Pənah Hüseynov qanunvericilik(BB,BA)



Yüklə 7,45 Mb.
səhifə16/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   12   13   14   15   16   17   18   19   ...   190
qanunvericilik.bb .ba

Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir.



M a d d ə 5 4 . Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ(yalnız vətəndaşın hüququ)





  1. Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ vardır.

  2. Dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək Azərbaycan Respublikasının hər bir vətəndaşının hüququdur.



M a d d ə 5 5 . Dövlətin idarə olunmasında iştirak etmək hüququ(yalnız vətəndaşın hüququ)





  1. Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır. Bu hüququ onlar bilavasitə və ya nümayəndələri vasitəsilə həyata keçirə bilərlər.

  2. Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına malikdirlər. Dövlət orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının vətəndaşları sırasından təyin edilirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət qulluğuna qanunla müəyyənləşdirilmiş qaydada qəbul edilə bilərlər.

M a d d ə 5 6 . Seçki hüququ(yalnız vətəndaşın hüququ)





  1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır.

  2. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin

seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur.


  1. III.

M a d d ə 5 7 . Müraciət etmək hüququ(yalnız vətəndaşın hüququ)





  1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına

    • şəxsən müraciət etmək,

    • habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.


  2. Yüklə 7,45 Mb.

    Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin