Qafar Çaxmaqlı armenizmdən terroriZMƏ erməNİ İdeoloji


Vizantizmin  (Bizansçılıq)



Yüklə 132,69 Kb.
Pdf görüntüsü
səhifə11/16
tarix01.04.2017
ölçüsü132,69 Kb.
#13046
1   ...   8   9   10   11   12   13   14   15   16

Vizantizmin  (Bizansçılıq) davamı olaraq ortaya çıxmıĢdır. 
Vizantizm  - 
pravoslav  ənənələrini  yaĢadan    siyasi  ideologiyadır.  Tarixi  inkiĢaf 
dövründe  vizantizm    ideologiyası  xristianlıq  Roma  imperiyasının  rəsmi 

 
138 
 
dövlət  dini  olandan  sonra  formalaĢmağa  baĢlamıĢdır.    ―Vizantizm  
termini  rus  ve  digər  dillərdə  ""  ilk  anlaĢılmaz  intuitions  "  yalnız  XIX 
əsrdə  rus  filosof  Konstantin  Leontyev  tərəfindən  iĢlədilməyə 
baĢalamıĢdır. Bizans imperiyasının min il (395-1453). yaĢadan  və onun  
tam  varisi  kimi  Rusiyada  bu    ideya  “rus  viyzantinism”i    olaraq   
meydana gelib. 
 Avropa  xrəstian  ölkələrində  ―vizantizm  xristian  xalqların  ortaq 
düĢüncəsi, ideologiyasıdır‖ - deyirlər. Erməni ideoloqlar da vizantizmin, 
yəni  xristian  dininin  bu  ədeoloji  qolunun    bir  çox  xalqları  birləĢdirmək 
fəaliyyətini səciyyələndirən bizansçılıqdan gəldiyini iddia edirlər.. Çğnki 
ermənilər  özlərini  bir  çox  xristian  xalqlardan  daha  qədim  xristian  hesab 
etməkdədirlər. TanınmıĢ rus filosoflarına da ―bu formulanı diktə edərək‖ 
yeni  bir  cərəyanın  əsasını  qoyduqlarını  bəyan  edirlər.  Ayrı-  ayrı 
jurnallarda  rus  ve  erməni    filosoflar  bu  mövzuda  yazılar  yazmaqda 
,araĢdırmalar  aparmaqdalar.  Onlardan  biri  olan    N.S.Severikovun  
vizantizmin bir qolu kimi andranikizm cərəyanı haqqında irəli sürdüyü 
fikirlər maraqlıdır. «Andranikizm Bizans ideyası kimi‖ adlı məqaləsində 
(Н.С.Севериков  ―Андраникизм  как  бизантиская  идея»,  ―Yerkramas‖ 
org.14    ноября  2010)  Andranik  Sasunskinin  (Andranik  Ozanyanı  belə 
adlandırır) xarakterindəki üç əsas ―məziyyətdən‖ bəhs edir: 1) Ġnsanların 
xoĢbəxt  olması  üçün  mənəvi  güc  tapılması  yolunda  gərgin  zəhmət  2) 
Ġnsanları bir araya gətirmək və birləĢdirmək üçün Andranik Sasunskinin 
qeyri-adi  səy  və  enerjiyə  sahib  olması  3)  Ġnsan  həyatının    bütün 
sahələrində köklü dəyiĢikliklərə nail olmaq üçün andranikizmin yaradıcı 
fəaliyyəti.  
Severikova  görə,  əslində  bu  Ģəxsin    (Andranikin)  qəlbi  ədalətsizliyə  qarĢı 
olmuĢdur.  O  ―irqi  ayrı-seçkiliyə  baxmadan,  dini  və  milli  fərqlər  qoymadan 
döyüĢürdü‖.    Baxın  o  Andranikin  qan  tökməsinə  necə  haqq  qazandırır. 
Severikov  adlı  Ģəxsin  Andranikin  həyatına  da  fəaliyyətinə  nə  dərəcədə  bələd 
olub-olmamasından  asılı  olmayaraq  açıq  görünür  ki,  bu  cümlələr  erməni 

 
139 
 
millətçi  beyinlərdən  birinin  və  ya  bir  qrupunun  məhsuludur.  Ermənilər  belə 
metodlardan  çox  istifadə  edirlər.  Ya  xarici  müəllifi  ələ  alır,  müxtəlif  yollarla 
ona təsir edərək istədikləri məqalə və kitabı yazdırır, ya da özləri yazıb həmin 
müəllifi bu cəfəngiyatlara imza qoymağa  ―razı salırlar‖. Severikov çox güman 
ki,  ikincilərdəndir.  Bu  müəllifin  Andranik  haqqında  dalbadal  ―yazdığı‖ 
məqalələrdə  (Севериков  Н.М.  Солдат  нации  угнетенных,  «Специалист» 
jurnalı , 2005, № 6, с.35) ana xətt Andranikin cinayətlərini ört-basdır etməkdir, 
onu  tərifləmək,  daim  humanist  davranıĢlar  sərgilədiyini  qabartmaq  və  onları 
digər  millətlərin  xeyrinə  etməsini  söyləmək  elə  bu  deməkdir.  Həm  də  burada 
onun guya  heç kəsə fərq qoymaması  fəlsəfi bir düçüncə  sistemidir  və  ―  zülmə 
məruz  qalmıĢlara‖  dayaq  durmaq  ideyası  bir  dünyagörüĢü  kimi  bizansçılıqdır, 
yəni  bu  vizamtizmin  (bizansçılığın)    qolu  olan  universalizm  nəzəriyyəsidir, 
xarakter  etibarı  ilə  bəĢəri  bir  dəyərdir,  və  s.  (Севериков  М.М.  «Андраник 
Сасунский и наша ероха». «Исторические науки» 2005 №4.с.50) 
Gəlin  bir  baxaq  görək  bu  Ģəxsin,  yəni  Andranik  Ozanyanın    heç  vizantizmlə 
yaxından-uzaqdan  əlaqəsi  varmı?    Yoxdur!  Və  yaxud  əlində  silah  ətrafında 
cəlladlar ordusu ilə bütün keçdiyi yerləri qana bələyən bir Ģəxsin nə ideyası ola 
bilərdi?  Onunku  adam  öldürmək,  qadın,  uĢaq,  qoca  demədən  qətlə  yetirmək 
olmuĢdur.  Onun  hansı  dünyagörünüĢündən  bəhs  etmək  mümkündür?  
Severikov da, digər andranikistlər də yaxĢı bilirlər ki, bu adamın tarixdə rolu nə 
olmuĢdur,  onlar  bu  gün  ―Qafqaz  məsələsi‖  deyilən  yeni  bir  problemlə  üz-üzə 
gələn rusları, olmayan pantürkizmlə qorxudaraq andranikizimin daha cəlbedici 
olacağına  inandırmağa  çalıĢırlar.  Onu  vizantizmə  bağlamaq  isə  dini 
təssübkeĢliyi  qabartmaq  istəyidir.  Rus  müəlliflərdən  digər  biri  S.N.Trubetskoy  
hətta Rusiyanın gələcək taleyini  bu ideyaya sahib çıxmasına bağlayır, digər bir 
filosof  P.A.Florenski isə deyir ki, vizantizm həmiĢə rus xalqı üçün ―əlində heç 
bir baĢqa vasitə olmayan bir mənbə‖ olmuĢdur. 
Vizantizm  xristianlığın  tarixi  adekvat  bir  forması  kimi  insanlığın  sosial  
təĢəkkülündə  baĢlıca  rol  oynamıĢdır,  amma  minillər  boyu  bundan  heç  zaman 
bəhs  edilməmiĢdir.  Fəlsəfi-siyasi  terminalogiyada  ―andranikizm‖  termininin 

 
140 
 
ortaya  çıxması  artıq  faktdır  və  bunu  yalnız  ermənilərlə  bağlamaq  mümkün 
deyildir.  Andranik  kimləri  kimin  əlindən  almaq  istəyirdi,  əlbəttə  xristianları 
müsəlmanlardan  qoruyurdu.    Amma  bunları  edərkən  hansı  üsullara  əl  atırdı.  
Ġnsanları bir yerə toplayıb od vurur, qadınların qarnını yarıb körpəsini süngüyə 
taxır,  qocaların  belinə  qaynar  samovar  bağlayırdı.  Bu  idimi    vizantizm? 
Vizantizm əgər  məhz bunu ön görürdüsə onda bu görüĢ ve ideya faĢizmə daha 
çox yaxındır. 
Digər  bir  rus  filosofu  Y.Yastrebova  görə  isə  andranikizm  müridizmə  və 
vəhhabiliyə ən yaxĢı alternativdir, S.V.Volkov isə ona ―Ģamilizm‖ın alternativi 
kimi  baxmağı  təlqin  edir.    Baxın,  bu  ideyanın  nə  qədər  qondarma  və  məkrli 
məqsədlərdən qaynaqlandığı bəlli olur. 
K.A.Zaletski  isə  ―Qafqaz  məsələsi‖ni  Ģərh  edərkən  andranikizm-vizantizmi 
pantürkizmə qarĢı qoyulacaq ən yaxĢı alternativ sayır. Məsələ bundadır ki, bu 
araĢdırmaçılar  rusların    Qafqazda  mövqeyinin  itirilməsindən  qorxur  və  bu 
mövqeni  bərpa  etmək  üçün  yeni  bir  düĢüncə  sistemi  ideoloji  əsas  tapib  ortaya 
qoya bilmirlər. Çünki ―Qafqaz məsələsi‖ sürətlə həllini heç də rusların xeyrinə 
olmayan  dəyiĢimə  doğru  gedir,  rusların  bu  dəyiĢimi  qəbul  etməkdən  baĢqa 
çarəsi  yoxdur.  Andranikizm  deyilən  cəfəngiyatı  ortaya  atmaqla  əslində  onlar 
XX  əsrin  əvvəllərində  olduğu  kimi,  yenə  də    ermənilərdən  bir  vasitə  olaraq 
istifadə  etmık  istəyirlər,  çünki  Qafqazda  digər  xalqlar  heç  zaman  belə  gülünc 
vasitə olmaq istəməmiĢlər. Bundan sonra ise heç vaxt yola gəlməzlər. 
Bilinən  proseslər  indi  de  gedə  bilər.  XIX  əsrin  ortalarında  Osmanlı  dövlətini 
parçalamaq  üçün  məlum  ―ġərq  məsələsi‖  ortaya  atılmıĢdı.  Bir  qədər  sonra  bu 
məsələnin  süni  olduğu  və  siyasi  mənada  heç  bir  effekt  vermədiyi  ortaya 
çıxarkən  onun  mahiyyətini  deyil,  qarĢıya  qoyduğu  məqsədə  çatmaq  arzusunu 
deyil, adını dəyiĢdirdilər. ―Erməni məsələsi‖ ortaya atılarkən erməni millətinin 
bu  iĢ  üçün  cəlbediciliyi  nəzərə  alındı,  çünki  onlar  tarix  boyu  öz  ağalarını 
satmıĢdılar.  Bu  özəllikləri  ilə  də  onlar    imperiyaların  diqqətini  cəlb  edirdiler. 
Romalılardan Rerslərə, Bizanslılardan  Osmanlılara kimi bu ərazilərdə istifadə 
edilən  bir  oyuncaq  olmuĢdular.  Bəlkə  də  bu  onların    varolma  mücadiləsi  idi, 

 
141 
 
amma bu hər nə idisə insanlıqdan kənar bir Ģey idi. ―Erməni məsələsi‖nin dəbdə 
olduğu  illərdə  xarici  güclərin  dəstək  verdiyi  quldur  dəstələrinin  yaradılma  və 
hərəkət fəaliyyətinə nəzər salınsa açıq görünər ki, bu dəstələrin əsas amacı qan 
tökmək, adam kəsmək olmuĢdur.  Andranikizm əslində elə budur. Severikovun 
və  digər  rus  yazarların  uydurduğu  ―andranikizim‖  deyilən  ideyanın  kökündə 
onların  iddia  etdikləri  ―ədalətsizliyə  qarĢı  mübarizə‖  və  ya  ―insanlıq  naminə 
humanist  davranıĢlar‖  dayanmır.  Baxın,  Andranikin  humanist  davranıĢı 
necəymiĢ?  Həyatından  bir  misal:  ġərqi  Anadoluda  ―fəaliyyəti  zamanı‖  Ave 
deyilən  çete  rəisini  öldürərkən  onun  həyat  yoldaĢını  və  uĢaqlarını  da  ona  görə 
məhv  edir  ki, gələcəkdə  onun  bu  hərəkətini  öyrənib  qisas  almaq  fikrinə  düĢən 
olmasın. ÇağdaĢ dillə anlatmağa çalıĢsaq, o  keçdiyi yerlərdə  o baĢqalarından 
fərqli  olaraq  ―iz  buraxmırdı‖.  Bir  türk  kəndinə  hücum  edərkən  o  quldurlarına 
tapĢırırmıĢ  ki,  burada  bir  nəfər  belə  Ģahid  saxlamasınlar.  Andranikdən  kitab 
yazan bir andranikist Andranik Çelebyan özünün ―Zoravar  Andraniki yev Hay 
Heğapoxaqan ġarjumi‖ adlı kitabında nə qədər onu idealizə etməyə çalıĢsa da 
yenə  bir  cəllad  olduğunu  anlatmaqdan  uzaq  dura  bilməmiĢdir.  Çelebyanın 
Andranikin  dilindən  verdiyi  bu  cümlələr  onun  kim  olduğunun  göstəricidir. ―... 
bu etirafları duyduqdan sonra, onu həyat yoldaĢını və uĢaqlarını öldürüb evdən 
çölə  çıxdıq.  Bir  xaini  və  xain  soyunu  yox  etmək  üçün  bir  evi  bütünüyülə  yox 
etdik.  Digər  xainlərə  gözdağı  vermək  üçün,    türklərə  və  kürtlərə  də  erməni 
fədaisinin  intiqamçı  olduğunu  anlatmaq  üçün    bunu  yox  etməli  idik.  Biz  hər 
hansı erməni fədaisində qalxan ələ qarĢı həmiĢə amansız olduq. Indi bir yolunu 
tapıb Xerzan rəisi BĢare Halili cəzalandırmalıyıq‖. Daha sonra  bu kitabda adı 
keçen  BĢare  Halil  və  onun  bütün  nəsli  də  Andranik  tərəfindən  məhv  edilir.  
Günahı  da  oymuĢ  ki,    Andranikin  Serop Ağbyurun  burada  olmamsı    guya  ki, 
BĢare Halil tərəfindən türklərə, hökumətə xəbər verilmiĢdi.  
―Erməni  tarixinin  ən  böyük  savaĢçısı  və  öndəri  Andranik  Ozanyanın 
hazırlayıcısı  və  öncüsü  Ağbyur  Serop  da‖  (A.  Çelebyan)  maraqlıdır  ki,  məhz  
Andranik  tərəfindən  öldürülmüĢdür.  Ağbyrun  BĢare  Halil  tərəfindən 
öldürüldüyünü  qəsdən  yayan  da,  sonra  o  biri  kürd    aĢirət  rəisinə  ―BĢare  Halil 

 
142 
 
məhz  bunun  üçün  öldürüldüyünü  iddia  edən  də  o  özü-  Andranik  olmuĢdur. 
BaĢqa sözlə, önündəki bütün əngəlləri təmizləyərək ―tək cəllad‖, ―tək kabadayı‖  
funksiyasını  yerinə  yetirmək  yolu  ilə  irəliləmiĢdir.  Budurmu  anranikizm?  
Baxın,  ―  süngüyə  keçirilmiĢ  BĢare  Halilin  baĢını  təsəvvür  edin,  onu  MuĢ 
küçələrində  gəzdirərkən  ermənilərin kürdlərə də  necə  vəhĢicə  davrandıqlarının 
Ģahidi olacaqsınız. Və Çelebyanın kitabında Andranikin özü  tərəfindən BĢare 
Halilin infaz edilməsi səhnəsi, özü də Andranik Ozanyanın dilindən ―Sən Serop 
PaĢanın  baĢını  ölüykən  kəsdin.  Mən  isə  sənin  baĢını  sağkən  kəsəcəyəm‖ 
söylənməsi  yəqin  andranikizmdir  və  onun  ―  bıçağımı  boğazına  atdım‖  deməsi 
andranikizm deyilən bir ideologiyaymıĢ...  Daha sonra baxın nələr olur: ―BaĢlıq 
boğazına  sarılı  olduğu  üçün  mane  oldu.  ƏsəbiləĢərək:  ―Gevork,bu  baĢlığı  bir 
kənara  çək‖  deyə  hiddətlə  bağırdım.  Gevork  Halilin  baĢından  baĢlığı  çəkib 
çıxartdı. Bıçağımı boynuna vurdum. Boynunu xirtdəyinə qədər kəsdim. Qan bir 
cür  səslər  çıxararaq  eĢiyə  fıĢqırdı,  ikinci  zərbəmlə  baĢı  yerə  düĢdü  və  baĢsız 
bədən  yerdə  qıvrılmağa  baĢladı‖.  Nə  gözəl  fəlsəfədi?  Bunun  adıdırmı 
andranikizm? 
Bax, budur Andranik BaĢkəsənin fəlsəfəsi!  Bu etiraf etdikləri bir neçə iĢgəncə 
səhnəsidr,  amma 1890-lardan 1920-ci illərə qədər nə nə qədər baĢ kəsdiyini bu 
bölgədə  yaĢayan  xalqlar,  onların  minlercə  Ģahidleri    bilir.  Keçdiyi  yerlərdə 
―Ģahid  buraxmayın‖  deyirdi  Andranik.  Andranikizmin  ―bu  məziyyətlərini‖  – 
yəni, adam öldürməsini  onun humanizminə bağlayan severikovlar görəsən heç 
utanırlarmı? 
Andranik özünü “əzablara məruz qalmış xalqın əsgəri” adlandırmıĢdı. Onun 
davamçıları olan erməni millətçi ideoloqları iddia etməyə çalıĢırlar ki, Andranik 
türklər tərəfindən soyqırıma məruz qalan bütün pravoslavları –erməniləri, yezdi 
kürtlərini,  assuriyalıları,  yunanları,  bolqarları,  Suriya  xristianlarını  eyni 
dərəcədə  müdafiə  etmiĢ  və  bu  mübarizədə  vizantizm  ideyasına  söykənmiĢdir, 
bütün  xalqlar  üçün  yeni  bir  dünya  inĢa  etməyə  çalıĢmıĢdır.  Bu  da  çəfəng  bir 
fikirdir.   Andranikin cəllad  izləri   ġərqi  Anadolu  ve  Qafqazın hər  yerində  var. 
1904-cü  ildə  MuĢun  Dariq  kəndində  guya  ona  sui-qəsd  edilməsi  uydurmasını 

 
143 
 
ortaya  ataraq    və  bu  kəndin  bütün  kürd  və  türk  əhalisini  qıran  Andranik 
deyildimi? Bu bölgədə  ermənilər üçün bir dövlət qurmaği amaclayan bu adam 
buradaki  xristianları  da  qətlə  yetirməkdən  və  qovub  yer  yurdlarından 
çıxarmaqdan  həzz  alırdı.    Bir  qədər    sonra  onu  Cenevrədə  görürük.  DaĢnak 
partiyasının  orqanı  olan  ―DroĢak‖  (―Bayraq‖)  qəzeti  redaksiyasına  gələrək 
buraya  BiĢare Halilin baĢını kəsdiyi xəncəri hədiyyə edir. Sonra o Bolqarıstana 
yerləĢməyə  qərar  verir.  Bolqarlara  sevgidənmi?  Əsla.  Tarixi  Ģərait  yetiĢərsə 
burada ermənilər üçün bir dövlət qurmaq məqsədi ilə.    
Amma  Andranik  bu  illərdə  fikirləĢirdi  ki,  xaricdən  dəstək  almadan  heç  nəyə 
nail ola bilməyəcək. 1914-cü ilə qədər Bolqarıstanda yaĢayan Andranik bolqar 
xalqı  üçün  də  heç  bir  iĢ  görməmiĢdir.  O  bir  könüllər  ordusu  qurmaq  üçün 
bolqarlardan yardım istəmiĢdi. Bolqar dövlətindən 600 frank maaĢ alması faktı 
da  göstərir  ki,  o  burada  bolqarların  əlində  alət  olmuĢdu,  ona  türkləri 
öldürdüyünə görə qızıl medal da vermiĢdilər. Bu nə dərəcədə doğru sayıla bilər 
ki, Osmanlı təbəəsi olan birisi öz ölkəsinə qarĢı belə bir mövqe tutur. I Dünya 
Müharibəsində  Rusiyanın  tərəfindən  Osmanlıya  qarĢı  vuruĢan    ermənilər,  o 
cümlədən  bu  qatil    nədən  fikirləĢmirdi  ki,  bu  ölkədəki  onların  milyonlarla 
soydaĢı  pis  vəziyyətə  düĢə  bilər?  Əksinə,  bunun  fikirləĢmək  əvəzinə  burada 
yaĢayan  ermənilərə  də    onun  tərəfindən  silahlar  göndərilir  və  onlar  da  öz 
dövlətlərinə  qarĢı  savaĢa  girirdilər.  1914-dən  1917-yə  qədər  Rusiya  tərəfindən 
Osmanlıya  qarĢı  180.000  erməni  savaĢmıĢdır.  Kifayət  qədər  ciddi  rəqəm 
deyilmi? Bunlar hamısı faktlardır və 1915-ci ilin 27 mayın da  Təhcir Qanunu 
qəbul  olunarkən  Osmanlı  dövləti  məhz  bu  erməni  təhlükəsini  nəzərə  almıĢdı. 
Osmanlı  dövlətinin  tarixdə  verdiyi  ən  böyük  qərar  ermənilərin  Anadoludan 
köçürülməsi  qərarı  idi.  O  dövr  üçün  bundan  düzgün  qərar  ola  bilməzdi.  Bu 
qərarın qəbul edilməsinə Andranik və onun kimilərin bais olduğunu 1918-1920-
ci  illərdə  Ermənistan  deyilən  dövlətin  baĢçıları  dəfələrlə  vurğulamıĢdılar.  
Andranikizmin kökündə dayanan adam baĢı kəsməkdirsə, insanlarla fəlakət və 
ölüm gətirməkdirsə, nədən bu ideoloji lənətlənmir.  Ġndi ermənilər bu ölüm və 

 
144 
 
qan  ideolojisinə  andranikizm  adı  qoyaraq  saxta  bir  nəzəriyyə  ilə  baĢ  qatmaq 
istəyirlər.  
Çelebyanın  ―Andranik  paĢa‖  kitabında  (  Çelebyan  Andranik,  Andranik  PaĢa, 
Ermənicədən    Türkçeye  çevirən  Mariam  Arpil  və  Nairi  Arek,  Peri  yayınları, 
Ġstanbul- 2003 s.76)  Andranikin soyuqqanlıqla rəqibinin baĢını kəsdiyini,canlı 
bir  varlığa  acımadan  onu  həyatdan  mərhum  etməsini  təsvir  edir.  Sonra  bu 
caninin  fotosu,  ata  minmiĢ,  belində  xəncər,  patrondaĢ...  Halilin  baĢını  kəsdiyi 
gün verdiyi görkəm budur. Üzündə xırda da olsa bir duyğu iĢarəti yoxdur. Əgər 
gerçəkdən  xəbərimiz  olmasaydı,  sanardıq  ki,  onun    bir  neçə  adamı 
boğazladığını  deyil,  bir  neçə  kəklik  ovladığını  zənn  edərdik.  Amma  insan 
canavarlaĢarkən  bax  bu  günə  düĢür.  Budurmu,  Andranikizm  təlimi?! 
Ermənistanda  saysız-hesabsız  kitabların  qəhrəmanı  olan  Andranikin  gerçək 
kimliyi  arxasında  nələr  gizləndiyinin  fərqinə  varmaq  o  qədər  də  çətin  olmaz. 
Baxın onun həyatına.  Kimdir o?  
 
 Andranikin gerçek siması nədən gizlədilir? 
 
 Dünyanin  dahi  yazarlarından  olan  Lev  Tolstoy  öz  dövrünün  adamlarının  bir 
çoxunun  ziyanlı  vətənpərvərliyin  təsiri  altında  olduğunu  düĢünürdü.  Onun 
fikrincə, mənəvi nemətləri yalnız öz xalqına arzulamaq, öz xalqını və dövlətini 
baĢqalarından üstün saymaq, öz dövlətinin daha zəngin, daha qüdrətli olmasını 
arzulamaq  düzgün  deyil.  Çünki  adətən  həmin  rifah  və  qüdrət  baĢqa  xalq  və 
dövlətlərə vurulan ziyan hesabına təmin edilir.   Bu daha çox ermənilərə aiddir. 
Onlar  öz  xoĢbəxtliklərini  baĢqalarının  bədbəxtliyi  hesabına  qurmaq  istədilər. 
BaĢqalarını öldürməklə öz yaĢamalarını təmin etmək istədilər. Bu, faĢizm idi ve 
bunu  Andranik  ve  onun  kimi  onlarca  erməni  cani  etmək  istədi.  Amma  bunu 
nəinki bacardılar, hətta  öz  xalqını  ağır  durumda  qoyaraq  qaçdılar. Onun taleyi 
belə  bir  acı  sonucla  da  bitdi.  Zavallı  erməni  xalqı  isə  kor-koranə  ona  inanırdı, 
hətta erməniyazar  Hovannes Tumanyan da.  

 
145 
 
Ermənilərin  ―humanist  yazar‖,  ―sülh  tərəfdarı‖  olaraq  qələmə  verdikləri  yazıçı 
Hovhannes  Tumanyanın Andranikə  məktubunda  görün nə yazırdı: 
 
Sevgili Andranik! 
 
Bu qorxunc anın qarşısında hər insan gələcək təhlükəni qarşını almaq üçün və arzulanan 
sülhə  çata  bilmək  üçün  hər  nəyə  sahibdirsə  və  nə  edə  bilirsə  hər  şeyi  ümumi  bir  damın 
altında toplanmalı, masaya yatırmalıdır. 
. Mənim dörd oğlum var, dördü də hökumətin , milli  məclisin və sənin 
İradən altındadır, hər nə  edə bilirlərsə dörd qızım da size dəstək işlərinə getməyə 
hazırdırlar.  Mən  də  şübhəsiz  onlardan  daha  qiymətli  heç  bir  şeyə  sahib  deyiləm.  Bu 
səbəbdən 
heç bir şeyi əsirgəmədən, yalnız bütün şərəfli xalqlarla və azadlıq sevər 
şəxslərlə birlikdə gözlənilən təhlükəyə qarşı maneçilik  törədə, hamımız müqəddəs 
haqqlarımızı  və  azadlığımızı  müdafiə  edə  bilərik  .  Mən  sarsılmaz  bir  şəkildə  sənin  
fırtınalardan keçmiş təcrübənə, parlaq vətənsevərliyinin, azadlıq sevərliyinə 
və yüksək hərbi qabiliyyətinə inanıram,  sənin qardaş səsin  məni nə vaxt və hara çağırsa 
gəlməyə hazıram. 
Qəhrəman alnından öpürəm. 
  
Andranik    bu  gün  bütün  Ermənilərin  qəhrəmanı  hesab  edilir.    Onun  özünə 
bənzəməyə  çalıĢan  müasir  andranikistlər  ondan  qəddarlığı,  adam  qanı  ilə 
qidalanmağı  yaxĢı öyrənmiĢlər. Andranikin əməlləri 1990-larda  Qarabağda da 
təkrarlandı.  Xocalıda  baı  verənlər  Doğu  Anadoluda,  Qafqazda,  Cənubi 
Azərbaycanda  törədilənlərin  təkrarı    və  davamı  idi.    Meydandaki  aktyorlar 
fərqli insanlar idi.  Bir də tarix dəyiĢmiĢdi.  Onlar  “1992-ci ilin fevralın 26-sı 
Xocalı  soyqırımını  Andranikin  ad  gününə  hədiyyə  etdilər”.    Ermənistan 
mətbuatı  bunu  açıqca  yazır.    Andranikin  davamçısı    digər  bir  terrorçu-Monte 
Melkonyanın  buradakı  fəaliyyəti  göstərdi  ki,  onun  davamçıları  hələ  çox  qan 
tökəcəklər.    Məhz  fevralın  25-dən  26-na  keĢən  gecədə    Xocalı  Ģəhərini  yerlə 
yeksan  etmək  planı  da  göstərir  ki,  bu  faciə  təsadüfən  törədilməmiĢdir. 
Ermənistanda  yaĢayan  azərbaycan  türkləri  yaxĢı  bilirlər  ki,  həmin  gün 

 
146 
 
erməninin  qarĢısına  bir  türk  çızsaydı  o  öldürülə  bilərdi,  ona  görə  də  həmin 
günlər  azərbaycanlılar Ģəhərə -bazara çıxmazdılar. 
 Kimdir bu adam? Hardandı onun Türklər bu qədər nifrəti? 
Andranik Ozanyan (
erm.
 
Անդրանիկ
 
Թորոսի
 
Օզանյան
) – ermənilərin  milli 
qəhrəmanı  hesab  etdikləri  Ģəxs    eyni  zamanda  Bolqarıstanda  da  türklərə  qarĢı 
vuruĢduğuna görə yüksək ada layiq görülüb,  Rusya ve Türkiy tərəfindən  isə 
ayrı-ayrı  zamanlarda  elan  olunmuĢ  hərbi  cinayətkardır.  AxtarıĢda  olduğuna 
görə    1921-ci  ildəAmerikaya  qaçmıĢ  ,  burada  gözdən-  qulaqdan  uzaq  bir 
qəsəbədə gizlənmidir.   
O, 
Osmanlı imperiyasında
,  1865-ci  ildə  ġebinkarahisar'da  doğulmuıdur.  1890-
da atasını döyən bir türkü öldürdü və Ġstanbula qaçdı. Bir müddət dülgər Ģagirdi 
olaraq  çalıĢdığı  Ġstanbulda  Hnçak  komitəsinə  qatıldı.  Bir  polis  Ģefinin 
öldürülməsi  cinayətini  üzərinə  götürərək  buradan  da  Batuma  qaçdı.  Burada 
sosialist  meylli  Hınçak  qrupundan  uzaqlaĢaraq,  daha  təsirli  bir  təĢkilatlanma 
modeli  təqdim  edən  Erməni  Ġnqilabçı  Federasiyasına  (DaĢnak  Partiyası)  girdi. 
Sasona  partiya  tapĢırığına  getdi.  Üsyana  qatıldı.  Arakelots  monastırında  30 
adamıyla  bir  ordu  birliyinə  qarĢı  3  həftə  müqavimət  göstərib  xilas  olmağı 
bacardı. heç zaman Osmanlı Türkiyəsində zabit olmayıb. 
1880
 ci illərdə Andranik Osmanlı dövlətinə xəyanət etdiyi üçün cəza kimi onun 
qulağını  kəsirlər,  bundan  sonra  ona  xalq  arasında  "birqulaqlı  Andranik" 
deyirlər.  Andranik  Türkiyədə  fəaliyyət  göstərən  erməni  silahlı  dəstələri  üçün 
silah  qaçaqmalçılığı  ilə  məĢğul  olur. 
1890
  cı  illərdə  Türk  ordusuna  qarĢı 
döyüĢlərdə  iĢtrak  edir. 
1904
  cü  illdə  türk  ordusu  erməni  üsyanını  yatırdıqdan 
sonra  Andranik  Türkiyədən  qaçır.  Bir  müddət  Qafqazda  olur  sonra  isə 
Avropaya yollanır. 
1907
 ci ildə 
Bolqarıstanda
, DaĢnaktütunun IV qurultayında 
iĢtrak  edir.
1912
  ci  ildə  müharibə  baĢlayanda, 
Qareqin  Njde
  ilə  birlikdə 
ermənilərdən ibarət könüllü dəstə yaradır. Burada erməni silağlı dəstələri yerli 
türk  əhalisinə  qarĢı  kütləvi  qırğınlar  törədməklə  məĢğul  idi.  Bu  döyüĢlərdə 
iĢtrakına görə Andranik Ozanyan Bolqarıstanın ali dövlət təltifi olan, "Ġqidliyə 
qörə qızıl xaç" ordeni ilə təltif olunur. Bundan əlavə onu digər mukafatlarla da 

 
147 
 
təltif edirlər, həmçinin Andranik Bolqarıstan vətəndaĢlığına qəbul olunur. 
1914
 
cü  ilin  avqustunda  Andranik 
Rusiyanın
 
Qafqaz
  ordusunun  komandanı  qeneral 
Aleksandr MalıĢayevski ilə qörüĢür və rus ordusuna öz xidmətlərini təklif edir. 
Rus  ordusu  Andranikə  erməni  hərbi  dəstələrini  formalaĢdırmağa  tapĢırır.  Mart 
1915-ci ildə Vanda baĢladılan üsyanı dəstəklədi. 18 Aprel 1915-ci ildə digər bir 
erməni    Nikol  Dumanla  Xəlil  paĢa  rəhbərliyindəki  Osmanlı  qüvvələrini 
məğlubiyyətə  uğratdı.Yanvar  1916-da    Rus  ordusu    ile  birlikdə  Bitlisə  girdi. 
Van  Ģəhərini  yandırdı  və  vətəndaĢ  xalqdan  çox  sayda  adamı  öldürtdü.  Bu 
səbəblə Rus Divan-ı Hərbində mühakimə olunub həbs edildi, daha sonra rütbəsi 
qaytarıldı. 
1917-ci  ildə  Rusiyada  çarizm  yıxılmıĢdı,  Anadoludakı  nizamlı  Rus  birlikləri 
dağılmağa  baĢlamıĢdı.  Qafqaz  cəbhəsi  komandiri,  general-mayor  Lebedenski 
Anadoluda  erməni  birliklərindən  savayı  digər  silahlı  birliklərin  qalmamasına 
göre , adam olmadığından və onun bu torpaqları terk etməmək istəyinə uyğun 
olaraq    1918  –ci  ilin  yanvar  ayında  Antraniki  general-mayor  elan  etdi  və  
Ərzurumun müdafiəsi ona həvalə olundu. Andranik buranın köməksiz əhalisinə 
divan  tutmağa  baĢladı.  2  mart  1918-  ci  ildə  də  Andranik  Ərzurum  Mərkəz 
komandirliyini  öz  üzərinə  aldı.  Ġlk  günlər  ordusunda  nizam  yaratmağa  cəhd 
etdi, ancaq Osmanlı birlikləri Ərzuruma yaxınlaĢdıqca əsgərlərinə  yerli ahalini 
qırmaq  əmri  verdi,  qırğınlara  baĢladı.  12  mart  1918-ci  ildə  Osmanlı  orduları 
Ərzuruma  girərkən  qaçan  erməni  əsgərləri  arxalarında  xaraba  bir  Ģəhər 
qoydular,  çox  sayda  qadın,  uĢaq,  qoca    vəhĢicəsinə    qətl  edilmiĢdi.  Bundan 
sonra o irəliləyən Qafqaz Ġslam Ordusu qarĢısında ingilis orduları ilə birləĢmək 
üçün Ġran Azerbaycanına çəkildi, lakin Xoy Ģəhəri yaxınlığında Əli Ġhsan Sabis 
PaĢa  əmrindəki  Osmanlı ordusu qarĢısında  9  Ġyun 1918-ci  ildə  məğlub olaraq  
Naxçıvana çəkildi. Türk ordusuna qarĢı hərbi əməliyyatlarda iĢtrakına görə rus 
və fransız ordusunun komandanlığı tərəfindən bir sıra orden və medallarla təltif 
edilir.
1916
  -cı  ildə  çar  ordusunun  komandanlığı  ilə  yaranan  problemlərə  görə 
cəbhəni  tərk  edir.  Andranikin  Türkiyənin  Ģərqində  olduğu  bütün  müddət 
ərzində,  onun  baĢçılıq  etdiyi  silahlı  erməni  dəstələri  buradakı 
türk
  və 
kürd
 

 
148 
 
əhalisinin  kütləvi  qətlləri  ilə  məĢğul  olurdular.  Andranik 
1918
  ci  ildə 
Ermənistanla
 Türkiyə arasında imzalanmıĢ müqaviləni tanımaqdan imtina edir. 
Bu  dəfə  Andranik  bolĢeviklərlə  əməkdaĢlıq  etməyə  baĢlayır,  o  1918  ci  ilin 
iyulunda    Bakı  Komunası  rəhbəri 
Stepan  ġaumyana
  teleqram  qöndərir, 
teleqramda Andranik bildirir ki, "Naxçıvan qəzası özünü Sovet Rusiyasının bir 
hissəsi  sayır,  və  o  özü  dəstəsi  ilə  birlikdə  bolĢeviklərin  tabeliyinə  keçməyə 
hazırdır".  Andranik  Qafqazda  nələr  etmiĢdir?  Nə  qədər  insanın  ölümünə  bais 
olmuĢdur. Bunu bu bölgədə yaĢayan insanlar Ģahidlik etmiĢlər. Bu bölgədə olan 
ən qaddar komandir Andranik olmuĢdur. O baĢının dəstəsinə deyirdi ki, harda 
türk  görsənəz  öldürün,  qoca,  qadın  ,  uĢaq  olsa  belə.  Andranikin  1918-ci  ildə 
Rus  ordusundan  istefasina    səbəb  bu  bölgədə  ordu  içərisində  istədiklərini 
etməyin mümkün olmadığından baĢ vermiĢdi.  GerĢək bu idi ki, rus ordusu iĢğal 
etdiyi yerlərdə mülki əhaliyə toxunmurdu, amma bu qatil haqqında onu demək 
mümkün  deyildi.    Onu  Rus  ordusu  tərkibindən  bu  xasiyyətinə  görə 
Ģıxardilar.Bu  səbəbdən  də  o    general  paltarını  çıxararaq  dəstə  rəisi,  partizan  
paltarını  geydi.    Qafqazdakı  rus  orduları  komandanı,    milliyətcə  erməni  olan 
general  Nazarbekova  xəbər  göndərərək,  Gümrüye  gəlmək  istədiyini  və 
Zəngəzur  bölgəsində  türklərə  qarĢı  vuruĢacağını  bildirdi.  Nazarbekov  bu  planı 
bəyəndi, Andranikin Gümrü'ye gəlməsini qəbul etdi. 10 Aprel 1918-ci ildə 400 
seçilmiĢ  Türkiyə  ermənisindən  ibarət  olan  "Xüsusi  Hərəkat  Birliyi"  ni  qurdu. 
Bu birliyin məqsədi guya ki, Rusiya sərhədlərini qorumaq və Türklərin Qafqaza 
girmələrini  qarĢısını  almaq  idi.  Bu  birlik  ayrıca  Qafqazdan  Türkiyəyə 
yerləĢdirilmiĢ  olan  ermənilərin  köhnə  yerlərinə  qaytarılmasına  da  nəzarət 
edəcəkdi.  Bu  tarixlərdə  Cənubi    Qafqazda  siyasi  bir  boĢluq  var  idi.  Türk 
birlikləri sürətlə irəliləyir, bu bölgəyə nəzarəti ələ almağa yaxin idilər. Xüsusilə 
Bakıdakı  neft  quyularının  Türklərin  əlinə  keçməməsinə  çalıĢan  ingilislər 
bölgədə  özlərinə  bağlı  ola  biləcək  hərbi  güc  axtardılar.  Müstəqil  və  böyük 
Ermənistanın  qurulmasını    Ģərt  olaraq  irəli  sürən  Andranik  onlar  üçün  çox 
uyğun  bir  adam  idi.  4  iyun  1918-ci  ildə  türklərlə  ermənilər  arasında  Batum 
AnlaĢmasının  imzalanması  Ġngilislərin  Qafqazdakı  bu  siyasətinə    zərbə  oldu. 

 
149 
 
Artıq ingilislərə iĢləyən  Andranik də bu anlaĢamanı qəbul etmədi. Andranikin 
görə;  Ermənistan  Ərzurum,  Van,  MuĢ  və  Bitlis  bölgələrini  də  içərisinə 
almalıydı.  Lakin  Batum  müqaviləsinə  görə,  bütün  bu  bölgələr  türklərin 
idarəsində  qalırdı.  Bu  müqavilə  ilə  Qafqaz  erməniləri  ilə  Türkiyə  erməniləri 
arasında  ciddi  anlaĢamazlıqlar  ortaya  çıxdı.  Qafqaz  erməniləri  Andranik  və 
baĢının dəstəsinin problem çıxardığından və keĢdiyi yerlərdə qan tökdüyündən  
onu qəbul etmirdilər. Ermənistan Respublikasının bu Ģərtlər altında varlığını və 
qüvvətlərini  paylamağı  rədd  edən  Andranik,  ġərqi  Anadoludakı  qırğınlarına 
Culfa,  Naxçıvan,  və  Zəngəzur  bölgəsində  də  davam  etdirdi.  Batum 
AnlaĢmasının  imzalanmasına  qədər  geri  çəkilən  ermənilərin  qadın,  uĢaq  qoca 
demədən  etmədən  müsəlmanları  məhv  siyasəti  Andranik    tərəfindən  davam 
etdirilirdi.  Gəncə,  Ġrəvan,  Ordubad  və  Ġranda  qırğına  davam  etdikləri    Batum 
AnlaĢamasından  sonra  da  davam  etməsi  yeni  müdaxilə  tələb  edirdi.  Türk 
Komandanlığı  ermənilərə  dəfələrlə  ultimatum  vermiĢdi.  Andranikin 
Nahcivandakı cinayətləri haqqında  qurulan erməni komissiyası da bu qənaətdə 
idi.  (Bu    məsələ  ilə  bağlı  mövcud  olan  sənədlər  məhv  edilmiĢdir)  Andranikin 
Naxçıvan  bölgəsinə  çağıran    gen.  Nazarbekov  isə    Andranik  qüvvələrini 
Ġrəvanın  təhlükəsizliyi  üçün  bir  zəmanət  olaraq  bu  bölgədə  tutduğunu  iddia 
edirdi.  May ayında Azərbaycan, müstəqillik bəyannaməsini elan edəndən sonra 
bu bölgəni, xüsusən Qarabağ  və Zəngəzuru Osmanlı ordusunun köməyi ilə öz 
idarəsi  altına almağa  çalıĢdı. Lakin   olmadi. Əsas  qövvə  Bakı üzərinə hücuma 
hazırlaĢırdı. Andranik bundan yararlandı  və iyul ayında Zəngəzura girdi,  bir 
çox  müsəlmanı  qətl  etdi  və  buranı  Ermənistanın  nəzarəti  altına  verdi.    Bu 
bölgədə  o  zaman    Andranik  tərəfindən    10.068  adam  öldürülmüĢ,  115  kənd 
yerlə  bir  edilmiĢdi.  Ġrəvan  bölgəsindəki  müsəlman  nümayəndələr  Azərbaycan 
hökumətinə    göndərdikləri  teleqrafda  yazırdılar:  "…Andranik  öz  qoĢunu  ilə 
Ġrəvan bölgəsinə hərəkət etdi.  Dəstəsində Türkiyədən gələn ermənilər də var. 
Hədəfləri  bölgədəki  müsəlmanların  məhvi  və  göçürülməsidir  "  Andranik  bu 
bölgədə  Culfa,  Ordubadın  bir  çox  kənd-qəsəbələrini,  Ģəhərlərini  iĢğal  etmiĢ, 
evləri,  məscidləri,  məktəbləri  və  taxıl  ambarlarını  yandırıb  külə  çevirmiĢdi. 

 
150 
 
Əsas  qərargahına  Naxçıvan  Ģəhərindən  on  iki  kilometr  uzaqlıqdakı  Küznütdə 
quran  Andranik  4  sentyabr  1918-ci  ildə  Nehrəmə  hücum  etmiĢdi,  lakin 
müqavimət  görüb  geri  çəkilmiĢdi.  Andranik  Zəngəzur  bölgəsindəki  müsəlman 
kəndlərinə  üç  böyük  hücum  təĢkil  etmiĢdi,  bu  hücumlarda  yenə  də  mülki 
insanlar-  mindən  çox  müsəlman  həyatını  itirmiĢ  və  həyatda  qalanlar  Naxçıvan 
və Gəncəyə qaçmıĢdılar.. Bu arada Qarabağdakı ermənilər Andranikdən  hərbi 
yardım  istəmiĢdilər.  Andranik  1918-ci  ilin  oktyabrında      o    silahlı  dəstələrini  
Qarabağ-Zəngəzur  sərhədinə  yığmıĢdı.  29  noyabr  1918-ci  ildə  o,  Qarabağa  
hücuma  baĢaladı  və  ġuĢaya    girərək  burada  qırğınlar  törətdi.  ġuĢa  tamamilə 
yandırıldı. 
1919
-cu  ilin  aprelində  Andranik  Eçmiadzinə  qəlir,  burada  o 
dəstəsinin  böyük  hissəsini  sərbəst  buraxır,  bir  hissəsini  isə  özü  ilə  mühacirətə 
aparır. Birinci dünya müharibəsindən sonra 
Türkiyə
 hökuməti Andraniki hərbi 
cinayətkar  kimi  beynəlxalq  axtarıĢ  elan  edir.      Sovet  Rusiyasında  da  onunla 
bağlı cinayət iĢi qaldırıldığı  ilə bağlı tarixi sənədlərdə  bilgiler vardır.  Amma  
bunları da  ermənilər arxivlərdən yox etmiĢlər. 
 Yeni  erməni  milli  kimliyini    Andraniksiz  təsəvvür  etməyən  bir  cəmiyyətdə 
ortaya  atılan  bu  ideologiya  bəllidir  ki,  Ģovinist  düĢüncənin  məhsuludur. 
Andranikizm uydrma bir ideologiyadır. Bunu milli düĢüncə sistemi kimi təqdim 
etmək  yenə  də  humanist  məqsədlərdən  qaynaqlanmır.  Onsuz  da  xəstə  olan 
erməni  cəmiyyəti  andranikizm  ideologiyası  dalınca  gedərsə  sağalmaz  bir 
xəstəliyə düçar ola bilər.   
 
 
Yüklə 132,69 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin