Pedaqogika elmi haqqinda ümumi anlayiş Əhatə olunan məsələlər



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə9/31
tarix25.12.2016
ölçüsü0,7 Mb.
#2903
1   ...   5   6   7   8   9   10   11   12   ...   31
Tərbiyə  anlayışı.  Tərbiyə  -  davranışla  əlaqədar  olan  mənəvi  keyfiyyətlərin 

məqsədyönlü, planlı və mütəşəkkil şəkildə formalaşdırılması prosesidir.  

Yaşlı nəslin əldə etdiyi bilk, bacarıq və təcrübənin yetişən nəslə məqsədyönlü, 

planlı, mütəşəkkil şəkildə verilməsi, öyrədilməsidir. Demək, tərbiyə etmək həm də 

öyrətmək  deməkdir.  Tərbiyə  prosesində  həm  təlim  prosesi,  təlim  prosesində  də 

tərbiyə prosesi mövcuddur.  

Tərbiyə  -  təlim,  məlumat  verməklə  hər  hansı  bir  adət,  ədəb  və  davranış 

qaydalarını  aşılamaqla  yetişdirib  böyütmə,  ərsəyə  çatdırma  deməkdir.  İnsanın 

ümumi  mədəni  inkişafı,  sistematik  təsir  və  təlim  nəticəsində  biliyə,  əxlaqi 

vərdişlərə yiyələnməsi həm də gözəl əxlaqa sahib olması deməkdir. 

Tərbiyə ( ər. 

 ) rəbb kökündən əmələ gəlmiş və aşağıdakı mənaları ifadə 

edir:  1)  rəba 

  artmaq,  çoxalmaq;  2)  rabbə 

  böyütmək,  ərsəyə  çatdırmaq  ;  3) 

rəbb 

 tərbiyə etmək, doğru yol göstərmək, islah etmək. Göstərilən hər üç məna 



“tərbiyə” sözünün etimologiyasına aiddir. Müqəddəs Qurani-Kərimdə ən çox xatır-

lanan 


  sözü  Allahın  99  adından  biri  olub  “tərbiyə  edən,  nemət  verən, 

insanları mənəvi yüksəlişə aparan” deməkdir. Mürəbbiyə (ər. 

 ) sözü də “rəbb” 

kəlməsindən əmələ gəlib “tərbiyəçi” mənasını verir. 

Dilimizdə  tərbiyə  anlayışı  ədəb,  əxlaq  sözü  ilə  də  yaxın  mənalarda  işlənir. 

Ədəb  sözü  ərəb  dilində  “nəzakətli,  tərbiyəli,  ədəbli  olmaq”  mənalarını  verən 

 

“ədəbə” kökündən əmələ gəlmişdir. 



 

Əxlaq 


 sözü isə ərəbcə 

 “xəlq” (mənası “yaratma, səciyyə, xarakter”) 

sözünün  cəmi  olub,  insanın  təbiətində  olan  xasiyyətləri  və  davranışları,  eləcə  də 

həyatı  boyu  qazandığı  keyfiyyətləri  və  xasiyyətləri  yaratmaq,  səciyyələndirmək 

tərbiyə etmək deməkdir. 

“Məxluq”  sözü  də  “xəlq”  sözündən  əmələ  gəlmişdir.  Azərbaycan  xalqının 

milli  xüsusiyyətləri,  özünəməxsus  səciyyəsi,  adət  və  ənənələri  vardır.  Məsələn, 

qonaqpərvərlik,  böyüyə  hörmət,  qadına  hörmət,  ağsaqqal,  ağbirçək  sözünün 

eşidilməsi,  xalqın  səciyyəvi,  xarakterik  xüsusiyyəti  olmaqla,  həm  də  əxlaqi 

keyfiyyətdir.  Xalq  misalında  deyilir:  “Qonağın  ruzusunu  Allah  yetirir”.  M. 

Kaşqarlı hələ XI əsrdə deyirdi: “Paltarın yaxşısını özünə götür, yeməyin yaxşısını 

qonağa ötür. ” 

Pedaqogika öyrədir ki, insan yaşadığı cəmiyyətin üzvləri ilə rəftarında əxalqi 

normalara, etik prinsiplərə əməl etməlidir.  

Demək,  tərbiyə  məqsədyönlü,  planlı  təsir  nəricəsində  şəxsiyyətin 

formalaşması  prosesidir.  Hazırda  bəzi  tədris  ədəbiyyatında  tərbiyə  hələ  də  həm 

geniş və dar  sosial mənada, həm  də geniş  və  dar pedaqoji  mənada işlədilir.  Bəzi 

tədqiqatçılar haqlı olaraq belə çoxmənalılığın əleyhinə çıxır, elmi anlayışların, bir 

məna kəsb etməsi fikrini müdafiə edirlər. Tərbiyə anlayışının ən azı dörd mənada 

işlədilməsi  uzun  illər  tərbiyənin  pedaqogika  elminin  predmeti  hesab  edilməsi  ilə 

bağlı olmuşdur.  

Tərbiyə şəxsiyyətə mütəşəkkil, məqsədyönlü, planlı təsirlərin bütün növlərini, 

o cümlədən təlimin tərbiyələndirici cəhətini özündə ehtiva edir.  


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin