Pedaqogika elmi haqqinda ümumi anlayiş Əhatə olunan məsələlər



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə16/31
tarix25.12.2016
ölçüsü0,7 Mb.
#2903
1   ...   12   13   14   15   16   17   18   19   ...   31
Neotomizm  pedaqogikası.  Neotomizm  də  fəlsəfi  cərəyandır.  Neotomizm 

yunan sözündən (neo və tomizm) əmələ gəlmişdir. Neo – yeni deməkdir. Tomizm 

orta  əsr  sxolastı  Foma  Akvinskinin  dini  nəzəriyyəsidir.  Neotomistlər  Foma 

Akvinskinin  ilahiyyat  nəzəriyyəsini  inkişaf  etdirməyə  çalışmışlar.  Jak  Mariten 

(Fransa), U.Kanninham, U.Mahogen (ABŞ), M.Kazotti, M.Stefanini (İtaliya) neo-

tomizmin aparıcı ideoloqları olmuşlar.  

Neotomistlər  insanın  və  onun  ictimai  həyat  tərzi  formalarının  ilahi  qüvvə 

tərəfindən yarandığını iddia edirlər: insan onu yaradanı daim yadda saxlamalı, ondan 

həya etməli, ona itaət göstərməlidir. Neotomistlərin fikrincə, dini görüş real bilikdən 

üstündür.  Onlar  dövlət  məktəblərində  də  dinin  tədris  olunmasını,  bütün  fənlərin 

tədrisinə  dinin  sirayət  etməsini  istəyirlər.  Onların  fikrincə,  xarici  aləmi  dərk  etmək 

üçün  elm  kifayət  deyil,  bundan  ötrü ilahiyyat,  ilahi qüvvəyə  qovuşmağı  bacarmaq 

lazımdır:  sonuncunu  isə  uşağa  kilsə,  ruhanilər  verir;  elm  şüura,  din  isə  şüuraltı 

hissiyyata  istinad  edir.  Neotomistlərə  görə,  İsus  Xristosa  oxşamaq  tərbiyənin 

məqsədi  olmalıdır.  Bundan  ötrü  hər  kəs  dini  cəhətdən  təkmilləşməli,  dini  adətlərə 



əməl  etməlidir.  Neotomistlər  məktəbin  tədris  planına  humanitar  fənlərlə  yanaşı 

təbiət fənlərinin daxil edilməsini də məsləhət görürlər.  



Bixeviorizm  ingilis  sözü  olub  “davranış”  deməkdir.  XX  əsrin  əvvəllərində 

Amerikada  meydana  gəlmiş  cərəyandır.  Cərəyanın  müəlliflərindən  biri  olan 

Edvard  Torndayka  görə,  psixologiya  şüuru  deyil,  davranışı  özü  üçün  tədqiqat 

predmeti  seçilməlidir.  E.Torndayka  görə,  həm  heyvanlarda,  həm  də  insanlarda 

psixi proseslər assimilyasiyanın qanunları zəminində baş verir. Hər iki halda xarici 

proseslər  situasiya  və  cavab  reaksiyası  ilə  bağlı  olaraq  təzahür  edir.  E.Torndayk 

ideyalarını pedaqoji proseslərə tətbiq edərək “stimul – reaksiya” nəzəriyyəsini irəli 

sürür. Bu nəzəriyyəyə görə, müəllim təlim prosesində elə situasiya yaratmalıdır ki, 

şagird  məqsədəuyğun  cavab  reaksiyası  ilə  çıxış  edə  bilsin.  Yeni  təlim 

texnologiyaları  əsasında  keçirilən dərslərdə  motiv  məhz  buna  xidmət  edir.  Motiv 

şagirdi  cavab  reaksiyası  üçün  hazırlayır,  onu  problem  ətrafında  fikirləşməyə, 

tədqiqat aparmağa sövq edir.  




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin