Pənah Hüseynov qanunvericilik(BB,BA)



Yüklə 7,45 Mb.
səhifə22/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   18   19   20   21   22   23   24   25   ...   190
qanunvericilik.bb .ba

Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir.

  • Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

    M a d d ə 7 6 . Vətəni müdafiə



    1. Vətəni müdafiə hər bir vətəndaşın borcudur.

    Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.

    1. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.

    M a d d ə 7 7 . Tarix və mədəniyyət abidələrinin qorunması


    Tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur. M a d d ə 7 8 . Ətraf mühitin qorunması


    Ətraf mühitin qorunması hər bir şəxsin borcudur.

    M a d d ə 7 9 . Qanuna zidd vəzifələrin icrasına yol verilməməsi


    Heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz.

    M a d d ə 8 0 . Məsuliyyət





    1. Konstitusiyanın və qanunların pozulması,

    2. o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui- istifadə

    3. və ya vəzifələrin yerinə yetirilməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.

    ÜÇÜNCÜ BÖLMƏ.


    DÖVLƏT HAKİMİYYƏTİ


    V f ə s i l


    QANUNVERİCİLİK HAKİMİYYƏTİ


    M a d d ə 8 1 . Qanunvericilik hakimiyyətinin həyata keçirilməsi


    Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir.


    M a d d ə 8 2 . Azərbaycan Respublikası Milli Məclisinin say tərkibi


    Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir.





    Yüklə 7,45 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   18   19   20   21   22   23   24   25   ...   190




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin