Pedaqogika elmi haqqinda ümumi anlayiş Əhatə olunan məsələlər



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə8/31
tarix25.12.2016
ölçüsü0,7 Mb.
#2903
1   ...   4   5   6   7   8   9   10   11   ...   31
hesab oluna bilər.  

Təlim  anlayışı.  Təlim  ərəb  sözüdür. 

  “aləmə”  kökündən  olan 

  “təlim, 

öyrətmə,  elmi  nəzəriyyə”  mənalarında  işlədilir.  Təlim  -  öyrədənlə  öyrənənlər 

arasında  qarşılıqlı  fəaliyyətə  əsaslanan  pedaqoji  proses  olaraq,  öyrədən  şəxsin 

öyrənənlərdə  şüurun,  intellektual  səviyyənin,  mənəvi,  əxlaqi  və  psixoloji 

keyfiyyətlərin inkişafına, bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə istiqamət 

verir, əlverişli şərait və imkan yaradır. 

Azərbaycan  dilində 

  “təlimat, 

(ər. 

  “məlumə”  sözünün  cəm 



formasıdır)  “məlumat,  informasiya”  mənalarında  işlədilən  sözlər  də  eyni  (  

“aləmə”) kökdəndir.  

Təlim  ikitərəfli  pеdaqоji  prоsеsdir:  öyrədənlə  öyrənənlər  arasında  qarşılıqlı, 

məqsədyönlü,  planlı  pedaqoji  fəaliyyətdir.  Öyrədən  şəхs  təlim  zamanı  üç 

istiqamətdə fəaliyyət göstərir:  

Bilik,  bacarıq  və  vərdişlərin  mənimsənilməsini  təşkil  еdir,  bu  məqsədlə 

məsləhət və istiqamətlər verir;  

Həmin  bilik  və  bacarıqlar  vasitəsilə  öyrənən  şəхslərdə  şüurun,  psiхikanın, 

intellektual səviyyənin inkişafına diqqət yеtirir;  

Zəruri оlan mənəvi, əxlaqi, psixoloji kеyfiyyətlərin aşılanması qayğısına qalır.  

Təlim  həm  təhsilləndirici,  həm  tərbiyəedici,  həm  də  inkişafetdirici  vəzifələri 

kompleks həyata keçirir.  



Diferensial  təlim  -  Təhsilalanın  şəxsiyyətinə  yönəlmiş  təlimdir.  Diferensial 

təlim – təlimi fərdiləşdirməyə imkan verir.  

Təlimdə diferensiasiya bir neçə istiqamətdə aparıla bilər:  

1.

 



Təhsilalanların  qabiliyyətlərinə  görə  (ümumi  qabiliyyətlər  xüsusi 

qabiliyyətlər və s. ).  

2.

 

Təhsilalanların maraqlarına görə.  



3.

 

Təhsilalanların ixtisasına görə.  



Diferensial  təlim  müxtəlif  səviyyəli  təlim  –  təhsil-tərbiyə  prosesinin  elə 

təşkilini nəzərdə tutur ki, hər bir təhsilalanın tədris materialını öz qabiliyyətinə və 

öz imkanlarına uyğun şəkildə mənimsəmək imkanı əldə etsin  

Bu  halda  baza  bilikləri  müxtəlif  səviyyələrdə  mənimsənilmiş  olur. 

Təhsilalanın  təlim-idrak  fəaliyyəti  qiymətləndirilərkən,  onun  səyi  və  yaradıcılığı 

nəzərə alınır.  

Orta  ümumtəhsil  məktəblərində  təlim  prosesi  müəllimin  rəhbərliyi  altında 

şagirdlərin həyata hazırlanmasını sürətləndirmək məqsədilə onların təhsil, tərbiyə və 

inkişaflarını daha səmərəli təmin etməyə  istiqamətləndirilən elə pedaqoji prosesdir 

ki, burada şagirdlərin imkanlarına uyğun inkişaf dərəcəsində əqli və əməli fəaliyyətə 

cəlb  olunma  aktları  qanunauyğun  şəkildə  biri  digərini  əvəz  edir.  Təlim  qarşıya 

qoyulmuş  məqsədə  müvafiq  olaraq  şagirdlərin  bilik,  bacarıq,  vərdişləri 

mənimsəməsinə, əqli qabiliyyətləri və potensial imkanlarının inkişafına, özünütəhsil 

bacarıqlarının  möhkəmləndirilməsinə,  onlarda  dünyagörüşün  formalaşdırılmasına 

xidmət edir. Təlim təhsilalma prosesi kimi anlaşıla bilər. Təlim prosesində şagirdlər 

elmi bilikləri mənimsəyir, müəyyən bacarıq və vərdişlər əldə edirlər.  





Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin