgah

74475,0

58127,7

4,97

8,29

Azal-sığorta

34581,7

43792,1

0

0

AİG Kaspian İns

25399,3

22437,8

0

0

Azərsığorta

18776,3

21263,8

0,01

3,07

MBASK

9358,3

12008,5

0,36

2,59

Qruppa A

7108,6

11424,4

97,52

98,26

B&G

6093,2

712,8

0

0,06

Londonqeyt

5005,7

6423,4

11,31

14,31

CI

4212,1

5558,8

0

0

Beynəlxalq Sığorta Şirkəti

3979,7

16020,2

0

3,92

Başak-İnam

3741,8

8714,0

0,51

1,25

Günay-Anadolu

3282,7

4177,4

3,01

2,71

Muğan

2381,0

3028,9

0

0

Azər-Asiya

2262,2

2021,2

0,05

0,04

Dəniz-Biznes

1504,0

x

0

x

Birlik

1333,6

2392,3

0

0

Temz Sığorta Qrupu

1230,6

1758,2

21,08

8,84

Azərqarant

852,7

1051,6

4,53

12,08

Dabl İnşurans

802,1

437,0

1,79

1,27

Qafqaz

700,2

2119,0

0

0

Turalsığorta

562,7

1296,2

0

0

Abşeron

445,6

495,6

0

0

Şəfa

265,8

x

93,52

x

Era Trans Polis

250,8

1538,1

0

0

Neftqazsığorta

250,0

x

0

x

Murad

163,8

763,3

0

0

Qafqaz-sığorta LTD

139,9

169,7

0

0

Most İnşurans

52,3

4610,0

0

0

SƏİ

42,9

32383,3

0

0

Nişan

37,6

130,5

0

0

Fidan

30,1

37,8

0

0

Kaspian İnşurans

27,0

x

0

x

Real-sığorta

8,1

x

0

x

Zamin

4,7

x

0

x

Azad-Koroğlu

0,9

x

0

x

Əmrah

x

808,9

x

0

YEKUN

209363,0

265702,5

5,69

6,73

Cədvəl məlumatlarından göründüyü kimi, ölkənin sığorta bazarında tibbi sığorta xidməti göstərən təşkilatların sayı çox deyildir. Belə ki, bu şirkətlərin sayı 01.01.2003-cü il tarixinə 11-dir. 01.01.2003-cü il tarixinə yəni bir il ərzində müvafiq xidmət göstərən şirkətlərin sayı yalnız 1 ədəd çoxalmışdır. Lakin mütəxəssislərin fikrincə, Azərbaycan əhalisinin könüllü tibbi sığortaya olan ehtiyacının tam ödənilməsi üçün ən azı 10 aktiv fəaliyyətdə olan sığorta şirkətinin mövcudluğu labüddür. Deməli, bu gün həm könüllü tibbi sığorta fəaliyyət göstərən sığorta şirkətlərinin sayının çox olmaması, həm də aktiv fəaliyyət göstərməməsi faktları tibbi sığorta bazarının çatışmazlıqlarındandır.

Cədvəl 3-ün məlumatlarından müsbət meyillər də sezmək mümkündür. Statistikadan göründüyü kimi 12 sığorta şirkətindən 8-nin 01.01.2004-cü il tarixinə əldə etdiyi sığorta haqlarında könüllü tibbi sığortanın xüsusi çəkisi əvvəlki ilin eyni dövrü ilə müqayisədə artmışdır. Bu sığorta şirkətlərindən 2-də bu tendensiya daha müsbət xarakterli olmuşdur. Daha doğrusu, Beynəlxalq Sığorta Şirkəti və Azərsığorta kimi sığorta şirkətlərinin 01.01.2003-cü il tarixinə əldə etdiyi sığorta haqlarında könüllü tibbi sığortanın xüsusi çəkisinin demək olar ki, sıfır olmasına baxmayaraq bu çəki 2004-cü ilinin eyni dövrünə uyğun olaraq 3.9% və 3.1% təşkil etmişdir. Bu isə o deməkdir ki, sonuncu ildə iki sığorta şirkəti könüllü tibbi sığorta bazarına daxil olmuşdur. Qeyd edək ki, B&G sığorta şirkəti də 01.01.2003-cü illə müqayisədə 2004-cü ilinin eyni dövründə cüzi də olsa könüllü tibbi sığorta haqları əldə etmişdir ki, bu haqların da şirkətin ümumi sığorta haqlarındakı payı cəmi 0.06% təşkil etmişdir. Ümumiyyətlə götürdükdə isə, 01.01.2003-cü illə müqayisədə 01.01.2004-cü ildə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin ümumi sığorta haqlarında könüllü tibbi sığortanın xüsusi çəkisi 18.3% artaraq 6.7% təşkil etmişdir ki, bu da ölkədə könüllü tibbi sığorta sisteminin zəif də olsa inkişafına dəlalət edir.

Ölkənin tibbi sığorta haqları bazarındakı cari vəziyyət tibbi sığorta ödənişləri bazarının da formalaşmasına və prinsip etibarı ilə onunla nisbi oxşar olmasına şərait yaratmışdır. Fikrimizi aşağıdakı cədvəldə əks etdirilən rəsmi statistik məlumatlarla əsaslandıra bilərik.


Cədvəl 4. Tibbi sığorta üzrə sığorta ödənişlərinin ümumi sığorta ödənişlərində xüsusi çəkisi [15]




Ümumi sığorta ödənişləri

(mln. AZM)

Tibbi sığortanın payı, %-lə

01.07.2002

01.07.2003

01.07.2002

01.07.2003

Atəşgah

2415,4

25707,1

85,38

15,52

Azal-sığorta

21,3

1004,4

0

0

AİG Kaspian İns

x

413,9

x

0

Azərsığorta

10732,8

12120,2

0

1,94

MBASK

2322,6

6038,4

0

1,71

Qruppa A

4029,5

4397,7

99,64

99,96

B&G

3469,1

1878,7

0

0

Londonqeyt

1309,8

1820,6

9,03

5,07

CI

687,2

2803,1

0

0

Beynəlxalq Sığorta Şirkəti

135,1

1473,7

0

11,32

Başak-İnam

3289,2

2518,2

0,6

1,04

Günay-Anadolu

440,6

2963,3

8,75

4,37

Muğan

1392,2

2428,7

0

0

Azər-Asiya

834,5

1037,1

0

0

Dəniz-Biznes

50,3

x

0

x

Birlik

916,0

2856,1

0

0

Temz Sığorta Qrupu

438,5

946,7

35,12

24,81

Azərqarant

165,4

55,1

9,7

43,67

Dabl İnşurans

448,7

335,9

0

0

Qafqaz

15,4

45,1

0

0

Turalsığorta

197,6

322,4

0

0

Abşeron

217

226,0

0

0

Şəfa

32,7

x

100,0

x

Era Trans Polis

34,6

274,5

0

0

Neftqazsığorta

x

x

x

x

Murad

8,6

184,5

0

0

Qafqaz-sığorta LTD

11,9

22,8

0

0

Most İnşurans

x

328,0

x

0

SƏİ

6,8

x

0

x

Nişan

x

x

x

x

Fidan

0,4

3,1

0

x

Kaspian İnşurans

3,9

x

0

x

Real-sığorta

x

x

x

x

Zamin

0,4

x

0

x

Azad-Koroğlu

x

x

x

x

Əmrah

x

854,2

x

0

YEKUN

33627,5

73059,5

19,2

12,76

Cədvəl məlumatlarından göründüyü kimi, ölkədə tibbi sığorta ödənişləri ilə tibbi sığorta haqları arasında əsas oxşarlıq tibbi sığorta xidməti göstərən sığorta şirkətlərinin tərkibi və müvafiq ödənişin ümumi ödənişlərdəki xüsusi çəkisi ilə əlaqədardır. Lakin cədvəl məlumatları tibbi sığorta ödənişləri bazarında bir əsas neytral meylin olması fikrini irəli sürməyə imkan verir. Yəni 01.07.2003-cü ildə əvvəlki ilin eyni dövrü ilə müqayisədə sığorta haqlarından fərqli olaraq sığorta ödənişləri sahəsində tibbi sığorta növünün xüsusi çəkisinin bir sıra təşkilatlarda (Atəşgah, Londonqeyt, Günay-Anadolu və Temz Sığorta Qrupu) aşağı düşməsi faktı bir tərəfdən neqativ faktdırsa (sığorta olunanların bu xidmət növünü seçməkdə yanılmaları, tibbi sığorta ödənişlərinin məbləğinin aşağı olması və s. baxımından), digər tərəfdən də müsbət faktdır (sığorta olunanların sağlamlıq səviyyəsinin qənaətbəxş olması baxımından). Qeyd edilən fikir bütünlükdə ölkə üzrə tibbi sığorta ödənişlərinin xüsusi çəkisinin azalması prizmasında da doğrudur.

Cədvəl 3-də olduğu kimi Cədvəl 4-ün də məlumatlarından müsbət bir sıra digər meyillər sezmək mümkündür. Rəqəmlərdən göründüyü kimi 11 sığorta şirkətindən 7-nin 01.07.2003-cü il tarixinə əldə etdiyi sığorta haqlarında könüllü tibbi sığortanın xüsusi çəkisi əvvəlki ilin eyni dövrü ilə müqayisədə artmışdır. Həmin sığorta şirkətlərindən 3-də isə bu tendensiya daha müsbət xarakterli olmuşdur. Yəni Beynəlxalq Sığorta Şirkəti, MBASK və Azərsığorta kimi sığorta şirkətlərinin 01.07.2002-cü il tarixinə əldə etdiyi sığorta haqlarında könüllü tibbi sığortanın xüsusi çəkisinin sıfır olmasına baxmayaraq, bu çəki 2003-cü ilinin eyni dövrünə uyğun olaraq 11.3%, 1.7% və 1.9% təşkil etmişdir.

Azərbaycan Respublikasında tibbi sığorta sisteminin cari vəziyyətini, bu sistemdə mövcud olan problemləri və ümumilikdə bu sistemin inkişaf istiqamətləri ilə bağlı daha praktiki və real məlumatlar əldə etmək məqsədilə mövcud layihə çərçivəsində sosioloji sorğu aparılmışdır. Sorğu tibbi sığorta sisteminin 3 əsas qrupu arasında həyata keçirilmişdir. Bu qruplara: a) həkimlər (səhiyyə təşkilatları); b) pasientlər (sığorta olunan) və c) sığorta təşkilatları (sığorta edən) aiddir. Sorğuda səhihliyi və metodoloji düzgünlüyü təmin etmək məqsədilə 5 həkim (səhiyyə təşkilatı), 10 pasient (sığorta olunan) və 5 sığorta təşkilatı (sığorta edən) sorğu obyekti kimi götürülmüş və onlar arasında aidiyyəti mütəxəssis tərəfindən hazırlanmış xüsusi anketlər vasitəsilə sorğu keçirilmişdir.

Hər üç qrup üçün hazırlanmış sorğu anketlərində ümumi və daha aktual mahiyyət kəsb edən aşağıdakı suallara diqqət verilmişdir:


  1. Azərbaycanda tibbi sığorta sisteminin inkişafına mane olan amillər;

  2. Azərbaycanda tibbi sığorta sisteminin inkişafı baxımından zəruri hesab etdiyiniz islahatlar (təklifləriniz);

  3. Tibbi sığorta sistemində mülkiyyət formasına görə hansı müəssisələrə üstünlük verərdiniz.

Qeyd edək ki, respondentlərin qoyulan suallara cavabları nisbətən oxşar olsa da, müəyyən qədər fərqli cavablar da olmuşdur. Bu oxşar və fərqli cəhətləri müqayisə etmək və ümumilikdə 3 müxtəlif qrupun qoyulmuş suallara cavablarını ümumiləşdirmək məqsədilə hər bir sual üzrə təhlili həyata keçirək.

“Azərbaycanda tibbi sığorta sisteminin inkişafına mane olan amillər” sualına respondentlərin cavabı birmənalı olmamışdır. Belə ki, 20 respondentdən 11-i tibbi sığorta sahəsində maarifçilik və reklam səviyyəsinin aşağı olması faktını tibbi sığorta sisteminin inkişafına mane olan amil hesab edirlər. Bu respondentlərdən 5-i qeyd edilən amilin ölkədə tibbi sığortanın inkişafı üçün ən ciddi problem hesab edirlər. Bu 5 respondentdən 3-ü pasient, biri səhiyyə təşkilatı, digər biri isə sığorta təşkilatıdır. Yerdə qalan 6 respondentdən 3-ü cari problemi ikinci dərəcəli hesab edir və maraqlıdır ki, bu respondentlərin üçü də səhiyyə təşkilatlarıdır. Digər 3 respondentdən 2-si cari problemi tibbi sığortanın inkişafı üçün 3-cü dərəcəli, 1-i isə 4-cü dərəcəli faktor hesab edir. Həmçinin qeyd edək ki, bu respondentlərin hər 3-ü pasientdir. Ümumiyyətlə bu məlumatlardan aydın olur ki, sorğu aparılan pasientlərin 6-sı və ya 60%-i, səhiyyə təşkilatlarının 4-ü və ya 80%-i və sığorta təşkilatlarının 1-i və ya 20%-i tibbi sığorta sistemi sahəsində maarifçilik və reklam səviyyəsinin zəif olmasını ölkədə tibbi sığortanın inkişafına mane olan amil hesab edirlər.

Respondentlərin 9-u bu gün tibbi sığortanın inkişafına mane olan amillərdən biri kimi ölkədə əhali gəlirlərinin azlığı, yoxsulluq problemini hesab edirlər. Belə ki, bu 9 respondentdən 4-ü (44%-i) qeyd edilən problemi birinci dərəcəli problem hesab edirlər. Bu respondentlərdən 2-si səhiyyə təşkilatı, digər 2-si isə pasientdir. Yerdə qalan 5 respondentdən yalnız 1-i cari problemi ikinci dərəcəli problem hesab edir ki, həmin respondent də səhiyyə təşkilatıdır. Qalan 4 respondentdən 3-ü (iki pasient və bir sığorta təşkilatı) əhalinin maddi rifah vəziyyətinin aşağı olması faktını ölkədə tibbi sığortanın inkişafına mane olan üçüncü dərəcəli amil hesab edirlər. Mövcud problemi tibbi sığortanın inkişafı üçün problem hesab edən 9 respondentdən yalnız biri əhalinin maddi vəziyyətinin pis olması və yoxsulluğun mövcudluğu problemini 4-cü dərəcəli sayır. Ümumiyyətlə sorğu məlumatlarının nəticələrindən aydın olur ki, sorğu aparılan pasientlərin 4-ü və ya 40%-i, səhiyyə təşkilatlarının 3-ü və ya 60%-i, sığorta təşkilatlarının isə 1-i və ya 20%-i ölkə əhalisinin gəlirlərinin azlığı faktını ölkədə tibbi sığortanın inkişafına mane olan əsas amillərdən biri hesab edirlər.

Maraqlıdır ki, “Azərbaycanda tibbi sığorta sisteminin inkişafına mane olan amillər” məzmunlu suala respondentlərin yuxarıdakı cavabları ilə yanaşı, aşağıdakı səpgidə cavablar da olmuşdur.



Hüquqi mexanizmin işlək olmaması. Respondentlərdən 4-ü (1 səhiyyə təşkilatı və 3 pasient) bu problemi tibbi sığortanın inkişafına mane olan amil hesab edirlər. Həmin respondentlərdən 2-si (1-i səhiyyə təşkilatı, digəri isə pasient) mövcud amili birinci dərəcəli amil hesab edirlər. Yerdə qalan 2 pasientdən biri mövcud amili tibbi sığortanın inkişafında ikinci dərəcəli, digəri isə üçüncü dərəcəli amil hesab edir. Ümumiyyətlə sorğu məlumatlarının nəticələrindən aydın olur ki, sorğu aparılan pasientlərin 3-ü və ya 30%-i, səhiyyə təşkilatlarının 1-i və ya 20%-i, sığorta təşkilatlarının isə heç biri hüquqi mexanizmin işlək olmaması amilini ölkədə tibbi sığortanın inkişafına mane olan əsas amillərdən biri hesab edirlər.

İslahatların ləng aparılması, dövlət qayğısızlığı. Respondentlərdən 4-ü (1 səhiyyə təşkilatı və 3 pasient) bu amili Azərbaycanda tibbi sığortanın inkişafına mane olan amillərdən biri hesab edirlər. Həmin respondentlərdən yalnız biri (pasient) bu amili tibbi sığortanın inkişafını ləngidən ən ciddi amil hesab edir. Digər bir respondent (səhiyyə təşkilatı) müvafiq problemi ikinci dərəcəli hesab edir. Yerdə qalan 2 respondent isə (hər ikisi pasient) tibbi sığorta sahəsində islahatların ləng aparılması və bu sahəyə dövlət qayğısının zəif olması amilini tibbi sığortanın inkişafına mane olan 4-cü dərəcəli amil hesab edirlər. Ümumiyyətlə sorğu məlumatlarının nəticələrindən aydın olur ki, əvvəlki cavab kimi, sorğu aparılan pasientlərin 3-ü və ya 30%-i, səhiyyə təşkilatlarının 1-i və ya 20%-i, sığorta təşkilatlarının isə heç biri islahatların ləng aparılması, dövlət qayğısızlığı amilini ölkədə tibbi sığortanın inkişafına mane olan əsas amillərdən biri hesab edirlər;

İnamın azlığı. Sorğu keçirilən 20 respondentdən 4-ü (3 pasient və 1 sığorta təşkilatı) bu gün ölkədə tibbi sığorta sisteminin inkişafına mane alan amillərdən biri kimi vətəndaşların bu sistemə inamsızlığı ilə bağlıdır. Maraqlı haldır ki, bu 4 respondentdən hər biri müvafiq problemi tibbi sığortanın inkişafına mane olan amillər arasında ikinci dərəcəli hesab edir. Ümumiyyətlə, sorğu məlumatlarının nəticələrindən aydın olur ki, əvvəlki cavab kimi, sorğu aparılan pasientlərin 3-ü və ya 30%-i, sığorta təşkilatlarının isə 1-i və ya 20%-i vətəndaşların tibbi sığorta sisteminin işlək və etibarlı olmasına inamsızlığı amilini ölkədə tibbi sığortanın inkişafına mane olan əsas amillərdən biri hesab edirlər;

İşsizlik problemi. Respondentlərdən 4-ü (3 pasient və 1 səhiyyə təşkilatı) ölkədə tibbi sığorta inkişafına mane olan amillərdən birini də ölkədə mövcud olan işsizlik problemi ilə əlaqələndirirlər. Bu respondentlərdən 3-ü (hər üçü pasient) müvafiq amili ikinci dərəcəli, 1-i isə (səhiyyə təşkilatı) cari faktoru üçüncü dərəcəli hesab edirlər. Bir sözlə, sorğu aparılan pasientlərin 3-ü və ya 30%-i, səhiyyə təşkilatlarının isə 1-i və ya 20%-i işsizlik problemini ölkədə tibbi sığortanın inkişafına mane olan əsas amillərdən biri hesab edirlər. Qeyd edək ki, bu amil əhalinin maddi vəziyyəti ilə birbaşa bağlıdır və deməli, ölkədə mövcud olan işsizlik problemini tibbi sığortanın inkişaf etməsinə mane olan amillərdən biri hesab edən respondentlərin mövqeyi ölkə əhalisinin maddi vəziyyətinin aşağı olması faktını tibbi sığortanın inkişaf etməsinə mane olan amillərdən biri hesab edən respondentlərin mövqeyi ilə üst-üst düşür;

Müəssisələrin maliyyə vəziyyətinin aşağı olması. Bu amili tibbi sığorta sisteminin inkişafına mane olan əsas amillərdən biri hesab edən respondentlərin sayı cəmi 2 olmuşdur (1 pasient və 1 sığorta təşkilatı). Bu respondentlərdən biri (sığorta təşkilatı) müvafiq problemi birinci dərəcəli, digəri isə (pasient) ikinci dərəcəli amil hesab edir.

Qeyd edək ki, “Azərbaycanda tibbi sığorta sisteminin inkişafına mane olan amillər” məzmunlu suala respondentlərdən bəziləri yuxarıda qeyd etdiyimiz cavablardan əlavə aşağıdakı kimi cavablar da vermişdilər:



  • İcbari tibbi sığorta mexanizminin tətbiq edilməməsi. Bu amili yalnız 1 respondent (səhiyyə təşkilatı) tibbi sığortanın inkişafına mane olan amil, o cümlədən ən vacib amil hesab etmişdir;

  • Dövlət nəzarətinin olmaması. Bu amili respondentlərdən yalnız 1-i (pasient) Azərbaycanda tibbi sığorta sisteminin inkişafına mane olan amil hesab etmişdir. Həmçinin həmin respondent bu amili birinci dərəcəli amil kimi qiymətləndirmişdir;

  • Korporativ idarəetmə mədəniyyətinin zəifliyi. Respondentlərdən yalnız biri (pasient) bu amili tibbi sığorta sisteminin inkişafı qarşısında maneə, o cümlədən əsas maneə hesab etmişdir;

  • Tibb müəssisələrinin kadr və maddi təchizat sisteminin zəifliyi. Bu amili də yalnız bir respondent (səhiyyə təşkilatı) ölkədə tibbi sığorta sisteminin inkişaf etməsini ləngidən amil hesab etmiş və bu amili öz əhəmiyyətliliyinə görə 3-cü yerə qoymuşlar;

  • Maliyyə şəffaflığının zəifliyi. Respondentlər arasında keçirilmiş sorğuya əsasən Azərbaycanda tibbi sığorta sisteminin inkişafını ləngidən sonuncu amil məhz ölkədə makroiqtisadi səviyyədə, həmçinin də müəssisələr səviyyəsində maliyyə şəffaflığının olmamağı və ya aşağı səviyyədə olmasıdır. Bu amil yalnız bir respondent (pasient) tibbi sığortanın inkişafı üçün problem hesab etmiş və problemi əhəmiyyətlilik səviyyəsinə görə 3-cü yerə qoymuşdur.

Beləliklə, bir daha aydın oldu ki, bu gün Azərbaycanda tibbi sığorta sisteminin inkişaf etməməyinin səbəblərini bu sistem ilə birbaşa əlaqəli olan subyektlər demək olar ki, eyni prizmadan qiymətləndirir və əsas 12 problemi qabardırlar ki, bu problemlər barədə də yuxarıda ətraflı qeyd edilmişdir.

Azərbaycan Respublikasında tibbi sığorta sisteminin inkişaf istiqamətləri ilə də bağlı respondentlərin mövqeyini öyrənmək məqsədilə onlara iki istiqamətdə sualla müraciət edilmişdir. Bunlardan birincisi, “Tibbi sığorta sistemində mülkiyyət formasına görə hansı müəssisələrə üstünlük verərdiniz”, ikincisi isə, “Azərbaycanda tibbi sığorta sisteminin inkişafı baxımından zəruri hesab etdiyiniz islahatlar (təklifləriniz)” sualıdır.

Respondentlərin birinci sualı operativ və asan cavablandırması məqsədilə onlara seçim bəndləri də təklif edilmişdir. Daha doğrusu, “Tibbi sığorta sistemində mülkiyyət formasına görə hansı müəssisələrə üstünlük verərdiniz” sualı respondentlər tərəfindən: a) dövlət müəssisələri; b) yerli özəl müəssisələr; c) xarici müəssisələr və ç) qarışıq müəssisələr kimi cavab bəndləri vasitəsilə cavablandırılmışdır. Maraqlıdır ki, respondentlərin bəziləri (5-i) bir cavab yox bir neçə cavab bəndini seçmişdir.

Sorğunun nəticələrinə görə respondentlərin 12-si tibbi sığorta sistemində dövlət mülkiyyətinə üstünlük vermişdir. Bu respondentlərdən, 4-ü tibb müəssisəsi, 5-i pasient, 3-ü isə sığorta təşkilatı olmuşdur. Yəni sorğuya cəlb edilən tibb müəssisələrinin 80 faizi, pasientlərin 50 faizi, sığorta təşkilatlarının isə 60 faizi tibbi sığorta sistemində dövlət müəssisələrinə üstünlük verirlər.

Respondentlərin 9-u Azərbaycanda tibbi sığorta sisteminin yerli özəl şirkətlər tərəfindən aparılmasını daha səmərəli sayırlar. Bunlardan 3-ü tibb müəssisəsi, 4-ü pasient, qalan ikisi isə sığorta təşkilatıdır. Beləliklə, tibb müəssisələrinin 60 faizi, pasientlərin və sığorta təşkilatlarının isə 40 faizi Azərbaycanda tibbi sığorta sisteminin yerli sahibkarlar tərəfindən təşkil olunmasını daha prioritet sayırlar.

Respondentlərin 5-i tibbi sığorta sisteminin xarici firmalar tərəfindən tənzimlənməsinin lehinədirlər. Belə ki, tibb müəssisələri və sığorta təşkilatlarının hərəsindən 1-i (20%), pasientlərdən isə 3-ü (30%) ölkədə tibbi sığorta sisteminin inkişafını xarici müəssisələrin iştirakı olmadan mümkün saymırlar.

Respondentlərin 4-ü isə Azərbaycanda tibbi sığorta sisteminin inkişafının açarını qarışıq müəssisələrin əlində görürlər. Belə fikirdə olanların 1-i sığorta təşkilatı, digər 1-i tibb müəssisəsi, qalan 2-si isə pasientdir.

“Azərbaycanda tibbi sığorta sisteminin inkişafı baxımından zəruri hesab etdiyiniz islahatlar (təklifləriniz)” məzmunlu sualın respondentlər tərəfindən necə cavablandırılacağı tədqiqatımız üçün xüsusi əhəmiyyət kəsb edirdi. Belə ki, bu sualın cavabı əsasında ölkədə tibbi sığorta sisteminin inkişafı barədə daha düzgün tövsiyələr irəli sürmək mümkündür. Çünki bu sualı cavablandıran respondentlər tibbi sığorta sistemi ilə birbaşa əlaqədə olan insanlardır, yəni bir növ peşəkarlardır.

Sosioloji sorğunun nəticələri əsasında qeyd etmək olar ki, respondentlərdən 8-i Azərbaycan Respublikasında tibbi sığorta sisteminin inkişafı məqsədilə görülməli olan işlərdən biri kimi ölkədə icbari tibbi sığorta sisteminin tətbiqini zəruri hesab edirlər. Məlumat üçün qeyd edək ki, ölkədə icbari tibbi sığorta sisteminin tətbiq olunmamağını tibbi sığortanın inkişafı yolunda problem hesab edən yalnız 1 respondent olmuşdur. İcbari tibbi sığorta sisteminin tətbiqinin vacibliyi fikrində olan respondentlərdən 3-ü tibb müəssisəsi, 4-ü pasient, 1-i isə sığorta təşkilatıdır. Maraqlıdır ki, bütün respondentlər müvafiq tövsiyəni ölkədə tibbi sığorta sisteminin inkişafı yolunda birinci və ya ikinci dərəcəli addım hesab edirlər. Daha doğrusu, tibb müəssisələri və sığorta təşkilatlarının hərəsindən 1-i, pasientlərdən isə 2-si müvafiq təklifi birinci dərəcəli təklif hesab edir. Yerdə qalan respondentlər isə (2 səhiyyə təşkilatı və 2 pasient) Azərbaycanda tibbi sığorta sisteminin inkişafı məqsədilə icbari tibbi sığorta sisteminin inkişaf etdirilməsi məsələsini bu sahədə ikinci dərəcəli məsələ hesab edirlər.

Yadınızdadırsa respondentlərin 4-ü tibbi sığorta sahəsində hüquqi mexanizmin işlək olmaması faktını ölkədə tibbi sığortanın inkişafına mane olan amillərdən biri hesab etmişdir. Lakin eyni sorğunun nəticələrinə görə hüquqi bazanın təkmilləşdirilməsi məsələsini Azərbaycan Respublikasında tibbi sığorta sisteminin inkişafı istiqamətində zəruri addımlardan biri hesab edən respondentlərin sayı 7 (2 səhiyyə təşkilatı, 4 pasient və 1 sığorta təşkilatı) olmuşdur. Maraqlı haldır ki, bu respondentlərdən 4-ü (1 tibb müəssisəsi, 2 pasient və 1 sığorta təşkilatı) müvafiq təklifi bu sahədə ən zəruri addım kimi qiymətləndirmişlər. Yerdə qalan respondentlərdən 2-si (1 səhiyyə təşkilatı və 1 pasient) Azərbaycanda tibbi sığorta sistemi ilə əlaqəli qanunvericiliyin təkmilləşdirilməsi tədbirini 3-cü dərəcəli, 1-i isə (pasient) 4-cü dərəcəli hesab etmişdir.

Əvvəldə qeyd etdiyimiz kimi, ölkədə tibbi sığortanın inkişafına mane olan amillərdən biri kimi əhali gəlirlərinin az olması faktını hesab edən respondentlərin sayı 9, işsizliyi problem hesab edənlərin sayı isə 4 olmuşdur. Sorğunun nəticələri göstərir ki, respondentlərin fikrincə Azərbaycanda məşğulluğun və əhalinin gəlirlərinin yüksəldilməsi məsələsi də tibbi sığorta sisteminin inkişafı üçün vacib tədbirlərdən biridir. Belə ki, respondentlərin 5-i (1 səhiyyə təşkilatı, 4 pasient) bu fikri dəstəkləyənlərin içindədir. Bu respondentlərdən ikisi (biri səhiyyə təşkilatı, biri isə pasient) müvafiq tədbiri ölkədə tibbi sığorta sisteminin inkişafı sahəsində atılmalı olan ən vacib addım hesab etmişdir. Yerdə qalan respondentlərin (3 pasient) ikisi müvafiq tədbiri ikinci dərəcəli, biri isə 4-cü dərəcəli hesab etmişdir.

Makroiqtisadi səviyyədə islahatların aparılması, iqtisadi artımın sürətləndirilməsi və korrupsiyanın aradan qaldırılması ilə bağlı tədbirləri respondentlərin 4-ü tibbi sığortanın inkişafı sahəsində görülməli olan vacib tədbirlərdən biri hesab etmişlər. Maraqlıdır ki, bu respondentlərin hamısı pasientlərdir. Belə ki, bu pasientlərdən biri müvafiq təklifi 2-ci dərəcəli, 2-si 3-cü dərəcəli, digər 1-i isə 5-ci dərəcəli hesab edir. Məlumat üçün deyək ki, ölkədə islahatların zəif aparılması məsələsini tibbi sığortanın inkişafını ləngidən amil sayan respondentlərin sayı da 4 olmuşdur.

Əvvəldə qeyd etmişdik ki, respondentlərin 11-i tibbi sığorta sahəsində maarifləndirmənin zəif olmasını ölkədə tibbi sığorta sisteminin inkişafına mane olan əsas amillərdən biri hesab edirlər. Sorğunun nəticələri əsasında onu da qeyd etmək olar ki, bu problemin aradan qaldırılmasını tibbi sığortanın inkişafında zəruri addımlardan biri hesab edən respondentlərin sayı 4 (3 pasient və 1 sığorta təşkilatı) olmuşdur. Pasientlərin 2-si müvafiq təklifi 1-ci dərəcəli, 1-i isə 3-cü dərəcəli hesab edir. Yerdə qalan sığorta təşkilatının fikrincə isə Azərbaycan Respublikasında tibbi sığorta sistemini inkişaf etdirmək üçün bu sahədə maarifləndirmə tədbirlərini gücləndirmək lazımdır və bu tədbir 2-ci dərəcəli olmalıdır.



Azərbaycanda mövcud olan tibb müəssisələrinin kadr və maddi təchizat sisteminin gücləndirilməsini ölkədə tibbi sığorta sisteminin inkişaf etdirilməsində aparıcı amillərdən biri olmasını hesab edən respondentlərin sayı 3 olmuşdur. Qeyd edək ki, bu təklifi irəli sürənlərin hamısı respondentlər arasında birbaşa bu işlə məşğul olanlardır, yəni səhiyyə təşkilatlarının həkimləridir. Bu həkimlərdən 2-si müvafiq təklifi 1-ci dərəcəli hesab etsə də, digər biri bu təklifi öz təklifləri içərisində 3-cü yerə qoymuşdur. Yadınızdadırsa, bu amili tibbi sığorta sisteminin inkişafında maneə hesab edən yalnız 1 respondent olmuşdur.

Sorğunun nəticələrinə görə tibbi sığorta sisteminə dövlət nəzarətinin və diqqətinin gücləndirilməsini tibbi sığorta sisteminin inkişafında aparıcı amillərdən biri hesab edən respondentlərin sayı da 3 olmuşdur. Maraqlı hal odur ki, bu fikri dəstəkləyən bütün respondentlər pasientlər olmuşdur. Bu pasientlərdən 2-si cari tövsiyəni birinci dərəcəli, 1-i isə 2-ci dərəcəli hesab etmişdir. Qeyd edək ki, bu amili də tibbi sığorta sisteminin inkişafı üçün problem hesab edən respondentlərin sayı vahid olmuşdur.

Respondentlərin 3-ü ölkədə tibbi sığorta sisteminin inkişaf etdirilməsi məqsədilə “tibb müəssisələrinin kadr və maddi təchizat sisteminin inkişaf etdirilməsi” təklifi ilə bir qədər yaxınlıq təşkil edən bir tövsiyə vermişlər. Belə ki, 3 pasient hesab edir ki, bu gün səhiyyə sistemində islahatların aparılması, xidmətlərin keyfiyyətinin yüksəldilməsi ölkədə tibbi sığorta sisteminin inkişafına yüksək müsbət töhfə verə bilər. Bu pasientlərin 1-i müvafiq təklifi görülməsi vacib olan 2-ci dərəcəli, 2-si isə 3-cü dərəcəli addım hesab edir.

Sorğunun nəticələrində bir maraqlı cavab da qeyd edilmişdir. Belə ki, respondentlərdən biri ölkədə korrupsiyanın konkret olaraq ünvanlı həllini təklif edir ki, bu da onun fikrincə tibbi sığorta sisteminin inkişafına töhfə verə bilər. Sığorta təşkilatı olan həmin respondent məhz lisenziya verilməsində rüşvətin aradan qaldırılması məsələsini Azərbaycanda tibbi sığorta sisteminin inkişafı istiqamətində zərurilik səviyyəsinə görə 2-ci tədbir hesab edir.

Ölkənin sığorta bazarında yaşanan tendensiyalardan biri də odur ki, son dövrlər get-gedə sığorta təşkilatlarının ümumi nizamnaməsində iri təşkilatların payı artır, kiçik müəssisələrinki isə azalır. Bu isə ona dəlalət edir ki, ölkənin sığorta bazarında daha iri və güclü firmalar formalaşmağa başlayır. Deməli, bu gün hökumətin sığorta təşkilatlarının nizamnaməsi ilə bağlı minimal limitlər qoyması ölkənin sığorta bazarının daha məqsədli inkişafına şərait yaradır və bu prosesə stimul verir.

Ölkənin sığorta bazarında yaşanan müsbət tendensiya kimi MDB ölkələri çərçivəsində sığorta təşkilatlarının inteqrasiyaya meyilli olmalarını qeyd etmək olar.



3. Azərbaycan Respublikasında tibbi sığorta sisteminin inkişaf istiqamətləri
Bir neçə il əvvəl ölkədə sığortanın geniş yayılmamağının əsas səbəbi məhz sığorta şirkətlərinə inamsızlıqda göstərilirdisə, indi bunun səbəbləri daha çox və başqadır. Bu səbəblərin bir çoxu haqqında yuxarıda sosioloji sorğunun nəticələrinin təhlili zamanı qeyd etmişik. Lakin, bütün bunlar respondentlərin mövqeyini əks etdirirdi. Həmin problemlərin müxtəlif istiqamətləri və digər problemlər haqqında öz fikirlərimizi də qeyd edək.

Azərbaycan Respublikasında mövcud olan tibbi sığorta sisteminin əsas çatışmayan xüsusiyyətindən biri odur ki, ölkədə bu sistemə nəzarət sistemi mövcud deyil.

Digər bir çatışmazlıq tibbi sığorta sisteminin xidmət mexanizminin zəif və natamam olması ilə əlaqəlidir. Yəni Azərbaycanda bir sıra qərb ölkələrindən (məsələn, Almaniya) fərqli olaraq, tibbi xidmətlər natamam həyata keçirilir. Belə ki, ölkədə mövcud olan icbari tibbi sığorta sistemi sosial xarakterli xəstəliklərin (vərəm, psixoloji, damar və s. bu xarakterli xəstəliklər) sığorta olunmasını nəzərdə tutmur.

Həmçinin mövcud icbari tibbi sığorta sistemi yüksək dəyərli və yüksək peşəkarlıq tələb edən xəstəliklərin müalicəsini maliyyələşdirməyi nəzərdə tutmur. Bu növ xərclər məhz dövlət büdcəsindən çəkilir.

Azərbaycanda sığortanın inkişafı ilə bağlı konsepsiyanın və onun reallaşdırılması üzrə uzunmüddətli proqramın olmaması səbəbindən dövlət hələ də özü üçün dəqiqləşdirə bilməmişdir ki, ölkə iqtisadiyyatının inkişaf etdirilməsində sığortanın nə kimi rolu və yeri vardır. Ölkədə mövcud olan ilkin və geniş yayılmış yanaşmalardan biri odur ki, sığorta daha çox büdcə kəsirinin aradan qaldırılmasının taktiki problemlərini həll etmək məqsədilə fiskal məsələlərə xidmət etməlidir. Həmçinin aydındır ki, sığortanın sosial-iqtisadi funksiyalarından biri məhz investisiya fəaliyyətini həyata keçirmək, uzunmüddətli kapital qoyuluşlarını etmək məqsədilə maliyyə resurslarının formalaşdırılmasıdır.

İnvestisiya defisiti müşahidə olunduqda, eyni zamanda hökumətin strateji məqsədlərindən biri kapitalın maliyyə sektorundan real sektora geniş axınını təmin etmək olduqda, ölkədə sığorta fəaliyyətinə yönələn vergiqoymanın sərtləşdirilməsi rasional addım hesab edilə bilməz.

Ümumilikdə icbari tibbi sığorta sosial xarakter daşıyır və kommersiya maraqlarını özündən demək olar ki, kənar edir. Amma qeyd etmək lazımdır ki, bu gün ölkədə tibbi sığorta sferasında bazar ünsürlərinin genişləndirilməsi vacib məsələdir. Ən azından ona görə ki, inkişaf etdikcə bütün resurslardan səmərəli və minimum xərclər daxilində istifadə edilməsi yolu ilə tibbi sığorta sahəsində resurslara qənaət etmək, xidmətin keyfiyyətini yüksəltmək olar.

Bir sıra ekspertlərindən fikrincə, Azərbaycanın sığorta sistemini tənzimləyən qanunvericilik aktları sığorta fəaliyyətinin bütün aspektlərini əhatə etmir və bəzən daxili ziddiyyətlərə də gətirib çıxarır [7, səh. 156].

Deməli, bu gün həm könüllü tibbi sığorta fəaliyyət göstərən sığorta şirkətlərinin sayının çox olmaması, həm də aktiv fəaliyyət göstərməməsi faktları tibbi sığorta bazarının çatışmazlıqlarındandır.

Xarici ölkələrin təcrübəsi ilə tanışlıq onu deməyə əsas verir ki, səhiyyənin maliyyələşmə mexanizmini bazar iqtisadiyyatının prinsipləri ilə uyğunlaşdırmağın əsas yolu məhz tibbi sığorta institutunun formalaşmasıdır.

Aydındır ki, Azərbaycan kimi keçid iqtisadiyyatlı ölkələrdə səhiyyənin maliyyələşdirilməsinin proqressiv sığorta sisteminə səhiyyənin konservativ tənzimlənməsi mövcud olan şəraitdə keçmək mümkün deyil. Ona görə də Azərbaycan kimi ölkədə ilk öncə səhiyyədə sistemli islahatlar aparmağa ehtiyac vardır. Belə ki, ölkədə tibbi sığorta sistemini səmərəli və davamlı fəaliyyət göstərməsini təmin etmək üçün pasientlərin hüquqlarını müdafiə edən institutlar yaradılmalıdır. Digər tərəfdən, səhiyyə sistemində maliyyə axınları üzərində ictimai nəzarətin, bu sistemdə şəffaflığın təmin edilməsi məsələsi önə çəkilməlidir.

Fikrimizcə, Azərbaycanda digər post sovet ölkələrində (xüsusilə, Rusiya Federasiyasında) olduğu kimi icbari tibbi sığorta sisteminin tətbiqini və inkişafını təmin etmək üçün aşağıdakı islahatların həyata keçirməsi məqsədəuyğundur:

- İcbari tibbi sığorta mexanizminin real tətbiqinə başlanılması;

- Müvafiq hökumət strukturları arasında birgə işçi qrupunun yaradılması;

- İcbari ödənişlərin səviyyəsinin müəyyən etmək üçün başlanğıc ilində ölkə üzrə gözlənilən əmək haqqı fondunun səviyyəsi ilə ümumi səhiyyə xərcləri səviyyəsinin dərindən təhlil olunması, həmçinin dövlətin digər maliyyə imkanları qiymətləndirilməklə qərarların qəbul olunması;

- İcbari tibbi sığorta sisteminin gəlirləri ilə sığorta olunan pasientə göstərilən tibbi xidmət üzrə öhdəlik arasında balansın təmin edilməsi;

- İcbari tibbi sığorta sisteminin bütün subyektləri tərəfindən resursların məqsədli və səmərəli istifadə ilə bağlı effektiv mexanizmin təmin edilməsi;

- Fəaliyyəti dövründə yığılmış mənfi xüsusiyyətlərin aradan qaldırılması;

- İcbari tibbi sığortanın, səhiyyənin və vətəndaşların hüquqi və təşkilati-iqtisadi mexanizmlərin qarşılıqlı mexanizminin harmonizasiyası.

Bazar iqtisadiyyatı şəraitində bütün sektorlarda olduğu kimi səhiyyə sistemində də resurslardan effektli istifadə bir nömrəli məsələlərdən olmalıdır. Yəni bu gün ölkənin maddi resursları elə istifadə olunmalıdır ki, göstərilən eyni bir tibbi xidmətə ən az xərc prinsipi gözlənilmiş olsun. Bu məqsədlə, həmçinin ölkənin səhiyyə sisteminin prioritet xidmət istiqamətləri müəyyən edilməlidir ki, bu yolla da nəinki resurslardan səmərəli istifadə, həmçinin də xidmətlərdən məqsədli və səmərəli istifadə etmək mümkün olacaqdır. Lakin qeyd edək ki, ölkədə göstərilən səhiyyə xidmətlərindən prioritetlərini seçmək üçün mütləq konkret meyarlar müəyyən edilməli və bu meyarlar əsasında da prioritet xidmət növləri seçilməlidir.

Bu gün ölkədə işləyən əhali ilə yanaşı, işsiz əhalinin də tibbi sığorta sisteminə cəlb olunması və ya hər hansı bir yolla onların pulsuz tibbi xidmətlərlə təmin edilməsini reallaşdırmaq məqsədilə də yeni və davamlı maliyyə mənbələri tapmaq lazımdır.

İcbari tibbi sığorta sistemində effektiv xərc mexanizmini reallaşdırmaq məqsədilə sığortaçılar qarşısında öhdəlik qoymaq lazımdır. Bu öhdəlik ilk növbədə onların seçdikləri tibb müəssisələrində əsas götürdükləri meyarların məhz “ən aşağı qiymətə ən yüksək xidmət göstərən təşkilat” prinsipinə söykənməlidir.



NƏTİCƏ VƏ TƏKLİFLƏR


  1. Xarici ölkələrin tibbi sığorta sistemi ilə tanışlıq onu deməyə əsas verir ki, bu ölkələrdə tibbi sığorta sisteminin müxtəlif mövqelərdən (sığorta olunan xəstə­liklər; sığortada fərdilik, ailəlilik, kollektivlik maraqlarının gözlənilməsi və s.) əhatə dairəsi, tibbi sığorta bazarında xidmətin seqmentləşməsi, maliyyələşmə mexanizmi, müavinət prosedurası, keyfiyyətli xidmət mexanizmi və s. məsələlər müxtəlifdir və onların bir çoxunu Azərbaycan Respublikasında tətbiq etmək mümkün deyil.

  2. Xarici ölkələrin təcrübəsi ilə tanışlıq onu deməyə əsas verir ki, səhiyyənin maliyyələşmə mexanizmini bazar iqtisadiyyatının prinsipləri ilə uyğunlaşdırmağın əsas yolu məhz tibbi sığorta institutunun formalaşmasıdır.

  3. Ümumilikdə icbari tibbi sığorta sosial xarakter daşıyır və kommersiya maraqlarını özündən demək olar ki, kənar edir. Amma qeyd etmək lazımdır ki, bu gün ölkədə tibbi sığorta sferasında bazar ünsürlərinin genişləndirilməsi vacib məsələdir. Ən azından ona görə ki, inkişaf etdikcə bütün resurslardan səmərəli və minimum xərclər daxilində istifadə edilməsi yolu ilə tibbi sığorta sahəsində resurslara qənaət etmək, xidmətin keyfiyyətini yüksəltmək olar.

  4. Azərbaycanda tibbi sığorta sisteminin inkişafına mane olan amillərdən ən vacibi vətəndaşların sığorta sahəsində maarifçilik və reklam səviyyəsinin aşağı olmasıdır. Buna görə də cari dövrdə ölkədə dövlət maliyyəsi hesabına ictimai, sahibkarların maliyyəsi hesabına isə biznes reklam və məlumat materiallarının vətəndaşlara çatdırılması tibbi sığortanın inkişafı baxımından zəruridir. Bu yolla, həmçinin vətəndaşların tibbi sığorta sisteminin sərfəliliyinə olan inam problemi də öz həllini tapmış olar.

  5. Əhali gəlirlərinin azlığı, işsizlik və yoxsulluq problemi bu gün ölkədə tibbi sığorta sisteminin inkişafına ciddi maneə törədir. Məhz bu baxımdan, hökumət tərəfindən əhalinin həyat səviyyəsini yüksəltmək məqsədilə həyata keçirilən istənilən islahat və tədbir son anda ölkədə tibbi sığorta sisteminin inkişafına öz töhfəsini verməlidir. Burada islahatların intensiv və yüksək qayğı içərisində aparılması xüsusilə diqqət mərkəzində olmalıdır.

  6. Hüquqi mexanizmin qeyri-işlək olması faktı da tibbi sığortanın inkişafını ləngidən amillərdəndir. Hesab edirik ki, bu gün Azərbaycanda tibbi sığorta sisteminin, xüsusilə də icbari tibbi sığorta sisteminin formalaşmasını şərtləndirən hüquqi-normativ sənədlərdə əks olunan müddəalar əməl olunsa, cari dövr üçün tibbi sığortanın normal inkişafına nail olmaq mümkündür.

  7. Müəssisələrin maliyyə vəziyyətinin aşağı olması faktını əsas götürərək qeyd etmək olar ki, Azərbaycanda tibbi sığorta sisteminin maliyyə yükünün əsasən ictimai resurslara söykənməsinin zəruriliyi tibbi sığortanın inkişafı baxımından inkaredilməzdir. Bu məsələdə tibbi sığorta növləri arasında diferensiasiyanın da gözlənilməsi vacibdir. Yəni bu gün icbari tibbi sığortanın tam olaraq ictimai maliyyə hesabına təmin edilməsi mümkün olduğu halda, bu praktiki addımı könüllü tibbi sığortaya birbaşa tətbiq etmək doğru olmaz. Hesab edirik ki, tibbi sığortanın bu növü üçün daha səmərəli addım, məhz həmin növ sığorta üçün səmərəli bazar mühitinin yaradılması olardı.

  8. Azərbaycan Respublikasında könüllü tibbi sığorta sisteminin yüksək inkişafını müşahidə etmək üçün, mütləq sahibkarlarda korporativ idarəetmə mədəniyyətinin güclənməsi kimi keyfiyyət parametrinin olmasını gözləmək lazımdır.

  9. Tibb müəssisələrinin kadr və maddi təchizat sisteminin zəifliyi də ölkədə tibbi sığorta sisteminin inkişafını ləngidən amillərdən olduğu üçün bu məsələyə də ciddi diqqət verilməsi vacibdir. Tibbi müəssisələrinin qeyd edilən probleminin həllində əsas yük dövlətin üzərinə düşür.

  10. Tibbi sığorta sistemində mülkiyyət formasına görə daha böyük üstünlük dövlət müəssisələrinə verilməlidir. Bu fikri sorğu aparılmış respondentlər də dəstəkləyir. Perspektivlik və davamlılıq baxımından isə yerli özəl müəssisələrə, qarışıq və hətta xarici firmalara üstünlük verilməsi daha məqsədəuyğundur.

  11. Cari dövr üçün əhalinin sağlamlıq səviyyəsini yaxşılaşdırmaq məqsədilə məhz icbari tibbi sığorta sisteminin inkişaf etdirilməsi daha məqsədəuyğundur. Bu təklifi sorğu aparılmış respondentlərin də böyük əksəriyyəti dəstəkləyir. Azərbaycanda digər post sovet ölkələrində (xüsusilə, Rusiya Federasiyasında) olduğu kimi icbari tibbi sığorta sisteminin tətbiqini və inkişafını təmin etmək üçün aşağıdakı islahatların həyata keçirməsi məqsədəuyğundur:

- İcbari tibbi sığorta mexanizminin real tətbiqinə başlanılması;

- Müvafiq hökumət strukturları arasında birgə işçi qrupunun yaradılması;

- İcbari ödənişlərin səviyyəsinin müəyyən etmək üçün başlanğıc ilində ölkə üzrə gözlənilən əmək haqqı fondunun səviyyəsi ilə ümumi səhiyyə xərcləri səviyyəsinin dərindən təhlil olunması, həmçinin dövlətin digər maliyyə imkanları qiymətləndirilməklə qərarların qəbul olunması;

- İcbari tibbi sığorta sisteminin gəlirləri ilə sığorta olunan pasientə göstərilən tibbi xidmət üzrə öhdəlik arasında balansın təmin edilməsi;

- İcbari tibbi sığorta sisteminin bütün subyektləri tərəfindən resursların məqsədli və səmərəli istifadə ilə bağlı effektiv mexanizmin təmin edilməsi;

- Fəaliyyəti dövründə yığılmış mənfi xüsusiyyətlərin aradan qaldırılması;



- İcbari tibbi sığortanın, səhiyyənin və vətəndaşların hüquqi və təşkilati-iqtisadi mexanizmlərin qarşılıqlı mexanizminin harmonizasiyası.

  1. Dövlətin, o cümlədən özəl sektorun maliyyə sistemində şəffaflığın təmin edilməsi, korrupsiyanın radan qaldırılması ümumi mənada iqtisadi inkişaf ilə yanaşı, tibbi sığorta sisteminin də inkişafına obyektiv şərait yaradar.

  2. Azərbaycan Respublikasında mövcud olan tibbi sığorta sisteminin əsas çatışmayan xüsusiyyətindən biri kimi ölkədə bu sistemə nəzarət sisteminin mövcud olmamağı faktı da nəzərdən qaçırılmamalı və bu problemin həllinə nail olmağa çalışılmalıdır.

  3. Azərbaycanda bir sıra qərb ölkələrinin (xüsusilə, Almaniya) təcrübəsinə əsaslanaraq tibbi sığorta sistemi çərçəvəsində göstərilən tibbi xidmətlərin tamlığına nail olmaq məqsədəuyğundur. Belə ki, ölkədə mövcud olan icbari tibbi sığorta sistemi sosial xarakterli xəstəliklərin (vərəm, psixoloji, damar və s. bu xarakterli xəstəliklər) sığorta olunmasını da nəzərdə tutsa, əhalinin bu sistemdən daha geniş miqyasda bəhrələnməsinə səbəb ola bilər.

  4. Azərbaycanda sığortanın inkişafı ilə bağlı konsepsiyanın və onun reallaşdırılması üzrə uzunmüddətli proqramın olmaması səbəbindən dövlət hələ də özü üçün dəqiqləşdirə bilməmişdir ki, ölkə iqtisadiyyatının inkişaf etdirilməsində sığortanın nə kimi rolu və yeri vardır.

  5. Bu gün həm könüllü tibbi sığorta fəaliyyət göstərən sığorta şirkətlərinin sayının çox olmaması, həm də aktiv fəaliyyət göstərməməyi faktları tibbi sığorta bazarının çatışmazlıqlarındandır ki, bu problemin də gündəmdə saxlanılması və onun həllə yolları barədə düşünülməsi labüddür.

  6. Azərbaycan kimi keçid iqtisadiyyatlı ölkələrdə səhiyyənin maliyyələşdirilməsinin proqressiv sığorta sisteminə səhiyyənin konservativ tənzimlənməsi mövcud olan şəraitdə keçmək mümkün olmadığı üçün, ölkədə tibbi sığorta sisteminin səmərəli və davamlı fəaliyyət göstərməsini təmin etmək üçün pasientlərin hüquqlarını müdafiə edən institutlar yaradılmalıdır.

  7. Bazar iqtisadiyyatı şəraitində bütün sektorlarda olduğu kimi səhiyyə sistemində də resurslardan effektli istifadə bir nömrəli məsələlərdən olmalıdır. Yəni bu gün ölkənin maddi resursları elə istifadə olunmalıdır ki, göstərilən eyni bir tibbi xidmətə ən az xərc prinsipi gözlənilmiş olsun. Bu məqsədlə, həmçinin ölkənin səhiyyə sisteminin prioritet xidmət istiqamətləri müəyyən edilməlidir ki, bu yolla da nəinki resurslardan səmərəli istifadə, həmçinin də xidmətlərdən məqsədli və səmərəli istifadə etmək mümkün olacaqdır. Lakin qeyd edək ki, ölkədə göstərilən səhiyyə xidmətlərindən prioritetlərini seçmək üçün mütləq konkret meyarlar müəyyən edilməli və bu meyarlar əsasında da prioritet xidmət növləri seçilməlidir.

  8. Bu gün ölkədə işləyən əhali ilə yanaşı, işsiz əhalinin də tibbi sığorta sisteminə cəlb olunması və ya hər hansı bir yolla onların pulsuz tibbi xidmətlərlə təmin edilməsini reallaşdırmaq məqsədilə də yeni və davamlı maliyyə mənbələri tapmaq lazımdır.

  9. İcbari tibbi sığorta sistemində effektiv xərc mexanizmini reallaşdırmaq məqsədilə sığortaçılar qarşısında öhdəlik qoymaq lazımdır. Bu öhdəlik ilk növbədə onların seçdikləri tibb müəssisələrində əsas götürdükləri meyarların məhz “ən aşağı qiymətə ən yüksək xidmət göstərən təşkilat” prinsipinə söykənməlidir.

ƏDƏBİYYAT SİYAHISI


  1. “Azərbaycan Respublikasının Konstitusiyası”;

  2. Əlirzayev Ə.Q. İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial-iqtisadi inkişaf probleləri: təcrübə, meyillər və perspektiv istiqamətlər – Bakı, “Adiloğlu”, 2005;

  3. “Müasir dövrün sosial-nəzəri problemləri”, Bakı 2001, səh. 119, AzDİU;

  4. “Sığorta haqqında” Azərbaycan Respublikasının 05 yanvar 1993-cü il tarixli Qanunu;

  5. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli Qanunu;

  6. Бабич А.М., Жильцов Е.Н., Егоров Е.В. Социальная сфера в условиях перехода к рынку. М.: РАУ, 1993;

  7. Мамедов М.Н. Государственное регулирование медицинского страхования в условиях перехода к рынку – диссертация, Баку, 2002;

  8. Решетников А.В. Система обязательного медицинского страхования в регионе. – Новосибирск: Наука, 1998;

  9. Семенов А.в., Чернов А.Ю. Медицинское страхование – М.: Финстатинформ, 1993.

  10. www.budgetrf.ru

  11. www.cer.az

  12. www.economy.gov.az

  13. www.maliyye.gov.az

  14. www.rosmedstrax.ru

  15. www.azstat.org

  16. www.crrc.az

  17. www.worldbank.com

  18. www.taxes.gov.az




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin