Pedaqogika elmi haqqinda ümumi anlayiş Əhatə olunan məsələlər



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə5/31
tarix25.12.2016
ölçüsü0,7 Mb.
#2903
1   2   3   4   5   6   7   8   9   ...   31
və  məktəbşünaslıq.  Bu  bölmələrin  hər  biri  nisbi  müstəqil  nəzəriyyə  kimi  (elmi 

idrakın  forması  olmaqla)  pedaqogikanın  strukturunda  yer  tutmuşdur.  Pedaqogika 

elmi-pedaqoji  nəzəriyyələrin  məcmusu  kimi  təqdim  oluna  bilər.  Bu  gün  hər  bir 

nəzəriyyənin  (məsələn,  didaktikanın)  özünün  inkişafı  nəticəsində  yeni-yeni 

nəzəriyyələr  (məsələn,  “Müasir  dərs  nəzəriyyəsi”)  işlənib  hazırlanmışdır.  Bu  onu 

göstərir ki, pedaqogika elmi inkişaf edir, yeni-yeni nəzəriyyələr meydana gəlir. 



 

3. Pedaqogika nəyi öyrənir: 

Pedaqogika elminin obyekti və predmeti 

 

Pedaqoji  tədqiqatlarda  ən  mürəkkəb  məsələlərdən  biri  tədqiqatın  obyekti  və 



predmeti  problemidir.  Uzun  illər  obyektlə  predmeti  ayırmağa,  onlar  arasındakı 

sərhədləri  müəyyənləşdirməyə  cəhdlər  göstərilmişdir.  Bu  günədək  “Pedaqogika 

elminin  tədqiqat  obyekti  və  predmeti  nədir?”  –  sualına  birmənalı  cavab  verilmə-

mişdir.  

“Obyekt”  və  “predmet”  anlayışları  bir-biri  ilə  sıx  bağlı  və  bunların  arasında 

oxşar cəhətlər çox olsa da, bunları eynilışdirmək olmaz. Bunların başlıca fərqi ondan 

ibarətdir  ki,  əvvəla  “obyekt”  anlayışı  “predmet”  anlayışından  genişdir;  məsələn, 

fizikanın  da,  kimyanın  da  obyekti  təbiətdir,  lakin  həmin  elmlər  təbiəti  müxtəlif 

aspektdə  öyrənir  –  biri  maddələri  və  onların  çevrilmələrini,  digəri  isə  fiziki 

hadisələri  tədqiq  edir.  İkincisi  obyekt  orijinalla,  predmet  isə  həmin  orijinalın 

modeli  ilə,  hissəsi  ilə  əlaqədardır.  Eyni  orijinalın  müxtəlif  modeli  ola  bilər,  lakin 

bu modellər əsla bir-birini təkrar etmir. Məsələn, həm mühəndisin çəkdiyi çertyoj, 

həm  də  evin  fotoqraf  tərəfindən  çəkilmiş  şəkli  “ev”  orijinalı  üçün  model  yerində 

çıxış  edir.  Çertyoj  və  fotoqrafiya  müxtəlif  elmlərin  mövzularına  daxil  olan 

modellərdir:  çertyoj  həndəsə,  fotoqrafiya  isə  fizika  elmi  ilə  əlaqədardır. 



Pedaqogika da, psixologiya da insan haqqında elmdir, lakin psixoloqun əldə etdiyi 

modellə pedaqoqun əldə etdiyi model bir-birini əsla təkrar etmir.  

Pedaqogika elminin obyekti pedaqoji təcrübənin verilməsi prosesidir, predmet 

isə  obyektin pedaqoji  aspektdə  öyrənilməsi, yəni orijinalın pedaqoji  modeli  və  ya 

hissəsidir.  

Pedaqogikanın  obyekti  pedaqoji  gerçəklikdən  ibarətdir.  Pedaqoji  gerçəklik 

dedikdə  insanın  həyata  hazırlanmasını,  onun  hərtərəfli  və  ahəngdar  inkişafına 

rəhbərlik  prosesini,  həyata  hazırlayanla  həyata  hazırlanan  arasındakı  qarşılıqlı 

əlaqəni nəzərdə tuturuq. Nəzərə almalıyıq ki, bu proses öz-özlüyündə deyil, yalnız 

tədqiqata  cəlb  olunduqda,  onun  üzərində  elmi  araşdırmalar  aparıldıqda  obyekt 

yerində  çıxış  edir.  Pedaqogikanın  predmeti  isə  pedaqoji  gerçəkliyin  pedaqoji 

modelindən ibarətdir.  

Pedaqogikada “təcrübənin verilməsi”, “pedaqoji gerçəklik”, “pedaqoji proses” 

kimi anlayışlar tez-tez işlədilir və bəzən bunları eyniləşdirmə halları da müşahidə 

olunur.  Əslində  isə  bunları  eyni  mənada  işlətmək  doğru  deyildir.  Harada  ki, 

təcrübənin verilməsi vardır, orada pedaqoji gerçəklik mövcuddur; pedaqoji proses 

isə  pedaqoji  gerçəklikdən  dar  anlayışdır.  Yəni,  o,  ümumiyyətlə  təcrübənin 

verilməsi  deyil,  yalnız  müəyyən  tip  müəssisələrdə,  yəni  təlim-tərbiyə 

müəssisələrində  özünü  göstərən  pedaqoji  gerçəkliyi  əhatə  edir.  Təcrübənin 

verilməsində  məqsəd  yeni  nəsilləri  həyata  hazırlamaqdan  ibarətdir.  Bu  mənada 

pedaqogikanı insanın həyata hazırlanması haqqında elm adlandırmaq olar.  

“Təcrübə”  anlayışına  aşağıdakılar  daxildir:  biliklər  sistemi;  münasibətlər 

sistemi; bacarıq və vərdişlər sistemi; yaradıcılıq təcrübəsi. Biliklərin yeni nəsillərə 

verilməsi  sayəsində  təbiət,  cəmiyyət  və  təfəkkürün  ümumi  sirləri  öyrədilir; 

münasibətlərin  öyrədilməsi  geniş  mənada  davranış  qaydaları  sistemini,  davranış 

normalarını mənimsəməyə gətirib çıxarır; bacarıq və vərdişlər yeni nəsilləri maddi 

və mənəvi mədəniyyətin mühafizəsinə, bərpasına yönəldir; yaradıcılıq təcrübəsi isə 

mədəniyyəti daha da inkişaf etdirməyə, zənginləşdirməyə şərait yaradır.  




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin