154
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
158
Ədəbiyyat
Aykut A. Ansiklopedi. DĠA., Ankara, 1991, c. 3. s. 217-227.
Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. –Bakı: Maarif,
1988, 306 s.
Səmədova V. Azərbaycanda ensiklopedik nəĢrlər: tarixi və müasir
vəziyyəti // Aydın dərgisi, 2002, sayı 3, s. 87-103.
Vəliyev Ġ. Ġnsan həyatda və sənətdə. Bakı: GünəĢ, 1996, 256 s.
Vəliyev Ġ. Burulğanlar içində. Bakı: GünəĢ, 1997, 215 s.
Vəliyev Ġ. Redaksiya-nəĢriyyat iĢinin əsasları. – Bakı: 2004. - 140 s.
Адамов Е.Б., Кричевский В.Г. Оформление справочных
изданий. М., 1981. 110 с.
Винокуров Д. Методика подготовки отраслевой энциклопедии.
– М.: 1968.
Гудовщикова И.В. Общие зарубежные энциклопедии. Л., 1963.
87 с.
Крупенникова И.А. Справочный аппарат научно-технического
переводного словаря // Книга: Исслед. и материалы. 1974, Сб.
28. c. 47-58.
Призмент Э.Л. Справочный аппарат справочных изданий //
Предметизационные системы и аппарат книги (теория и
практика). М., 1999. c. 239-244.
Проблематика определений терминов в словарях разных типов.
Л., 1976. 226 с.
Редактирование отдельных видов литературы / Под ред. Н.
Сикорского. – Москва: Книга, 1987.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
159
VII FƏSĠL
TƏDRĠS ƏDƏBĠYYATI
Tədris ədəbiyyatının nəĢrə hazırlanması redaksiya-nəĢriyyat
fəaliyyətinin xüsusi sahəsidir. Belə ki, tədris ədəbiyyatının yara-
dılması prosesi bütün digər növ ədəbiyyatların hazırlanması prose-
sindən fərqlidir. Tədris ədəbiyyatı elmi və tətbiqi xarakterli sis-
temləĢdirilmiĢ məlumatı əhatə edən, tədris etmək və öyrənmək
üçün asan Ģəkildə Ģərh olunan və müxtəlif yaĢda təhsil alan oxucu
kütləsi üçün nəzərdə tutulmuĢ nəĢrdir.
Tədris ədəbiyyatı aĢağıdakı funksiyaları yerinə yetirir:
kommunikativ;
informativ;
dərk etdirmə (öyrədici);
inkiĢaf etdirici;
tərbiyə edici;
nizamlayıcı;
təĢkilati.
Tədris ədəbiyyatının oxucu auditoriyası təhsil alanları və tədris
edənləri əhatə edir. Ġnformasiyanın xarakterinə və məqsəd təyina-
tına görə tədris ədəbiyyatının aĢağıdakı növləri vardır:
1.
Proqram – metodik nəĢrlər (tədris planı, tədris proqramı);
2.
Tədris – metodik nəĢrlər (metodik göstəriĢlər, metodik töv-
siyə);
3.
Öyrədici nəĢrlər (dərslik, dərs vəsaiti, mühazirə konspekti,
mühazirə kursu);
4.
Köməkçi (yardımçı) nəĢrlər (praktikum, müntəxəbat;
məsələ və çalıĢmalar toplusu; oxu üçün kitab).
Proqram-metodik nəşrlər fənnin məqsədini, strukturunu,
məzmunu, ayrı-ayrı suallara dair materialın həcmini müəyyən
edir. Proqram-metodik vəsaitlərə tədris planı və tədris proqramı
aiddir. Bu nəĢrlər tədris prosesinində iĢtirak edən müəllimlər və
metodistlər üçün nəzərdə tutulmuĢdur.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
160
Tədris planı tədris prosesini nizama salan sənəddir. Bu sə-
nəddə təhsilin forması və növü, praktik və laboratoriya iĢləri, kurs
və buraxılıĢ iĢləri və s. öz əksini tapır.
Tədris proqramı fənnin məzmunu və həcmini əhatə edən
nəĢrdir. Burada fənnə dair ədəbiyyat da yer alır.
Tədris-metodik nəĢrlərə metodik göstəriĢlər və metodik
tövsiyə aiddir. Bu nəĢrlər də tədrisin metodikasına dair ma-
terialları əhatə edir.
Öyrədici nəĢrlərə dərslik, dərs vəsaiti, mühazirə konspekti və
mühazirə kursu aiddir.
Dərslik konkret fənn üzrə tədris planı və proqram əsasında
hazırlanmıĢ nəzəri və praktik biliklərin əsaslarının sistemli və an-
laĢıqlı Ģəkildə izah olunduğu əsas vəsaitdir. Dərslik fənnə dair ba-
za biliklərini əhatə edir. Məzmununa görə dərslikləri ümumi və
xüsusiyə ayırırlar.
Dərs vəsaiti konkret fənn üzrə tədris proqramına uyğun ha-
zırlanmıĢ, dərslikdə verilən biliklərin geniĢləndirilməsi və möh-
kəmləndirilməsinə xidmət edən vəsaitdir. Dərs vəsaitləri tədris
proqramlarında nəzərdə tutulan biliklərin yaxĢı qavranılması, də-
rinləĢdirilməsi və geniĢləndirilməsi üçün yaradılmıĢdır
155
.
Variativ dərsliklər – ayrı-ayrı müəlliflərin (müəllif qru-
punun) vahid tədris proqramı əsasında eyni fənn üçün hazırladıq-
ları müxtəlif dərsliklərə deyilir.
Ali məktəb tələbələri üçün mühazirə kursu və mühazirə
konspekti kimi nəĢrlər də hazırlanır.
Mühazirə kursu fənnə dair bir müəllifin və ya bir neçə müəl-
lifin mühazirələrini əhatə edir. Mühazirə kursu dərsliyə əlavə he-
sab olunur və yeni materialı əhatə edir. Mühazirələr oxunmuĢ ma-
terial əsasında yaradılır. Beləliklə, mühazirə kursu – konkret prob-
lemi açan, müəllifn öz mövqeyini göstərdiyi müəllif iĢidir.
155
Canıyeva U. Tədris ədəbiyyatının tipoloji xüsusiyyətləri və növləri // Bakı
Universitetinin Xəbərləri, humanitar elmlər seriyası, 2007, N 3, s. 196.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
161
Mühazirə konspekti isə mühazirə kursunun əsas müddəaları-
nı əhatə edir. Daha çox yeni fənnə dair və dərsliyə əlavə kimi ha-
zırlanır.
Köməkçi nəĢrlər arasında müntəxəbatları və oxu üçün kitab-
ları xüsusi qeyd etmək lazımdır. Müntəxəbat dərsliyin məzmunu-
nu açan nəĢrdir. Oxu üçün kitablar isə əsasən xarici dilləri öyrə-
nənlər üçün nəzərdə tutulmuĢdur.
Praktikumlara tapĢırıqlar, məsələlər, yoxlama iĢlərinin məc-
musu daxildir. Burada əsas yeri özünüyoxlama sualları və tapĢırıq-
ları tutur. Çox vaxt praktikumları metodiki göstəriĢlərə aid edirlər.
Tədris ədəbiyyatının aparatının redaktəsi
Tədris ədəbiyyatı nəzəriyyəsində aparatın üç növünü fərq-
ləndirirlər:
1.
istiqamətləndirici aparat;
2.
materialın mənimsənilməsini təĢkil edən aparat;
3.
nəĢri bütünlükdə təkmilləĢdirən aparat.
İstiqamətləndirici aparata müqəddimə, qeyd, nəticə, biblio-
qrafik material, göstərici, əlavə, lüğət, ixtisarlar siyahısı, Ģərti iĢa-
rələr siyahısı, rubrikasiya daxildir.
Materialın mənimsənilməsini təĢkil edən aparat (metodik
aparat) sualları, çalıĢma və tapĢırıqları əhatə edir.
Nəşri bütünlükdə təkmilləşdirən aparat digər növ ədəbiyyat-
ların aparatına oxĢayır. Amma özünəməxsus cəhətləri də mövcud-
dur.
Tədris ədəbiyyatının aparatı üzərində redaktor iĢinin əsas
istiqamətlərinə diqqət yetirək.
Ġstiqamətləndirici aparatın vəzifəsi oxucunun bilik əldə et-
məsinə kömək etmək və ondan effektiv istifadəni təmin etməkdir.
Ġstiqamətləndirici aparatın elementləri oxucuda öyrənilən predme-
tə maraq oyatmalıdır.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
162
Aparatın elementlərinə müqəddimə, qısa əlavə, izah, əsas
mətnə dəqiqləşdirmə, şərh, nəticə daxildir. Bu materialların məz-
mununu analiz edərkən əsas diqqəti təĢkilati-metodik hissəyə ayır-
maq lazımdır. Müqəddimədə öyrənilən fənnin məntiqini açmaq,
onun əsas və çətin aspektlərini izah etmək, digər mənbələrdən
əlavə informasiya almaq mümkünlüyünü göstərmək lazımdır. Mü-
qəddimədə fənnin vacib cəhətlərinə müəllif mövqeyinin xarak-
teristikası, sözügedən fənnin digər fənlərin öyrənilməsinə təsiri və
s. qeyd olunur. Müqəddimədə həm də tədris ədəbiyyatından isti-
fadə qaydaları haqqında da məlumat verilməlidir.
Redaktor müqəddiməni nəzərdən keçirərkən kursun bütün-
lükdə xarakteristikasının dürüstlüyünü, müəyyən həcmdə informa-
siyanı qavramaqda bu nəĢrin rolunu qiymətləndirməlidir. Kursun
öyrənilməsi istiqamətinə söykənərək müqəddimənin metodik as-
pektlərini qiymətləndirmək lazımdır.
Qısa əlavələr, izah, əsas mətnə dəqiqləĢdirmə, Ģərh və nəti-
cəyə redaktor iki müstəvidə baxır: əsas mətnlə əlaqə və şərhlərin
yerləşdirilmə düzgünlüyü (mətn daxilində, sətr altında və ya mət-
nin sonunda).
Tədris kursunu tamamlayan nəticə həm də metodik xarakter
daĢıyır. Nəticə oxucuda əldə olunmuĢ bilikləri yekunlaĢdırmaq
üçün nəzərdə tutulur. Redaktor kitabın oxucu dairəsini nəzərə ala-
raq, nəticəni analiz etməlidir. Bu zaman redaktor nəticənin kurs ilə
əlaqəsini üzə çıxarmalıdır.
Materialın mənimsənilməsini təĢkil edən aparat tədris ədə-
biyyatının və didaktik sistemin əsas hissəsidir və sualları, məĢğə-
lələri, tapĢırıqları əhatə edir.
Metodik aparat məktəb dərslikləri üçün xüsusilə vacibdir. Bu
aparatın məqsədi dərslikdə yer alan materialın əlavə iĢlənməsini
təmin etmək, oxucunu sərbəst Ģəkildə yoxlamaq, nəzəri bilikləri
praktikaya tətbiq etməkdir.
Metodik aparatın düzgün, dəqiq iĢlənilməsi məsuliyyəti
müəllifin üzərinə düĢür. Bu aparatın hazırlanması zamanı əsas cə-
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
163
hət oxucunun bilik və imkanlarını nəzərə almaqdır. Redaktor sual
və məsələlərin qiymətləndirilməsinə formal yanaĢmamalıdır. Apa-
ratın bu elementi həm də fənnin xüsusiyyətləri ilə müəyyən olu-
nur. Ġlk baxıĢda elə görünə bilər ki, müəlliflər sualları müxtəlif-
ləĢdirməlidirlər. Ancaq vəsaitin predmeti bütünlükdə konkret
praktikaya istiqamətləndirilmiĢdir.
Redaktor müəlliflə birlikdə aparatın məqsədini müəyyənləĢ-
dirərkən fənnin xüsusiyyətlərini nəzərə almalıdır.
Annotasiya mündəricat, məqsəd təyinatı, oxucu auditoriyası
nöqteyi-nəzərindən nəĢrin qısa xarakteristikasını əks etdirir. NəĢ-
rin seçilməsində, reklam kampaniyasının təĢkilində annotasiyadan
istifadə olunur. Ona görə də buradakı informasiyalar tövsiyəedici
xarakter daĢıyır.
Dərsliklərin nəşrə hazırlanması
Dərslik fənnin məzmununa aid ən zəruri elmi-nəzəri mate-
rialları əhatə etməklə yanaĢı, həm də tədris prosesinin ümumi sis-
temini istiqamətləndirir. Dərsliyin hazırlanması elmi, intellektual,
texniki və bütövlükdə yaradıcı xarakterli mürəkkəb prosesdir. Bu
proses 3 istiqamətdə gedir:
dərsliyin layihələĢdirilməsi;
dərsliyin yazılması;
dərsliyin istehsalı
156
.
Bu fazaların hər biri də müxtəlif mərhələləri əhatə edir. Belə
ki, dərsliyin layihələşdirilməsi zamanı yeni dərsliyə tələbat öyrə-
nilməli, layihə, tədris prosesinin konsepsiyası, dərsliyin məzmun
və strukturu, proqrama uyğunluğu müəyyənləĢdirilməli, material-
lar toplanmalı, nümunə üçün bir fəsil yazılmalı, dərsliyin struktur
quruluĢunun mövcud tədris proqramına uyğunluğu öyrənilməlidir.
156
Dərslik necə olmalıdır / tərcümə ed. N.Qaramanlı, A.Həsənov və G.Məmmə-
dova. - Bakı: 2003, s.4.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
164
Dərsliyin yazılması zamanı dərsliyin texniki tərtibat parametrləri
müəyyənləĢdirilməli, dərsliyin mətni yazılmalı, illüstrasiyalar ha-
zırlanmalı, ifadə ardıcıllığı və dərslik bütövlükdə eksperimental
qaydada yoxlanılmalıdır. Dərsliyin istehsalı zamanı dizayn nümu-
nəsi hazırlanmalı, mətn yığılmalı və səhifələnməli, məlumat-soraq
aparatı hazırlanmalı, mətnin redaktəsi və korrekturası aparılmalı
və sonda çap olunmuĢ dərslik eksperimental qaydada yoxlanılma-
lıdır.
Dərsliyin layihələşdirilməsi zamanı yeni dərsliyə tələbat öy-
rənilməlidir. ġagirdlər, müəllimlər arasında sorğu keçirilir. Möv-
cud dərslikdən fərqli olan yeni dərsliyin yaradılması zərurəti istər
müəllif, istərsə də nəĢriyyat tərəfindən əsaslandırılır. Müəllifin da-
ha yaxĢı dərslik hazırlayacağı fikri subyektiv də ola bilər. NəĢriy-
yat müəllifin mülahizələrini təhlil etməklə yanaĢı, həm də dərsli-
yin məzmunu, onun hazırlanmasının texniki və maliyyə aspektlə-
rini dərindən araĢdırmalıdır. Layihənin müəyyənləĢdirilməsi iĢin
daha konkret mərhələsini əhatə edir. Bu mərhələdə kitabın yaradıl-
ması qərara alınır. Müəlliflə naĢir arasında müqavilə hazırlanır. Bu
müqavilədə hazırlanacaq kitabın əsas pedaqoji, texniki, maliyyə
aspektləri öz əksini tapır. Layihənin müəyyənləĢdirilməsi zamanı
həm də dərslik komponentləri – dərslik, müəllim üçün vəsait,
Ģagird dəftəri, çalıĢmalar toplusu, müntəxəbat, test toplusu və s.
müəyyənləĢdirilir
157
.
Dərslik layihələĢdirilən zaman tədris prosesinin konsepsiyası
da müəyyənləĢdirilməlidir. Bu mərhələdə müəlliflər ilk növbədə
tədris prosesinin konsepsiyasını özləri üçün aydınlaĢdırırlar.
Dərsliklər dövlət qurumları (Azərbaycan Respublikası Təhsil
Nazirliyi) tərəfindən təsdiq olunmuĢ məcburi və ya tövsiyə xarak-
terli proqramın tələblərinə, məzmununa və əsas istiqamətinə uy-
157
Dərslik necə olmalıdır / tərcümə ed. N.Qaramanlı, A.Həsənov və G.Məmmə-
dova. – Bakı: 2003, s. 8.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
165
ğun olmalı və müəlliflər tərəfindən bu prinsip mütləq nəzərə alın-
malıdır.
LayihələĢdirmə mərhələsində dərsliyin hazırlanması üçün la-
zım olan bütün materiallar - mövzulara aid ilkin qeydlər, çalıĢma-
lar, suallar, sorğu kitabları, dövri mətbuatdan məqalələr toplanır,
gözdən keçirilir və sistemləĢdirilir.
Nümunə üçün bir fəsil yazılarkən hər hansı bir fəslin tam və
ya qismən hazırlanması nəzərdə tutulur. YazılmıĢ fəsil dərsliyə ya-
naĢma konsepsiyasını, onun bütün tələblərini özündə əks etdirmə-
li, aĢağıdakı suallara cavab verməlidir:
Fəsillərin icmalı veriləcəkmi?
Yeni anlayıĢlar necə daxil ediləcəkdir?
VerilmiĢ informasiya ilə çalıĢmalar və praktik tapĢırıqlar
arasında proporsiya gözlənilirmi?
158
.
Dərsliyin əsas istiqamətinin aydınlaĢdırılması ilə eyni za-
manda fəslin eksperimental qaydada yoxlanılması iĢi də təĢkil
olunmalıdır. Məhz bu zaman dərsliyin irəli sürülən tələblərə uy-
ğunluğu, daxil edilmiĢ yeniliklərin istifadəçilər tərəfindən baĢa dü-
Ģüləcəyi, informasiya təklifi ilə vərdiĢ qazanılması arasında tara-
zlıq gözləniləcəyi və s. kimi suallara cavab tapmaq mümkündür.
Dərsliyin tərtibatının əsas parametrlərinin (səhifələrin təxmi-
ni sayı, formatı, rənglərin sayı və s.) müəyyən edilməsi dərsliyin
hazırlanması iĢinin əsas mərhələlərindən biridir. Bu texniki xa-
rakteristikalar dərsliyin konsepsiyasının əsas cəhətlərindən oldu-
ğundan, iĢin baĢlanğıcında nəzərə alınmalıdır.
Dərslik tədris prosesinin əsas tərkib hissəsi olub, bu və ya di-
gər fənnin öyrənilməsinə, müəyyən vərdiĢlərin qazanılmasına xi-
dmət edir. Belə bir geniĢ funksiyanı özündə daĢıdığına görə dərs-
lik hazırlayarkən bir tərəfdən tədris prosesinin strukturu təhlil
olunmalı, digər tərəfdən isə metodoloji məsələlər nəzərə alınmalı-
dır.
158
Yenə orada, s. 8.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
166
Tədris prosesinin konsepsiyasından asılı olmayaraq, onun üç
əsas istiqamətini müəyyənləĢdirmək olar:
yeni mövzunun öyrənilməsi;
yeni vərdiĢin qazanılması;
həm yeni mövzunun öyrənilməsi, həm də yeni vərdiĢin
qazanılması
159
.
Dərslikdəki hər hansı bir mövzunun baĢa düĢülməsi üçün ilk
növbədə mövzu haqqında təsəvvür yaradılmalıdır. Bu təsəvvürü
aĢağıdakı üsullarla yaratmaq mümkündür:
Qabaqlayıcı baxışın məqsədi tədris prosesi üçün geniĢ zəmin
hazırlamaqdır. Bununla da oxucu tədris prosesinin sonunda hansı
biliklərə yiyələnəcəyini təsəvvür etmək imkanı qazanır.
Motivasiya tədris prosesinə, keçilən mövzuya marağın artı-
rılmasına yönəlmiĢdır. Bu zaman real həyatdan götürülmüĢ kiçik
əhvalatlardan, hadisələrdən istifadə edilə bilər.
Mövzuya giriş üçün tapşırıq
Müşayiətedici vəsait – mövzu mətn, rəsm, foto və ya sxem
Ģəklində hər hansı əyani vasitələrlə müĢayət oluna bilər.
İlk çalışma – mövzu ilə bağlı verilən ilk çalıĢma oxucunun
malik olduğu biliklər ilə yeni material arasında əlaqə yaratmaq
funksiyası yerinə yetirir.
İnformasiyanın tutuşdurulması – tədris prosesində bütün hal-
larda yeni alınmıĢ biliklər fənn haqqındakı təsəvvürlər və fənn üz-
rə artıq əxz olunan biliklərlə tutuĢdurulmalıdır.
Məktəb dərsliklərini araĢdıranlar belə bir nəticəyə gəlmiĢlər
ki, dərsliklərdəki mətnləri iki cür qiymətləndirmək olar: çox çətin
qavranılan mətnlər və çətin qavranılan mətnlər.
Bütün hallarda mətnin qavranılması müəlliflərin dərslikdə
verdikləri informasiyanın oxucu üçün nə dərəcədə anlaĢıqlı olma-
159
Dərslik necə olmalıdır / tərcümə ed. N.Qaramanlı, A.Həsənov və
G.Məmmədova. - Bakı: 2003, s. 17.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
167
sından asılıdır. Bu baxımdan qeyd etmək lazımdır ki, qavramanın
səviyyəsi təkcə mətnin öz xüsusiyyətindən deyil, həm də oxucu-
dan asılıdır.
Oxucunun mətni qavramasına aĢağıdakı Ģərtlər təsir göstərir:
Texniki amillər – Ģriftlər, sətirlərin uzunluğu, kağızın key-
fiyyəti;
Mətndə verilən ideyalar;
Ġdeyaların ifadə üsulları – forma, leksika, cümlələrin quru-
luĢu.
Dərsliklərin soraq-məlumat aparatı
Dərslik forma cəhətdən elə qurulmalıdır ki, funksiyasından,
məzmunundan, məqsədindən asılı olmayaraq ondan istifadə edən-
lər müxtəlif situasiyalarda və müxtəlif məqsədlərlə ondan yarar-
lansınlar. Soraq-məlumat aparatı informasiya axtarıĢında oxucu-
nun iĢini yüngülləĢdirmək üçün müəlliflərin nəzərdə tutduğu vasi-
tədir. Bu bələdçi vasitələr maksimum informasiyadan maksimum
faydalanmağa imkan verir.
Dərsliklərdə istifadə olunan soraq-məlumat aparatının aĢağı-
dakı növləri vardır
160
:
dərsliklərdən istifadəyə kömək edən texniki soraq-məlu-
mat aparatı: mündəricat, göstəricilər, qeydlər;
fənni öyrənməyə kömək edən pedaqoji soraq-məlumat
aparatı: xülasə, lüğət, pedaqoji prinsiplərin izahı və s.
Dərsliklərdə təqdim olunan soraq-məlumat vasitələrinin va-
riantları çoxdur. Onlardan bəzilərinə diqqət yetirək.
Minnətdarlıq – müəllif öz həmkarlarına, redaktora, rəyçiyə
minnətdarlığını bildirir.
Biblioqrafiya – konkret mövzuya aid olan kitabların siyahısı.
160
Yenə orada, s. 68.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
168
GiriĢ – nəĢrin əvvəlində verilən bu mətndə nəĢrin məqsədi,
öyrənilən mövzular, dərsliyin daxili strukturu göstərilir.
Müqəddimə - veriləcək daha vacib informasiya üçün giriĢdir.
Təlimat – dərslikdən istifadə üsullarının izahı.
Dərslikdən necə istifadə etməli? – Burada dərslikdən istifadə
üsullarının izahı və ya dərsliyin təyinatı və tətbiqi barəsində müəl-
lifin təsəvvürlərinin Ģərhi verilir.
Leksika – dərslikdə istifadə olunan spesifik leksikadan, yeni
və ya mürəkkəb terminlərdən ibarət kiçik həcmli lüğət.
Metodoloji qeydlər – məqsədlər, metodlar, qiymətləndirmə-
lər barəsində xüsusi qeydlər.
Müəllif haqqında qısa məlumat.
Oxucuya müraciət – dərsliyin bəzi cəhətlərinə oxucunun diq-
qətini cəlb edən müqəddimə.
Mündəricat – bütün bölmələrin, fəsillərin baĢlanğıc səhifəsi
göstərilməklə nəĢrin planı.
Ön söz – müəllif tərəfindən yazılmıĢ, kitabın əvvəlində yer-
ləĢdirilən mətn. Bu mətndə kitabın məzmunu ümumi Ģəkildə veri-
lir və dərslik bütövlükdə nəzərdən keçirilir.
Əlavələr – kitabı oxuyarkən lazım olmayan və kitabın so-
nunda yerləĢdirilən ayrı-ayrı elementlər, texniki vəsait, əlavə mə-
lumat.
Qeydlər – mövzuya birbaĢa bağlı olmayan, səhifənin aĢağı-
sında yerləĢdirilən əlavə informasiya.
Ġllüstrasiyaların siyahısı – səhifə, rəssamın adı göstərilməklə
illüstrasiyalara dair bütün Ģəkilaltı sözlərin siyahısı.
Cədvəl – sətirlər və sütunlar üzrə sistemləĢdirilmiĢ qaydada
yerləĢdirilən məlumatlar qrupu.
Göstərici – səhifələri göstərilməklə kitabda adı çəkilən əsas
anlayıĢların əlifba qaydası ilə yerləĢdirilməsi.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
169
Azərbaycanda dərsliklərin nəşri məsələsi və müasir durum
Azərbaycan Respublikasında dərslik siyasətini Azərbaycan
Respublikasının Nazirlər Kabineti müəyyən edir.
Dərslik siyasətinin məqsədi məktəbliləri müasir standartlara
uyğun bilik, bacarıq və vərdiĢlərə yiyələndirmək, Vətəninə, xalqı-
na, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəĢəri dəyər-
lər zəminində formalaĢan, fiziki və mənəvi cəhətdən sağlam, müs-
təqil həyata hazır və demokratik düĢüncəli vətəndaĢlar kimi yetiĢ-
dirməkdir.
Dərslik siyasəti bu iĢdə əsas icra orqanı funksiyasını yerinə
yetirən Təhsil Nazirliyinin, onun müvafiq strukturlarının, elmi qu-
rumların, özəl təĢkilatların və ictimai orqanların vasitəsilə həyata
keçirilir.
Dərslik siyasəti həyata keçirilərkən Azərbaycan Respubli-
kası Konstitusiyası, Təhsil Qanunu, Azərbaycan Respublikasının
müvafiq qanunvericilik aktları və “Ümumi təhsil sistemində dərs-
lik siyasəti” əsas götürülür.
“Dərslik siyasəti” sənədi Nazirlər Kabineti tərəfindən təsdiq
olunur. “Dərslik siyasəti” sənədinə aid olan “Dərslikləri Qiymət-
ləndirmə ġurasının Əsasnaməsi”, “Dərsliklərin qiymətləndirilməsi
meyarları”, “Yeni dərsliklərin yaradılması qaydaları”, “Dərsliklə-
rin texniki və gigiyenik standartları” müvafiq olaraq Təhsil Nazir-
liyi tərəfindən təsdiq olunur.
Dərsliklərin məzmununa verilən əsas tələblər:
Dərsliklərdə:
- Ģagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni də-
yərləri ruhunda tərbiyə olunmasına, onların öz ailəsini, xalqını,
vətənini sevməsinə, insan haqlarına və bəĢəri dəyərlərə hömrət
etməsinə yönələn ideyalar olmalıdır;
- Ģagirdlərin yaĢ psixologiyası və fizioloji xüsusiyyətləri nəzərə
alınmalıdır;
- dünyəvilik prinsipinə riayət edilməlidir;
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
170
- elmin, texnikanın və mədəniyyətin müasir nailiyyətləri haq-
qında yoxlanılması mümkün olan və səlahiyyətli mənbələrdən
götürülmüĢ məlumatlar öz əksini tapmalıdır;
- illüstrasiyalar yığcam və mövzulara uyğun olmalıdır;
- Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına,
ölkənin qoĢulduğu beynəlxalq hüquqi aktlara zidd olan fikirlərə
yer verilməməlidir;
- milli, dini, irqi, cinsi və siyasi ayrıseçkilik təbliğ edən fikirlər,
mübahisə doğuran məlumatlar olmamalıdır;
- elmi mübahisə doğuran məsələlərə yer verilməməlidir
161
.
Ümumtəhsil məktəbləri üçün dərsliklərin nəĢri, çapı və pay-
lanması qaydaları Azərbaycan Respublikası Təhsil Nazirliyinin
02.10.2006-cı il tarixli, 716 nömrəli əmri ilə təsdiq edilmiĢdir.
1. Ümumi müddəalar
1.1. Bu qaydalar Azərbaycan Respublikası Prezidentinin 20
fevral 2003-cü il tarixli 854 nömrəli Fərmanı ilə təsdiq edilmiĢ
«2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsullu-
ğun azaldılması və iqtisadi inkiĢaf üzrə Dövlət Proqramı»nın icra-
sını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Ka-
binetinin 19 mart 2004-cü il tarixli sərəncamına əsasən hazırlan-
mıĢdır və ümümtəhsil məktəbləri üçün dərsliklərin nəĢri, çapı və
paylanmasını tənzimləyir.
2. Dərsliklərin nəĢri və çapı
2.1. Dərsliklərin dövlət vəsaitləri hesabına nəĢr və çap olun-
ması «Dövlət satınalmaları haqqında» Azərbaycan Respubli-
kasının Qanununa uyğun olaraq həyata keçirilir.
2.2. Ġlk dəfə çap olunan dərsliklərin birinci il ümumi tələ-
batın 105 faizi, sonrakı 3 ildə hər il 15 faizi çap olunur.
161
http://portal.edu.az/index.php?r=article/item&id=220&mid=6&lang=az
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
171
2.3 .I sinifin «Əlifba» dərsliyi hər il tələbata uyğun (Gürcüs-
tan və Dağıstanda) təhsili Azərbaycan dilində aparan dövlət
ümumtəhsil məktəbləri və MDB ölkələrindəki «Bazar günü» mək-
təbləri də nəzərə alınmaqla) çap olunur və tədris ilinin sonunda
Ģagirdlərə hədiyyə edilir. (özəl təhsil məktəbləri istisna olmaqla).
2.4. Fənn proqramlarının dəyiĢdirilməsi ilə bağlı hər bir si-
nif və fənn üzrə yeni dərsliklərin çapı onların birinci il nəĢri sa-
yılır.
2.5. Zəruri hallarda, ayrı-ayrı dərsliklərin, o cümlədən həf-
tədə daha az dərs saatı olan fənlər üzrə dərsliklərin əlavə çap faizi
dəyiĢdirilə bilər.
2.6. Çap olunacaq dərsliklərin siyahısı və tirajı Təhsil Nazir-
liyi tərəfindən bir il əvvəl tələbata uyğun hazırlanıb təsdiq edilir.
3. Dərsliklərin paylanması
3.1. Dərsliklərin yerlərə çatdırılması dövlət vəsaiti hesabına
həyata keçirilir.
3.2. Çap edilən dərsliklər nəĢriyyatlar tərəfindən bir qayda
olaraq Nazirliyin Maddi-Texniki Təchizat Ġdarəsinə təhvil verilir
və təsdiq olunmuĢ bölgü əsasında buradan rayon (Ģəhər) təhsil Ģö-
bələrinə çatdırılır.
3.3. Rayon təhsil Ģöbələri həmin kitabları Ģagirdlərə təqdim
etmək üçün orta təhsil məktəblərinə (özəl təhsil məktəbləri istisna
olmaqla) göndərir.
3.4. Ümumtəhsil məktəblərində Ģagirdlərin istifadəsi-
nə pulsuz verilən dərsliklərin uçotu əsasında dərslik fondları ba-
rədə məlumat rayon təhsil Ģöbələri tərəfindən ümumiləĢdirilir və
müvafiq forma əsasında Nazirliyə hesabat təqdim olunur.
Azərbaycanda ümumi təhsilin konsepsiyası - Milli Kurikulu-
mu konseptual xarakterli çərçivə sənədi olub, ümumi təhsil üzrə
təlim nəticələrini və məzmun standartlarını, ümumi təhsilin hər bir
pilləsində nəzərdə tutulan fənləri, həftəlik dərs və dərsdənkənar
məĢğələ saatlarının miqdarını, pedaqoji prosesin təĢkili, təlim
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
172
nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prin-
sipləri, fənn kurikulumlarının strukturunu əhatə edir.
Milli Kurikulum ictimai-siyasi, mədəni və sosial həyatın
qloballaĢdığı və universallaĢdığı, informasiya-kommunikasiya tex-
nologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövr-
də hər bir Ģəxsin istedad və qabiliyyətinin müstəsna əhəmiyyət
kəsb etdiyi nəzərə alınaraq, müstəqil qərarlar qəbul etməsi üçün
onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına,
cəmiyyətin inkiĢafının əsas hərəkətverici qüvvəsi olan insanın for-
malaĢdırılmasına və problemlərin həllinə yönəlmiĢdir
162
.
2011-ci il ərzində umumtəhsil məktəblərinin III sinifləri
üçün 3, IV sinifləri ucun 13 dərslik komplektinə və VII-XI siniflər
üçün 18 dərsliyə qrif verilmiĢdi. 2011-ci ildə ali və orta ixtisas
təhsili müəssisələrindən daxil olmuĢ 1700 adda proqram, dərslik,
dərs vəsaiti və metodik vəsaitin əlyazması Nazirliyin Elmi-Meto-
dik ġurasının müvafiq bölmələrinə müzakirəyə göndərilmiĢdir.
Həmin müzakirələrdən sonra çapa məsləhət görülən və ya tövsiyə
edilən 1669 adda əlyazması mövcud qaydalara uyğun olaraq sə-
nədləĢdirilmiĢ və rəhbərliyə təqdim olunaraq təsdiq edilmiĢdir.
Beləliklə, 2011-ci il ərzində 990 adda proqrama, 145 adda dərsli-
yə, 314 adda dərs vəsaitinə, 220 adda metodik vəsaitə Təhsil Na-
zirliyinin əmri ilə nəĢr hüququ (qrifi) verilmiĢdir. 2011/2012-ci
dərs ilinə umumtəhsil məktəbləri ucun 140 adda 3566100 nusxə ti-
rajla dərslik və muəllim ucun metodik vəsait cap edilmiĢdir.
VII-XI siniflər üçün təlim dilləri üzrə 35 adda dərsliyin, IV
siniflər üçün 34 adda dərslik və muəllim üçün metodik vəsaitin
nəĢri üzrə mövcud qanunvericiliyə uyğun olaraq - “CaĢıoğlu”,
“Xəzər-Etiket”, “Təhsil”, “Aspoliqraf”, “Bakı”, “XXI” Yeni NəĢr-
lər Evi, “Kövsər”, “ġərq-Qərb”, “Altun Kitab”, “Bizim Kitab”
162
http://www.kurikulum.az/index.php?option=com_content&view=article&id=
210&Itemid=116&lang=az
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
173
nəĢriyyat-poliqrafiya muəssisələri ilə satınalma muqavilələri bağ-
lanmıĢ, dərslik və müəllim üçun metodik vəsaitlər cap edilərək,
Nazirliyin Maddi-Texniki Təchizat Ġdarəsinə təhvil verilmiĢdir
163
.
Dostları ilə paylaş: |