AZƏrbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə12/15
tarix23.02.2017
ölçüsü2,9 Kb.
#9538
1   ...   7   8   9   10   11   12   13   14   15

Ədəbiyyat 
Aral N. Erken çocukluk dönemi ve kitap // Türk xalqları ədəbiyyatı 
II Beynəlxalq UĢaq ədəbiyyatı konqresi materialları, 2008, s. 471  – 
475. 
Azim M. Çocuk kitaplarının hazırlanması // Türk xalqları ədəbiyyatı 
II Beynəlxalq UĢaq ədəbiyyatı konqresi materialları, 2008, s. 462  – 
468. 
Erbay F., Samur A.Ö. Anne ve babaların çocuk kitapları hakkındakı 
genel  görüĢleri  ile  çocukların  alıcı  dil  geliĢim  düzeyleri  arasındakı 
iliĢkinin incelenmesi // Turkish Studies International Periodical For 
the Languages, Literature and History of Turkish or Turkic. Volume 
5/4 Fall 2010, s. 1063-1073.    
Əliyeva  N.  UĢaq  ədəbiyyatının  tərcüməsi  –  kim  nəyi  kimlər  üçün 
tərcümə edir? // Türk xalqları ədəbiyyatı. Beynəlxalq uĢaq ədəbiyya-
tı konqresi materiallar. Bakı: 2008, II kitab, s. 929. 
Musalı  V.  UĢaq  kitablarının  nəĢrə  hazırlanma  prinsipləri  //  Türk 
Xalqları  ədəbiyyatı  (II)  Beynəlxalq  UĢaq  Ədəbiyyatı  konqresi. 
Materiallar. 2-ci kitab, Bakı: 2009, s. 447-451.  
Namazov Q.  Azərbaycan uĢaq ədəbiyyatı. Dərslik.  – Bakı: Maarif, 
1983. 
                                                           
*
 “Azərbaycanda uĢaq ədəbiyyatı nəĢr edən nəĢriyyatlar və onların fəaliyyətinin 
təhlili”  adlı  məruzəmiz  11  oktyabr  2012-ci  ildə  Qafqaz  Universitetinin  təĢkil 
edəcəyi “II Türk xalqları uĢaq ədəbiyyatı konqresi”nə təqdim olunmuĢdur.     

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
188 
 
Nəcəfzadə Q. Müasir uĢaq ədəbiyyatının problemləri // Türk xalqları 
ədəbiyyatı.  Beynəlxalq  uĢaq  ədəbiyyatı  konqresi  materiallar.  Bakı: 
2008, II kitab, s. 655. 
Öztürk H.E. Tercüme çocuk klasiklerinde  temel değerler. Marmara 
Üniversitesi, SBE, Yüksek lisans tezi, Ġstanbul, 1991, 164 s.  
Pekmezci S.C. Resimli çocuk kitaplarında hayvan imgesi. Hacettepe 
Universitesi SBE, Yüksek lisans sanat eseri, 2004, 95 s.   
Umudlu Ġ. Kitab nəĢri bu gün. – Bakı: Əbilov, Zeynalov və oğulları, 
2004. - 322 s. 
Vəliyev Ġ. Ədəbi-bədii və uĢaq kitablarının redaktəsi. – Bakı: 2002. -  
200 s. 
Yusifoğlu R. Azərbaycan uĢaq ədəbiyyatının yaranmasında varislik 
prinsipi  //  Türk  xalqları  ədəbiyyatı.  Beynəlxalq  uĢaq  ədəbiyyatı 
konqresi materiallar. Bakı: 2008, II kitab, s. 181. 
 

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
189 
 
IX FƏSĠL 
ƏDƏBĠ-BƏDĠĠ ƏSƏRLƏRĠN REDAKTOR HAZIRLIĞI 
 
Ədəbi-bədii  əsərlərin  tipoloji  xarakteristikası  ədəbi  əsərin 
spesifikası  ilə  müəyyən  olnur.  Ədəbi-bədii  əsəri  nəĢrə  hazırlayan 
redaktor  əsərin  mütaliə  xarakterini  öyrənməlidir.  Oxucuların  bir 
hissəsi ədəbiyyatı yolda, nəqliyyatda, digər bir hissəsi asudə vaxt-
da mütaliə edir. BaĢqa bir qrup isə əsərə tədqiqatçı gözü ilə yana-
Ģır. Hər bir qrupun müəyyən növ ədəbi-bədii əsərlərə ehtiyacı var-
dır. Redaktor mütaliənin məqsədini, oxucu tələbatını və oxucu ka-
teqoriyasını yaxĢı öyrənməlidir. Bədii əsər oxucusu iki kateqoriya-
ya ayrılır: mütəxəssis və kütləvi oxucu.  
Hazırda  redaktorların  funksiyası  daha  geniĢ  mahiyyət  kəsb 
edir  və  Qərb  ölkələrində  onlar,  əsas  vəzifəsi  yeni  istedadlar  tap-
maq olan ədəbi müəssisə və ya vasitəçilərdən sonra ədəbi məhsul-
ların hazırlanması və bazara çıxarılmasında həlledici rol oynayır-
lar. Redaktor naĢir üçün planlar hazırlayır və müasir mətbuatın dili 
ilə desək, onun xəttini müəyyənləĢdirirlər.  
Rza Fərruxfal “Ədəbi mətnlərin redaktəsi” adlı məqaləsində 
ədəbi əsərlərin redaktəsi məsələsi üzərində durmuĢ və çox maraqlı 
nümunələr  təqdim  etmiĢdir.  Müəllif  məqaləsinin  sonunda  böyük 
Amerika  yazıçısı  Con  Steynbekin  bir  məktubundan  redaktor  və 
naĢirin yazıçı ilə rəftarı baxımından maraq doğuran dialoqdan par-
çanı vermiĢdir
177

«Hərdən mənə elə gəlir ki, ovcumda bir od yandırıb saxlamıĢ 
və onun iĢığında bir səhifəni  yazmıĢam.  Bununla belə bacarıqsız-
lıq,  biliksizlik  və  acizliyin  ağır  yükü  heç  vaxt  məni  ra-
hat buraxmamıĢdır. Kitab da insan kimidir – ağıllı və səfeh, cəsa-
rətli və qorxaq, gözəl və kifir olur. Hər halda, kitabın yazılıĢı baĢa 
                                                           
177
  Fərruxfal  R.  Ədəbi  mətnlərin  redaktəsi  /  fars  dilindən  çevirən  M.Məhəm-
mədi.  
http://kultaz.com/2008/01/22/rza-ferruxfal-edebi-metnlerin-redaktesi/ 

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
190 
 
çatmıĢdır.  Artıq  nə  olmalı  idisə,  olub.  Yazıçı  qıĢqırmaq  istəyir: 
«Onu mənə qaytarın! Qoyun onu bir daha yazım və ya yaxĢısı bu-
dur ki, qoyun onu yandırım. Qoymayın ki, elə yararsız Ģəkildə or-
taya çıxsın!» 
Amma özün hamıdan yaxĢı bilirsən ki, kitab yazıçının əlin-
dən birbaĢa oxucuya çatmır. Əvvəlcə redaktorlar, naĢirlər, korrek-
torlar və  nəĢriyyatların satıĢ Ģöbəsinin müdiri kimi aslanların əli-
nin altına düĢür. Onu xurdxəĢil edirlər, özündən çıxarırlar, dərisini 
soyurlar və ürəyi qana dönmüĢ sahibi onun müdafiəsinə qalxmalı 
olur: 
Redaktor:  Kitabda  tarazlıq  yoxdur.  Oxucu  bir  Ģey  gözləyir, 
siz ona baĢqa bir Ģey verirsiniz. Siz iki kitab yazmısınız və onları 
bir-birinə calamısınız. Oxucu baĢa düĢməyəcək. 
Yazıçı: Xeyr, cənab, bir kitab yazmıĢam. Mən bir ailə barədə 
yazmıĢam  və  baĢqa  bir  ailədən  də  ona  uyğun  əhvalatları  nəql 
etmiĢəm, bu isə əsərə rəngarənglik bəxĢ edir. 
Redaktor:  Oxucu  baĢa  düĢməyəcək.  Sizin  uyğunluq  üçün 
verdiyiniz  hissələr  əslində  kitabın  ahənginin  yavaĢımasına  səbəb 
olmuĢdur. 
Yazıçı: Bu yavaĢıma lazımdır, yoxsa siz tezləĢməni haradan 
baĢa düĢərdiniz? 
Redaktor:  Siz  əhvalatı  buraxıb,  Allah  bilir,  hara  gedib 
çıxmısınız. 
Yazıçı:  Bəli,  belə  etmiĢəm.  Bilmirəm  niyə,  amma  ürəyim 
belə istəyib. Bəlkə də, səhv etmiĢəm. 
SatıĢ Ģöbəsinin müdiri: Roman çox qalındır. Kitabın qiyməti 
yuxarı  olacaq.  Gərək  ona  beĢ  dollar  qiymət  qoyaq.  Camaat  bu 
kitaba beĢ dollar verməyəcək. Kitab satılmayacaq. 
Yazıçı: Əvvəlki kitabım həcmcə kiçik idi. O vaxt demiĢdiniz 
ki, camaat nazik və kiçik kitabları almır. 
Redaktor  müavini:  Hadisələrin  xronologiyasında  uyğun-
suzluq var. Kitab qrammatik səhvlərlə doludur. Filan səhifədə bir 
kiĢini  təsvir  etmiĢsiniz  ki,  buxar  gəmilərinin  qiymətini  tapmaq 

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
191 
 
üçün  dünya  salnaməsinə  baxır.  Buxar  gəmilərinin  qiyməti  həmin 
mənbədə  yoxdur.  Özüm  yoxlamıĢam.  Çin  yeni  ili  məsələsində 
səhv etmiĢsiniz. Romanın surətləri sabit deyil. Liza Hamiltonu bir 
cür təqdim edirsiniz, amma əməllərini baĢqa cür göstərirsiniz. 
Redaktor: Keti surətini çox tünd boyalarla vermiĢsiniz. Oxu-
cu  inanmayacaq.  Sem  Hamiltonu  isə  çox  iĢıqlı  vermiĢsiniz. 
Oxucunun  inanmağı  gəlməyəcək.  Heç  bir  irlandiyalı  sizin  əsərin 
qəhrəmanı kimi danıĢmır. 
Yazıçı: Mənim babam elə danıĢardı. 
Redaktor: Heç kəs inanmayacaq. 
Redaktor müavini: Heç bir uĢaq o cür danıĢmır. 
Yazıçı (yavaş-yavaş özündən çıxır):  Necə  yəni? Bu, mənim 
kitabımdır. Necə istəyirəmsə, uĢaqları o cür danıĢdırıram. Mənim 
əsərim  xeyir  və  Ģər  barəsindədir;  bəlkə,  bu  mövzudan  yazmaq 
olmaz? Çap etmək istəyirsiniz, ya yox? 
Redaktor: Dayanın, görək, nə edə bilirik. Çox iĢ tələb olun-
mur. Siz istəmirsiniz ki, kitabınız ortaya təmiz halda çıxsın? Mə-
sələn, kitabın sonuna baxın, oxucu bu sonluğu baĢa düĢməyəcək. 
Yazıçı: Siz ki baĢa düĢürsünüz? 
Redaktor:  Bəli,  amma  oxucu  baĢa  düĢmür.  Görürsünüzmü, 
yazıçının  özü  ilə  gətirdiyi  dürr  və  mərcan  bunlar  üçün  necə  bir 
ovuc saxsı  qırığına çevrilir?! Və bu zaman  yeni  bir qəhrəman da 
meydana çəkilir ki, ona «oxucu» deyirlər. 
 
Ədəbi-bədii əsərlərin seçimi və redaktəsi məsələləri 
 
Mütəxəssislər bədii əsəri öyrənir və onu təbliğ edirlər. Mütə-
xəssisləri aĢağıdakı qruplara ayrılırlar:  
Ədəbiyyatşünaslar  və  ədəbiyyat  tarixçiləri.  Bu  qrup 
oxucular  ədəbi  əsərin  yaranmasını,  spesifikasını,  nəzəri  əsaslarını 
öyrənirlər. Onlar ədəbi prosesi analiz edir, müasir ədəbiyyatın in-
kiĢaf istiqamət və ənənələrini tədqiq edirlər.  

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
192 
 
Ədəbi tənqidçilər. Onlar ədəbi prosesi analiz edirlər və iĢlə-
rinin nəticələrini rəy və məqalə Ģəklində dərc etdirirlər.  
Ali və orta məktəb müəllimləri, kitabxanaçılar və digər mütə-
xəssislər  praktiklər  qrupunu  təĢkil  edirlər.  Onlar  iĢlərində  yalnız 
bədii əsərin mətnindən istifadə etmirlər. Bu qrup ədəbi əsəri daha 
dərindən  baĢa  düĢməyə  imkan  verən  kontekstini,  bədii  obyekt 
«ətraf»ındakı  informasiyaları  qavrayırlar  və  onu  kütləvi  oxucuya 
çatdırırlar.  
S.A.Trubnikov  oxucu  təsnifatının  kateqoriyası  kimi  3  əsas 
mütaliə mədəniyyətini ayırır:  
1. ədəbiyyatı seçmə mədəniyyəti;  
2. əsəri anlama (qavrama) mədəniyyəti;  
3. alınmıĢ informasiyanı mənimsəmə. 
NəĢrin  yaradılması  əsər  seçimindən  baĢlayır.  Belə  ki,  bədii 
ədəbiyyat seçiminin özünəməxsus xüsusiyyətləri vardır. Redaktor 
əsər seçimi zamanı aĢağıdakı cəhətləri nəzərə almalıdır:  

 
Vətən və xarici ədəbiyyatın yayılması məsələsi; 

 
Oxucu tələbatı, onların daha əvvəl nəĢr olunan ədəbiyyata 
marağı; 

 
Cəmiyyətin estetik tələbatının inkiĢaf səviyyəsi; 

 
Müəllif tərəfindən yeni əsərlərin təklifi. 
NəĢrin növü və tipi onun oxucu ünvanına və məqsəd təyina-
tına görə müəyyən olunur. Ədəbi əsərin Ģərhi (izahı) üçün redaktor 
aĢağıdakı nəĢr növlərindən istifadə edir:  
MononəĢr – bir əsərin nəĢri; 
Toplu – iki və ya daha çox əsəri əhatə edən nəĢr; 
Əsərlər toplusu – bir müəllifin bütün və ya bəzi əsərləri. 
Beləliklə,  nəĢrin  növü  əsərə  daxil  edilmiĢ  əsərlərin  sayının 
formal  əlamətləri  ilə  müəyyən olunur.  Bu  formal  əlamətlər  bu  və 
ya digər Ģəkildə əsərin Ģərhinin xarakterinə təsir göstərir. Məsələn, 
topluda  yerləĢdirilmiĢ  nağıllar  bir-birilərindən  ayrı  deyil,  məcmu 
kimi  qəbul  edilir.  Redaktor  bu  cəhəti  nəĢrin  yaradılması  zamanı 
nəzərə almalıdır.  

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
193 
 
Əsərin Ģərhinin aktivliyi daha çox hər hansı nəĢr tipi hesabı-
na təmin olunur. NəĢr tiplərini aĢağıdakı qruplara ayrırlar: kütləvi, 
elmi-kütləvi, elmi.  
Qeyd olunan nəĢr növlərinin və tiplərinin hər birinin spesifik 
daxili  və  xarici  xarakteristikası  vardır.  NəĢrin  xarici  xarakteris-
tikasını həcm və nəĢr olunan əsərlərin sayı təĢkil edir və nəĢrin nö-
vünə (mono nəĢr, toplu) bağlıdır. Daxili xarakteristika əsər seçimi, 
onun  yerləĢməsi  və  aparatı  ilə  müəyyən  olunur.  Burada  söhbət 
nəĢrin tipindən gedir.  
Mononəşr bir əsəri əhatə edir. Əgər nəĢriyyat mononəĢr bu-
raxmaq  qərarına  gəlibsə,  bu  zaman  roman,  epopeya  və  poema 
seçilə  bilər.  MononəĢr  kimi  kiçik  həcmli  əsərlər  də  (nağıl  və  s.) 
götürülə bilər. Bəzən mononəĢr formasında kino-televiziya tama-
Ģaları, pyeslər də nəĢr olunur. MononəĢrləri jurnallarda da çap et-
dirmək  ənənəsi  də  mövcuddur.  Əgər  oxucu  jurnalda  nəĢr  olunan 
əsəri bəyənirsə, bu zaman əsər mononəĢr kimi çap oluna bilər.  
Bəzən  mononəĢrlər  təkrar  nəşr  kimi  buraxılır.  Təkrar  nəĢr 
üzərində  iĢləyərkən  hər  Ģeydən  öncə  əsərin  məzmununun  ak-
tuallığına  istiqamətlənən  yeni  məlumat  aparatı  hazırlanmalıdır. 
Təkrar  nəĢrlərdə  ənənəvi  olaraq,  yenidən  hazırlanmıĢ  aparat  ele-
mentlərindən istifadə olunur. 
MononəĢrlər  müəyyən  qrup  oxuculara  istiqamətləndirilir. 
Müasir belletristika
178
  (detektivlər,  hekayələr)  əksərən  mononəĢr-
lər Ģəklində buraxılır. 
NəĢrin  növünü  müəyyən  edərkən  redaktor  məktəb  və  ya  ali 
məktəb  proqramına  əsaslana  bilər.  Məsələn,  məktəblərdə  tədris 
olunan  Azərbaycan  klassiklərinin  əsərləri  mononəĢr  kimi  seçilə 
bilər.  
GeniĢ yayılmıĢ nəĢr növlərindən biri də toplulardır. Topluda 
bir və ya müxtəlif janrlarda olan əsərlər (povest, nağıl, pyes) əhatə 
                                                           
178
  Belleristika  –  nəsr  Ģəklində  yazılan  təhkiyəedici  bədii  əsərlərə  (roman,  po-
vest, hekayə, novella) verilən ümumiləĢdirici addır. 

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
194 
 
olunur.  Burada  bir  və  ya  bir  neçə  müəllifin,  bir  və  ya  bir  neçə 
janrda  olan  əsərləri  yer  ala  bilər.  Topluların  hazırlanmasına  ayrı-
ayrı  yazıçıların  yaradıcılığına bələd olan ədəbiyyatçı alimlər cəlb 
olunmalıdır. Bu xarakterli ədəbiyyatda hər hansı müəllifin əsərləri 
ilə  yanaĢı,  onun  yaradıcılığına  aid  olan  gündəlik  və  məktub-
larından parçalar da nəĢr oluna bilər.   
Kollektiv topluları nəĢrə hazırlayan zaman eyni janrda və sə-
viyyədə olan əsərlərin seçilməsi vacibdir.  
Toplular  həftəlik,  aylıq,  rüblük,  illik  olub,  elmi  məqalə  və 
məruzələri iĢıqlandırır. Toplular təkrar çap olunmur, bunun yerini 
yeni toplular tutur.  
Topluların  əsas,  vacib  aspektlərindən  biri  də  onun  adının 
analizidir. Toplu üçün ad seçilərkən müxtəlif prinsiplərdən istifadə 
olunur. Məsələn, sərlövhə olaraq topludakı əsərlərdən birinin adını 
seçmək  olar.  Bu  zaman  tanınmıĢ  və  çox  sevilən  əsərlər  nəzərə 
alınmalıdır. 
Toplular arasında almanaxlar, antologiya və müntəxəbatları 
fərqləndirirlər.  Almanaxlar  bir-birinə  müəyyən  cəhətdən  bağlı 
olan ədəbi və ədəbi-tənqidi əsərlərdən ibarət olur. Məsələn, 1940-
cı ildə Bakıda Nizami əsərlərinin almanaxı çap olunmuĢdur.  
Antologiya müxtəlif müəlliflərin seçilmiĢ əsərlərindən ibarət 
Ģeir və ya nəsr məcmuəsidir. Buna misal olaraq, Azərbaycan ədə-
biyyatı antologiyasını göstərmək olar.  
Əsərlər  toplusu  Ģair  və  yazıçının  yaradıcılığı  və  əsərlərini 
əks etdirir. Burada yazıçının müxtəlif dövrlərdə, müxtəlif janrlarda 
qələmə aldığı əsərlər yer alır. Əsərlər toplusu hazırlayan zaman re-
daktor  yalnız  əsərə  olan  oxucu  marağını  deyil,  həm  də  müəllifin 
məĢhurluğunu nəzərə  almalıdır. Əsərlər toplusu  çoxcildli (müəlli-
fin  bütün  əsərlərini  əhatə  edən)  və  bircildli  (əsas  əsərlərini  əhatə 
edən) ola bilər.  
Əsərlər  toplusunda  yazıçının  yaradıcılığı  haqqında  ümumi 
məlumat  verilir.  Bundan  çıxıĢ  edilərək,  əsər  seçimi  qiymətlən-
dirilir.  

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
195 
 
Əsərlər toplusunu böyük kollektiv hazırlayır. Redaksiya he-
yəti yaradılır, aparat elementlərinin (ön söz, Ģərh və s.) tərtibçiləri 
müəyyən olunur. Mütəxəssis-filoloqlar nəĢrin konsepsiyasının ya-
radılması məsələlərini (aparatın təĢkili, mətnin seçimi və yerləĢdi-
rilməsi) həll edir.  
Tam  olmayan  əsərlər  toplusuna  «Seçilmiş  əsərlər»  aiddir. 
SeçilmiĢ əsərlərdə müxtəlif dövrlər üçün xarakterik olan əsərlər və 
eləcə də, ədəbi-tənqid, qeydlər, məktublar yer alır.  
Nəşrlərin tip spesifikası. Hər bir nəĢr müvafiq marağın həya-
ta  keçirilməsi  üçün  hazırlanır.  Redaktor  nəĢrin  konsepsiyasını  və 
modelini  hazırlayan  zaman  aparat  və  illüstrasiyalarla  bağlı  mə-
sələləri həll etməlidir. 
Kütləvi nəşrlərdə aparat əsas və vacib elementlər (giriĢ mə-
qaləsi,  nəticə  (nəĢriyyat  və  ya  tərtibçidən)  və  qeydləri  əhatə  edir. 
Belə  ki,  əsərdəki  aparat  populyarlaĢdırıcı  xarakter  daĢımalıdır. 
Çox  yaxĢı  olardı  ki,  müqəddiməni  tanınmıĢ  bir  yazıçı  hazırlasın. 
GiriĢdə  yazıçının  yaradıcılığı  açıqlanmalı,  nəĢrə  daxil  edilən  əsə-
rin xüsusiyyətləri vurğulanmalıdır. Redaktor kitabın gələcək oxu-
cusunun səviyyəsini və əlavə informasiyanı qavrama qabiliyyətini 
nəzərə  almalıdır.  Hansı  söz  və  ifadələrin  oxucu  tərəfindən  baĢa 
düĢülməyəcəyi  müəyyən  olunmalı  və  onların  açıqlanması  ve-
rilməlidir.  Bu  zaman  sətiraltı  istinadlardan  və  ya  əsərin  sonunda 
verilən qeydləridən istifadə olunmalıdır.  
Elmi-kütləvi  nəşrlər  oxucu  təsnifatı  nəzərə  alınaraq  hazır-
lanmalıdır. Belə nəĢrlərin aparatı öyrədici məzmun kəsb etməlidir. 
Aparat  ədəbi  tənqidin  və  ədəbiyyatĢünaslığın  son  naliyyətləri  he-
sabına  hazırlanmalıdır.  Aparatın  ayrı-ayrı  elementləri  hazırlanar-
kən  elmi  (akademik)  nəĢrlərdəki  materiallardan  istifadə  oluna  bi-
lər. Bu əsərlərin məqsəd təyinatı ədəbi əsəri populyarlaĢdırmaqdır. 
Elmi-kütləvi  nəĢrlər  hazırlanarkən  tərtibçi  müəllifin  ən  yaxĢı 
əsərini  seçir.  Elmi-kütləvi  nəĢrlərin  aparatına  giriş  (giriĢ  mə-
qaləsi),  qeyd  və  şərhlər  daxildir.  Bu  elementlərin  redaktor  anali-

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
196 
 
zinin  məqsədi  müasir  ədəbiyyatĢünaslığın  səviyyəsinə  uyğun  ol-
masını müəyyənləĢdirməkdir.  
Elmi nəşrlər (akademik) yazıçının yaradıcılığının ədəbiyyat-
Ģünaslıq,  mətnĢünaslıq  prosesini  və  onların  nəticəsini  əks  etdirir. 
Bu nəĢrlərin aparatı çox qəliz və çətindir və bu sahənin alim-tədqi-
qatçı  kollektivi  tərəfindən  hazırlanır.  Bütün  bu  aspektlər  əsərin 
kontekstini  təĢkil  edir.  Aparat  əsərin  o  hissələrini  izah  edir  ki, 
onları anlamaq üçün əlavə ədəbiyyatdan (ensiklopediya, soraq ki-
tabçası, ədəbiyyatĢünaslıq tədqiqatları) istifadə etmək lazım gəlir.   
 
İllüstrasiyalar üzərində iş 
 
Ədəbi-bədii əsərlərdə illüstrasiyalar üzərində iĢin özünəməx-
sus cəhətləri vardır. Redaktor illüstrasiyaların mahiyyətini, onların 
mətnlə əlaqəsini, illüstrasiyalaĢdırılmıĢ hissənin dilini baĢa düĢmə-
lidir.  Bədii  ədəbiyyatda  illüstrasiyaların  verilməsinin  həm 
əleyhdarları,  həm  də  tərəfdarları  mövcuddur.  Belə  bir  fikir  möv-
cuddur  ki,  incəsənətin  növlərindən  biri  olan  ədəbi  əsər  “özü-öz-
lüyündə” qavrayıĢ üçün kifayət qədər əyanidir və illüstrasiyalar ya 
əsərin mənasını tam uyğun Ģəkildə əks etdirə bilmir, ya da yanlıĢ 
əks etdirir. Çap olunmuĢ kitabları nəzərdən keçirsək görərik ki, il-
lüstrasiyaları  olmayan  kifayət  qədər  ədəbi-bədii  əsərlər  mövcud-
dur.  
Bu prosesdə redaktorun rolu bu faktla müəyyənləĢir ki, məhz 
redaktor  əsərin  səciyyəvi  xüsusiyyətlərini  daha  aydın  surətdə 
təsəvvür edir, müəllif üslubunun fərdiliyini anlayır, kitabın oxucu 
tərəfindən  qavranılmasının  xüsusiyyətlərini  bilir.  Ġllüstrasiyaların 
qiymətləndirilməsi  zamanı  redaktor  subyekt-obyekt  münasibət-
lərinin kitabı müəyyən edən xüsusiyyətlərindən çıxıĢ etməlidir. Bu 
münasibətləri ətraflı Ģəkildə nəzərdən keçirək.  
Subyekt-obyekt  münasibətlərinin  strukturunu  aĢağıdakı  əla-
qələr təĢkil edir:  
əsər – illüstrasiyalar – nəĢrin aparatı 

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
197 
 
müəllif – redaktor – oxucu (əsər) 
müəllif – oxucu – rəssam (illüstrasiyalar) 
redaktor – oxucu (aparat) 
əsər (müəllif, redaktor) – illüstrasiyalar (rəssam-redaktor) 
Redaktor və rəssam kitab nəĢri və yaxud kitab qrafikası vasi-
tələri ilə əsərin mənasını və zahiri əlamətlərini Ģərh edirlər. Redak-
torun  və  rəssamın  mövqeyi  hər  hansı  bir  nöqtədə  üst-üstə  düĢür. 
Belə ki, yuxarıdakı sxemdən göründüyü kimi, həm birinci, həm də 
ikinci  Ģəxs  əsərin  anlaĢılmasında  və  Ģərhində  oxucunu  nəzərdə 
tutur.  
Kitabın  illüstrasiyasına  tətbiqən  rəssamın  mətnin  oxunma-
sına, baĢa  düĢülməsinə və dəyərləndirilməsinə müdaxiləsinin im-
kanları, yolları və sərhədləri problemi üzə çıxır. Problem redakto-
run və rəssamın mətni anlama tərzlərinin üst-üstə düĢməsi və illüs-
trasiyalarda  mətnin  Ģərhi  istiqamətlərinin  müəyyənləĢdirilməsi  ilə 
həll  olunur.  Əlbəttə,  redaktor  bədii  vasitələrin  seçiminə  müdaxilə 
etmir. O, yalnız illüstrasiyaların bəzi xüsusiyyətlərinə istinadlana-
raq  və  onların  oxucu  tərəfindən  qavranılma  keyfiyyətini  nəzərə 
alaraq, təqdim olunmuĢ ədəbi  əsərə  illüstrasiya çəkilməsinə  ümu-
mi yanaĢmanın imkanlarını göstərir.  
Redaktor soraq aparatını hazırlamaqla, rəssam isə illüstrasi-
ya  çəkməklə məzmunu  daha dolğun Ģəkildə  açmağa və  müəllifin 
baĢlıca ideyalarına oxucunun marağını artırmağa can ataraq, ədəbi 
əsərin  çağdaĢ  ictimai-mədəni  kontekstə  daxil  olmasını  təmin 
edirlər. Ġllüstrasiya çəkilməsinin bu və ya digər gediĢatının orijina-
lın  ruhuna  və  məzmununa  uyğunluğu  məsələsi  illüstrasiyaların 
qiymətləndirilməsinin  ən  zəif  məqamıdır.  Belə  ki,  eyni  əsərin 
müxtəlif rəssamlar tərəfindən Ģərhi faktları məlumdur. Bu faktlar 
göstərir  ki,  daha  yaxĢı  və  daha  adekvat  izahın,  Ģərhin  inandırıcı 
əsasları mövcud deyildir. Kitab qrafikasının ədəbi əsərin ideyaları-
na  və  üslubiyyatına  uyğunluğu  məsələsinin  indiyədək  elmi  əsas-
landırılması yoxdur. Ġllüstarsiya çəkilməsi prosesinin nəzəri mode-
linə və keyfiyyətin ciddi meyarlarına rast gəlinmir. Lakin illüstra-
siyanı ədəbi əsərin mətninə tabe vəziyyətdə nəzərdən keçirmək la-

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
198 
 
zımdır.  Rəssam  əsərin  məzmununu  daha  dolğun  ifadə  etmək  im-
kanlarını axtarmalıdır. Məhz bu cür yanaĢma illüstrativ sıranın re-
daktor tərəfindən nəzərdən keçirilməsinin əsasında durur. Ġllüstra-
siyanın  oxucu  tərəfindən  qavranılmasında  emosional  baĢlanğıc 
ciddi  yer  tutur.  Redaktor  təhlilinin  inandırıcı  olması  üçün  mate-
rialın nəĢrin mahiyyətindən doğan illüstrativ sıranın nəzəri cəhət-
dən əsaslandırılmıĢ xüsusiyyətlərinə istinadlanaraq qiymətləndiril-
məsi zəruridir.  
Kitabın nəĢri prosesi mürəkkəb, kompleks prosesdir. Redak-
tor illüstrativ sıranı qiymətləndirərkən ədəbi əsərin, nəĢrin, oxucu 
qavrayıĢının baĢlıca xüsusiyyətlərindən çıxıĢ edir və illüstrasiyala-
rın funksiyalarını nəzərə alır. Bu xassələri nəzərdən keçirək. 
Məlum  olduğu  kimi,  bədii  əsər  məzmunun  mənası  və  onun 
təqdimatı forması kimi göstəricilərlə səciyyələndirilir. Ġllüstrasiya-
lar əsərin mənasına və yaxud onun formasına istiqamətlənə bilər.  
Ġllüstarsiyaların hazırlanması istiqamətlərinin müəyyənləĢdi-
rilməsinin çoxlu imkanları vardır. Belə ki, nəĢrin verbal və vizual 
sıralarının  qarĢılıqlı  təsirinin  müəyyənləĢdirilməsinə  müxtəlif 
yanaĢmaları əks etdirən ən müxtəlif konsepsiyalara təsadüf etmək 
mümkündür.  
NəĢrin  baĢlıca  xüsusiyyətləri  də  redaktor  tərəfindən  illüs-
trativ sıranın qiymətləndirilməsinə təsir edir. Redaktor illüstrasiya-
nı  təhlil  edərkən nəĢri həm  hadisə, həm  də proses kimi  nəzərdən 
keçirməlidir.  Ġllüstrativ  sıra  ədəbi  əsərə  tabe  olmalı  və  bu  əsərin 
mənasının aydınlaĢdırılmasına yönəlməlidir.  
Kitabı (nəĢri) proses kimi nəzərdən keçirərkən illüstrativ sı-
ranın vizual qavrayıĢ dinamikasında oxucuya təsirinin imkanlarını 
nəzərə almaqla nəĢrin tərtibatının çıxıĢ müddəalarını müəyyənləĢ-
dirmək mümkündür. Bundann baĢqa, illüstrasiyalaĢdırma konsep-
siyasının müəyyənləĢdirilməsi zamanı nəĢr tiplərinin və növlərinin 
xüsusiyyətlərini nəzərə almaq zəruridir. 
İllüstarsiyaların funksiyaları. Ġlk növbədə redaktorun nəzərə 
alması üçün zəruri olan funksiyalar aĢağıdakılardan ibarətdir: 

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
199 
 

 
Ġdraki; 

 
Tərbiyəvi; 

 
DolğunlaĢdırıcı; 

 
Təqlidi; 

 
Məzmunu izahedici və dərinləĢdirici; 

 
Estetik. 
NəĢrin  tərtibatının  dəyərləndirilməsi  zamanı  yalnız  rəssam 
tərəfindən orijinalın hazırlanması keyfiyyəti deyil, habelə illüstra-
siyaların  poliqrafik  icrasının  keyfiyyəti  də  əhəmiyyətə  malikdir. 
Bu prosesdə redaktorun və rəssamın iĢi kompleks səciyyə daĢıyır. 
Rəssam illüstrasiyaların hazırlanmasına müraciət edərkən nəzərdə 
tutulan  kitab  üçün  mövcud  olan  poliqrafik  Ģərtlər  haqqında  aydın 
təsəvvürə  malik  olmalıdır.  Redaktor,  rəssam  və  bədii  redaktor  ilə 
birlikdə ədəbi əsərin və bütövlükdə kitabın surət-assosiativ qurulu-
Ģunun,  illüstrativ  sıranın  yaradılması  metodlarının  axtarıĢında  iĢ-
tirak etməlidir.  
Məzmunun  vizual  nümayiĢi  metodunun müəyyənləĢdirilmə-
sinin əsasında, bir qayda olaraq, ədəbi əsərin məzmunun, səciyyə-
vi xüsusiyyətlərinin, oxucu maraqları və qavrayıĢ imkanlarının ke-
yfiyyətinin nəzərə alınması durur.  
Kitabı  hadisə  kimi  nəzərdən  keçirərkən  onun  tamlığını,  bü-
tövlüyünü nəzərə almaq lazımdır. Ġllüstrasiyalar mətnin və təsvirin 
ümumiliyini  təmin  etməli,  bədii  əsərin  məzmun  və  formasının 
vəhdətinin qavranılmasında oxucuya  yardım etməlidir. Buna görə 
də  redaktor  iĢinin  baĢlıca  prinsiplərindən  biri  ayrı-ayrı  vərəqlərin 
deyil, ədəbi əsərdə təhkiyənin ən mühüm dönüĢlərinin nəzərə alın-
ması Ģərtilə illüstrasiyaların hamısının qiymətləndirilməsidir.  
NəĢrin  tamlığı  əslində  illüstrativ  sıranın  tamlığı  ilə  təmin 
olunur.  Ġllüstrasiyalar öz aralarında  yerləĢmənin  müəyyən ardıcıl-
lığı, uzlaĢması, onlarda məzmunun inkiĢaf dinamikasının düĢünül-
müĢ olması ilə bir-birinə qarĢılıqlı təsir göstərməlidir. Yəni, illüs-
trasiyalar özəl  kiçik  süjetə  malik  olaraq,  hərəkətin müəyyən inki-
Ģafını  nümayiĢ  etdirərək  müstəqil  əhəmiyyət  kəsb  edir.  Bundan 

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
200 
 
baĢqa, ardıcıl epizodlar sırasının vahid kompozisiyada birləĢdiril-
məsi təhkiyəni dolğunluqla təmin edir, təfsilatı qeyd etmək imkanı 
verir.  
NəĢrin  tamlığı  kitabın  bütün  təsviri  elementlərinin  tərtibat 
tərzinin vəhdəti ilə yaradılır. Seriyalı nəĢrin yaradılması gediĢatın-
da  vahid  üsluba  əməl  etmək  xüsusilə  çətindir.  Bu  zaman  hər  bir 
cildə  və  yaxud  seriyanın  buraxılıĢına  illüstrasiyaların  seriya  tərti-
batı və hazırlanması iĢi ilə müxtəlif rəssamlar məĢğul olurlar.  
Redaktor kitabda illüstrativ materialın yerləĢməsinin təĢkili-
nin  qanunauyğunluqlarına  istinad  etməlidir.  Bu  qanunauyğunluq-
lar qiraətin dinamikası ilə müəyyən olunur. Belə ki, illüstrasiya bi-
liklərin  alınması  ritmini,  mətnin  və  illüstrasiyaların  əvəzlənməsi 
hesabına  təhkiyənin  ritmini  verə  bilər.  Əgər  oxucunun  diqqətini 
yalnız ümumi planda təqdim olunmuĢ hadisəyə  yönəltmək zəruri-
dirsə,  lakin  redaktorun  fikrincə  məzmunun  baĢa  düĢülməsi  üçün 
vacib  əhəmiyyət  kəsb edirsə, onda illüstrasiyanı  üfüqi  vəziyyətdə 
yerləĢdirmək olar.   
Ədəbi-bədii nəĢrin illüstrasiyaları üzərində iĢ redaktorun yal-
nız yaradıcı münasibətini tələb etmir. Eləcə də bu iĢ ondan nəĢrin 
vizual  sırasının  xüsusiyyətlərini  yaxĢı  bilməyi,  rəssamı  və  incə-
sənət  əsərlərinin  bədii  qavranılmasının  səciyyəvi  xüsusiyyətlərini 
anlamaq bacarığını tələb edir.              
 
Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin