Haqqinda üst-pssqv hesabati



Yüklə 281,07 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix07.12.2016
ölçüsü281,07 Kb.
#992
  1   2   3   4

 

 

 

 

 

Azərbaycan Respublikasında

Psixi  Sağlamlıq  Sistemi 

 

HAQQINDA 

 

ÜST-PSSQV

  

HESABATI 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

M

INISTRY OF 



H

EALTH 


 

        


A

ZERBAIJAN

 

Ümumdünya 

Səhiyyə 

Təşkilatı 

Azərbaycan Respublikası 

Səhiyyə Nazirliyi 


 

 

2



 

 

 



Azərbaycan Respublikasında 

Psixi  Sağlamlıq  Sistemi 

 

HAQQINDA 

 

ÜST-PSSQV

  

HESABATI 

 

 

 

 



Azərbaycan Respublikasında  psixi sağlamlıq sisteminin 

qiymətləndirilməsi haqqında  hesabat Ümumdünya Səhiyyə Təşkilatı 

tərəfindən tətbiq edilən Psixi Sağlamlıq Sistemlərinin Qiymətləndirilməsi 

üçün Vasitədən (ÜST-PSSQV) istifadə olunmaqla hazırlanmışdır  

 

 



 

(Bakı, Azərbaycan Respublikası) 

 

 

 

2007

 

 

 

 

 

 

 

 

 

 

 

  



 

 

 

 

ÜST, Azərbaycan Respublikası 

ÜST, Avropa 

ÜST-nin Psixi Sağlamlıq və Narkotik Vasitələrdən Sui-istifadə Departamenti 

Ümumdünya 

Səhiyyə 

Təşkilatı 

Azərbaycan Respublikası 

Səhiyyə Nazirliyi 

 

 

3



 

 

Bu nəşr ÜST-nin Azərbaycan Respublikası Ofisi tərəfindən, ÜST-nin Avropa Bürosu 

və Baş Qərargahı ilə əməkdaşlıq şəraitində hazırlanmışdır. ÜST-nin Baş 

Qərargahında Psixi Sağlamlıq və Narkotik Vasitələrdən Sui-istifadə Departamentinin 

Sübut və Tədqiqatlar Qrupu, həmçinin Qeyri-infeksion Xəstəliklər və Psixi Sağlamlıq 

Bölümü bu işin yerinə yetirilməsinə dəstək vermişdir. 

 

Daha ətraflı məlumat almaq və fikirlərinizi bildirmək üçün, zəhmət olmasa, əlaqə  

saxlayın: 

 

1) Ceyhun Məmmədov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə 

və İslahatlar Mərkəzi, e-mail: jeyhun.mammadov@isim.az 

2) Sevil Əsədova, ÜST-nin Azərbaycan Respublikası Ofisi, e-mail: 

sevil_asadova@yahoo.com 

3) Şexar Saksena, ÜST-nin Baş Qərargahı, e-mail: saxenas@who.int 

 

 

(ISBN) 

 

Ümumdünya Səhiyyə Təşkilatı, 2007 

 

Təklif edilən istinad: Azərbaycan Respublikasında Psixi Sağlamlıq Sistemi haqqında 

ÜST-PSSQV hesabatı, ÜST və Səhiyyə Nazirliyi, Bakı, Azərbaycan Respublikası, 2007. 

 

Mətnin müəllif hüquqları ÜST-nin Azərbaycan Respublikası Ofisinin qaydalarına 

əsaslanır 

 

 

 

 

4



 

 

 

 

MİNNƏTDARLIQ.......................................................................................................5 

İXTİSARLARIN

 

SİYAHISI .......................................................................................6 

QISA

 

MƏZMUN ..........................................................................................................7 

GİRİŞ ............................................................................................................................9 

SİYASƏT

 



 

QANUNVERİCİLİK

 

STRUKTURU ..............................................11 

Siyasət, planlar və qanunvericilik ........................................................................11 

Psixi sağlamlıq xidmətlərinin maliyyələşdirilməsi..............................................11 

İnsan hüquqları siyasəti ........................................................................................13 

PSİXİ

 

SAĞLAMLIQ

 

XİDMƏTLƏRİ......................................................................13 

Psixi sağlamlıq xidmətlərinin təşkili.....................................................................13 

Ambulator psixiatriya müəssisələri......................................................................13 

Gündüz stasionarı müəssisələri ............................................................................14 

Ümumi təyinatlı xəstəxanaların psixiatriya şöbələri ..........................................14 

Yaşayış tipli ictimai müalicə müəssisələri............................................................15 

Psixiatriya xəstəxanaları .......................................................................................15 

Məhkəmə psixiatriyası və digər yaşayış tipli müalicə müəssisələri ...................16 

İnsan hüquqları və ədalət......................................................................................16 

Yekun qrafiklər......................................................................................................18 

İLKİN

 

SƏHİYYƏ

 

SİSTEMİNDƏ

 

PSİXİ

 

SAĞLAMLIQ

 

XİDMƏTLƏRİ ...........22 

İlkin səhiyyə işçilərinə psixiatriyanın tədrisi.......................................................22 

İlkin səhiyyə sistemində psixiatriya......................................................................22 

İlkin səhiyyədə dərmanların təyini.......................................................................23 

KADR

 

RESURSLARI ...............................................................................................23 

Psixi sağlamlıq xidmətlərində mövcud kadr resurslarının sayı ........................23 

İstehlakçı və ailə assosiasiyaları............................................................................27 

ƏHALİNİN

 

MAARİFLƏNDİRİLMƏSİ

 

 

DİGƏR

 

SEKTORLARLA

 

ƏLAQƏLƏR.................................................................27 

Əhalinin maarifləndirilməsi və psixi sağlamlıq sahəsində məlumatlandırma 

kampaniyaları ........................................................................................................27 

Psixi pozğunluqları olan şəxslər üçün qanunvericilik və maliyyə şərtləri........28 

Digər sektorlarla əlaqələr......................................................................................28 

MONİTORİNQ

 



 

TƏDQİQATLAR ....................................................................29 

AZƏRBAYCANDA PSİXİ SAĞLAMLIQ SİSTEMİNİN 

GÜCLÜ VƏ ZƏİF CƏHƏTLƏRİ ............................................................................31 

PSİXİ

 

SAĞLAMLIQ

 

SİSTEMİNİN 

GÜCLƏNDİRİLMƏSİNDƏ

 

NÖVBƏTİ

 

ADDIMLAR...........................................33 

ƏLAVƏ

  

A...................................................................................................................34 

 

 

 

 

5



MİNNƏTDARLIQ 

 

 



Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tətbiq edilən Psixi Sağlamlıq Sistemlərinin 

Qiymətləndirilməsi üçün Vasitə (ÜST-PSSQV) Azərbaycan Respublikasında psixi sağlamlıq 

sistemi haqqında məlumatların toplanmasında istifadə olunmuşdur. 

 

Azərbaycan Respublikasında layihə Şirin Kazımov, Fuad İsmayılov, Murad Sultanov, Səbuhi 



Abdullayev  tərəfindən yerinə yetirilmişdir.                                                                                                                   

 

Layihə ÜST ölkə ofisi heyətinin üzvü Sevil Əsədova və Azərbaycan Respublikası  Səhiyyə 



Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov tərəfindən 

koordinasiya edilmişdir. 

 

Əsas iştirakçı qurumlar olan Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, 



Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyi kimi təşkilatlarla  əməkdaşlıq edilmədən bu 

tədqiqatın yerinə yetirilməsi mümkün olmazdı. Azərbaycan Psixiatriya Assosiasiyası (AzPA), 

Beynəlxalq Tibb Korpusunun Azərbaycan nümayəndəliyi və Psixiatriya üzrə Qlobal 

Təşəbbüsün rolu yüksək qiymətləndirilməlidir. Psixi sağlamlıq üzrə Milli koordinator Gəray 

Gəraybəyli və AzPA-nın layihələr üzrə katibi Fidan Məmmədovaya xüsusi təşəkkürlərimizi 

bildiririk. Hesabatın nəzərdən keçirilməsində fəal iştiraklarına və faydalı düzəlişlər etdiklərinə 

görə Bakı  səhəri Ruhi-Əsəb Xəstəlikləri Dispanserinin baş  həkimi t.e.d. Nadir Əliyevə, 

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə  İnstitutunun Psixiatriya kafedrasının müdiri 

professor Teymur Qafarova, AzPA-nın prezidenti professor Nadir İsmayılova və Azərbaycan 

Respublikasının Baş  Məhkəmə Psixiatrı professor Bilal Əsədova dərin minnətdarlığımızı 

bildiririk.         

 

Ümumdünya Səhiyyə  Təşkilatının Psixi Sağlamlıq Sistemlərinin Qiymətləndirilməsi üçün 



Vasitəsi (ÜST-PSSQV), ÜST Cenevrə ofisinin Psixi Sağlamlıq və Narkotik Vasitələrdən Sui-

istifadə Departamentinin Sübut və  Tədqiqatlar Qrupu tərəfindən, ÜST-də  və digər 

təşkilatlarda çalışan həmkarları ilə əməkdaşlıq şəraitində konseptual cəhətdən hazırlanmış və 

tərtib edilmişdir.   

 

ÜST-PSSQV-in tərtib edilməsi haqqında tam məlumat  əldə etmək üçün aşağıda göstərilən 



saytda yerləşdirilmiş ÜST-PSSQV (ÜST, 2005) sənədinə müraciət edin. 

http://www.who.int/mental_health/evidence/WHO-AIMS/en/index.html

 

 

Layihə, Amerika Birləşmiş  Ştatlarının Milli Psixi Sağlamlıq  İnstitutu (Milli Sağlamlıq 



İnstitutları  nəzdində) və Psixi Sağlamlıq Xidmətləri Mərkəzi (Narkotik Vasitələrdən Sui-

istifadə    və Psixi Sağlamlıq Xidmətləri Administrasiyası [SAMHSA] nəzdində);  İtaliyanın 

Lombardiya vilayətinin Səhiyyə  İdarəsi; Belçikanın  İctimai Səhiyyə Nazirliyi; Kanadanın 

Sağlamlıq Tədqiqatları İnstitutları – Nevrologiya, Psixi Sağlamlıq və Narkomaniya İnstitutu 

tərəfindən maliyyə yardımı və/ və ya kadr dəstəyi almışdır.      

 

ÜST Baş  Qərargahında ÜST-PSSQV qrupuna Benedetto Saraseno, Şexar Saksena, Tom 



Barret, Antonio Lora, Mark van Ommeren, Codi Morris, Anna Mariya Berrino və Qrazia 

Motturi daxildir. 

 

ÜST-PSSQV layihəsi Şexar Saksena tərəfindən koordinasiya edilmişdir. 



 

 

 



 

 


 

 

6



İXTİSARLARIN

 

SİYAHISI 

 

 



 

AzPA Azərbaycan Psixiatriya Assosiasiyası 

DB Dünya 

Bankı 


İS  

İctimai səhiyyə 

İSX 

İlkin səhiyyə xidməti 



KTM Klinik 

Tibbi 


Mərkəz, Bakı 

MK Məcburi köçkünlər 

MPEM Məhkəmə-Psixiatriya Ekspertizası Mərkəzi 

MPSŞ 


Məhkəmə psixiatriyası stasionar şöbəsi (Məcburi müalicə üçün 

nəzərdə tutulan stasionar şöbələri) 

PND Psixonevroloji 

dispanser 

PS Psixi 

sağlamlıq 

PSS Psixi 

sağlamlıq sistemi 

PSSQV Psixi 

Sağlamlıq Sistemlərinin Qiymətləndirilməsi üçün Vasitə 

PX Psixiatriya 

xəstəxanası 

PSŞ Psixosomatik 

şöbə 


SƏT Sübutlara 

əsaslanan təbabət 

SN Səhiyyə Nazirliyi 

Soİ Sovet 

İttifaqı 

Sİ Sosial 

işçi 

ÜST Ümumdünya 



Səhiyyə Təşkilatı 

 

 



 

 

 

 

 

 

 

7



QISA

 

MƏZMUN 

 

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tətbiq edilən Psixi Sağlamlıq Sistemlərinin 



Qiymətləndirilməsi üçün Vasitə (ÜST-PSSQV) Azərbaycan Respublikasında 2006-cı 

ilə mövcud olan psixi sağlamlıq sistemi haqqında məlumatların toplanmasında istifadə 

olunmuşdur. Bu məlumatların toplanmasında məqsəd psixi sağlamlıq sistemini 

təkmilləşdirmək və  dəyişikliklərə  nəzarəti təmin etmək üçün əsas hazırlamaqdır. 

Nəticədə, Azərbaycan Respublikasında psixi sağlamlıqla bağlı  dəqiq məlumatlara 

əsaslanmış, aydın baza informasiyaya və hədəflərə malik planlar tərtib etməyə imkan 

yaranacaqdır. Bu, həmçinin islahatlar siyasətinin həyata keçirilməsində, icma 

yönümlü xidmətlərin verilməsində, psixi sağlamlıq sahəsində maarifləndirmə, 

profilaktika, müalicə  və reabilitasiya məsələlərinə pasiyentlərin, ailələrin və digər 

iştirakçıların cəlb edilməsində  baş verən irəliləyişləri müşahidə etmək üçün faydalı 

olacaqdır. 

 

Hal-hazırda Azərbaycanda psixi sağlamlıqla bağlı siyasət həyata keçirilmir. Həmçinin 



psixi sağlamlıq sahəsində strateji plan və fövqəladə hallar/ fəlakətlər üçün psixi 

sağlamlıqla bağlı hazırlıq planı mövcud deyildir. Sosial sığorta sistemi formalaşma 

dövründə olduğuna görə psixi sağlamlıqla bağlı xidmətlər sığorta ilə tam təmin 

olunmur. Ölkədə insan hüquqlarına riayət edilməsinə  rəy verən qurumun olmasına 

baxmayaraq, həmin orqan psixi xəstə  şəxslərin hüquqlarının qorunması ilə bağlı 

məsələləri sistemli şəkildə həyata keçirmir. 

 

Ölkədə psixi sağlamlıq məsələləri ilə  məşğul olan rəsmi qurum yoxdur. On bir 



ambulator psixiatriya müəssisəsinə  hər 100 000 nəfər ümumi əhalidən 1092 nəfər 

müraciət edir. Gündüz stasionarları kifayət qədər istifadə olunmur və onlarda hər 100 

000 nəfər ümumi əhali üçün 24,9 pasiyent müalicə olunur. Ümumi tipli 

xəstəxanalardan yalnız ikisində stasionar psixiatriya şöbəsi mövcuddur və onların 

çarpayı sayı hər  100 000 nəfər əhali üçün 0,71-ə bərabərdir. Bu stasionar psixiatriya 

şöbələrində  uşaqlar və yeniyetmələr üçün çarpayılar nəzərdə tutulmamışdır. Ölkədə 

ümumi çarpayı sayı  hər  100 000 nəfər  əhali üçün 48,9-a bərabər olan doqquz 

psixiatriya xəstəxanası (PX) vardır. Psixiatriya xəstəxanalarına ilk növbədə 

şizofreniyadan  əziyyət çəkən,  şizofreniyaya bənzər  əlamətlərlə  və sayıqlama ilə 

müşayiət edilən xəstəlikləri olan pasiyentlər (36%) qəbul edilir. İnsan hüquqlarının 

pozulması halları bəzi stasionar psixiatriya müəssisələrində müşahidə edilir. Kultural 

xüsusiyyətlərlə  əlaqədar olaraq, Azərbaycan Respublikasında qadınlar tibbi yardım 

üçün psixiatriya müəssisələrinə kişilərdən daha az müraciət edirlər. Belə ki, 

Azərbaycan Respublikasında qadınların ailə  çərçivəsində qayğısına qərb ölkələri ilə 

müqayisədə daha çox diqqət yetirilir.  Psixiatriya müəssisələrinə müraciət edənlərə 

psixososial sahədə  hər hansı köməklik göstərilmir. Psixiatriya müəssisələrinin 

hamısında (100%) müəssisədə  tətbiqi mümkün olan hər dərman qrupu üzrə heç 

olmasa bir pulsuz psixotrop preparatla təmin olunmuşdur. 

 

İlkin səhiyyə xidməti işçiləri psixi sağlamlıqla bağlı  hər hansı  təlimlər keçmirlər və 



nadir hallarda psixiatriya müəssisələri ilə qarşılıqlı əlaqələr yaradırlar.  

 

Hər 100 000 nəfər  əhaliyə psixi sağlamlıq sahəsində çalışan 22 işçi düşür. Sosial 



işçilər və klinik psixoloqlar üçün bu göstəricilər xüsusilə  aşağı  səviyyədədir. Peşə 

xəstəlikləri üzrə mütəxəssislər arasında psixi sağlamlıq məsələləri ilə məşğul olanlar 

yoxdur. Psixi sağlamlıq sahəsində çalışan işçilər,  əsasən psixiatriya xəstəxanaları  və 


 

 

8



paytaxt  şəhəri olmaqla, qeyri-bərabər  şəkildə paylanmışdır. Psixi sağlamlıq (PS) 

məsələləri ilə  əlaqədar istehlakçılar və ya ailələr tərəfindən yaradılmış  hər hansı 

assosiasiya yoxdur.   

 

PS sahəsində nəşr olunan materiallara və aparılan məlumatlandırma kampaniyalarına 



nəzarət edən heç bir əlaqələndirici qurum mövcud deyil. İşlə  və yaşayış yeri ilə 

təminat, həmçinin işdə və yaşayış yerində ayrı-seçkilik hallarının qarşısının alınması 

qanunvericilikdə nəzərdə tutulmuşdur, ancaq praktikada tətbiq edilmir. PS xidməti ilə 

İİV/QİÇS, reproduktiv sağlamlıq, narkotik vasitələrdən sui-istifadə  məsələləri ilə 

məşğul olan idarə/təşkilatlar, hərbi və kriminal ədliyyə orqanları arasında rəsmi 

əlaqələr mövcuddur. 

 

Məlumatlar müxtəlif səviyyəli müəssisələr tərəfindən verilmiş hesabatlar əsasında 



toplanmış və tərtib edilmişdir. Qeyd etmək lazımdır ki, həmin hesabatlar hər hansı bir 

dövlət qurumu tərəfindən nəşr edilib yayılmamışdır. Ölkədə aparılmış  tədqiqatlar, 

əsasən, psixi pozğunluqların klinik cəhətdən qiymətləndirilməsi, psixiatriya 

xidmətlərinin tədqiq olunması, psixososial, psixoterapevtik və farmakoloji 

müdaxilələr üzərinə yönəlmişdir. 

 

 



 

 

9



GİRİŞ 

 

Azərbaycan Respublikası 86 600 kvadrat kilometr əraziyə malikdir. Azərbaycan 

hökumətinə  və BMT qətnamələrinə

1

 əsaslanan informasiyaya görə, Azərbaycan 



Respublikasının ərazisinin təqribən 20%-ini təşkil edən və Dağlıq Qarabağ bölgəsinin 

daxilində və ətrafında olan          torpaqlar erməni silahlı qüvvələri tərəfindən işğal 

edilmişdir. Ölkə  əhalisi 8 436 400 nəfərdir və onların 10%-dən çoxunu qaçqın və 

məcburi köçkünlər təşkil edir. Bu, dünya    miqyasında adambaşına düşən qaçqın 

sayına görə  ən yüksək göstəricilərdən biridir. Ölkədə istifadə olunan əsas dillər 

Azərbaycan və rus dilləridir.  Ən böyük dini qrup müsəlmanlardır (96%), digər dini 

qrupları isə Rus Pravoslav və Erməni Apostol kilsələrinə və Yəhudi Sinaqoquna aid 

şəxslər təşkil edir. Ən böyük etnik qrup azərbaycanlılardır – 90,6%,   dağıstanlılar – 

2,2%, ruslar – 1,8%, ermənilər – 1,5% (erməni  əhalisinin  əksəriyyəti erməni silahlı 

qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaşayır, 30 mindən artıq 

erməni isə Azərbaycanın digər ərazilərində qalmaqdadır); digər etnik qruplara talışlar, 

tatarlar, mesheti türklər, ukraynalılar, kürdlər, gürcülər, tatlar, yəhudilər və udinlər 

daxildir. Dünya Bankının 2006-cı il meyarlarına görə, Azərbaycan gəliri aşağı orta 

səviyyədə olan ölkələr sırasına daxildir. 

 

Ümumi  əhali içərisində 15 yaşdan kiçik olanların payı 25,4%, 60 yaşdan  böyük       



insanların payı isə 7% təşkil edir. Kənd əhalisi 49%-dir. Ümumi əhali üçün gözlənilən 

orta ömür müddəti 65,9 ildir (kişilər üçün 61,8 il, qadınlar üçün 70,6 il). Gözlənilən 

sağlam həyat müddəti haqqında informasiya mövcud deyil. Ümumi savadlılıq 

səviyyəsi 98,8%-dir: kişilər arasında 99,5%, qadınlar arasında isə 98,2%. 

 

Dövlət səhiyyə büdcəsi Ümumi Daxili Məhsulun (ÜDM) 0,6%-ni təşkil edir. Dünya 



Bankına (DB) görə ümumi səhiyyə  xərclərinin yalnız 20%-i ictimai xərclərdən 

ibarətdir, 78%-ni isə, əsasən nağd yolla ödənilən, qeyri-rəsmi xüsusi xərclər təşkil edir.     

Psixi sağlamlıq sahəsində adambaşına düşən illik dövlət xərcləri 0,34 $ təşkil edir. 

 

Ölkənin səhiyyə sistemi Sovet İttifaqı (Soİ) dövründə formalaşmış  və Soİ         



dağıldıqdan sonra keçid dövrünü yaşamaqdadır. O, siyasi və iqtisadi dəyişikliklərin   

ortaya qoyduğu tələblərə tam cavab vermək iqtidarında deyil.  

 

 “Psixi  Sağlamlıq sahəsində Siyasət və Xidmətlər” Beynəlxalq Konsorsiumu 



Azərbaycan Respublikasında 2000-2002-ci illərdə  tədqiqat aparmışdır. Tədqiqata 

əsasən Azərbaycan Respublikasının mədəniyyətində psixi sağlamlığın  əhəmiyyəti 

əksərən ailə  dəyərləri, maddi rifah və adət-ənənələrə  əməl olunması  çərçivəsində 

qəbul edilir. Qeyd-şərtsiz psixi sağlamlıq daxili müvazinəti, gündəlik işləri yerinə 

yetirmək qabiliyyətini və şəxsi problemlərin həlli zamanı düzgün qərarlar verilməsini, 

həmçinin ümumi qəbul olunmuş davranış normalarına əməl edilməsini nəzərdə tutur.  

Zəif və orta dərəcəli depressiya və ya həyəcan kimi bəzi psixiatrik pozğunluqlar ciddi 

emosional problem kimi qəbul olunmur, odur ki, "psixi xəstəlik" anlayışı  ağır 

psixiatrik pozğunluqlara  şamil edilir. Psixi xəstə damğası almaqdan ehtiyat edən 

pasiyentlər və onların ailələri psixi problemləri gizlətməyə  cəhd edir və  rəsmi 

psixiatriya xidmətlərinə müraciət etməkdən çəkinirlər. PSS-in strukturu son onilliklər 

ərzində  dəyişməmişdir. PSS çərçivəsində göstərilən xidmətlər hələ  də 

institusionallaşdırılmış  tərzdə  həyata keçirilir və  həmin xidmətlərin çeşidi  məhdud 

                                                 

1

 BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ üzrə 1993-cü il 822, 853, 874, 884 saylı Qətnamələri 



 

 

10



olaraq qalır. Psixiatriya müəssisələrinin kifayət sayda  olmaması ilə yanaşı, onların 

şəraiti və texniki təchizatı tibbi xidmətlərin müasir standartlarına cavab vermir. Bu 

müəssisələrin  əksəriyyəti çox köhnə  və    sınıq-salxaq, yetərli su və istilik təchizatı 

olmayan binalarda yerləşir.   

 

 

Hər 100 000 nəfər  əhali üçün xəstəxanaların ümumi çarpayı sayı 829-a bərabərdir, 



onların təqribən 2%-i özəl sektordadır. Ölkədə 6041 ümumi praktika həkimi – 

terapevt vardır. İlkin səhiyyə xidmətlərinə gəldikdə isə, ölkədə həkim ştatları ilə təmin 

olunmuş 1595 ilkin səhiyyə klinikası mövcuddur. 

 

ÜST-PSSQV aləti 



 

Ümumdünya Səhiyyə  Təşkilatının Psixi Sağlamlıq Sistemlərinin Qiymətləndirilməsi 

üçün Vasitəsi (ÜST-PSSQV) ölkə  və ya regionun psixi sağlamlıq sistemi haqqında 

zəruri informasiyanın toplanması üçün ÜST tərəfindən tətbiq edilən yeni alətdir (ÜST, 

2005; Saksena və b.). Bu informasiyanın toplanmasında məqsəd psixi sağlamlıq 

sistemlərinin təkmilləşdirilməsi və  dəyişikliklərə  nəzarət üçün əsas yaradılmasıdır.     

ÜST-PSSQV ilk növbədə aşağı və orta gəlirli ölkələrin psixi sağlamlıq sistemlərinin 

qiymətləndirilməsi üçün nəzərdə tutulmuşdur, ancaq o yüksək maddi resurslara malik 

ölkələr üçün də dəyərli qiymətləndirmə alətidir. ÜST-PSSQV-nin məqsədlərinə uyğun 

olaraq, başlıca məramı psixi sağlamlığın qorunması, bərpası və saxlanması olan bütün 

fəaliyyətlərin cəmi psixi sağlamlıq sistemi kimi müəyyən olunur. Psixi sağlamlığın 

yaxşılaşdırılmasına yönəlmiş  tədbirlər həyata keçirən bütün təşkilatlar və resurslar 

psixi sağlamlıq sisteminə daxildir. ÜST-PSSQV 2.1 psixi sağlamlıq sistemlərinin əsas 

cəhətlərini  əhatə edən 6 sahədən, 28 aspektdən və 155 bənddən ibarətdir. Bundan 

başqa, məlumatların daxil edilməsi proqramı və ölkə hesabatı hazırlamaq üçün şablon 

kimi resurslar da bura daxildir. Həmin resurslar məlumatları effektiv şəkildə              

toplamağa və sonra sürətlə bu informasiyanı planlaşdırmaya yardım edə biləcək 

biliklərə çevirməyə imkan verəcəkdir. 

 

ÜST-PSSQV-nin tətbiqi vasitəsilə güclü və  zəif tərəflər haqqında informasiya əldə 



etmək olar, bu isə psixiatriya xidmətlərinin yaxşılaşdırılmasına kömək edir. ÜST-

PSSQV ayrı-ayrı ölkələrə psixi sağlamlıqla bağlı dəqiq məlumatlara əsaslanmış, aydın 

baza informasiyaya və  hədəflərə malik planlar tərtib etməyə imkan yaradır. Bu, 

həmçinin islahatlar siyasətinin həyata keçirilməsində, icma yönümlü xidmətlərin 

verilməsində, psixi sağlamlıqla bağlı maarifləndirmə, profilaktika, müalicə  və 

reabilitasiya məsələlərinə pasiyentlərin, ailələrin və digər iştirakçıların cəlb 

edilməsində  baş verən irəliləyişləri müşahidə etmək üçün faydalı olacaqdır. 

 

Hesabat üçün məlumatlar 2007-ci ildə toplanmışdır və 2006-cı ilin informasiyasına 



əsaslanır. 

 

 

11



 


Yüklə 281,07 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin