Pedaqogika elmi haqqinda ümumi anlayiş Əhatə olunan məsələlər



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə14/31
tarix25.12.2016
ölçüsü0,7 Mb.
#2903
1   ...   10   11   12   13   14   15   16   17   ...   31
 

5. Pedaqoji cərəyanlar 

 

Ayrı-ayrı  ölkələrdə  ictimai,  iqtisadi  və  siyasi  quruluşun  müxtəlifliyi  ilə 

əlaqədar müxtəlif pedaqoji cərəyanlar yaranmışdır. Azərbaycan pedaqoqları təhsil 

sistemlərini  və  pedaqoji  fikirləri  öyrənməyə  və  oradakı  mütərəqqi  cəhətlərdən 

istifadə  etməyə  çalışırlar.  Bu,  təqdirəlayiq  bir  ənənədir.  Daha  geniş  yayılmış  bəzi 

pedaqoji cərəyanlara diqqət yetirək. 



Praqmatizm  pedaqogikası.  Praqmatizm,  yunan  mənşəli  “pragmatos” 

sözünə  uyğundur,  iş  və  ya  əməl  deməkdir.  Praqmatizm  fəlsəfi  cərəyan  kimi 

cəmiyyətdə  bütün  fəaliyyətin  əsasını  subyektiv  mənada  anlaşılan  əməldə, 

təcrübədə  görür.  Belə  bir  metodoloji  müddəaya  əsaslanan  Con  Duyi,  Vilyam 

Kilpatrik  (ABŞ)  və  bir  çox  başqaları  praqmatizm  pedaqogikasının  əsasını 

qoymuşlar.  Həyatda  məktəblilərin  iştirakını  təmin  etmək,  uşaqların  marağına 

diqqət  yetirmək  və  fərdi  xüsusiyyətlərini  nəzərə  almaq,  məktəbin  ictimai  həyatla 

əlaqəsini təmin etmək, tərbiyələndirici təlimə üstünlük vermək, təlimdə şagirdlərin 

fəallığına  nail  olmaq  praqmatizm  pedaqogikasının  başlıca  xüsusiyyətləridir. 

Vurğulayaq  ki,  praqmatizm  pedaqogikası  təcrübəni  geniş  ictimai,  istehsalat 

təcrübəsi  kimi  deyil,  ətraf  mühitlə  şəxsin  təması  mənasında  başa  düşür.  Məsələn, 

praqmatizm  pedaqogikası  təlimin  məzmununu  və  ya  əxlaq  tərbiyəsinin 

məzmununu uşaq təcrübəsinə, uşaq müşahidəsinə əsasən müəyyənləşdirir .  

C.Duyinin  fikrincə,  anlayışlar,  ideyalar,  nəzəriyyələr  yalnız  gündəlik  praktik 

fəaliyyət üçün yaradıldıqda faydalı hesab oluna bilər (onun dayandığı fəlsəfi təlimə 

– praqmatizmə görə, həqiqət – obyektiv aləmin insan şüurunda inikasından ibarət 

deyildir, həqiqət odur ki, bu və ya digər konkret situasiyada insanın qolundan tutur, 

ona  fayda  verir);  bütün  bunlar  praktika  üçün  “alət”  rolunu  oynamalıdır. 

Praqmatizmin  məşhur  nümayəndələrindən  olan  Vilyam  Kilpatrik  (“layihələr 

metodu”nun nəzəriyyəçilərindən biridir) qeyd edir ki, həqiqət obyektiv ola bilməz, 

çünki dəyişkəndir. O, tədqiqatda yalnız eksperimenti qəbul edir. 

Praqmatizm  pedaqogikası  cəmiyyəti  yeniləşdirmək  üçün  tərbiyəni  əsas  sayır. 

Bu  pedaqogikanın  ideoloqları  hesab  edirlər  ki,  tərbiyə  cəmiyyəti  istənilən  şəkildə 

düzəldə bilər, məktəb cəmiyyətdən asılı deyil, əksinə cəmiyyət məktəbdən asılıdır. 

Onlar  tərbiyədə  son  məqsədi,  perspektivləri  qəbul  etmir.  Onların  fikrincə,  məqsəd 

odur ki, konkret situasiyada uşağın gözlənilmədən meydana çıxan maraq və tələbi 

ödənilsin,  uşaq  özünü  mövcud  ictimai  quruluşun  tələblərinə  uyğunlaşdıra  bilsin. 

Praqmatik pedaqoqlar sübut etməyə çalışırlar ki, elmlərin əsaslarının sistematik öy-

rənilməsinə  ehtiyac  yoxdur,  müəllimin  borcu  odur  ki,  konkret  fəaliyyət  zamanı 

lazım gələn bilikləri öyrətsin (“kompleks proqramlar” bu ideyadan doğmuşdur). 

Praqmatizm  pedaqogikası  özünün  nedosentrizm  prinsipini  irəli  sürmüşdür. 

Bunun  mahiyyəti  belədir:  təlim-tərbiyə  prosesinin  əsasında  məktəblinin  maraq  və 

tələbatları  durmalıdır.  Bu  yanaşmada  uşağa  o  qədər  hüquq  verilir  ki,  o  öz 




vəzifələrini  tamam  unutmaq  halına  gəlir,  müəllimin  rolu  demək  olar  ki,  heçə 

endirilir . 

ABŞ-da  neopraqmatistlər  (T.Brameld,  H.Raqq,  E.Kelli  və  b.)  C.Duyinin 

cəmiyyəti tərbiyə vasitəsilə ilə dəyişmək ideyalarını daha da dərinləşdirməklə yeni 

pedaqoji istiqamət yaratmağa nail ola bilmişlər.  


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin