RespubliKAÇi alternativ partiyasinin proqram layiHƏSİ



Yüklə 1.54 Mb.
Pdf просмотр
səhifə1/6
tarix25.12.2016
ölçüsü1.54 Mb.
  1   2   3   4   5   6

RESPUBLİKAÇI 

ALTERNATİV PARTİYASININ 

PROQRAM

 

LAYİHƏSİ

RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ

3

Respublikaçı Alternativ Hərəkatının (REAL) amalı – ölkəmizdə 



real  cümhuriyyət  yaratmaq,  onu  parlament  respublikası  şəklində 

qurmaq, ərazi bütövlüyünü bərpa etmək, Azərbaycanı, keçmişə qay-

tarmadan,  tarixi  məcrasına  salmaq,  vətəndaşlarımızın  azadlığını 

və təhlükəsizliyini təmin etmək, cəmiyyətimizi müasir və mütərəqqi 

dünyagörüşlü, sağlam, bilikli, rəqabətə dayanıqlı, açıq və çevik hala 

gətirməkdir. 

Respublikaçı Alternativ Hərəkatı inanır ki: 

–  Ölkəmizin  insanları  həvəslidir,  ünsiyyətcildir,  yaradıcıdır, 

çevrələrinə  açıq  və  özlərinə  güvənəndir.  Vətəndaşlarımız  özəl 

təşəbbüsləri həmişə yüksək dəyərləndiriblər – özləri qazanıb, başqa-

ları ilə paylaşmağa üstünlük veriblər. Azərbaycanda sovetdən qal-

ma  və  ətalətlə  davam  edən  idarəetmə  təcrübəsi  insanlarımızın  bu 

təbii  keyfiyyətinə  zidd  olduğuna  görə,  cəmiyyətimizin  inkişafını 

əhəmiyyətli  dərəcədə  əngəlləyir.  Hazırkı  siyasi  sistem  və  ona  uy-

ğun  formalaşmış  ictimai  quruluş,  xalqımıza Azərbaycanın  coğrafi 

üstünlüklərindən, təbii sərvətlərindən, adət-ənənələrindən yararlan-

maq imkanı vermir. Ölkəmizdə bütün bu imkanları verəcək ən opti-

mal quruluş – Parlament Cümhuriyyətidir. 

–  Vətənimizin  ən  böyük  sərvəti  onun  insanlarıdır.  Vətən 

vətəndaşlardan  başlayır.  Vətəndaş  olmaq  –  vətənə  sahib  çıxmaq 

deməkdir. Vətənə sahiblik kimi ülvi mənəvi dəyərin siyasi, hüquqi 

və maddi təminatları olmalıdır. Bu təminatların məcmusu – REAL 

Cümhuriyyətdir. 

– Getdikcə qloballaşan dünyada gələcəyin həlledici münasibətləri 

coğrafi, hərbi, əmlak və ya başqa maddi üstünlüklər hesabına de-

yil,  ölkələrin  insan  potensialından  və  onun  rəqabətə  dayanıqlı 

keyfiyyətindən  asılı  olacaq.  Cəmiyyətimizə  bu  keyfiyyəti  gətirəsi 

gələcək – REAL Cümhuriyyətdir.

– İqtisadi inkişafın təməli insanların bilik və bacarıqlarıdır. Bi-

lik və bacarıqların insanlara faydalı olması üçün onların asanlıqla 



RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ

4

mübadilə olunması gərəkir. Bilik dərd deyil, çarə olmalıdır. Saf ailə 



mühiti, sağlam təbiət çevrəsi, rahat və çatımlı mədəni təsisatlar ol-

madan, buna nail olmaq mümkün deyil. İnsanlarımızın xoşbəxtliyi 

üçün yol açacaq şərait – REAL Cümhuriyyətdir. 

– İnsanlarımızın dəyər verdikləri uğur örnəkləri, təbii və mədəni 

sərvətlər, ərazilər və sərhədlər, insani münasibətlər, gələcəyə yatı-

rımlar ictimai təşəbbüslər və vəsaitlər hesabına qorunmalıdır. Bunun 

üçün müstəqil və qərəzsiz məhkəməyə, ədalətli və səmərəli polisə, 

güclü  orduya  ehtiyac  var.  Bu  ehtiyacı  ödəyəcək  təsisat  –  REAL 

Cümhuriyyətdir.

– Heç bir ölkə özünə qapanaraq inkişaf edə bilməz. Azərbaycanın 

gələcəyi onun dünyaya açılmasındadır. Keçmişdə və hazırda müxtəlif 

rejimlərin  sınamağa  çalışdığı  “müstəsna  yol”,  “böyük  tarixi  keç-

miş”, “analoqu olmayan inkişaf” kimi şüarlara söykənən siyasətin 

nəticəsi gerilik və rəzalətdir. Tarixi təcrübə göstərir ki, insanların, 

malların, xidmətlərin, pulların və ideyaların azad hərəkətini təmin 

edən ölkələr və bölgələr davamlı tərəqqi edə bilir. Azərbaycanda da-

vamlı tərəqqini təmin edə biləcək gələcək – REAL Cümhuriyyətdir.

– Vicdan azadlığı və etnik mənsubiyyət – insaniyyətin təməlidir. 

Azərbaycanın  çoxdini  və  çoxetnik  tərkibi  –  ölkəmizin  zənginliyi, 

gələcək inkişafının zəmanətidir. Hər kəsin, təklikdə və başqaları ilə 

birlikdə, dinə münasibətini sərbəst seçmək, dəyişmək və ifadə etmək 

azadlığı, eləcə də, hər kəsin etnik kimliyini rahat bildirmək, onu in-

kişaf etdirmək imkanı olmalıdır. Bu azadlıq və imkan yalnız başqa-

larının vicdanına və kimliyinə hörmət çərçivəsində gerçəkləşə bilər. 

Bu gerçəkliyin təminatı – dünyəvi Cümhuriyyətdir. 

– İnsanların rifahı onların mülkiyyətçi, sahibkar, elmi, yaradıcı 

təşəbbüslərindən  asılıdır.  Bu  təşəbbüslərin  hamıya  faydalı  olması 

üçün, özəl mülkiyyət toxunulmazlığı və müqavilə azadlığı olmalı-

dır. Vətəndaşların  özəl  həyatına  hörmət  –  insan  ləyaqətinin  təməl 

şərtidir. Ləyaqətsiz ədalət mümkün deyil. İdrak, iştirak, dürüstlük və 

aydınlıq təcrübəsini ölkəmizə gətirəcək quruluş da məhz REAL, əsl 

Cümhuriyyətdir. 



RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ

5

I. REAL CÜMHURİYYƏT



1.1. Hakimiyyətin təşkili 

Hakimiyyət  elə  təşkil  olunacaq  ki,  onun  bir  əldə  cəmləşməsi, 

hansısa  şəxs,  ya  da  qrup  tərəfindən  mənimsənilməsi,  cəzasız  sui-

istifadəsi mümkün olmasın. Bunun üçün bir neçə vacib ayırmalar 

edəcəyik. 

Mülkiyyəti hakimiyyətdən ayıracağıq. Özəl mülkiyyət fərdi və 

ictimai inkişafın təməlidir, hakimiyyətin qanunsuz müdaxilələrindən 

azad olunmalıdır. Hakimiyyət isə xalqındır, ona görə də varlı adam-

ların əlində alətə çevrilməməlidir. Hakimiyyətdə olanlar sahibkar-

lıqla  heç  bir  şəkildə  məşğul  ola  bilməyəcəklər,  vəzifə  maaşından, 

sosial  təminatından  və  qanunla  nəzərdə  tutulduğu  hallarda,  vəzifə 

borclarını yerinə yetirmək üçün verilən imtiyazlardan başqa heç bir 

maddi  qazancları  olmayacaq.  Çox  imkanlı  mülkiyyətçilərin  sosial 

məsuliyyətini təşviq edən siyasət yürüdüləcək, müvafiq qaydalar və 

təsisatlar yaradılacaq. 



Siyasəti  idarəetmədən  ayıracağıq.  Siyasi  məsuliyyəti  və  icra 

intizamını təmin etmək üçün siyasi funksiyalarla inzibati funksiya-

lar arasında sərt bölgü olacaq. Siyasi vəzifələri inzibati vəzifələrdən 

ayıracağıq  ki,  eyni  adamlar  həm  siyasətlə,  həm  də  idarəetmə  ilə 

məşğul  ola  bilməsinlər.  Hakimiyyətin  mənbəyi  xalq  olduğu  üçün, 

siyasi  vəzifələr  ancaq  müxtəlif  səviyyəli  və  mərhələli  seçkilər 

vasitəsilə  əldə  oluna  biləcək.  Siyasi  vəzifələrin  hamısı  müvəqqəti 

(növbəti  seçkiyədək)  olacaq.  Siyasi  vəzifələr  seçkiləri  qazanmış 

partiyaların siyasətini yürütmək üçündür. Siyasi vəzifələri tutanların 

məsuliyyəti  seçicilərinə  verdikləri  vədlər  və  həmin  vədlərdən  do-

ğan öhdəliklər çərçivəsində müəyyən olunacaq. İnzibati vəzifələrin 

məqsədi tam başqadır. Onlar idarəetməni həyata keçirmək üçündür. 

İnzibati vəzifələri tutanlar siyasi partiyaların üzvü ola bilməyəcəklər 

və heç bir siyasi məsuliyyət daşımayacaqlar. İnzibati vəzifələr daimi 

olacaq. Siyasi hakimiyyətin dəyişməsi inzibati vəzifələri tutanların 

dəyişdirilməsinə səbəb olmayacaq, bəhanə verməyəcək, imkan ya-



RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ

6

ratmayacaq. İnzibati vəzifələri tutanlar siyasi iradəyə və ya ictimai 



rəyə deyil, yalnız qanuna tabe olacaqlar. Beləliklə, dövlət aparatı si-

yasi partiyaların və ideologiyaların hökmranlığı ehtimalından sığor-

talanmış olacaq. Dövlətin mülki və hərbi xidmətləri qərəzsiz olacaq. 

Dini siyasətdən ayrı tutacağıq. Cümhuriyyət mütləq dünyəvi ola-

caq. Müxtəlif dini inancları və dinə münasibətləri olan vətəndaşların 

vergiləri hesabına yürüdülən siyasət heç bir dinə üstünlük verməməli, 

dini  icmalar  arasında  ayrı-seçkilik  etməməlidir.  Hakimiyyət  dini 

məsələlərə qarışmayacaq, qərarlarını dini mülahizələrə görə deyil, 

dünyəvi qanunların tələblərinə görə verəcək. Dövlət büdcəsindən heç 

bir  dini  tədbir,  mərasim  və/və  ya  təşkilat  maliyyələşdirilməyəcək. 

Dövlət  büdcəsindən  maliyyələşən  təşkilatlarda  və  layihələrdə  dini 

təbliğata yol verilməyəcək. Dini etiqad məsələsi hər bir vətəndaşın 

təklikdə  və  ya  başqaları  ilə  birlikdə  etdiyi  seçimdir.  Hər  kəs  dinə 

münasibətini rahat ifadə edə biləcək. Dövlət hamınındır, ona görə də 

dövlət xidmətində heç kəsdən dinə münasibət soruşulmayacaq, heç 

kəs  dini  etiqadına  görə  dəyərləndirilməyəcək.  Dövlət  xidmətində 

çalışan vətəndaşlar arasında dinə münasibətini açıq ifadə etməyə üs-

tünlük  verən  olacaqsa,  onlara,  dövlət  xidmətinə  xələl  gətirmədən, 

dini etiqadlarından doğan ayinlərə riayət etmək azadlığı veriləcək. 



Mərkəzi hakimiyyəti yerli hakimiyyətdən ayıracağıq. Dövlətin 

ədalətli, səmərəli və dayanıqlı olması üçün hakimiyyətin şaquli böl-

güsü  vacibdir.  Mərkəzi  hakimiyyətin  səlahiyyətləri  milli  səviyyəli 

və beynəlxalq əhəmiyyətli məsələlərə aid olunacaq. Yerli səviyyəli 

məsələlər isə yerli seçkili hakimiyyətlərə həvalə olunacaq. Səlahiyyət 

mübahisələri,  ehtiyatların  kəskin  çatışmazlığı,  maliyyə  böhranı, 

fövqəladə vəziyyət və ya müharibə hallarında mərkəzi hakimiyyət 

öz  təşəbbüsü  və  ya  yerli  hakimiyyətlərin  müraciəti  əsasında  yerli 

hakimiyyətlərin işlərinə müdaxilə edə biləcək. Müdaxilənin həcmi, 

müddəti və kəskinliyi yaranmış vəziyyətdən doğan zərurətdən asılı 

olacaq. Yerli hakimiyyətlər yerli büdcələr çərçivəsində işləyəcəklər. 

Yerli büdcələr əsasən yerli vergi və rüsumların yığımından formala-

şacaq. Ellər (yeni inzibati ərazi vahidləri) arasında iqtisadi imkan-


RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ

7

ların fərqliliyi sosial ədalətsizlik yaratmaması üçün milli büdcədən 



maliyyə müdaxilələri edilə biləcək. Ellərin inkişafı üçün milli büdcədə 

xüsusi maliyyə ayırmaları nəzərdə tutulacaq, amma həmin vəsaitlər 

yerli hakimiyyətlərə həvalə olunmayacaq. Milli büdcədən ayrılmış 

vəsaitlərin xərclənməsi mərkəzi hakimiyyətin səlahiyyətində olacaq, 

həmin səlahiyyətlər isə ayrılmış vəsaitlərin həcminə düz mütənasib 

olacaq.  Qanunların  qəbulu,  insan  haqları,  məhkəmə  quruluşu  və 

icraatı,  xarici  işlər,  ictimai  asayiş,  milli  təhlükəsizlik  və  müdafiə 

məsələləri – mərkəzi hakimiyyətin müstəsna səlahiyyətində olacaq 

və yerli hakimiyyətlərə heç bir halda həvalə olunmayacaq. Təhsil, 

səhiyyə,  sosial  təminat  və  təbiətin  qorunması  məsələləri  əsasən 

mərkəzi hakimiyyətin səlahiyyətində olacaq, amma maliyyə imkan-

ları olan ellər öz hesablarına bu məsələlərin inkişafı istiqamətində 

əlavə  tədbirlər  görə  biləcəklər.  Milli  əhəmiyyətli  layihələr  istisna 

olmaqla, kommunal xidmətlər, yerli təsərrüfat, bölgə mədəniyyəti, 

şəhər və kənd tikintisi, turizm və əyləncə, yerli əhəmiyyətli yol və 

digər  altyapı,  ictimai  nəqliyyat  məsələləri  yerli  hakimiyyətlərin 

səlahiyyətində olacaq. 

Qaydaların  qəbulunu  onların  icrasından  və  mübahisələrin 

həllindən  ayıracağıq.  Cümhuriyyətin  təməl  şərtlərindən  biri 

hakimiyyətin  üfüqi  bölgüsüdür.  Cümhuriyyətimizin  gələcəyini 

parlament  respublikası  şəklində  görürük.  Siyasi  sistemi  təməldən 

dəyişdirəcək,  köklü  konstitusiya  islahatlarını  aparacağıq.  Dövlət 

Başçısı  və  İcra  Hakimiyyəti  funksiyalarını  ayıracağıq.  İcra  haki-

miyyətində  təkbaşınalığa  son  qoyacağıq,  bu  hakimiyyət  kollegial 

olacaq. Bir-birinin işini təkrarlayan qurumları, süründürməçiliyə və 

korrupsiyaya yol açan yersiz nəzarət səlahiyyətlərini ləğv edəcəyik. 

Məhkəmə hakimiyyətinin müstəqilliyinin və qərəzsizliyinin təsisat 

təminatlarını quracağıq. 



Milli  Məclis.  Qanunverici  hakimiyyəti,  xalq  tərəfindən  5  il 

müddətinə  seçilən,  Milli  Məclis  həyata  keçirəcək.  Milli  Məclis 

200 millət vəkilindən ibarət birotaqlı parlament olacaq. Qanunveri-

ci hakimiyyətdə həm milli, həm də yerli mənafelərin təmsilçiliyini 



RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ

8

təmin etmək üçün Milli Məclisin yarısı mütənasib, yarısı isə majori-



tar qaydada seçiləcək. Mütənasib seçkilərdə bütün ölkə ərazisi vahid 

seçki dairəsi olacaq, seçicilər ayrı-ayrı namizədlərə deyil, siyasi par-

tiyalara səs verəcəklər. Partiyaların parlamentdə qazandığı yerlərin 

sayı, seçkilərdə aldığı səslərin sayına mütənasib olacaq. Mütənasib 

seçki qaydasında parlamentdə formalaşan yerlərin sayı 100 olacaq. 

Partiyaların siyahılarında yer almayan, amma partiyalar tərəfindən 

dəstəklənən namizədlər (partiya üzvləri və ya bitərəflər), həmçinin 

müstəqil  namizədlər  majoritar  seçki  qaydasında  seçkilərdə  iştirak 

edə biləcəklər. Majoritar seçkilərdə seçicilər öz seçki dairələrindən 

olan və həmin dairələri parlamentdə təmsil etmək iddiasında olan 

namizədlərə səs verəcəklər. Majoritar seçkilərlə parlamentdə forma-

laşan yerlərin sayı da 100 olacaq (ölkə ərazisi 100 seçki dairəsinə 

bölünəcək).  Beləliklə,  Milli  Məclisdə  milli  və  yerli  təmsilçilik 

bərabər olacaq. Milli Məclis qanunları qəbul etməklə yanaşı, onla-

rın icrasına nəzarət edə biləcək. Parlamentin hökumətə təsir etmək 

imkanları  yetərli  və  təsirli  olacaq.  Parlamentin  daxilində  siyasi  iş 

partiyaların və müstəqil millət vəkillərinin qrupları şəklində təşkil 

olunacaq.  Parlamentin  sahə  üzrə  komitələri  olacaq  və  onlara  bö-

yük  səlahiyyətlər  veriləcək.  Parlament  azlığının  çoxluq  tərəfindən 

qəbul  olunan  qərarlardan  Konstitusiya  Məhkəməsinə  şikayət 

etmək  səlahiyyəti  olacaq  (şikayət  ancaq  Konstitusiyaya  uyğun-

luq məsələsinə dair verilə bilər). Qanunların qəbulu Milli Məclisin 

müstəsna səlahiyyəti olacaq. 

Referendum.  Qanunvericilik  –  xüsusi  biliklər,  təcrübə,  siya-

si mənsubiyyət və məsuliyyət tələb edən işdir. Bu işi yalnız xalqın 

seçdiyi Milli Məclis görə biləcək. Referendumla qanunların qəbulu 

təcrübəsinə  son  qoyacağıq.  Referendumla  ancaq  siyasi  qərarlar 

veriləcək. Referendumlar milli və yerli səviyyədə keçirilə biləcək. 

Milli referendumla qəbul olunmuş qərarların qanuna bərabər hüquqi 

qüvvəsi olacaq, icra üçün icbari sayılacaq, heç bir hakimiyyət onları 

dəyişdirə bilməyəcək. Referendumla qəbul olunmuş qərarları ancaq 

referendumla dəyişdirmək mümkün olacaq. Yerli referendumlar an-


RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ

9

caq yerli əhəmiyyətli siyasi məsələlərə dair keçirilə biləcək, onlar 



vasitəsilə qəbul olunan qərarlar ancaq yerli hakimiyyətlər üçün ic-

bari sayılacaq və ölkə qanunlarına zidd ola bilməyəcəklər. Yerli re-

ferendumlarda qəbul olunmuş qərarların ölkə Konstitusiyasına və ya 

qanunlara zidd hesab olunacağı təqdirdə, Konstitusiya Məhkəməsinə 

şikayət etmək mümkün olacaq. Milli referendumla qəbul olunmuş 

qərarlardan Konstitusiya Məhkəməsinə şikayət etmək mümkün ol-

mayacaq, Konstitusiya Məhkəməsinin rəyi öncədən alınacaq. Kons-

titusiya Məhkəməsinin rəyi olmadan, həmçinin mənfi rəyi olduqda, 

heç bir məsələ milli referenduma çıxarıla bilməyəcək. Milli referen-

dumu – Milli Məclis, yerli referendumları isə, səviyyəsindən asılı 

olaraq, müvafiq El Məclisləri və bələdiyyələr təyin edə biləcəklər. 

Yerli  referendumlar  ancaq  yerli  büdcə  hesabına  keçirilə  biləcək. 

Referendumlardan və onlara xərclənən büdcə vəsaitlərindən popu-

list məqsədlərə istifadəsini əngəlləmək üçün, referenduma çıxarıl-

mış (keçirilməsi qanunla tələb olunan referendumlar istisna olmaq-

la)  məsələyə  dair  mənfi  qərarın  qəbul  olunması  (xalq  tərəfindən 

rədd  edilməsi)  referendumun  təşəbbüskarı  olmuş  məclisin  (Mil-

li  Məclisin,  El  Məclisinin  və  ya  bələdiyyənin)  buraxılması  ilə 

nəticələnəcək  (növbədənkənar  seçki  keçiriləcək).  Referendumlar 

vətəndaşların təşəbbüsü ilə də keçirilə bilər, amma belə halda müsbət 

qərar (xalq tərəfindən qəbul edilməsi) müvafiq məclisin buraxılması 

ilə nəticələnəcək. 



Prezident. Dövlətin Başçısı Prezident olacaq. Dövlət Başçısı və 

İcra  Hakimiyyəti  funksiyalarını  ayıracağıq.  Prezidenti  parlament 

seçəcək.  Prezidentin  partiya  mənsubiyyəti  olmayacaq.  Prezident 

siyasi  məsuliyyət  daşımayacaq  və  fövqəladə  səlahiyyətlər  istisna 

olmaqla,  öz  təşəbbüsü  ilə  qərarlar  verə  bilməyəcək.  Prezidentin 

parlament  seçkilərindən  dərhal  sonra  yaranan  siyasi  konyunktur 

dəyişikliyindən asılı olmaması üçün, Prezidentin səlahiyyət müddəti 

7  il  olacaq.  Milli  Məclisin  qəbul  etdiyi  qanunlar  yalnız  Prezident 

tərəfindən  imzalandıqdan  və  dərc  olunduqdan  sonra  qüvvəyə 

minəcək. Prezidentin nisbi veto səlahiyyəti olacaq. Prezidentin qa-



RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ

10

nunvericilik təşəbbüsü səlahiyyəti olmayacaq. Hökumət və ya büdcə 



böhranı zamanı Prezidentin Milli Məclisi buraxıb, yeni parlament 

seçkilərini təyin etmək səlahiyyəti olacaq. Prezident Ali Baş Koman-

dan səlahiyyətlərini həyata keçirəcək. Silahlı qüvvələr, kəşfiyyat və 

əks-kəşfiyyat xidmətləri Prezidentə tabe olacaq. Bu səlahiyyətlərin 

tətbiqini səmərələşdirmək, eləcə də sui-istifadə fürsətlərini azaltmaq 

məqsədilə Prezidentin yanında Milli Təhlükəsizlik Şurası yaradıla-

caq. Milli Təhlükəsizlik Şurasının sədri Prezident olacaq. Fövqəladə 

və  ya  hərbi  vəziyyət  zamanı  ölkənin  idarəsi  (icra  hakimiyyətinin 

rəhbəri funksiyası) müvəqqəti olaraq Prezidentə veriləcək. Bu haqda 

qərarı Milli Məclis qəbul edəcək. 



Nazirlər Kabineti. İcra hakimiyyətini Nazirlər Kabineti həyata 

keçirəcək (hökumət). Nazirlər Kabineti parlament seçkilərində qa-

lib gəlmiş partiya tərəfindən formalaşdırılacaq. Heç bir partiyanın 

parlamentdə yetərincə yer qazana bilmədiyi təqdirdə parlamentdə yer 

almış partiyaların müştərək hökuməti qurulacaq. Müştərək hökuməti 

qurmaq üçün danışıqları aparmaq səlahiyyəti, ilk olaraq, Prezident 

tərəfindən parlamentdə hamıdan çox yer almış partiyaya veriləcək. 

Danışıqları aparmaq səlahiyyəti ilə görəvləndirilmiş partiya, bunun 

üçün ayrılmış müddət ərzində müştərək hökuməti qura bilməsə, Pre-

zident bu səlahiyyəti parlamentdə sıra ardıcıllığı ilə yer almış digər 

partiyaya verəcək. Partiyalar müştərək hökumətin qurulmasına dair 

anlaşmaya gələ bilməsələr, Prezident parlamenti buraxacaq və yeni 

seçki  təyin  edəcək.  Nazirlər  Kabineti  –  kollegial  icra  hakimiyyəti 

orqanı  olacaq.  Nazirlər  Kabinetinin  rəhbəri  Baş  nazir  olacaq.  Baş 

nazir Nazirlər Kabinetinə təşkilatı rəhbərlik edəcək, amma təkbaşına 

qərar  verə  bilməyəcək.  Baş  naziri  Prezident  rəsmən  təyin  edəcək, 

amma onun seçim hüququ olmayacaq. Baş nazir vəzifəsi seçkilərdə 

qalib  gəlmiş  və  ya  müştərək  hökuməti  qurmaq  səlahiyyəti  ilə 

görəvləndirilmiş partiyanın rəhbərinə veriləcək. Digər nazirləri də 

rəsmən Prezident təyin edəcək, amma Baş nazirin təqdimatı əsasında. 

Prezidentin  Baş  nazir  tərəfindən  təqdim  olunmuş  namizədləri 

rədd  etmək  səlahiyyəti  olmayacaq.  Nazirlər  Kabinetinin  üzvləri 



RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ

11

ancaq  millət  vəkilləri  arasından  təyin  olunacaqlar,  parlamentdən 



kənar hökumət üzvlüyü mümkün olmayacaq. Beləliklə, parlament 

seçkiləri,  həm  də,  dolayı  hökumət  seçkiləri  olacaq.  Nazirlər  Ka-

binetinin  siyasi  kimliyi  və  kollektiv  məsuliyyəti  olacaq.  Hər  han-

sı bir nazirin yanlışlığına görə bütün kabinet məsuliyyət daşıyacaq 

və bu məsuliyyət, yanlışlığın dərəcəsindən asılı olaraq, hökumətin 

istefası  ilə  də  nəticələnə  biləcək.  Nazirin,  hər  hansı  bir  səbəbdən, 

partiya mənsubiyyətini və ya millət vəkili statusunu itirməsi, avto-

matik olaraq nazir vəzifəsinin itirilməsi ilə nəticələnəcək. Beləliklə, 

hər bir nazir və bütövlüklə Nazirlər Kabineti üzərində həm partiya, 

həm də parlament nəzarəti gücləndirilmiş olacaq. Baş nazirin iste-

fası Nazirlər Kabinetinin istefası ilə nəticələnəcək. Nazirlər Kabi-

neti  dövlət  büdcəsinin  layihəsini  parlamentə  vaxtında  təqdim  edə 

bilməsə  və  ya  parlament  bu  layihəni  yekun  səsvermə  nəticəsində 

rədd edərsə, Nazirlər Kabineti avtomatik istefaya gedəcək. İstefaları 

Prezident qəbul edəcək. İstefa vermiş hökumətin yerinə parlamentin 

içindən yeni hökumət qurula bilməzsə, Prezident parlamenti buraxa-

caq və yeni seçkiləri təyin edəcək. 

Məhkəmə  hakimiyyəti.  Məhkəmə  hakimiyyətini  vahid  məh-

kəmə  sistemini  təşkil  edən  məhkəmələr  həyata  keçirəcəklər. 

Məhkəmə hakimiyyəti parlament respublikası quruluşuna uyğunlaş-

dırılacaq. Məhkəmələrin təsisat müstəqilliyi, prosessual qərəzsizliyi 

və maddi təminatı təşkil olunacaq. Mübahisələrə, bir qayda olaraq, 

ümumi  məhkəmələrdə  baxılacaq.  Mübahisələrin  mahiyyətindən, 

mənafelərin  xüsusiyyətindən,  maraqlı  tərəflərin  arasında  müna-

sibətlərin gərginliyindən və işlərin həcmindən asılı olaraq, ixtisas-

laşdırılmış  məhkəmələr  yaradıla  bilər.  Məhkəmələrdə  baxılan  adi 

işlərdə, icraatı dayandırıb, Konstitusiya Məhkəməsindən təfsir almaq 

kimi uzunçu təcrübəyə son qoyulacaq. Bütün məhkəmələrin, bax-

dıqları işlərə aidiyyəti olan Konstitusiya müddəalarını birbaşa tətbiq 

etməsi təşkil olunacaq. Təfsir mübahisələrinə, aidiyyəti üzrə, yuxa-

rı  instansiyalar  tərəfindən  baxılacaq.  Konstitusiya  Məhkəməsinin 

təfsiri ən yüksək hüquqi qüvvəyə malik olacaq. Məhkəmələr – so-


RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ

12

sial kompromis vasitəsidir. Onların rolu – yaranan bütün narazılıq-



ları  insanlararası  münasibətlərdən  çıxarmaq  və  bütün  məsuliyyəti 

dövlətin üzərinə qoymaqdır. Məhkəmələrin hakimiyyətə çevrilməsi 

üçün, qərarları, qanuna uyğun olmaqla yanaşı, sosial ədalət və ba-

rış  məqsədlərinə  xidmət  etməlidir.  İlkin  mərhələdə  Konstitusi-

ya  Məhkəməsinin  və  Ali  Məhkəmənin  hakimləri  dərhal  ömürlük 

(pensiya yaşına qədər) təyin olunacaqlar. Zəruri təsisat hazırlıqları 

başa  çatdırılandan  sonra  aşağı  instansiya  məhkəmələrin  hakimləri 

də  ömürlük  təyin  olunacaqlar.  Konstitusiya  Məhkəməsinə  birbaşa 

şikayət  imkanları  genişləndiriləcək  və  asanlaşdırılacaq.  Fiziki  və 

hüquqi  şəxslərə  Konstitusiya  Məhkəməsinə  mücərrəd  şikayət  (ac-

tio popularis) hüququ veriləcək. Birinci və apelyasiya instansiyaları 

məhkəmələrində sədr vəzifələri ləğv olunacaq. İşlərin nömrələnməsi 

və  hakimlər  arasında  bölünməsi,  ərizələr təqdim olunarkən,  xüsu-

si  proqramlaşdırılmış  texniki  avadanlıq  vasitəsilə  dərhal  həyata 

keçiriləcək.  Mərhələli  imtahanvermə  sistemindən  imtina  olunacaq 

və subyektiv qiymətləndirməyə imkan verən imtahan mərhələlərinin 

namizədin taleyinə təsiri azaldılacaq. Hakimliyə namizədlərin verdi-

yi imtahanlar vahid qiymətləndirmə sisteminin tərkib hissəsini təşkil 

edəcək, hər imtahan üçün minimum keçid balları müəyyən edilərək, 

bütün  imtahanlar  prosesin  sonuna  vahid  ballar  müəyyən  ediləcək. 

Həmin  ballar  əsasında  namizədlərin  təyin  etmə  növbəlik  siyahısı 

müəyyən ediləcək. 





Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə