Qafqaz Tədqiqat Resurs Mərkəzi


Tibbi sığortanın inkişafı sahəsində mütərəqqi dünya təcrübəsi



Yüklə 0,69 Mb.
səhifə6/18
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#1965
1   2   3   4   5   6   7   8   9   ...   18
1. Tibbi sığortanın inkişafı sahəsində mütərəqqi dünya təcrübəsi
Amerika Birləşmiş Ştatları (ABŞ) [14]

İqtisadi sistemin bütün sahələrində, o cümlədən sosial iqtisadi sferada dayanıqlı inkişafa nail olan dövlətlərdən biri kimi ABŞ artıq tibbi sığorta sisteminin inkişafının dördüncü mərhələsinə qədəm qoymuşdur. Bu mərhələ strateji tibbi sığorta sisteminin marketinq obyekti kimi qəbul edilməsi mərhələsidir.

ABŞ-da səhiyyə xərcləri çox yüksəkdir. Belə ki, bu xərclər ÜDM-in təqribən 15%-ni təşkil edir. Həmçinin qeyd edək ki, ABŞ-da səhiyyə xərclərinin artımı daha çox dövlət hesabına baş verir. Burada işə götürənlər öz işçilərini xəstəliyə görə sığorta etməsinə cavabdeh deyillər, daha doğrusu ABŞ-da tam ştatla işləyən lakin tibbi sığortası olmayan insanlara rast gəlmək mümkündür.

Amerika əhalisinin səhiyyə xərclərindən üstələyən iki xərc maddəsi var ki, bu da qidalanmaya və mənzilə çəkilən xərcləridir. Həmçinin qeyd edək ki, Amerikada səhiyyə xərclərinin artımı xüsusi sektor hesabına yox, məhz dövlətin bu istiqamətdə xərclərinin artması hesabına baş vermişdir. Belə ki, hökumətin səhiyyəyə ayrılan xərcləri ümumi səhiyyə xərclərinin 40%-ni təşkil edir və bu rəqəm 1960-cı illə müqayisədə 2 dəfə artmışdır.

ABŞ-da fərdi sığortalanma məhz iş yerindən verilən müavinət hesabına reallaşdırılır. Belə ki, ABŞ-da işləyənlərin böyük əksəriyyəti əmək haqqından başqa, həmçinin bir sıra yardım və müavinətlər alırlar ki, bunlardan biri də sığorta müavinətləridir. Lakin, Amerikada hətta tam iş günü işləyənlərin də bəziləri bu sığorta müavinətini ala bilmir, çünki bu müavinəti vermək və işçi ilə bu istiqamətdə müqavilə bağlamaq əsasən müəssisənin səlahiyyətindir. Amma ümumilikdə ABŞ əhalisinin 80%-indən çoxu tibbi sığorta olunmuşdur.

ABŞ tibbi sığorta sisteminin real durumuna görə, hazırda tibbi sığorta xərclərinin 80%-ni sığorta şirkəti, qalanını isə pasient özü ödəyir.

Bu gün ABŞ-da tibbi sığortanın kompensasiya edilən və idarəedilən kimi modelləri vardır ki, bunların arasında əsas fərq ödəmə sistemi və ödəniş yükünün müxtəlifliyi ilə bağlıdır. Hal-hazırda birinci model öz aktuallığını itirmiş və ikinci model isə daha geniş istifadə edilir. Bu modelin “kadr modeli” adlı növü daha geniş yayılıb və demək olar ki, bütün tibb işçilərini əhatə edir. İkinci bir növü qocalar evi üçün nəzərdə tutulmuş modeldir.

Kompensasiya modelində əsas məsələ odur ki, ödəniş pasientin imkanları və gücü daxilində həyata keçirilir. Amma idarəetmə modelində tibb işçisinə konkret məbləğ verilir ki, bu da tibb işçisinin pasientə sonradan əlavə ödəniş edilməklə əlavə xidmətlər edilməsi barəsində düşünməsinə imkan vermir. Ona görə də ikinci modelin tətbiqi zamanı tibb müəssisələri standart xidmətlər göstərir, birinci modeldə isə çeşidli xidmətlər göstərilir (ödənişdən asılı olaraq).

Ona görə də son illər ABŞ-da tibbi sığorta sisteminin ikinci modelinin tətbiqinə diqqət yetirilir. Çünki bu yolla tibbi sığorta xərclərini azaltmaq və ya xərclərin artım sürətini aşağı salmaq olar. Bu kimi ölkələrdə tibbi xərclərinin artmasının əsas səbəblərindən biri əhalinin qocalaşma tendensiyasının güclü olması ilə bağlıdır.

ABŞ hökuməti səhiyyə xərclərini “Medikeyd” və “Mediker” adlı iki əsas proqram vasitəsilə maliyyələşdirir. “Mediker” proqramı vasitəsilə bir qayda olaraq Amerikanın 65 yaşdan yuxarı bütün əhalisinin, həmçinin bu yaşa yaxın insanların hansılarının ki, ciddi səhiyyə problemləri var, tibbi sığortası maliyyələşdirilir. Bu proqram bütün işçilərdən tutulan xüsusi vergi hesabına maliyyələşdirilir, hansı ki, bu verginin əhəmiyyətli hissəsini işləyənlər, qalan hissəsini isə işəgötürənlər ödəyir. Bu vergi ümumilikdə Amerikalı işçilərin gəlirinin təqribən 15%-ni təşkil edir. Bu proqramın qalan hissəsi gəlir vergisindən daxilolmalar hesabına maliyyələşdirilir.

“Medikeyd” proqramı isə qalan əhali kütləsini xüsusilə isə yoxsul ailələrdən olan qadın və uşaqların tibbi sığortasının maliyyələşdirilməsini həyata keçirir. Həmçinin bu proqram çərçivəsində xüsusi qulluq tələb edən ailə və ya insana, hansı ki, tək yaşaya bilmir, qulluqla bağlı maddi yardım göstərilir. Bu növ xərclər daha bahalıdır (günə təqribən 100 dollar) və ona görə də bu proqramın əsas hissəsi məhz qulluq xərclərinə gedir.

“Medikeyd” proqramı federal hökumət, həmçinin də ştatların idarəedici orqanları tərəfindən maliyyələşdirilir. Federal hökumət ümumi vergi gəlirindən fonda olan payını maliyyələşdirir. Bu xərclər ümumi fondun təqribən 50%-ni təşkil edir və yerdə qalan hissəni hər bir ştat hökuməti ödəyir. Hər bir ştat ilkin olaraq federal hökumətə illik hər bir qrup əhali üzrə xərclər planını əsaslandırılmış şəkildə təqdim edir ki, bunun ardınca federal xərclər, həmçinin də öz maliyyə vəsaitlərindən istifadə olunur.

Məlumat üçün qeyd edək ki, hazırda ABŞ-da ümumi tibbi xərclərinin təqribən 40%-i xəstəxanaya, 22%-i həkimlərin haqlarının ödənilməsinə, 5%-i evdə müalicəyə, 10%-i dərman preparatları ilə müalicəyə, 8%-i evdə qulluğa, 15%-i isə qalan xidmətlərə çəkilir.


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin