Normativ hüquqi akt (onun struktur elementi) aşağıdakı hallarda öz qüvvəsini itirir:
normativ hüquqi aktın (onun struktur elementinin) tətbiqi müddəti başa çatdıqda;
normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikasının Konstitusiyası, bu Konstitusiya Qanunu və digər qanunvericilik aktları ilə nəzərdə tutulan hallarda ləğv edildikdə;
normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-3-cü və 6-cı, 7-ci bəndlərində nəzərdə tutulmuş hallarla əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə qüvvədən düşmüş hesab edildikdə.
Bu Konstitusiya Qanununun 89.1.3-cü maddəsinə uyğun olaraq normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə qüvvədən düşmüş hesab edildikdə həmin normativ hüquqi akt (onun struktur elementi) onu qəbul etmiş normayaratma orqanı tərəfindən ləğv edilir.
M a d d ə 92. Normativ hüquqi aktların icrasına nəzarət
Normativ hüquqi aktların icrasına nəzarət və yoxlanılması
(şəxslər) tərəfindən həyata keçirilir.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2010-cu il
№ 21-IVKQ
İnzibati icraat haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.
I f ə s i l
Dostları ilə paylaş: |