Ədəbiyyat
Canıyeva U. Tədris ədəbiyyatının tipoloji xüsusiyyətləri və növləri
// Bakı Universitetinin Xəbərləri, Humanitar elmlər seriyası, 2007,
N 3, s. 193-197.
Canıyeva U. Tədris ədəbiyyatının strukturu üzərində redaktor iĢi //
Bakı Universitetinin Xəbərləri, Humanitar elmlər seriyası, 2005, N
2, s. 201-205.
Dərslik necə olmalıdır / tərcümə ed. N.Qaramanlı, A.Həsənov və
G.Məmmədova. Bakı, Oka ofset, 2003, 88 s.
Антонова С.Г., Тюрина Л.Г. Современная учебная книга:
Учебное пособие. М., 2001.
Бейлинсон В.Г. Арсенал образования: Характеристика,
подготовка, конструирование учебных изданий. М., 1986.
Зуев Д.Д. Школьный учебник. М., 1983.
Редактирование отдельных видов литературы / Под ред. Н. Си-
корского. – Москва: Книга, 1987.
163
http://www.edu.gov.az/upload/file/HESABAT/hesabat 2011/derslik.pdf
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
174
VIII FƏSĠL
UġAQ ƏDƏBĠYYATININ NƏġRƏ HAZIRLANMASI
Uşaq ədəbiyyatı və onun növləri
UĢağın yaĢına, maraq və ehtiyaclarına uyğun kitablar onun
inkiĢafına təsir göstərməkdədir. UĢaq ədəbiyyatı ən çox nəĢr olu-
nan, xüsusi diqqət və həssaslıq tələb edən ədəbiyyat növüdür.
Müasir uĢaq ədəbiyyatı keçmiĢ ənənələrdən faydalanaraq, bugün-
kü uĢaqların mənəviyyatını, biliyini, dünyagörüĢünü zənginləĢdir-
məyə imkan verən ədəbiyyat növü kimi qəbul edilir və bütün
dünyada əsas nəĢriyyat məhsulu kimi sayca və həcmcə xüsusi yer
tutur
164
.
Nizami Gəncəvidən baĢlamıĢ Məhəmməd Füzuli, Seyid
Əzim ġirvani, Sabir, RəĢid bəy Əfəndiyev, Mirzə Cəlil, Süleyman
Sani Axundov, Mikayıl MüĢfiq kimi ən dəyərli Ģair və
yazıçılarımız uĢaq tərbiyəsini formalaĢdırmağa xidmət edən
əsərlər ortaya qoymuĢlar. Azərbaycanda uĢaq ədəbiyyatının
inkiĢaf yolu spiralvari, fasiləli olub. Belə ki, müəyyən zaman-
məkan daxilində uĢaq ədəbiyyatının inkiĢaf etdirilməsi dövlətin
maraq dairəsində dayanıb, dövlət səviyyəsində qərarlar qəbul
edilib, vəsait ayrılıb. Bəzənsə bu sahə tamamilə unudulub
165
.
Azərbaycan Yazıçılar Birliyi “UĢaq ədəbiyyatı Ģöbəsi”nin
müdiri Q.Nəcəfzadə müasir uĢaq ədəbiyyatımızın problemlərini
aĢağıdakı kimi qruplaĢdırmıĢdır:
Bugünkü uĢaq Ģeirimiz xalq ruhundan, xalqın intonasiyasından uzaq
düĢüb. UĢaq Ģeirimiz folklora qayıtmalıdır. Və təbii Ģəkildə uĢaq düĢün-
cələrinə ictimai-sosial məzmun verilməlidir;
164
Vəliyev Ġ. Ədəbi-bədii və uĢaq kitablarının redaktəsi. – Bakı: 2002, s. 137.
165
Hüseynoğlu S. UĢaq ədəbiyyatımızın problemləri // Türk xalqları ədəbiyyatı.
Beynəlxalq uĢaq ədəbiyyatı konqresi materiallar. Bakı: 2008, II kitab, s. 713.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
175
Ən böyük problemlərdən biri də uĢaq və böyük ədəbiyyatının arasında
kəskin fərq qoyulmasıdır. Bu fərq pedaqoji tərəfi saxlanılmaqla aradan
qaldırılmalıdır;
Bugünkü uĢaq Ģeirimizin fəlsəfəsi çatmır;
Bugünkü uĢaq ədəbiyyatımızın dili bərbad vəziyyətdədir. Ədəbiyyat hər
Ģeydən əvvəl canlı dildən ibarətdir;
Ən ciddi problemlərdən biri də uĢaqları böyük kimi danıĢdırmaqdır;
Süni vətənpərvərliklə üfürülmüĢ kütləvi uĢaq obrazlarına son qoymaq
lazımdır;
Əsas problemlərdən biri də oxucu problemidir. Bu gün uĢaq mətbuatının
orta məktəblərdə oxucusu yoxdursa, deməli, biz oxucu yetiĢdirmirik,
deməli, gələcək ədəbiyyatımızı oxuyan olmayacaq...
166
.
Müasir uĢaq ədəbiyyatı dünya ədəbiyyatının ayrılmaz hissəsi
kimi inkiĢaf edir. Ona görə də dünya ölkələrində uĢaqlar üçün ki-
tablar çap edən nəĢriyyatlar Ģəbəkəsi, müəlliflər, redaksiya -
nəĢriyyat kollektivləri formalaĢır.
UĢaq ədəbiyyatı mənən zəngin olan estetik zövqə malik hər-
tərəfli Ģəxsiyyətin formalaĢması üçün nəzərdə tutulduğu üçün na-
Ģirlər bütün səylərini dünya klassikasının görkəmli nümunələrinin,
müasir müəlliflərin bədii cəhətdən ən kamil əsərlərinin buraxılma-
sı hesabına uĢaq ədəbiyyatının repertuarının inkiĢafına yönəldir-
lər
167
. UĢaqlar üçün ədəbiyyatın spesifikliyi hər Ģeydən öncə onun
pedaqoji-tərbiyəvi vəzifələri ilə, həmçinin uĢağın təbiəti, uĢaq
qavrayıĢının xarakteri ilə Ģərtlənir. UĢaq kitablarının pedaqoji yö-
nü onun hər bir uĢağın həyatında vacib olan tərbiyəvi əhəmiyyəti-
ni nəzərdə tutur. Deməli, onun keyfiyyətinin müəyyən edilməsinin
ən vacib elementlərindən biri tərbiyəvi cəhətdir.
“Göyərçin” jurnalının baĢ redaktoru, Ģair və alim R.Yu-
sifoğlu uĢaq ədəbiyyatında varislik prinsipinin olduqca vacib mə-
sələ olduğunu qeyd edir: “Bizdən əvvəl müxtəlif dillərdə yazılan
166
Nəcəfzadə Q. Müasir uĢaq ədəbiyyatının problemləri // Türk xalqları ədə-
biyyatı. Beynəlxalq uĢaq ədəbiyyatı konqresi materiallar. Bakı: 2008, II kitab, s.
658.
167
Vəliyev Ġ. Ədəbi-bədii və uĢaq kitablarının redaktəsi. – Bakı: 2002, s. 137.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
176
klassik uĢaq ədəbiyyatı nümunələrindən bəhrələnmək, xarakterik
nümunələri dərsliklərə salmaq çox yaxĢıdır. Ancaq, XXI əsr
uĢağının tələbatını XIX əsrdə yazılan ədəbi nümunələrlə ödəmək
müĢkül məsələdir. Müasir anlamda klassik uĢaq ədəbiyyatı
nümunələrimizin əksəriyyətinin dili, mövzu və problematikası,
onun bədii həlli bugünkü dövrün tələblərinə o qədər də cavab
vermir. Bizdən əvvəl yarananların ən yaxĢı cəhətlərindən
bəhrələnməli, ədəbiyyatımızı yeni istiqamətdə, bu günün reallığı
kontekstində inkiĢaf etdirməyə çalıĢmalıyıq”
168
.
UĢağın qavraya biləcəyi Ģəkildə təsvir olunmuĢ gerçəkliyi
əhatə edən (insan, dünya, təbiət və s. haqqındakı) bilik və
təsəvvürləri uĢaq ədəbiyyatının predmeti saymaq olar.
UĢaq ədəbiyyatının spesifikliyi bədii formanın aydınlığı və
dilin sadəliyidir. Burada bədii obraz da, onun daxili aləmi də,
danıĢıq və hərəkətləri də inandırıcı olmalıdır. UĢaq kitabında
dünya, həyat haqqında sadə Ģəkildə danıĢılmalı, qeyri-adilikləri ilə
maraq doğurmalı, cəlbedici olmalıdır. Bu cəlbedicilik zahiri
xarakter daĢımamalıdır.
UĢaq və yeniyetmələrin kitabla ünsiyyətinin baĢlıca xüsusiy-
yətləri yaĢla müəyyən olunur. NəĢriyyat praktikasında ənənəvi
olaraq uĢaqları dörd yaĢ kateqoriyasında fərqləndirirlər:
məktəbəqədər (3-7),
kiçik məktəb yaĢı (8-11),
orta məktəb yaĢı (11-14),
yuxarı məktəb yaĢı (14-18).
Bu qrupların hər birinin xüsusiyyətini yaxĢı bilmək müəllif
və redaktor üçün çox vacibdir.
UĢaqların inkiĢafında və təhsilində önəmli yeri tutan kitablar
yaĢ kateqoriyasına görə fərqli özəlliklərə malik olur.
168
Yusifoğlu R. Azərbaycan uĢaq ədəbiyyatının yaranmasında varislik prinsipi
// Türk xalqları ədəbiyyatı. Beynəlxalq uĢaq ədəbiyyatı konqresi materiallar.
Bakı: 2008, II kitab, s. 181.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
177
Məktəbəqədər yaĢlı uĢaqlar üçün kitablar balacaların baĢa
düĢdüyü problematikanın əsasında qurulur, onların anladığı dildə
yazılır. Bir qayda olaraq bu kitablar böyüklər tərəfindən ucadan
oxunur və onlardakı qısa mətn illüstrasiyalarla sıx bağlı verilir.
Bəzən isə illüstrasiyalar daha çox üstünlük qazanır
169
. Məktə-
bəqədər yaĢlı uĢaqlar üçün oyuncaq kitablar, hərəkət edən illüstra-
siyalar, cizgili və rəngli boyalarla bəzədilmiĢ kitablar, iĢıqlanan və
danıĢan kitablar və s. xarakterik formalardır.
UĢaq ədəbiyyatının tərbiyəedici və təhsilverici xüsusiyyətləri
uĢaq ədəbiyyatının quruluĢunu və təsnifatını müəyyənləĢdirir.
UĢaq ədəbiyyatı aĢağıdakı yarımtiplərə bölünür: tərbiyəvi kitablar,
əyləncəli kitablar, bədii kitablar.
Tərbiyəvi kitablar əsasən cəmiyyət, onun formalaĢması və
quruluĢ, dünya tarixinin formalaĢması və s. məsələlər haqqında
uĢaqlara gərəkli bilgilər verməlidir. Bu kitablar bədii, elmi və
publisistik formada yazıla bilər.
Elm və texnikanın sürətli inkiĢafı əyləncəli kitablara marağı
artırmıĢdır. Belə kitablar kiçik yaĢlı uĢaqlar üçün nəzərdə tutulsa
da, onları yuxarı yaĢ qrupları da maraqla oxuyurlar. Belə kitablar-
da illüstrasiyalara geniĢ yer verilir. Bu da predmeti oxucunun
əyani Ģəkildə qavramasına müsbət təsir edir.
Bu sahədə uĢaqlar üçün məlumat ədəbiyyatı, xüsusilə ensik-
lopediyalar mühüm yer tutur. UĢaq ensiklopediyaları hazırda
bütün dünya ölkələrində tirajına və ad göstəricisinə görə ən geniĢ
yayılan kitablar siyahısına daxildir.
UĢaq ədəbiyyatının yazıçı və tərcüməçiləri bu ədəbiyyatdan
bir pedaqoji vasitə kimi istifadə etməyə meyillidirlər. Baxmayaraq
ki, uĢaq ədəbiyyatının ümdə vəzifəsi uĢaqları əyləndirmək və
onları tərbiyə etməyə xidmət etməlidir. Bu günlər bu ədəbiyyat
169
GeniĢ məlumat üçün bax: YaĢar M., Yazıcı Z. Erken çocukluk dönemi çocuk
kitaplarında biçimsellik (metin, dil ve resimleme) // Türk xalqları ədəbiyyatı.
Beynəlxalq uĢaq ədəbiyyatı konqresi materiallar. Bakı: 2008, II kitab, s. 936-
940.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
178
vasitəsilə uĢaqlar müəyyən bir ideologiya içərisinə sürüklənir və
onlara bəzi dəyərlər qəbul etdirilməkdədir. Bunun əsas səbəbi isə,
uĢaqların dünyagörüĢünün onlardan yaĢca böyük insanlardan az
olması və əsasən oxuduqlarına inanmalarıdır.
UĢaqlar üçün dünya klassiklərinin əsərlərinin böyük əksəriy-
yəti tərcümə edilir və iĢıq üzü görür. UĢaq ədəbiyyatının tərcüməsi
problemlərini araĢdıran N.Əliyeva yazır: “UĢaq ədəbiyyatının,
eləcə də tərcümə edilmiĢ uĢaq ədəbiyyatının gənc oxucuya təsir
göstərə biləcək böyük gücü vardır. Bu gücdən uĢaqların dünyagö-
rüĢünü və dözümlülüyünü artırmaq və ya azaltmaq və onlara hər
hansı dünyagörüĢünü aĢılamaq üçün istifadə oluna bilər”
170
.
N.Əliyeva qloballaĢmanın inkiĢafının yer kürəsinin müxtəlif
hissələrində yaĢayan uĢaqlara digər ölkələr haqqında daha çox mə-
lumat əldə etmə və baĢqa mədəniyyətlərlə tanıĢ olmaq imkanı ver-
diyini qeyd edir. Lakin belə olan halda üç sual ortaya çıxır:
1. uĢaq ədəbiyyatı tərcüməsində əcnəbi mədəniyyətin təlqin
edilməsi nə dərəcədə yaxĢı fikirdir?
2. bu təlqinetmə uĢaqların dünyagörüĢünü inkiĢaf etdirəcək-
mi?
3. uĢaqlar əcnəbi mədəniyyətin yayılmasını öz mədəniy-
yətləri ilə müqayisədə necə qəbul edirlər.
UĢaqların qeyri-mükəmməl dil biliklərini və danıĢıq qa-
biliyyətlərini nəzərə alaraq deyə bilərik ki, tərcüməçilər uĢaq
ədəbiyyatının tərcüməsi zamanı çox böyük çətinliklərlə üzləĢirlər.
Bundan baĢqa, yerli mədəniyyətlə sıx əlaqədə olan və yalnız
müəyyən bir xalqın mədəniyyətinə xas olan söz və ifadələrlə
zəngin olan sehrli uĢaq ədəbiyyatının tərcüməsi zamanı
tərcüməçilər bəzən bu tip dilemmalar qarĢısında qalırlar: görəsən
müəyyən xalqın mədəniyyətinə xas olan bu sözləri tərcümə
170
Əliyeva N. UĢaq ədəbiyyatının tərcüməsi – kim nəyi kimlər üçün tərcümə
edir? // Türk xalqları ədəbiyyatı. Beynəlxalq uĢaq ədəbiyyatı konqresi
materiallar. Bakı: 2008, II kitab, s. 929.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
179
zamanı “əcnəbiləĢdirmək”, yoxsa “olduğu dildə saxlamaq” daha
məqsədəuyğun olardı?
Uşaq ədəbiyyatının janr və formaları
UĢaq və yeniyetmələr üçün kitablar bədii və ya tərbiyəvi xa-
rakterli ədəbiyyatı əhatə edən, 17 yaĢına qədər oxucular üçün nəĢr
olunmuĢ və xüsusi bədii və poliqrafik tərtibatına görə fərqlənən
nəĢrdir. Material konstruksiyasına görə uĢaq nəĢrləri kitablara,
dövri nəĢrlərə və oyuncaq kitablara ayrılır.
Strukturuna görə uĢaq kitabları aĢağıdakı növlərə ayrılır:
toplu, mononəşr, seriyalı nəşr, əsərlər toplusu.
UĢaqlar üçün hazırlanmıĢ toplular hər hansı bir mövzu və ya
bir janrda (Ģeirlər, nağıllar toplusu) yazılmıĢ əsərləri əhatə edir.
Böyük yaĢlı məktəblilər üçün antologiyalar, almanaxlar, müntəxə-
batlar da nəĢr olunur.
MononəĢrlər də müxtəlif janrlarda yazılmıĢ əsərlər əhatə edə
bilər. Məsələn, atalar sözü, tapmaca, Ģeir.
Ġnformasiyanın xarakterinə və məqsəd təyinatına görə uĢaq
ədəbiyyatını aĢağıdakı növlərə ayırmaq olar:
elmi-kütləvi;
soraq-məlumat;
praktik vəsait;
müxtəlif sənətlərə aid nəĢrlər;
asudə vaxt üçün nəĢrlər.
UĢaq kitablarının təsnifatı elmi və təcrübi baxımdan müəy-
yənləĢdirilmiĢdir. Buraya elmi-əyləncəli ədəbiyyat, uĢaqlar üçün
nəĢr olunmuĢ ədəbi-bədii əsərlər, uĢaqlar üçün iĢlənmiĢ və nəĢr
olunmuĢ xalq poeziyası nümunələri, tədris proqramına uyğunlaĢ-
dırılmıĢ ədəbi-bədii nəĢrlər, müntəxəbatlar daxildir.
Müasir uĢaq ədəbiyyatını üç ədəbi növ üzrə - uĢaq Ģeiri, uĢaq
nəsri, uĢaq ədəbi tənqidi kimi qruplaĢdırmaq olar ki, burada da
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
180
əsas məsələ kəmiyyət deyil, yəni nə qədər əsər yazılması deyil,
baĢlıca meyar bədiilikdir
171
.
UĢaq ədəbiyyatının redaktəsi və dəyərləndirilməsi zamanı
əsərin janr xüsusiyyətlərinin müəyyən edilməsi vacibdir. UĢaq
ədəbiyyatının aĢağıdakı janrları vardır: tapmacalar, yanıltmaclar,
lətifələr, laylalar, oxşamalar, nağıllar, dastanlar.
Uşaq ədəbiyyatının redaktəsi
UĢaq kitabları məzmununa, quruluĢuna, üslubuna və tər-
tibatına görə seçilir. UĢaq kitabları dünyəvi bilikləri özündə əks
etdirən, bütün ədəbiyyat növlərini əhatə etməklə, oxucu marağına
və yaĢına uyğun hazırlanmıĢ kompleks məna kəsb edir. Ġctimai-si-
yasi, istehsalat-texniki, məlumat xarakterli və bədii məzmunlu
ədəbiyyatı uĢaqlar üçün nəĢr etmək olar. Bu o deməkdir ki, uĢaq
ədəbiyyatı bütün sahələri özündə birləĢdirir və onu yalnız oxucu
təyinatına görə fərqləndirmək olar.
BağçayaĢlı uĢaqların təlim və tərbiyəsində əyanilik üsulu
mühüm yer tutur. Kiçik yaĢlı uĢaqlar üçün düĢünülmüĢ kitablarda
mətn qısa, Ģəkillər çox olur. Bəzi kitablar isə mətnsiz olur. Belə
Ģəkilli kitablar və oyuncaq xarakterli yığma kitablar daha faydalı-
dır.
KiçikyaĢlı məktəblilərin ideya-tərbiyə vasitələri isə xeyli
fərqlidir. Burada balaca məktəblilər get-edə müstəqil oxu vərdiĢi-
nə yiyələndiyinə görə, bədii əsərlərdə uĢaqların anlaya bildiyi
məzmun bitkinliyi, maraqlı hadisələr, alleqorik surətlər geniĢ yer
tutur. KiçikyaĢlı məktəblilərin oxuduğu bədii əsərlərin əsas xüsu-
siyyəti onların sadəliyidir.
171
Nəcəfzadə Q. Müasir uĢaq ədəbiyyatının problemləri // Türk xalqları ədə-
biyyatı. Beynəlxalq uĢaq ədəbiyyatı konqresi materiallar. Bakı: 2008, II kitab, s.
655.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
181
KiçikyaĢlı məktəblilərə nisbətən ortayaĢlı yeniyetmə uĢaqla-
ra aid kitablarda hadisələr çoxplanlı verilir.
KiçikyaĢlı məktəblilər üçün kitabın redaktəsinə baĢlayarkən
nəzərə almaq lazımdır ki, əsər didaktik səciyyə daĢımaqla yanaĢı,
müasir pedaqoji və psixoloji təlimlərə uyğun olmalıdır. Dil isə
uĢaq kitablarının məzmununda baĢlıca amildir.
UĢaq kitablarının özünəməxsus tərtibatı vardır. Bu kitabların
ən əsas elementi illüstrasiyalar hesab olunur. UĢaq kitablarında
söz və Ģəkil bir-biri ilə sıx bağlıdır. Bu kitablarda illüstrasiyalar
idraki, tərbiyəvi, estetik və əlavəedici funksiyaları yerinə yetirir.
Ġllüstrasiya kitabın məzmunu və dili qədər önəmlidir. Çünki uĢaq
kitabdakı Ģəkillərə baxaraq, onu oxumağa baĢlayır.
Bəzən nağıllar hüsünxətlə yazılmıĢ və ya hecalara böyünmüĢ
Ģəkildə nəĢr olunur. Bunlar uĢaqda hüsünxətlə oxuma vərdiĢi
yaradır (Əlavə 21).
UĢaq kitablarının aparatı nəĢr növlərinə görə dəyiĢir. Belə
ki, ən sadə aparat bədii ədəbiyyatda istifadə olunur. UĢaq kitabla-
rının aparatı didaktik istiqamətə malik olmalıdır. Bu zaman oxucu-
nun yaĢını, nəĢrin tipini, ədəbiyyatın növünü nəzərə almaq la-
zımdır.
UĢaq kitablarını nəĢrə hazırlayan zaman uĢağın fizioloji
inkiĢafını da nəzərə almaq lazımdır. Kitabın cildi uĢağın diqqətini
cəlb edən ilk ünsürdür. UĢaq kitablarının cildi kartondan ol-
malıdır. Cilddə kitabın adı və məzmuna uyğun Ģəkil verilməlidir.
Cildin arxa hissəsində isə nəĢriyyatın digər kitablarının siyahısı və
ya müəllifin kitablarının siyahısı, kitabın qiyməti və s. verilə bilər.
UĢaq kitabları ən keyfiyyətli kağızda çap olunmalıdır. Kağız
mürəkkəbi yaymamalı, rəngləri dəyiĢdirməməli, tez cırılmamalı
və göz yoracaq səviyyədə parlaq olmamalıdır. Mat kağızlar uĢaq
kitabları üçün daha əlveriĢlidir. UĢaq kitablarının ölçülərinin kiçik
olmamasına diqqət yetirmək lazımdır. Məktəbəqədər (3-7), kiçik
məktəb yaĢlı uĢaqlar üçün kitablarda mətn 14 Ģriftlə, orta və
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
182
yuxarı məktəb yaĢlı uĢaqlar üçün kitablar isə 12 Ģriftlə
verilməlidir.
NəĢr üçün əsərlərin seçimi üç istiqamətdə həyata keçirilir:
1. təkrar nəĢr üçün əsərlərin seçilməsi;
2. «böyük»lərin ədəbiyyatında uĢaqlar üçün əsərlərin se-
çilməsi;
3. müəllif tərəfindən təqdim olunmuĢ əsərlərin seçilməsi.
Kitab nəĢri sahəsində «uĢaq ədəbiyyatı», «uĢaqlar üçün
ədəbiyyat» və «uĢaqların mütaliə dairəsi» ifadələrindən istifadə
olunur. «UĢaq ədəbiyyatı» xüsusi olaraq uĢaqlar üçün yaradılır.
UĢaq ədəbiyyatı uĢağın yaĢ səviyyəsi və qavrama dərəcəsinin
xüsusiyyətləri nəzərə alınaraq hazırlanır.
«UĢaqlar üçün ədəbiyyat» nisbətən geniĢ ifadədir. Bu ifadə
altında uĢaq və yeniyetmələrdə maraq yaradan və baĢa düĢülən
həm uĢaq, həm də böyüklər üçün olan ədəbiyyat nəzərdə tutulur.
«UĢaq ədəbiyyatı» və «uĢaqlar üçün ədəbiyyat»dan «uĢaq-
ların mütaliə dairəsi» ifadəsi yaranır. «UĢaqların mütaliə dairəsi»
uĢaqlar tərəfindən müəyyən yaĢda mütaliə olunan kitabları əhatə
edir.
Azərbaycanda uĢaq ədəbiyyatının latın qrafikasında nəĢri və
təhsil müəssisələrinin onlarla təminatı sahəsində son illərdə böyük
iĢlər görülmüĢdür. Belə ki, Azərbaycan Respublikası Prezidentinin
«Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəĢrlərin həyata
keçirilməsi haqqında» 12 yanvar 2004-cü il, «Dünya
ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan
dilində nəĢr edilməsi haqqında» 24 avqust 2007-ci il tarixli Sərən-
camları ilə həm dünya, həm türk xalqları, həm də Azərbaycan
ədəbiyyatının ən dəyərli uĢaq ədəbiyyatı nümunələri dövlət
hesabına yüksək poliqrafik səviyyədə nəĢr edilərək, ölkəmizin
bütün təhsil müəssisələrinin kitabxanalarına hədiyyə edilmiĢdir.
Bundan əlavə, Təhsil Nazirliyi ilə Dünya Bankının birgə layihəsi
əsasında 18 cildlik «UĢaq ensiklopediyası» çap edilmiĢ, «Mək-
təblinin kitabxanasından» seriyasından 100 cildlik Azərbaycan və
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
183
dünya ədəbiyyatının ən yaxĢı nümunələri latın qrafikasında nəĢr
olunmuĢdur.
Azərbaycanda bu gün də uĢaq ədəbiyyatı problemləri öy-
rənilməkdədir. Buna misal olaraq, 13-15 noyabr 2008-ci il
tarixində Qafqaz Universitetində keçirilmiĢ «Beynəlxalq uĢaq
ədəbiyyatı konqresi»ni göstərmək olar. «UĢaq ədəbiyyatı
konqresi» Çağ Öyrətim ĠĢlətmələri, Azərbaycan Yazıçılar Birliyi,
Türkiyə Yazarlar Birliyi və Türksoy tərəfindən təĢkil olunmuĢdur.
Konfransa çox aktual mövzularda məruzələr təqdim olunmuĢdur.
Bunların arasında «UĢaq ədəbiyyatının tarixçəsi»ni, «Türk
xalqlarının uĢaq ədəbiyyatının bəzi problemləri», «UĢaq
kitablarının hazırlanması», «UĢaq ədəbiyyatının inkiĢafında uĢaq
nəĢriyyatlarının vəzifəsi» və s. uĢaq kitablarının nəĢri problem-
lərinə həsr olunmuĢ məqalələri göstərmək olar.
Bu gün uĢaqlara ünvanlanan kitablar baĢlıca olaraq Ayna
Mətbu Evi, “Yeni Nəsil” NəĢrlər Evi, “Nağıl evi”, “Nərgiz”,
“Altun kitab” və “BeĢik” nəĢriyyatlarının məhsullarıdır və bu
kateqoriyadan olan kitablar sadalanan nəĢriyyatların çap
məhsulları sırasında üstün faiz təĢkil edirlər. «BeĢik» və «Tutu»
nəĢriyyatı demək olar ki, bütünlüklə uĢaq kitablarının nəĢri ilə
məĢğuldur.
Adı sadalanan uĢaq nəĢriyyatları içərisində «Tutu» nəĢ-
riyyatının çap məhsulları poliqrafik baxımdan daha gözoxĢayan,
fəaliyyəti isə daha nəzərəçarpandır. Bundan əlavə, «Tutu»
nəĢriyyatının
172
nəĢr etdiyi uĢaq kitabları hər il müxtəlif dünya
ölkələrində təĢkil olunan kitab sərgilərinin iĢtirakçısı və qalibidir.
Tutu nəĢriyyatı hər il Frankfurt, Boloniya və digər ölkələrdə
keçirilən böyük beynəlxalq kitab sərgilərinin iĢtirakçısıdır.
Açıq Cəmiyyət Ġnstitutu – Yardım Fondu – Azərbaycan
təĢkilatının himayəsi ilə 19-20 may 2007-ci il tarixində Bakı Kitab
Klubunun Vəcihə Səmədova adına sərgi salonunda keçirdiyi III
172
http://www.tutubooks.az/
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
184
Respublika kitab satıĢ – sərgisində ölkəmizin aparıcı nəĢriyyatları
iĢtirak etmiĢdir. Oxucu seçimi nominasiyası üzrə səsverməyə 800
nəfərdən çox oxucu qatılmıĢdır. Müsabiqəyə təqdim olunmuĢ 60
adda kitab arasında «Ən çox satılan kitab» nominasiyasında Tutu
nəĢriyyatının nəĢr etdiyi «YaĢıl kitab» adlı nəĢr də qalib gəlmiĢdir.
Bu günə kimi “Tutu” nəĢriyyatı 60 adda, 520 000 tirajda ki-
tab buraxmıĢdır ki, bu rəqəmlərə əsasən onu Azərbaycan uĢaq
ədəbiyyatı nəĢri sahəsində lider adlandırmaq mümkündür.
Tutu nəĢriyyatı Azərbaycanda dünya standartlarında uĢaq
ədəbiyyatı nəĢr edən ən yaxĢı nəĢriyyatlardandır. Belə ki, bu
nəĢriyyatla peĢəkar Ģair, yazıçı, rəssam, dizayner, bəstəkar və
musiqiçilər iĢləyirlər. “Tutu” nəĢriyyatında hazırlanan kitablar
əsasən Türkiyədə yüksək keyfiyyətli kağızda çap olunur.
Altun kitab nəĢriyyatı
173
2004-cü ildən fəaliyyət göstərir.
NəĢriyyatda 4-7 («Mənim ilk kitabım»), 6-9 («Altun klassika»)
yaĢlı uĢaqlar üçün silsilə kitablar çap olunur. “Altun Kitab”ın
həyata keçirdiyi ən iri nəĢr layihəsi 9-14 yaĢlı uĢaqlar üçün
nəzərdə tutulmuĢ «Məktəblinin kitabxanası» adlanan silsilədir. Bu
layihədə aĢağıdakı seriyalar üzrə 100-dən çox kitabın nəĢri
nəzərdə tutulur:
ġifahi xalq ədəbiyyatı;
Dünya ədəbiyyatından seçmələr;
Azərbaycan klassik ədəbiyyatı;
Elmi-kütləvi ədəbiyyat;
Tarixi yaradanlar.
Hazırda bu layihə çərçivəsində 40-a yaxın kitab iĢıq üzü
görmüĢdür.
BeĢik nəĢriyyatı 2008-ci ildə yaradılmıĢdır. Əsas fəaliyyət
istiqaməti uĢaq ədəbiyyatının nəĢridir. NəĢriyyat bu günə kimi
nağıllar, inkiĢafetdirici kitablar, əfsanələr, rəvayətlər, tərcümələr,
ensiklopediyalar çap etmiĢdir. “Məntiqli oyun”, “Gəncə”,
“Naxçıvan”, “Çanaqqala”, “ġirvanĢahlar sarayı”, “Qız qalası”,
173
http://altun-kitab.com/
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
185
“Azıx mağarası”, “ġeyx ġamil”, “Tomiris ana” kimi kitablar
sözügedən nəĢriyyatın çap məhsullarıdır.
“Bərəkət” nəĢriyyatı
174
“nümunəvi nəsil üçün...!” devizi ilə
çalıĢaraq bir çox dəyərli əsərləri nəĢr etmiĢdir. Bunların arasında
“Məsnəvidən seçilmiĢ hekayələr”, “Ulu ağacın tilsimi”, “Nə?
Necə? Nə üçün?” “Məktəbdə əxlaq və davranıĢ qaydaları”,
“Əyləncəli suallar” və digərlərini qeyd etmək olar. Onu da vurğu-
lamaq yerinə düĢərdi ki, bu nəĢriyyatın çap məhsulları poliqrafik
keyfiyyətinə görə fərqlənir.
“Xəzər” nəĢriyyatı
175
da bəzi uĢaq kitablarını nəĢr etmiĢdir.
Bu nəĢriyyatda çap olunan uĢaq kitablarının əksəriyyəti türk dilin-
dən tərcümədir. Ġ.Yılmazın “Heyvanların dilindən”, Ġ.Haqqıoğlu-
nun “Beynimizin sirləri” adlı elmi əsərlər silsiləsindən, M.Altunun
“Qənaət dükanı”, Ç.Aydının “YaxĢılıq çələngi”, “Soyuq su”, “Tə-
cili qan axtarılır” adlı gözəl davranıĢ hekayələri seriyasından olan
kitablarını misal çəkmək olar.
“ANS Press” nəĢr evinin nəĢr uĢaq kitabları da qüsursuz de-
yil. Təkrar nəĢr olunmalarına baxmayaraq səhvlər düzəldilməmiĢ,
olduğu kimi oxuculara təqdim olunmuĢdur.
“ÇaĢıoğlu” nəĢriyyatının təĢəbbüsü ilə kiçikyaĢlı uĢaqlar
üçün hazırlanan “Nağıllar aləmi” seriyası 30 adda kitabdan ibarət-
dir. Bu kitablardan Qrimm qardaĢlarının “Zirək oğru”, “Cavan nə-
həng”, Azərbaycan nağıllarından “Süleyman Ģah və qarıĢqa”,
“Baftaçı Ģah Abbas”, “Reyhan və Kamal” və baĢqalarını nümunə
göstərmək olar.
“ÇaĢıoğlu” nəĢriyyatı uĢaqlar üçün maraqlı bir layihə də hə-
yata keçirmiĢdir. Belə ki, dünya xalqlarının iyirmi nağılı kitab Ģək-
lində nəĢr olunmuĢ və nağılın səsləndirilməsi üçün CD forması
əlavə edilmiĢdir. Yəni uĢaqlar, bu kitabı həm oxuya, həm də CD
vasitəsilə dinləyə bilərlər. Professional Ģəkildə hazırlanmıĢ bu
174
www.bereketnesriyyat.com
175
www.xezernesriyyat.com
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
186
seriyaya daxil olan bütün nağılları Respublikanın əməkdar artisti
Bəxtiyar ġərifzadə və Aynurə Mehdiyeva səsləndirmiĢdir.
“Qələm” nəĢriyyatı tərəfindən çap olunmuĢ “100 sevimli na-
ğıl” seriyasından olan kitablar Təhsil Nazirliyi tərəfindən hazırlan-
mıĢ Milli Kurrikulumun tələblərinə əsasən tərtib olunmuĢdur. Se-
riyanın məqsədi ibtidai sinif Ģagirdlərində mütaliə vərdiĢlərini for-
malaĢdırmaqdır. Belə ki, hər bir nağılın sonunda həmin nağılın
daha dərindən dərk edilməsi və yadda saxlanması üçün müxtəlif
tapĢırıqlar təqdim olunmuĢdur. Bu tapĢırıqların yerinə yetirilməsi
uĢaqların Ģəxsi yaradıcılıq qabiliyyətinin yaranma və inkiĢafına tə-
kan verir. Nağılı oxuduqdan sonra uĢaqlar buradakı hadisələr və
qəhrəmanlarla bağlı testləri yerinə yetirməli, hadisələrin ardıcıllı-
ğını düzgün müəyyən etməli, ilk dəfə rastlaĢdıqları sözləri qeyd
edərək onların mənasını araĢdırmalı, hekayə xəritəsi tərtib etməli-
dirlər. Bu seriyaya daxil olan kitablara çox maraqlı aparat ele-
mentləri əlavə olunmuĢdur (Əlavə 22-23).
Ġ.Umudlu uĢaqlar üçün ədəbiyyat nəĢrinin problemlərini
araĢdırarkən yazır: “UĢaqlar üçün ədəbiyyat yaradıcıları üçün sti-
mul yoxluğundan son on ildə bu sferada ilk baxıĢdan bir durğun-
luq hiss olunur. Ortada son dönəmin məhsulu olan yaddaqalan nü-
munələr çox azdır. Lakin bütün bunlara baxmayaraq son zamanlar
uĢaq ədəbiyyatına həm müəlliflər, həm də naĢirlər tərəfindən ma-
rağın artdığını sezmək olur. Bu sahədə fəaliyyəti olan naĢirlərdən
bəziləri yaxın gələcəyə böyük ümidlərlə baxır, qarĢıdakı 10 ildə
bu kateqoriyadan olan nəĢrlərin üstün xətlə geniĢlənəcəyini proq-
nozlaĢdırırlar”
176
.
Həqiqətən 2004-cü ildən indiyə kimi uĢaq kitablarının sayar-
tımı müĢahidə olunur. Yəni, proqnozlar düz çıxır. Amma bunların
böyük əksəriyyəti nağılların təkrar nəĢrlərdir...
Azərbaycanda bir çox nəĢriyyatlar uĢaq ədəbiyyatının nəĢri
ilə məĢğul olsalar da, bu kitabların üslubu, dili, tərtibatı və digər
176
Umudlu Ġ. Kitab nəĢri bu gün. – Bakı: 2004, s. 229.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
187
məsələlər mütəxəssislər tərəfindən ciddi iĢlənilməli, nəĢr olunan
kitablardakı yanlıĢlar, səhvlər aradan qaldırılmalıdır. Bir sözlə,
uĢaq ədəbiyyatının bu sahənin mütəxəssisləri tərəfindən nəĢrə ha-
zırlanması, ciddi redaktə olunması və poliqrafik keyfiyyətinin
yüksəldilməsinə ehtiyac duyulmaqdadır
*
.
Dostları ilə paylaş: |