Pənah Hüseynov qanunvericilik(BB,BA)



Yüklə 7,45 Mb.
səhifə14/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   10   11   12   13   14   15   16   17   ...   190
qanunvericilik.bb .ba

gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər.

M a d d ə 4 2 . Təhsil hüququ(yalnız vətəndaşın hüququ)





  1. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.

  2. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.

  3. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.

  4. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir.

  5. Dövlət minimum təhsil standartlarını müəyyən edir.

M a d d ə 4 3 . Mənzil hüququ





  1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

  2. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

M a d d ə 4 4 . Milli mənsubiyyət hüququ





  1. Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır.

  2. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz.

M a d d ə 4 5 . Ana dilindən istifadə hüququ





  1. Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır.

  2. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.

M a d d ə 4 6 . Şərəf və ləyaqətin müdafiəsi hüququ





  1. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.

  2. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

  3. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz.

M a d d ə 4 7 . Fikir söz azadlığı





  1. Hər kəsin fikir və söz azadlığı vardır.

  2. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.

  3. İrqi, milli, dini, sosial hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir.

M a d d ə 4 8 . Vicdan azadlığı



  1. Hər kəsin vicdan azadlığı vardır.

  2. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

  3. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.

  4. Dini etiqad əqidə hüquq pozuntusuna bəraət qazandırmır.

  5. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

M a d d ə 4 9 . Sərbəst toplaşmaq azadlığı





  1. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.

  2. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır

M a d d ə 5 0 . Məlumat azadlığı





  1. Hər kəsin istədiyi məlumatı qanuni yolla

    • axtarmaq,

    • əldə etmək,

    • ötürmək,

    • hazırlamaq

    • və yaymaq azadlığı vardır.


  2. Yüklə 7,45 Mb.

    Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin