Haqqinda üst-pssqv hesabati



Yüklə 281,07 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix07.12.2016
ölçüsü281,07 Kb.
#992
1   2   3   4

SİYASƏT

 



 

QANUNVERİCİLİK

 

STRUKTURU 

 

Siyasət, planlar və qanunvericilik 



 

Psixi sağlamlıq xidmətlərinin gələcək inkişaf istiqamətlərinin aydın  şəkildə 

göstərildiyi  ayrıca bir sənədin mövcud olmaması ölkədə psixi sağlamlıq siyasətinin 

olmadığına dəlalət edir. Ölkədə həm psixi sağlamlıq planı, həm də fövqəladə hallar/ 

fəlakətlər üçün psixi sağlamlıqla bağlı hazırlıq planı mövcud deyildir. 

 

Psixi sağlamlıqla bağlı qanunvericilik sənədlərinin ilk hissəsi 2001-ci ildə qüvvəyə 



minmişdir və hal-hazırda bu, psixiatriya xidmətlərinin təmin edilməsi  şərtlərini        

nizamlayan yeganə hüquqi aktdır. Bu qanun əsasən aşağıdakı komponentlərə 

yönəlmişdir: 

1.

 



Psixiatriya xidmətlərindən, o cümlədən  ən az məhdudiyyətlərlə müşayiət      

olunan xidmətlərdən istifadə imkanı; 

2.

 

Psixiatriya xidmətləri istehlakçıları, onların ailə üzvləri və digər xidmət 



istifadəçilərinin hüquqları; 

3.

 



Psixi xəstəliyi olan şəxslər üçün səlahiyyət, fəaliyyət qabiliyyəti, qəyyumluqla 

bağlı məsələlər; 

4.

 

Könüllü, könüllü olmayan və məcburi müalicə;  



5.

 

Mütəxəssislərin və xidmət müəssisələrinin akkreditasiyası; 



6.

 

Psixi xəstəliyi olan şəxslər üçün qanunların tətbiqi və  məhkəmə sistemi ilə 



bağlı digər məsələlər; 

7.

 



Müalicəyə  məcburi cəlb edilmə  və müalicə praktikalarına nəzarət 

mexanizmləri.  

 

Psixi sağlamlıqla  əlaqədar məsələlər, həmçinin cinayət və mülki qanunvericilik 



sənədləri ilə  tənzimlənir. Bundan başqa, psixi sağlamlıqla bağlı qanunların bəzi 

aspektlərinin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

verdiyi bir sıra qərarlar vardır. Lakin qeyd etmək lazımdır ki, həmin qərarlar bu 

sahədə  qəbul edilmiş qanunların  əksər hissəsini  əhatə etmir. Psixi sağlamlıqla 

əlaqədar qanunvericiliyin əksər komponentlərinin tətbiqi üçün standartlaşdırılmış 

sənədləşmə  və proseduralar yoxdur. Psixiatrlar, hüquqşünaslar və istehlakçılar psixi 

sağlamlıqla bağlı qanunvericiliyin mövcud normaları ilə kifayət qədər tanış deyil.  

 

Əsas dərman maddələrinin siyahısı mövcuddur və 2005-ci ildə yenilənmişdir. Bu 



dərmanlara neyroleptik, trankvilizator, antidepressant və antiepileptik preparatlar  

daxildir. Litium əsas dərman maddələri siyahısına daxil edilməmişdir. Karbamazepin 

və valproatlar əhval-ruhiyyənin sabitləşdirilməsi üçün istifadə olunur.  

 

Psixi sağlamlıq xidmətlərinin maliyyələşdirilməsi  

 

Səhiyyə Nazirliyi tərəfindən səhiyyə  xərclərinin 3%-i psixi sağlamlıq xidmətlərinə 



sərf edilir. Psixi sağlamlığa ayrılan bütün vəsaitlərin 85%-i psixiatriya 

xəstəxanalarının payına düşür. Psixi sağlamlıqla bağlı  xərclərin  ən böyük hissəsini 

istehlakçıların  xidmət təminatçılarına nağd yolla ödənişləri təşkil edir. Bu təcrübə 

qeyri-rəsmi olduğu üçün, hesablanmır və qeydiyyata alınmır. 

 


 

 

12



Şizofreniya və epilepsiya xəstəliklərinə düçar olan şəxslər və psixi xəstəliyə görə 1-ci 

və 2-ci qrup əlillər ambulator psixiatriya müəssisələrində qeydiyyata götürüldükdə 

əsas psixotrop preparatları pulsuz almaq imkanına malikdirlər. Qiymətləndirmə dövrü 

ərzində, ölkə  əhalisinin 1%-dən az hissəsinin həmin pulsuz dərmanlardan istifadə 

etmək hüququ var idi. Qeydiyyata götürülmüş pasiyentlər hər kateqoriya üzrə azı bir 

pulsuz psixotrop dərman ala bilirlər. Psixiatriya yardımı üçün müraciət edən 

pasiyentlərin  əksəriyyəti "psixi xəstə" damğası almaqdan ehtiyat etdikləri üçün 

psixiatriya müəssisələrində qeydiyyata durmaqdan çəkinirlər, ona görə  də pulsuz 

psixotrop preparatlardan istifadə hüququndan məhrumdurlar və  dərmanları öz 

vəsaitləri hesabına almaq məcburiyyətindədirlər. Dərmanları nağd pulla alanlar üçün

ən aşağı qiymətli antipsixotik və antidepressant preparatların hər birinin gün ərzində 

qəbulunun dəyəri minimal gündəlik əməkhaqqının 3%-ini təşkil edir    (uyğun olaraq, 

gündə 0,06 və 0,07 ABŞ dolları). 

 

Sosial sığorta sxemlərində psixi sağlamlıqla bağlı xidmətlərin təmini nəzərdə 



tutulmamışdır. Psixiatriya xəstəxanalarında müalicə (məsələn, bəzi dərmanlar, 

laboratoriya müayinələri) və qulluqla (məsələn, bəzi ləvazimat və materiallar) bağlı 

məsrəflər dövlət tərəfindən ödənilir. 

 

 



PSİXİ_SAĞLAMLIĞA__AYRILAN_HİSSƏSİ__97%__3%__Bütün_digər_səhiyyə'>DİAQRAM 1.1. DÖVLƏT SƏHİYYƏ XƏRCLƏRİNİN PSİXİ SAĞLAMLIĞA 

AYRILAN HİSSƏSİ 

97%

3%

Bütün digər səhiyyə

xərcləri

Psixi sağlamlıqla bağlı

xərclər 

 

 



 

 

DİAQRAM 1.2. PSİXİ SAĞLAMLIQLA BAĞLI DÖVL?T X?RCL?RİNİN 



PSİXİATRİYA X?ST?XANALARINA AYRILAN HİSS?Sİ

85%

15%

Psixiatriya x?st?xanalarına

ayrılan x?rcl?r

Bütün dig?r s?hiyy?

x?rcl?ri 

 

 



DİAQRAM 1.2. PSİXİ SAĞLAMLIQLA BAĞLI DÖVLƏT XƏRCLƏRİNİN 

DİAQRAM 1.2. PSİXİ SAĞLAMLIQLA 

BAĞLI DÖVL?T X?RCL?RİNİN 

Psixiatriya

Psixiatriya xəstəxana-

larına ayrılan xərclər 

Psixi sağlamlıqla bağlı 

bütün digər xərclər 

 

 

13



İnsan hüquqlarının müdafiəsi məsələləri  

 

İnsan hüquqlarına riayət edilməsinə  rəy verən qurumun olmasına baxmayaraq 



(Ombudsman ofisi), həmin orqan psixi xəstə  şəxslərin hüquqlarının qorunması ilə 

bağlı  məsələləri müntəzəm surətdə  nəzərdən keçirmir. Belə ki, psixiatriya 

xəstəxanaları  və ümumi təyinatlı  xəstəxanaların psixiatriya şöbələrinin heç birində, 

pasiyentlərin insan hüquqlarının qorunması ilə bağlı ildə azı bir dəfə yerinə yetirilməli 

olan kənar qurumların baxış keçirməsi və ya yoxlaması aparılmır. Psixiatriya 

xəstəxanaları  və ümumi təyinatlı  xəstəxanaların psixiatriya şöbələri işçiləri 

pasiyentlərin insan hüquqlarının qorunması mövzusunda heç olmasa bir günlük 

treninq, yığıncaq və ya digər növ məşğələlərdə iştirak etməyiblər. Bununla əlaqədar, 

son iki il ərzində qeyri-hökumət və peşə  təşkilatları  tərəfindən təxminən 40 nəfər 

xəstəxana işçisinə pasiyentlərin insan hüquqlarının qorunması üzrə treninq keçilmişdir. 

 

İşgəncələrin,  Qeyri-insani və ya Təhqiredici Müalicə  və ya Cəzanın Qarşısının    



Alınması üzrə Avropa Komissiyasının ekspert rəyinə görə, müəyyən psixiatriya 

müəssisələrində insan hüquqlarının pozulması halları vardır. 

 

 

PSİXİ



 

SAĞLAMLIQ

 

XİDMƏTLƏRİ 

 

Psixi sağlamlıq xidmətlərinin təşkili 

 

Ölkədə psixi sağlamlıq sahəsində  səlahiyyətli qurum yoxdur. Səhiyyə Nazirliyinin 

Baş psixiatrı vəzifəsi əsasən məsləhətverici funksiya daşıyır. Bu vəzifə üçün fəaliyyət 

dairəsi Soİ-dan qalan normativ sənədlə müəyyən edilir (Soİ  Səhiyyə Nazirliyinin 

1985-ci il tarixli 225 saylı əmri).

  

 



Psixiatriya xidmətləri Səhiyyə Nazirliyi tərəfindən idarə olunur və  ərazi/xidmət 

sahələri prinsipi üzrə  təşkil edilmişdir. 50 000-dən 150 000 nəfərə  qədər  əhaliyə 

xidmət göstərən hər bir şəhər və ya rayon poliklinikasında psixiatr ştatı vardır. Bu 

psixiatrlar, həm öz rayonlarının baş həkimləri (poliklinikaların baş həkimləri), həm də 

xidmət dairəsi 300 000 - 600 000 nəfər əhalini əhatə edən bölgələrarası Psixonevroloji 

dispanserlərin (PND) tabeliyində  fəaliyyət göstərirlər (PND-lərə onlar hesabatlarını 

təqdim edirlər). 

 

Ambulator psixiatriya müəssisələri  

 

Ölkədə 11 ambulator psixiatriya müəssisəsi (PND) mövcuddur, onlardan biri (9%) 



yalnız uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuşdur. 11 ambulator psixiatriya 

müəssisəsinin doqquzunda stasionar müalicəsi üçün çarpayılar vardır.  Lakin          

ambulator müəssisələrində olan çarpayılar haqqında məlumatlar "Psixiatriya 

xəstəxanaları" bölməsində (səh. 15) verilmişdir. Bu müəssisələrdə ümumi əhalinin hər 

100 000 nəfəri üçün 1092 pasiyent (1,1%) müalicə olunur. 

 

Ambulator psixiatriya müəssisələrində müalicə alan bütün şəxslərin təqribən 25%-ini 



qadınlar və  təxminən 16%-ini uşaq və yeniyetmələr təşkil edir. Mədəni 

xüsusiyyətlərlə  əlaqədar olaraq, Azərbaycan Respublikasında qadınlar tibbi yardım 

üçün psixiatriya müəssisələrinə kişilər qədər tez-tez müraciət etmirlər və  onlar daha 

çox öz ailələri və qohumları  tərəfindən dəstək alırlar. Kişilərdən fərqli olaraq, gənc 



 

 

14



yaşlı qadınlar sosial həyatda da – peşə  fəaliyyəti və asudə vaxtın keçirilməsi ilə 

əlaqədar tədbirlərdə – daha az iştirak edirlər. Qadınların kişilərə nisbətən SN 

xidmətlərindən istifadə imkanlarının aşağı olmasının digər səbəbi, hərbi xidmətə 

çağırışla əlaqədar, orduya yararlılığın müəyyən edilməsi məqsədilə kişilərin psixiatrik 

müayinədən keçməsidir. Psixi xəstəlik damğası almaq qorxusu qadınlarda kişilərdə 

olduğundan daha yüksəkdir və onların şikayətləri çox zaman ciddi qəbul olunmur. 

 

Psixi və davranış pozğunluqları ilə  əlaqədar ambulator psixiatriya müəssisələrində 



müalicə alan şəxslərin ilkin diaqnozu nevrotik, stresslə bağlı olan, somatik formalı 

xəstəliklər (25%) və  şizofreniya,  şizofreniyaya bənzər və sayıqlama ilə müşayiət 

edilən xəstəliklər (19%) olur. Həyata keçirilmiş qiymətləndirmə  əsasında belə fikir 

söyləmək olar ki, Azərbaycan Respublikasında psixi xəstəliklərin statistik bölgüsü 

Avropa ölkələrində olduğundan  əhəmiyyətli dərəcədə  fərqlənir, çünki psixiatrlar 

tərəfindən zəif və orta ağır  əhval-ruhiyyə pozğunluqları diaqnozu əksər hallarda 

qoyulmur. Qiymətləndirmə aparılmış il ərzində hər pasiyentin psixiatriya müəssisələri 

ilə kontaktlarının orta sayı 3,48-ə bərabər olmuşdur. 

 

Ambulator müəssisələr tərəfindən həyata keçirilən icma daxilində sonrakı qayğı  və 



himayə  əsasən bu müəssisələrin daxilində göstərilir. Qanunvericiliyə  əsasən 

pasiyentlərin evə yazılması üçün onlardan qabaqcadan razılıq alınması lazımdır. 

PND-lərdə    fəaliyyət göstərən işçilərin nəqliyyatla təmin edilməməsi səbəbindən 

pasiyentlərin evlərinə gedişlər məhduddur. PND-lərdə mobil psixiatriya qrupları 

yoxdur, çünki mobil psixiatriya qrupu Təcili tibbi yardım xidmətlərinin bir hissəsidir. 

 

Pasiyentlər PND-lərdə  hər hansı psixososial yardım almırlar, çünki xidmətlər yalnız 



psixofarmakoterapiya ilə  məhdudlaşır. Ambulator psixiatriya müəssisələrinin hamısı 

(100%), hər dərman qrupu üzrə (neyroleptik, antidepressant, əhval-ruhiyyəni 

tənzimləyən, trankvilizator və antiepileptik dərmanlar) heç olmasa bir psixotrop     

preparatla təmin olunmuşdur və bu preparatları bütün il ərzində müəssisədə  və ya  

yaxınlıqda yerləşən aptekdə əldə etmək mümkündür. 

  

Gündüz stasionarı müəssisələri 

 

Ölkədə beş "gündüz müalicə  şöbəsi" mövcuddur. Onlardan dördü paytaxtda 



yerləşmişdir: ikisi psixiatriya xəstəxanalarının bir hissəsidir, digər ikisi isə ambulator 

psixiatriya müəssisələrinin (yaşlılar və  uşaqlar üçün PND-lər) tərkibinə daxildir. 

Mövcud gündüz stasionarı müəssisələrinin biri (20%) uşaqlar və yeniyetmələr üçün 

nəzərdə tutulmuşdur. Əlavə A-da göstərilmiş ölkə PSS-nin blok-sxeminə baxın. 

 

Bu  şöbələr tam gücü ilə istifadə edilmir və onlarda hər 100 000 nəfər ümumi əhali 



üçün 24,9 pasiyent müalicə olunur. Gündüz stasionarı müəssisələrinin qadın 

pasiyentləri haqqında məlumatlar toplanmamışdır. Gündüz stasionarı müəssisələrində 

müalicə   olunan bütün pasiyentlərin 17%-ini uşaq və yeniyetmələr təşkil edir. 

 

Ümumi təyinatlı xəstəxanaların psixiatriya şöbələri  

 

İctimai xəstəxanaların stasionar psixiatriya bölmələri ümumi profilli stasionarların 



"psixosomatik  şöbələri" adlanır. Ölkədə  cəmi 60 çarpayı tutumu olan (hər 100 000 

nəfər əhali üçün 0,71) iki belə şöbə vardır. Ümumi təyinatlı xəstəxanaların psixiatriya 

şöbələrindəki bu çarpayıların heç biri uşaq və yeniyetmələr üçün nəzərdə                  


 

 

15



tutulmamışdır. Uşaq və yeniyetmələr ümumi təyinatlı  xəstəxanaların psixiatriya 

şöbələrinə  qəbul edilmirlər. Ümumi təyinatlı  xəstəxanaların psixiatriya şöbələrinə 

qəbul edilmiş pasiyentlərin cinslər üzrə bölgüsü haqqında məlumat yoxdur.  

 

Ümumi təyinatlı  xəstəxanaların psixiatriya şöbələrinə  qəbul zamanı qoyulan 



diaqnozlar, əsasən göstərilən iki diaqnostik qrupa aid olur: şizofreniya, şizoid tipli və 

sayıqlama ilə müşayiət olunan xəstəliklər (38%) və əhval-ruhiyyə pozğunluqları (7%). 

Orta hesabla pasiyentlər çıxarışa qədər burada 30,8 gün qalırlar. PND-lərdə olduğu 

kimi, ümumi təyinatlı  xəstəxanaların psixiatriya şöbələrində  də, aparılan müalicə 

yalnız farmakoterapiya üzərində qurulmuşdur və psixososial müdaxilələr həyata 

keçirilmir. 

 

Ümumi təyinatlı  xəstəxanaların psixiatriya şöbələrinin hamısı (100%), hər dərman 



qrupu üzrə (neyroleptik, antidepressant, əhval-ruhiyyəni tənzimləyən, trankvilizator 

və antiepileptik dərmanlar) müəssisədə  əldə edilməsi mümkün olan heç olmasa bir 

psixotrop preparatla təmin edilmişdir. 

 

Ümumi təyinatlı  xəstəxanalardakı psixiatriya şöbələrindən biri, həmin xəstəxananın 



əsaslı  təmiri ilə  əlaqədar olaraq artıq bir ildən çoxdur ki, məhdud  şəkildə  fəaliyyət 

göstərir. Odur ki, bu şöbə üçün toplanmış  məlumatlar 2006-cı ilin birinci rübünün 

statistik göstəricilərini əks etdirir.  

 

İcma əsaslı yaşayış müəssisələri   

 

Ölkədə psixi pozğunluqları olan şəxslər üçün icma əsaslı yaşayış müəssisələri mövcud 



deyil.  

 

Psixiatriya xəstəxanaları  



 

Ölkədə ümumi çarpayı sayı 4125 olan (hər 100 000 nəfər  əhali üçün 48,9 çarpayı)  

doqquz psixiatriya (ruhi) xəstəxanası (PX) vardır. Bu çarpayı sayına, həmçinin       

ambulator psixiatriya müəssisələrində (PND) olan çarpayı miqdarı daxil edilmişdir. 

Ölkənin  ən böyük xəstəxanasının strukturuna ambulator psixiatriya müəssisəsi      

daxildir. Bundan başqa, yalnız həmin xəstəxanada 50 çarpayılıq uşaq  şöbəsi və 50 

çarpayılıq yeniyetmə  şöbəsi vardır. Beləliklə, psixiatriya xəstəxanalarındakı           

çarpayıların yalnız 2%-i uşaq və yeniyetmələr üçün ayrılmışdır. Psixiatriya 

xəstəxanalarındakı çarpayı sayı son beş il ərzində 1% artmışdır (bu məlumat rəsmi 

statistik göstəricilərə  əsaslanır və  təmirlə  əlaqədar olaraq çarpayı fondunun bir 

hissəsinin faktiki olaraq fəaliyyət göstərmədiyini nəzərdə tutmur). 

 

Psixiatriya xəstəxanalarına pasiyentlər ilk növbədə  şizofreniya,  şizoid tipli və         



sayıqlama ilə müşayiət olunan xəstəliklərlə (36%) əlaqədar qəbul olunurlar. Bundan 

əlavə, psixiatrik müayinədən keçirilən insanlarda tez-tez şəxsiyyətin formalaşması və 

davranışla bağlı pozğunluqlar (8%) aşkar edilir. Psixiatriya xəstəxanaları 

pasientlərinin sayı  hər 100 

000 nəfər  əhali üçün 107,4-ə  bərabərdir. 

Qiymətləndirilmənin aparıldığı il ərzində psixiatriya xəstəxanalarında hər pasiyent 

üçün orta çarpayı-günlərin sayı 64,5 olmuşdur. 

 

Mövcud stasionar müəssisələrinin çatışmazlıqlarından biri də psixiatriya 



xəstəxanalarının qısa və uzunmüddətli müalicə müəssisələri  şəklində bölgüsünün  

 

 

16



aparılmamasıdır. Pasiyentlərin stasionarda qalma müddətinə görə bölünməsi haqqında 

indiyədək informasiya yoxdur, çünki pasiyentlərin qeydiyyatının mövcud sisteminə 

əsasən stasionarda qalma müddəti nəzərə alınmır. Xəstəliklərinin ağırlıq dərəcəsi və 

gedişindən asılı olmayaraq, psixiatriya xəstəxanalarında pasiyentlər oxşar  şəraitdə 

saxlanılırlar. Psixiatriya xəstəxanalarında aparılan müalicə yalnız farmakoterapiya 

üzərində qurulmuşdur. Ayrı-ayrı psixiatriya xəstəxanalarında məhdud psixososial 

reabilitasiya təşəbbüslərinin mövcud olmasına baxmayaraq, ümumilikdə psixososial 

tədbirlər xəstəxanalarda aparılan müdaxilələrə daxil deyil. Psixiatriya xəstəxanalarının 

hamısı, hər dərman qrupu üzrə (neyroleptik, antidepressant, əhval-ruhiyyəni 

tənzimləyən, trankvilizator və antiepileptik dərmanlar) müəssisədə  əldə edilməsi 

mümkün olan heç olmasa bir psixotrop preparatla təmin edilmişdir. Dərmanlarla 

təchizat qeyri-müntəzəm həyata keçirilir, preparatların çeşidi və miqdarı məhduddur. 

Müalicə Sübutlu Təbabət (ST) prinsiplərinə əsaslanan qəbul edilmiş rəhbərliklər və ya 

protokollar üzrə aparılmır. 

 

Məhkəmə psixiatriyası və digər yaşayış tipli müalicə müəssisələri 

 

Psixiatriya müəssisələrindəki çarpayılardan  əlavə, psixi pozğunluqları olan şəxslər 



üçün məhkəmə psixiatriyası stasionar şöbələrində 370 çarpayı  və digər yaşayış tipli 

müəssisələrdə (əqli inkişafdan geri qalanlar üçün internat-evləri, qocalar evləri, əlillər 

evləri və s.) 1617 çarpayı vardır. Bunlar qapalı tipli müəssisələr olub, orada saxlanılan 

şəxslərin insan və sosial hüquqlarına riayət edilməsi və buna nəzarət kifayət dərəcədə 

deyil. Məhkəmə psixiatriyası və digər müəssisələrdə uzun zaman qalan pasiyentlərin 

saxlanma müddətinə görə bölgüsü haqqında informasiya əldə etmək  mümkün          

olmamışdır. 

 

İnsan hüquqları və ədalət 

 

Ümumi təyinatlı  xəstəxanaların psixiatriya şöbələrinə, həmçinin psixiatriya 



xəstəxanalarına məcburi yerləşdirilmə barədə informasiya əldə etmək mümkün deyil, 

çünki məcburi yerləşdirmə haqqında qanunvericiliyin tətbiqini təmin edən 

proseduralar yoxdur və bu cür yerləşdirmələri qeydə almaq üçün statistik formalar 

mövcud deyil. Bundan başqa, son bir il ərzində ümumi təyinatlı  xəstəxanaların 

psixiatriya  şöbələrində  və psixiatriya xəstəxanalarında heç olmasa bir dəfə  məcburi 

saxlanmış  və ya təcrid edilmiş pasiyentlər haqqında məlumatların qeydiyyatı 

aparılmamışdır. Lakin stasionar psixiatriya müəssisələrində belə hallara rast gəlinir. 

Belə ki, qeyri-qanuni yerləşdirmə  və azadlıqdan məhrum etmə, stasionar 

müəssisələrdə  vəzifədən sui-istifadə, müalicənin tamamlanmasından sonra qohumlar 

tərəfindən pasiyentlərin evə aparılmasından imtina edilməsi kimi məsələlər hələ  də 

mövcuddur. 

 

Ən böyük şəhərdə  və ya onun ətraf bölgələrində olan psixiatriya müalicəsi 



çarpayılarının sıxlığı bütün ölkə üzrə olduğundan 2,75 dəfə artıqdır. Çarpayıların bu 

cür paylanması  kənd sakinləri üçün istifadə imkanlarını  məhdudlaşdırır. Digər 

azlıqların (məsələn, linqvistik, etnik, dini azlıqlar) nümayəndələri üçün psixi 

sağlamlıq xidmətlərindən istifadə imkanlarında  ədalətsizliyə yol verilməsi ilə bağlı 

ölkədə hər hansı problem mövcud deyil. 

 

Ölkədəki psixiatriya xəstəxanaları pis vəziyyətdədir və avadanlıqla çox zəif təchiz   



olunmuşdur, ona görə  də insanlar arasında burada müalicə olunmaqdan çəkinmə 

 

 

17



meyli müşahidə edilir, yalnız ağır və  kəskin pozğunluq hallarında bu müəssisələrə 

müraciət etməyə məcbur olurlar.    

 


 

 

18



Yekun qrafiklər 

 

 

DİAQRAM 2.1. PSİXİATRİYA MÜƏSSİSƏLƏRİ VƏ YAŞAYIŞ TİPLİ DİGƏR 

MÜƏSSİSƏLƏRDƏ ÇARPAYILARIN SAYI

PSİXİATRİYA 

XƏSTƏXANALARI 

67%

MƏHKƏMƏ 

PSİXİATRİYASI 

ŞÖBƏLƏRİ

6%

YAŞAYIŞ TİPLİ DİGƏR 

MÜƏSSİSƏLƏR 

26%

ÜMUMİ TƏYİNATLI 

XƏSTƏXANALARIN 

PSİXİATRİYA 

ŞÖBƏLƏRİ

1%

Ölkədə psixiatriya müalicəsi çarpayılarının  əksəriyyəti psixiatriya xəstəxanaları 

tərəfindən təmin olunur, onun ardınca psixi sağlamlıq sisteminin daxilində  və 

xaricində olan digər yaşayış tipli müəssisələr gəlir. 



 

 

 

Qeyd: Bu diaqramda, stasionar müəssisələrinə  qəbul olunanların sayına  əsaslanaraq, həmin 

müəssisələrdə müalicə olunanların sayı göstərilmişdir. Pasiyentlərin  əksəriyyəti ambulator 

müəssisələrdə  və psixiatriya xəstəxanalarında müalicə olunmuşdur, eyni zamanda ümumi 

təyinatlı  xəstəxanaların psixiatriya şöbələrində  və gündüz stasionarlarında müalicə               

olunanların səviyyəsi əhəmiyyətli dərəcədə aşağıdır.  

 

DİAQRAM 2.2. PSİXİATRİYA MÜ?SSİS?L?RİND? MÜALİC? 



OLUNAN PASİYENTL?RİN SAYI 

(h?r 100 000 n?f?r ?hali üçün)

1092

24,9

2,9

107

0

200

400

600

800

1000 1200

OUTPATIENT FAC.

DAY TREATMENT FAC.

INPATIENT UNITS

MENTAL HOSPITALS

DİAQRAM 2.2. PSİXİATRİYA MÜƏSSİSƏLƏRİNDƏ MÜALİCƏ 

OLUNAN PASİYENTLƏRİN SAYI  

(hər 100 000 nəfər əhali üçün)

 

PSİXİATRİYA 



XƏSTƏXANALARI 

STASİONAR 

ŞÖBƏLƏRİ 

GÜNDÜZ  

STASİONARLARI

 

AMBULATOR 



MÜƏSSİSƏLƏRİ

 


 

 

19



GRAPH 2.3 - PERCENTAGE OF CHILDREN AND 

ADOLESCENTS TREATED IN MENTAL HEALTH FACILITIES 

AMONG ALL USERS 

16%

17%


Yüklə 281,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin