Pənah Hüseynov qanunvericilik(BB,BA)


yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar



Yüklə 7,45 Mb.
səhifə12/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   8   9   10   11   12   13   14   15   ...   190
qanunvericilik.bb .ba

18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar.


M a d d ə 3 5 . Əmək hüququ





  1. Əmək fərdi ictimai rifahın əsasıdır.

  2. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.

  3. Heç kəs zorla işlədilə bilməz.

  4. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

V.

    • Məhkəmə qərarı əsasında şərtləri müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək,

    • hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək,

    • fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir.

  1. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

  2. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır.

  3. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə

edir.


M a d d ə 36. Tətil hüququ





  1. Hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır.

  2. Əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək hüququ yalnız qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçular və mülki şəxslər tətil edə bilməzlər.

  3. Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir.

  4. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokaut qadağandır.

M a d d ə 3 7 . İstirahət hüququ





  1. Hər kəsin istirahət hüququ vardır.


  2. Yüklə 7,45 Mb.

    Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin