NƏSĠman yaqublu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə2/17
tarix01.01.2017
ölçüsü1,55 Mb.
#3900
1   2   3   4   5   6   7   8   9   ...   17

 
I BÖLÜM 
 
AZƏRBAYCANIN ĠġĞALI, XALQ KÜTLƏSĠNĠN ZORLA 
SOVETLƏġDĠRMƏ ƏLEYHĠNƏ MÜBARĠZƏSĠ. SOVET ĠTTĠFAQINDA 
MÖVCUD REJĠMƏ QARġI ETĠRAZLAR 
 
1920-ci  ilin  aprelin  27-də  Azərbaycan  Xalq  Cümhuriyyəti  süqut  etdi.  23 
aylıq  mövcudiyyatı  dövründə  Azərbaycan  Xalq  Cümhuriyyəti  milli-demokratik 
dövlət  qurulmasında,  milli  şüurun  oyanmasında,  müstəqilliyin  siyasi,  hüquqi, 
mənəvi baxımından təminində əhəmiyyətli rol oynadı. Milli Ordunun yaradılması, 
Azərbaycanın  ərazi  bütövlüyünün  qorunması,  azad  mətbuatın  inkişafı,  ictimai-
siyasi  həyatın  bütün  sahələrində  demokratiyanın  bərpası  böyük  tarixi  hadisə  idi. 
Azərbaycan Milli Qurtuluş hərəkatının tanınmış ideoloqu M. Ə. Rəsulzadə 1953-
cü  ildə  “Amerikanın  səsi”  radiosu  ilə  xalqımıza  müraciətində  müstəqil 
cümhuriyyətimizin  fəaliyyətini  belə  xarakterizə  edirdi:  “...28  Mayıs  1918-də 
istiqlalını elan etməklə Azərbaycan tarixinin təbii bir nəticəsini fikirdən işə keçirdi. 
Eyni  zamanda  o,  zəmanəyə  hakim  olan  şüarından  istifadə  edirdi.  “Hər  millət  öz 
müqəddəratını  özü  həll  etməyə  səlahiyyətdardır”  düsturunu  xalqın  ümumi  rəyinə 
uyaraq  istiqlalını  elan  edirdi.  İstiqlal  elanı  üzərində  qurulan  milli  Azrbaycan 
höküməti az zamanda məmləkətdə çox böyük işlər gördü”. (196, s.302) 
27 aprel hadisəsindən sonra Azərbaycan xalqı bolşevik rejimi və işğalçılıq 
siyasəti  ilə  razılaşmadı.  İlk  günlərdən  başlayaraq,  gizli  təşkilatların  yaradılması, 
meqavimət  hərəkatının  güclənməsi  sübut  edir  ki,  xalqımız  nə  bolşeviklərin,  nə 
Bakıdakı türk zabitlərinin (bu zabitlər XI Ordunun işğalçılıq planına inanmayaraq, 
onun  Anadolunun  xilasına  getdiyini  israr  edirdilər  –  N.  Y.),  nə  də  XI  Ordunun 
aldadıcı  planlarına  inanmamış,  fəaliyyətini  təcavüzə  qarşı  mübarizəyə 
yönəltmişdir.  Bu  fəaliyyət  nəticəsində  Sovet  hökümətinin  Azərbaycandakı  bütün 
işləri  diqqətlə  izlənilir,  onların  hər  yalan  şüarı  gizli  təşkilatlar  tərəfindən  təkzib 
edilirdi. Orta və ali məktəblərdə güclü təbliğat işləri aparılır, Sovet hakimiyyətinin 
işğalçı məqsədi adamlara anladılırdı. Hər baxışdan güclü təbliğatçılar yetişdirmək 
üçün  gizli  siyasi  kurslar  və  məktəblər  açılırdı.  Sovet  höküməti  gizli  təşkilatları 
nüfuzdan  salmaq,  onları  mənən  süquta  yetirməkdən  ötrü  təxribat  xarakterli 

təbliğatdan, (84, s. 41) işgəncə və əzab üsullarından istifadə etsə də, (173) adamları 
mübarizədən  çəkindirə  bilmirdi.  Gizli  təşkilatların,  xüsusən  Müsavat  Partiyasının 
fəalları  qapalı  mətbəədə  “İstiqlal”  qəzetinin  (184,  s.26)  və  o  zaman  milli  tarixi 
günlərimizlə  bağlı  çap  olunan  bəyannamələri  (202,  155,  s.  30-31)  xalq  arasında 
yayırdı. Azərbaycanda kommunist-rus işğalına etiraz xarakteri daşıyan 1920-1937-
ci illər tarixləri arasında müxtəlif zamanlarda yayımlanan bu bəyannamələr (150, s. 
21) böyük həyəcanlara səbəb olur, sovet idarələrini qorxuya salırdı. 
Bu  illərdə  bolşevik  rejiminə  qarşı  Azərbaycanda  aparılan  mübarizəni  4 
mərhələyə  bölmək  mümkündür.  Birinci  mərhələ  -  1920-23-cü  illərdir.  Bu 
mərhələdə  müsavatçılar  və  ittihadçılar  birləşərək  Gürcüstanda  menşeviklər, 
Dağıstanda  isə  antisovet  qiyamçılarla  əlaqəyə  girib  kütləvi  silahlı  üsyanlar  təşkil 
etmişlər”. (133, s. 15) 
İkinci mərhələ - 1923-26-cı illəri əhatə edir. Bu mərhələ 1920-23-cü illərdə 
ciddi  məğlubiyyətlərə  uğrayan  Müsavatın  öz  taktikasını  dəyişərək  daha  ehtiyatla 
hərəkət etməsi ilə müşahidə olunur. 
Üçüncü  mərhələ  -  1926-31-ci  illəri  əhatə  edir.  Bu  mərhələdə  SSRİ  ilə 
İngiltərənin  münasibətlərinin  kəskinləşdiyi  vaxtda  Azərbaycanın  daxilində  silahlı 
üsyan cəhdləri də artır. 
Dördüncü  mərhələ  -  1931-37-ci  illəri  əhatə  edir.  Bu  dövrdə  aparılan 
mübarizədə mütəşəkillik olmasa da, Azərbaycan ziyalıları milli ideologiyanın əsas 
daşıyıcıları kimi çıxış edirlər. (133, s.15) 
Qeyd  edək  ki,  Azərbaycanın  işğalının  ilk  illəri  qanlı  icraat  rejiminin  ən 
təhlükəli dövrüdür. Yalnız “... 1921-ci ilə qədər ancaq hərbçilərdən 12 general, 27 
albay və polkovnik-leytenant, 46 kapitan, ştabskapitan, poruçik və podporuçik, 146 
praporşik, 266 nəfər başqa işçilər güllələnmişdir. 1920-ci il aprelin 28-dən 1921-ci 
ilin  avqustuna  qədər  Azərbaycanda  48  min  adam  qırmızı  terrorun  qurbanı  oldu”. 
(216, s.87) 
M.Ə.  Rəsulzadə  yazırdı:  “Azərbaycanın  həqiqi  diktatoru,  cəlladbaşı 
Pankratov  idi.  Pankratovun  əmri  fövqündə  bir  əmr  yox  idi”.  (196,  s.  163) 
Pankratov XI Ordunun Siyasi Şöbəsinin rəisi idi. Ümumiyyətlə isə, Azərbaycanda 
üç əsas təşkilat fəaliyyət göstərirdi: 1) XI Ordunun Pankratovun başçılığında olan 
Xüsusi  şöbəsi  –  “Osobı  Otdel”.  2)  “Azərbaycan  ÇK-sı”.  3)  XI  Ordunun  İnqilabi 
Tribunalı. 
Qızıl  Ordu  qərargahının  həmin  ildə  əsgərlərə  göndərdiyi  şifrəli  (N6) 
teleqramdakı  təlimatda  isə  yazılmışdı:  “Döyüşdə  inadkar  və  cəsarətli  ol!..  Bil  ki, 
sən Sovüet hökümətini qurmusan. (77, v.1) 
Tanınmış  Azərbaycan  mücahidlərindən  olan  Ə.  Yurdsevər  “Azərbaycan 
İstiqlal savaşından səhnələr” adlı xatirələrində həbsdə olarkən bir bolşevik-çekistin 
ona  dediklərini  belə  ifadə  edir:  “Biz  istəsək,  58-ci  maddəyə  istinad  etməklə  eyni 
məhbusu, cinayət dərəcəsi nə qədər ağır və ya yüngül olmağına baxmayaraq, edam 
etdirir, sürgünə göndərir, məcburi əmək koloniyalarına göndərir və yaxud büsbütün 

sərbəst  buraxırıq!  Biz  burjua  hakimləri  kimi  qanunun  mahiyyətinə  yox,  inqilabçı 
vicdanımıza və duyğumuza görə hökm veririk”. (201, s.9) 
Bu  faktlar  bir  daha  təsdiqləyir  ki,  Azərbaycanda  bolşevik  rejiminə  qarşı 
şərəfli və ağır istiqlal mübarizəsi aparılırdı. 
Digər  tərəfdən,  xalqın  etiraz  müqaviməti  artır,  Azərbaycanın  bütün 
bölgələrini silahlı üsyanlar bürüyürdü.  Azərbaycanda  Sovet hökümətinə  qarşı baş 
verən ən güclü silahlı üsyan 1920-ci ilin mayında Gəncədə oldu. (92) Gəncə üsyanı 
zamanı  XI  Qızıl  Ordudan  8500,  Milli  Ordumuzdan  və  mülki  əhalidən  isə  8000-
13000-ə  qədər  adam  həlak  oldu.  M.Ə.  Rəsulzadə  bu  üsyanla  bağlı  belə  yazırdı: 
“Bu  üsyan  ibtida  Gəncədə  başladı.  Çarizmin  qəddar  generalı,  knyaz  Sisyanovla 
parça-parça  doğranıncaya  qədər  müqavimət  göstərən  Cavad  xanın  şəhəri  bu  dəfə 
də özünü göstərdi”. (183, s.70) 
Sovet  hökümətinin  xalq  üsyanlarına  və  müqavimət  hərəkatına  qarşı 
göstərdiyi cinayəti tanınmış yazıçı Y.V. Çəmənzəminli belə ifadə edirdi: “Yaxmaq, 
yıxmaq və öldürmək!” – şüarı hər yerdə hökmfərmandır”. (102, s.42) 
Eyni  zamanda,  hərbi  hissələrdə  də  ciddi  təbliğat  işləri  aparılır,  əsgərlərin, 
zabitlərin mövcud rejimdən narazılığı gücləndirilirdi. 1927-ci ildə “Gizli Müsavat” 
təşkilatı  Sovet  Ordusundakı  Azərbaycan  əsgərlərinə  müraciətlə  onları  Qızıl 
Ordunun  və  bu  ordunun  başçıları  olan  bolşeviklərin  istismarçı  məqsədi  ilə  tanış 
edirdi.  (89)  Bolşeviklər  gəncləri  kommunist  ruhunda  tərbiyə  etmək,  millət,  din 
əleyhinə  mübarizədə  yetişdirmək  üçün  məqsədyönlü  “Allahsızlar  cəmiyyəti” 
yaradıb, mətbu orqan nəşr etsələr də, xalqın müqavimətini dayandıra bilmədilər. 
1929-cu  ilin  sonlarından  Azərbaycanda  kütləvi  kəndli  üsyanları  alovlandı. 
Sovet  hökümətini  ciddi  sarsıdan  bu  üsyanlar  haqqında  Almaniyanın,  Fransanın, 
İsveçrənin,  İngiltərənin  mətbuatında  da  yazılar  çap  olundu.  Üsyan  Azərbaycanın 
bütün  vilayətlərini  bürüdü.  Zaqatala,  Şəki,  Qazax,  Gəncə,  Naxçıvan,  Qarabağ, 
Muğan,  Salyan,  Lənkəran,  Göyçay,  Ağdaş,  Şirvan,  Quba  vilayətlərində  üsyanın 
dalğası  daha  güclü  idi.  Bu  üsyanları  yatırmaq  məqsədi  ilə  Moskva  Azərbaycana 
yeni  rus  əsgərləri,  2000-dən  çox  “çekist”  göndərdi.  (170)  Bir  çox  mahallarda 
kəndlilər  Moskvadan  göndərilən  nümayəndələri  ya  döyür,  ya  da  öldürürdülər. 
Salyanda  aparılan səyyar  məhkəmədə  aydınlaşmışdı ki,  Moskvanın  Azərbaycanın 
Muğan və Mil bölmələrində apardığı ruslaşdırma siyasətinə qarşı bir qiyam olmuş, 
kəndlilər  Kür  bəndlərini  açaraq  bütün  əkinləri,  rus  mühacir  kəndlərini  məhv 
etmişdilər. (88) 
Azərbaycanda  mövcud  qaydalardan  narazılıq  artırdı.  Tez-tez  baş  verən 
kəndli  qiyamları,  partizan  hərəkatı  davam  edirdi.  Gəncəbasarda,  Cəbrayılda, 
Ağdamda,  Şəkidə,  Qazaxda,  Naxçıvanda,  Qubada  böyük  partizan  dəstələri 
mübarizə  aparırdı.  Partizanlara  ərzaq  və  geyimlə  yardım  etdiklərinə  görə  200 
azərbaycanlı  qadın  həbs  edilib  Rusiyaya  göndərildi.  Onların  arasında  qoca  və 
hamilə qadınlar, 16-17 yaşlı qızlar da vardı. (90) 

Sovet  höküməti  Azərbaycanı  ruslaşdırır,  milli  kadrları  mühüm  vəzifələrə 
yaxın  buraxmırdı.  Aşağıdakı  cədvəl  Sovet  hökümətinin  “ruslaşdırma”  siyasətinə 
əyani bir sübutdur. 
Türklərin (azərbaycanlıların) ümumilikdə nisbəti: 
1.
 
Azərbaycan Baş İqtisad Şurasında – 1928-ci ildə türklər yüzdə 31, 1931-
ci ildə isə yüzdə 22 olmuşdur. 
2.
 
Sığorta  idarəsində  -  1928-ci  ildə  türklər  yüzdə  12,  1929-cu  ildə  yüzdə 
16, 1931-ci ildə yüzdə 14. 
3.
 
Azərbaycan Petrol Komitəsində - 1928-ci ildə türklər yüzdə 67, 1931-ci 
ildə isə yüzdə 39-a enmişdir. 
Qeyd  edək  ki,  Azərbaycandan  on  minlərlə  insanə  həbs  edib  “ölüm 
düşərgəsi”  adlanan  Solovkiyə  göndərir,  orada  ağır  işlərdə  məcburən  çalışdırır, 
məhv edirdilər. (15, 16, 17, 235) 
Qeyd olunmalıdır ki, bu illərdə Azərbaycan kəndində sosial-siyasi proseslər 
də  olduqca  mürəkkəb  idi.  Sovet  dövlətinin  yeritdiyi  siyasət  (xüsusən 
kollektivləşmə  siyasəti)  insanlarda  ciddi  narazılıq  doğurur,  əhalinin  hökümət 
dairələrinə  qəzəbini  artırırdı.  Uğursuz  “NEP”-dən  sonra  dolanışığı  daha  da 
pisləşmiş əhali kollektivləşməni qəbul etmək istəmirdi.  Sovet  höküməti isə  bütün 
imkanlarından  istifadə  edib  kənddəki  sosial-siyasi  prosesləri  nəzarətində 
saxlamağa  çalışırdı.  Bu  məqsədlə  də  yeni  hakimiyyət  kəndliləri  sosializm 
quruluşuna  cəlb  etmək  üçün  kooperativləşmə,  kredit  verilməsi,  vahid  kənd 
təsərrüfat  vergisi,  yer  quruluşunda  güzəştlər,  yoxsul  fondunun  yaradılması  və  s. 
tədbirlərdən istifadə edirdi. (134, s. 126) 
Digər  tərəfdən  Sovet  hökümətinin  kəndin  varlı  təbəqələrinə  qarşı  1930-cu 
ilin yanvarın 5-də qəbul etdiyi ölüm hökmü haqqındakı qərar da vəziyyəti daha da 
gərginləşdirmişdi. Məhz bu səbəblərdən kəndli öz əmlakını, mənliyini və ən əsası 
varlığını qoruyub saxlamaq üçün müqavimət göstərməli idi. (134, s. 134) 
Kollektivləşmə  siyasətinin  törətdiyi  acı  nəticələri  müxtəlif  rəqəmlərlə 
göstərmək  mümkündür.  Bu  siyasətin  nəticəsində  Azərbaycanda  yüzlərlə  adam 
öldürüldü,  minlərlə  insan  uzaq  yerlərə  sürgünə  göndərildi.  Xarici  ədəbiyyatlarda 
göstərilən  rəqəmlərə  diqqət  edək:  elliklə  kollektivləşmə  zamanı  13  milyon  adam 
məhv olmuşdur ki, bundan 7 milyonu acından ölmüşdür. Digər məlumatlara görə 
isə acından ölənlərin sayı 3-4 milyon olmuşdur. (134, s. 152) 
Sovet dövlətinin apardığı kollektivləşmə siyasətinin ağır nəticələri haqqında 
V. Surorovun və Robert Konkvestin kitablarında isə daha çox rəqəmlər göstərilir. 
Bildirilir ki, kollektivləşmə nəticəsində Sovet İttifaqında 10-16 milyon insan həlak 
olmuşdur.  (334,  s.  40).  Qeyd  edək  ki,  Stalin  həmin  dövrdə  Sovet  hökümətinin 
xaricə 5 milyon taxıl satdığını bildirirdi. 
Bundan  əlavə,  Sovet  hökümətinin  mənəvi-əxlaqi,  xüsusən  dini  sahədə 
apardığı  siyasət  insanların  ciddi  narazılığına  səbəb  olurdu.  Əsrlər  boyu  İslam 

dininə  sitayiş  etmiş,  məscidə  Allah  evi  kimi  baxmış,  “Allahu-Əkbər”  sədası  ilə 
yaşamış əhali “dinsiz” bolşevikləri qəbul etmirdilər. 
Azərbaycan  İnqilab  Komitəsi  1920-ci  ilin  mayın  5-də  verdiyi  “Torpaq 
haqqında  dekret”i  ilə  bəy,  xan,  məscid  və  kilsə  torpaqlarının  milliləşdirilməsini 
elan etdi. (134, s.110) Bu, əslində İslam qaydalarına zidd bir hərəkət idi. 
1924-cü  ildə  Bakıda  dinə  qarşı  mübarizəni  gücləndirmək  məqsədi  ilə 
“Allahsızlar  cəmiyyəti”  yaradıldı.  Cəmiyyətin  qarşısında  duran  başlıca  vəzifə  isə 
bundan ibarət idi: bütün şüurlu fəhlə və kəndliləri mübariz ateizm bayrağı altında 
birləşdirmək,  zəhmətkeşləri  dini  xurafatdan  uzaqlaşdırmaq  və  onlarda  materialist 
dünyagörüşü formalaşdırmaq. 
1926-cı  ildə  “Allahsızlar  cəmiyyəti”nin  Bakı  Bürosu  yanında  Azərbaycan 
dilində dinə qarşı üç aylıq axşam kursları açıldı və həmin ilin martında “Allahsızlar 
cəmiyyəti”nin birinci Ümumbakı konfransı çağırıldı. (134, s. 112) 
Beləliklə,  20-30-cu  illərdə  din  xadimləri  nəinki  mətbuatda  təhqir  olunur, 
eyni zamanda amansız təqiblərə məruz qalırdılar. “Kommunist” qəzetində isə belə 
başlıqlarla  yazılar  çap  edilirdi:  “Molla  gəmirir,  heyvan  tükünü  tökür”,  “Onların 
saqqalını dartıb çıxarın” və s. (134, s. 115) 
Aparılan  siyasət  nəticəsində  din  xadimlərinin  əksəriyyəti  öldürüldü, 
qalanlarından bir qismi peşəsini dəyişdi, bir qismi isə xarici ölkələrə qaçdı. 
Bu  illərdə  Azərbaycanda  çoxlu  sayda  məscidlər  dağıdıldı,  bəzilərini  isə 
kluba,  kitabxanaya,  mədəniyyət  evlərinə  çevirdilər.  1929-cu  ilin  aprelin  9-da 
Azərbaycan  K(b)P  və  Bakı  Komitəsinin  birgə  Plunumunda  bildirilirdi  ki, 
respublikada  400-ə  qədər  məscidin  bağlanması  əhali  tərəfindən  narazılıqla 
qarşılanıb. (78, v.89) 
Bolşeviklər İslamın mühüm şərtlərindən olan Orucluğa, Ramazana qarşı da 
çıxır, mətbuatda, qəzetlərdə bununla bağlı felyetonlar, hekayələr, müxtəlif formalı 
yazılar çap etdirirdilər. 
Beləliklə, 20-30-cu illərdə iqtisadiyyatda, sənayedə, təhsildə, mədəniyyətdə 
“inqilab”  edən  Sovet  höküməti  dinə,  milli  adət-ənənələrə  qarşı  da  barışmaz 
mübarizə aparırdı. 
Azərbaycanın  güclə  ruslaşdırılması,  tarixi  mədəniyyətinin,  adət  və 
ənənələrinin  boğulub  məhv  edilməsini  Azərbaycan  Milli  Qurtuluş  hərəkatının 
ideoloqu  M.Ə.  Rəsulzadə  belə  ifadə  edirdi:  “Sovetlərdə  indi  müdhiş  bir  rus-
bolşevik şovinizmi zühur etmişdir. Rus mədəniyyət ölçülərini mütləq surətdə qəbul 
etməyənlər, buna  müqabil  millətlərarası  mədəniyyət  dəyərlərini qiymətləndirənlər 
kosmopolitizm ilə ittiham olunur və yaxanı NKVD-nin əlinə verirlər”. (182, s.129) 
Qeyd  edək  ki,  Azərbaycanı  işğal  yolu  ilə  tabeçiliyinə  keçirmiş  Sovet 
höküməti  qatı  şəkildə  ruspərəst  və  ermənipərəst  siyasət  yeridirdi  Bu  siyasətin  ən 
qorxulusu  və  təhlükəlisi  Azərbaycan  torpaqlarının  alınıb  hissə-hissə  Ermənistana 
verilməsi  idi.  1923-cü  ildə  Azərbaycan  ərazisində  qondarma  Dağlıq  Qarabağ 
Muxtar  Vilayəti  yaradıldıqdan  sonra  digər  ərazilərimiz  də  ermənilərə  verilməyə 

başladı.  Belə  ki,  Zaqafqaziya  MİK  Rəyasət  Heyətinin  1927-ci  il  1  yanvar  tarixli 
iclasında (2 saylı protokol, bənd 5) Mehri-Cəbrayıl qəzasından 24 kəndin, 1927-ci 
ildə  20  iyun  tarixli  iclasında  (18  saylı  protokol,  bənd  1)  isə  Zəngəzur-Kürdüstan 
qəzasının  1.065  kv  m  ərazisinin  bu  və  ya  digər  qəzalara  aid  edilməsi  məsələləri 
müzakirə edildi. Yenə də qanunverici hakimiyyət orqanının 1929-cu il fevralın 18-
də M. Slayakanın sədrliyi, Azərbaycan nümayəndələrindən isə D. Bünyadzadə, M. 
Bağırov və Ş. Yaqubovun iştirakı ilə keçirilən iclasında (3 saylı protokol) Mehridə 
erməni rayonu yaratmaq adı altında Zəngilan rayonunun 3 kəndi – Nüvədi, Ernəzur 
və Tuğut Ermənistana verildi. (167, s. 334-335) 
Sovet  hökümətinin  Azərbaycanda  yeritdiyi  bu  siyasət  əhalini  narazı  salır, 
qəzəbləndirirdi. 
Qeyd  edək  ki,  Sovet  hakimiyyətinin  mövcudluğunu  əslində  bu  təşkilatlar 
təmin edirdi: ÇK, QPU, OQPU, NKVD, KQB. Bolşeviklər bu təşkilatların vasitəsi 
ilə  özlərinin  az  qala  nəzəriyyədə  əsaslandıracaqları  “kütləvi  terror”u  tətbiq 
edirdilər.  İstər  Lenin,  istərsə  də  Stalin  “kütləvi  terror”un  zəruriliyini  dəfələrlə 
vurğulamışlar.  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Lenin  “individual  (fərdi)  terror”un 
fəhlə  hərəkatına  zərər  verəcəyini  bildirərək  “kollektiv  terror”  sisteminin  tətbiqini 
vurğulayırdı.  Bolşeviklərin  yolu həqiqətən  yalanlarla, cinayətlərlə  və  demaqogiya 
ilə müşahidə edilirdi. (319) 
Qeyd edək ki, hələ 1917-ci ilin 7 (20) dekabrında V. İ. Lenin dzerjinskiyə 
məktub  yazaraq  əksinqilabçılarla  ciddi  mübarizə  ölçülərinin  vacibliyini 
vurğulamışdı.  Həmin  günü  Xalq  Komissarlar  Soveti  Ümumrusiya  Fövqəladə 
Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. (282, s.4) Komissiyanın ilk 
sədri  F.  E.  Dzerjinski  oldu.  “Daxili  düşmən”  axtarmağa  (283,  s.  104)  daha  çox 
meylli  olan  bu  təşkilat  sonrakı  illərdə  QPU  (Qosudarstvennoe  Politiçeskoe 
Upravlenie) – Dövlət Siyasi İdarəsi; OQPU (Osoboe Qosudarstvennoe Politiçeskoe 
Upravlenie)  –  Xüsusi  Dövlət  Siyasi  İdarəsi:  KQB  (Komitet  Qosudarstvennoe 
Bezopasnisti)  –  Dövlət  Təhlükəsizlik  Komitəsi  adlanmışdır.  Təşkilatın  adı 
ruscadan  qısaldılaraq  (Vserossieskao  Çrezvıçaenao  Komissio)  “Çeka”  şəklində 
adlanırdı. Bu idarədə çalışanlara isə “çekist” deyirdilər. Təşkilatın adının bir neçə 
dəfə dəyişilməsinə baxmayaraq mahiyyəti olduğu kimi qalırdı. 
Bu  təşkilatlar  Azərbaycanda  fövqəladə  səlahiyyət  sahibi  olduğundan 
istənilən cəzanı tətbiq edə bilirdilər. 
1920-1930-cu  illərdə  Azərbaycanda  çoxlu  sayda  gizli  təşkilatlar,  qurumlar 
fəaliyyət  göstərir,  Sovet  rejiminə  qarşı  müqavimət  göstərirdilər.  “Gizli  Müsavat” 
təşkilatından başqa  “Gənc  Azər”  (əsas  məramı  –  Azərbaycanın qəzalarında  təhsil 
alan  gənclər  arasında  fəal  millətçilik  təşviqatını  aparırdı)  (123,  s.  21-22)  Bundan 
əalvə,  “Gənc  Azər”  təşkilatında  gənc  kadrlar  –  müsavatçılar  hazırlamaq, 
Azərbaycanda  Sovet  hakimiyyətini  devirmək,  Azərbaycanın  Rusiyadan  ayrılması 
istiqamətində fəaliyyət göstərirdi. 

Bu illərdə Azərbaycanda “Gənc Türkçülər Birliyi”, “Müstəqil Azərbaycan” 
təşkilatı, “Azərbaycanı öyrənən cəmiyyət” ciddi fəaliyyət göstərirdi. Qeyd edək ki, 
bu  qurumların  əksəriyyəti  müsavatçılar  tərəfindən  yaradılırdı.  “Azərbaycanı 
öyrənən  cəmiyyət”  o  dövrdə  yeni  əlifba  ilə  nəşrə  mane  olmaq  üçün  ciddi  iş 
aparırdı. (203, s. 61) 
Mühacirətdə, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən azərbaycanlılar müxtəlif 
vasitələrlə Azərbaycandakı hadisələrə təsir göstərirdilər. M. Ə. Rəsulzadənin 1923-
cü  ildən  Türkiyədə  nəşr  etdiyi  jurnallar  (“Yeni  Qafqaziya”,  “Azəri  Türk”,  “Odlu 
Yurd” və b.) İrandan Masallıya, oradan isə Bakıya gətirilir, əhali arasında yayılırdı. 
Beləliklə, İkinci Dünya müharibəsi ərəfəsində Azərbaycan əhalisinin böyük 
əksəriyyəti  mövcud  rejimdən  narazı  qalaraq,  Sovet  hökümətini  qəlbən 
dəstəkləmirdilər. 
 
II. SOVET ĠTTĠFAQININ BÜTÜN BÖLGƏLƏRĠNDƏ 
NARAZILIQLAR, QIRĞINLAR,  
HƏBSLƏR 
 
Sovet dövlətinin yeritdiyi siyasət yalnız Azərbaycanda deyil, ölkənin bütün 
yerlərində  xalq  kütlələrinin  ciddi  narazılıqları  ilə  qarşılanırdı.  Rusiyada, 
Ukraynada,  Gürcüstanda  və  başqa  bölgələrdə  tez-tez  hökümət  əleyhinə  çıxışlar, 
üsyanlar olurdu. Sovet hökümətinin bu üsyanları və narazılıqları amansız üsullarla 
boğmasına baxmayaraq, kütlənin etiraz partlayışı hər an gözlənilirdi. 
“Arqumentı i faktı” qəzetinin 1989-cu ildə çap edilən saylarında stalinizmin 
ümumi  qurbanlarının  sayı  40  milyona  qədər  göstərilirdi.  (220)  1939-cu  ilin 
yanvarın  1-dən  “QULAQ”dakı  1.317195  dustağın  830.491-i  rus,  181.9050i 
ukraynalı,  44.785-i  belorus,  24.894-ü  tatar,  24.499-u  özbək,  19.758-i  yəhudi, 
18.572-i  alman,  17.123-ü  qazax,  16.860-ı  polyak,  11.723-ü  gürcü,  11.064-ü 
erməni, 9352-i türkmən, 4874- ü başqırd, 4347-i tacik, qalan 96.948-i 100-dən çox 
millətin nümayəndələri idi. (221) 
Həbs  edilənlərin  yaş  həddi  belə  idi  (1940-cı  il  martın  1-i):  18  yaşdan  az 
olanlar – 1,2%; 18-dən 21 yaşa qədər olanlar – 9,3%, 22-dən 40 yaşa qədər olanlar 
– 63,6%; 41-dən 50 yaşa qədər olanlar – 16,2%; 50 yaşdan yuxarı olanların sayı – 
9,7%. Böyük Vətən müharibəsinə qədər məhbusların 93 faizini kişilər, 7 faizini isə 
qadınlar  təşkil  etdiyi  halda,  1944-cü  ilin  iyulunda  74  faizi  kişilər,  26  faizi  isə 
qadınlar təşkil edirdi. (221) 
Yalnız  1927-ci  ildən  1929-cu  ilə  qədər  Sovet  İttifaqının  həbsxanalarında, 
siyasi təcridxanalarında və sürgündə bir milyona qədər insan vardı. BU insanların 
çoxu müxalifətdə dayanan partiya üzvləri, sovet müəssisələrində vicdanla çalışmış 
“burjua” mütəxəssisləri idi. Bütün respublikalardakı həbsləri, adətən “millətçilər”, 
“NEP-əleyhdarları”  adı  altında  aparırdılar.  Kənd  yerlərində  isə  veteranları, 
aprotexnikləri, kooperatorları həbsə alırdılar. 

1930-1932-ci illərdə bütün varlı kəndlilərə sarsıdıcı zərbələr vuruldu. Evlər 
və  əmlaklar  yeni  yaradılan  kolxozlara  verildi.  Onların  (yəni  “ortabab”  və 
“mülkədar”ın)  ailələri  isə  məcburi  olaraq  Sibirə,  Urala,  şimala  –  Arxangelsk 
vilayətinə, Kol yarımadasına, Komi Muxtar Respublikasına göndərildi. Şahidlərin 
ifadəsinə görə, varlı kəndlilərin yalnız az hissəsi əvvəlcədən əmlakını satıb şəhərə 
qaça bilmişdi. Qalanlarını isə köçürmüşdülər. Bunun nəticəsində yalnız bu dövrdə 
6-7 milyon insan stalinizmin qurbanına çevrildi. 
1933-cü  ildə  bir  milyondan  çox  kəndli  başqa  yerlərə  sürgün  edildi. 
Çoxlarının  düşündüyünün  əksinə  olaraq  məcburi  yaradılmış  kolxozlar  tez  bir 
zamanda  ölkəyə  lazım  olan  çörəyi  və  ərzağı  verə  bilmədi.  Taxıl  və  heyvandarlıq 
məhsulları  istehsalı  kəskin  olaraq  azaldı.  1932-ci  ilin  payızından  bütün  taxıl 
rayonlarında aclıq başlandı. Müxtəlif müəlliflər bu illərdə acından ölənlərin sayını 
3 milyondan 10  milyona  qədər göstərirlər. Ümumilikdə  isə, 1932-1933-cü illərdə 
acından  ölənlərin  sayını  6-7  milyon  olaraq  qəbul  etmək  mümkündür.  Daha  1,5-2 
milyon yoxsul kəndlinin kolxoz-kooperativ mülkiyyətə zidd mövqeyinə görə həbs 
olunduğu təsdiqlənməkdədir. 
1935-ci  ildə  yeni  kütləvi  qırğın  kampaniyası  başlandı  –  Moskvadan  və 
Leninqraddan  “başqa,  yad  sinfi”  elementlər  köçürüldü.  Keçmiş  zadəgan,  tacir, 
kapitalist  və  məmur  ailələri  ayrı-ayrı  əyalət  şəhərlərinə  köçürüldülər.  Belə 
köçürülmüşlərin sayı 1milyon miqdarında idi. 
1937-1938-ci illərdə “yejovçuluq və böyük terror” dövründə kütləvi qırğına 
–  5-7  milyon  insan  məruz  qaldı.  Qırğına  məruz  qalanların  bir  milyona  qədəri 
partiya  üzvləri  idi.  Belə  şəraitdə  həbs  edilən  partiya  üzvlərinin  80  faizi  inqilaba 
qədər  təşkilata  üzv  olanlar  idi  və  çoxu  həm  də  partiya,  dövlət  və  təsərrüfat  fəalı, 
hərbi rəis və ziyalı kimi Sovet hökümətinə xidmət etmişdilər. 
1937-1938-ci  illərdə  həbs  edilənlərin,  demək  olar  ki,  1  milyonu 
güllələnməyə  məhkum  edildi,  qalanları  isə  düşərgələrə  göndərildi.  Həbs 
düşərgələrinə göndərilənlərin çox az hissəsi reabilitasiya dövrünə kimi sağ qaldı. 
1939-cu  ildə  Qərbi  Ukraynada  və  Qərbi  Belorusiyada  kütləvi  qırğınlar 
keçirildi. 1940-1941-ci ildə Pribaltikada, Bessarabiya və Şimali Bukovində kütləvi 
qırğınlar  keçirildi  və  yalnız  onların  böyük  bir  hissəsi  respublika  hakimiyyəti 
orqanlarının  qərarı  ilə  1987-1988-ci  illərdə  bəraət  aldılar.  Bəraət  alanların  sayı  1 
milyona yaxın idi. (220) Bu dövrdə 2 milyondan çox sovet almanı köçürülmüşdü 
ki, onlardan 500 mini Povoljya almanlarının muxtar respublikasına aid idi. 
Dövlət Müdafiə Komitəsinin qərarı ilə 1943-1944-cü illərdə Şimali Qafqaz 
və  Krım  xalqlarından  –  kalmıklar,  çeçenlər,  inquşlar  (318),  qaraçay  və  krım 
tatarları  zorla  şərqə  köçürüldülər.  (234,  266)  Doğma  yurdlarından  köçürülən 
müsəlmanların  ümumi  sayı  3  milyon  idi.  Belə  “cəzaya”  məruz  qalmış 
köçürülənlərin  1  milyona  qədəri  şəraitsizliyə  dözə  bilməyib  dünyasını  dəyişdi. 
Ölənlərin çoxu uşaqlar, qadınlar, qocalar və xəstələr idi. 

1940-cı  ildən  başlayaraq  ölkədə  amansız  və  sərt  qanunlar  hökm  sürməyə 
başladı. Belə ki, üç dəfə işə 20 dəqiqə gecikməyə və bir iş buraxmağa görə fəhlələr 
və  qulluqçular  məhkəməyə  verilir,  3-5  il  müddətinə  həbs  düşərgələrinə 
göndərilirdi.  Həbs  düşərgələrində  onları  “ukaznik”lər  adlandırırdılar  və  onların 
arasında çoxu 16-17 yaşlı gənclər idi. Belə “ukaznik”lərin sayı 2-3 milyona yaxın 
idi. (220) 
Qeyd edək ki, müharibədən sonra da NKVD işçiləri keçmiş hərbi əsirlər və 
işğal  edilmiş  torpaqlardan  Almaniyaya  məcburi  aparılmış  gənclər  və  işğal 
ərazilərində  yaşamış  sakinlər  arasında  da  ciddi  “təmizləmə”  işləri  apardılar. 
Bildiririk ki, belə insanların sayı 60 milyona yaxın idi. Bu adamların çoxu günahsız 
idi və sadəcə, acından ölməmək üçün faşistlərin yaratdığı müəssisələrdə işləməyə 
məcbur idilər. 
Doğrudur,  belə  adamların  çoxunu  cəzalandırmayıb,  ölkənin  qərb 
vilayətlərindəki  təsərrüfatların  bərpasında  işlətdilər.  Lakin  işğal  altında  qalmış 
ərazilərin, əksər sakinlərin  müəyyən hüquqları  məhdudlaşdırıldı,  müəyyən  hissəsi 
isə həbs düşərgələrinə göndərildi. Belə cəzaya məruz qalmış insanların sayı 10-12 
milyon idi. Bundan əlavə, İkinci Dünya müharibəsindən sonra ölkədə əsasən siyasi 
səbəblərlə  bağlı  həbslər  dalğası  başlandı.  Yalnız  1946-1953-cü  illərdə  bununla 
bağlı 1-1,5 milyon insan həbs edildi. 
Beləliklə,  ölkədə  aparılan  “stalinizm”  siyasəti  nəticəsində  təqribən  40 
milyona qədər insan həlak olmuşdu. (220) 
Yuxarıda  qeyd etdiyimiz  kimi,  bu illərdə  Stalinin əmri ilə  bir çox xalqları 
əsrlər  boyu  yaşadığı  torpaqdan  zorla  qovur,  sürgünə  göndərir,  Sibirdə, 
Qazaxıstanda yaşamağa məcbur edirdilər. Şübhəsiz ki, xalqların zorla köçürülməsi 
Sovet dövlətinin tarixinin ən faciəvi səhifələrindəndir. Moskvada, mərkəzi Dövlət 
Arxivində  və  xüsusən  “Stalinin  xüsusi  qovluğunda”  40-cı  illərin  “köçürülmələri” 
ilə  bağlı  çoxlu  sənədlər  saxlanılmaqdadır.  Bu  materialların  çoxu  “Moskovskie 
Novosti”  qəzetində  (1990-cı  il)  və  “SSRİ  tarixi”  jurnalında  (1991-ci  il)  nəşr 
edilmişdir.  Bu  sənədlər  bir  daha  Sovet  dövlətinin  və  “stalinizm”in  təhlükəli, 
qorxulu məqamlarını açıqlayır. Qeyd edək ki, bu illərdə çoxlu sayda xalqlar kütləvi 
olaraq köçürülməyə başladı. (295) 
SSRİ  Xalq  Daxili  İşlər  Komissarlığının  Xüsusi  Köçürülənlər  Şöbəsinin 
1946-cı  ilin  oktyabrına  hazırladığı  ümumi  arayışda  göstərilirdi:  “Xüsusi 
köçürülənlər düşərgəsində ümumilikdə 2.463940 nəfər vardır. Onlardan 655674-ü 
kişi,  829084-ü  qadın,  979182-i  16  yaşına  qədər  olanlardır.  Köçürülənlərin 
əksəriyyəti  aşağıdakı  qaydada  yerləşmişlər:  Qazaxıstan  SSR-də  -  890698  nəfər; 
Özbəkistan  SSR-də  179992  nəfər;  Kemerova  vilayətində  -  129423  nəfər; 
Qırğızıstan SSR-də 120858; Molotov vilayətində - 115436; Sverdlov vilayətində - 
113476; Krasnoyars vilayətində - 112316; Altay vilayətində - 35381; Novosibirsk 
vilayətində  -  92968;  Tomsk  vilayətində  -  83276;  Tümendə  -  566111; 
Çelyabinskidə - 51865; Omsk vilayətində - 44767. (295) 

Bu qaydada zorla köçürülmələr, sürgünlər, demək olar ki, SSRİ-də yaşayan 
bütün xalqları əhatə edirdi. Aşağıdakı rəqəmlərdə bu dəhşətli faciə görünməkdədir: 
1) Çeçen və inquşlar – 400478 nəfər (97441  – kişi, 110818 – qadın, 191919 – 16 
yaşına qədər olanlar); 2) Qaraçaylar – 60139 nəfər (10595 kişi, 16860 qadın, 32557 
–  16  yaşına  qədər  olanlar);  3)  Balkarlar  –  32817  nəfər  (6147  kişi,  10284  qadın, 
16386 – 16 yaşına qədər olanlar); 4) Kalmıklar – 81673 nəfər (199506 kişi, 24143 
qadın,  32997    -  16  yaşına  qədər  olanlar);  5)  Krım  tatarları,  balkarlar,  yunanlar  – 
193959  nəfər  (43135  kişi,  68343  qadın,  82481  –  16  yaşına  qədər  olanlar);  6) 
Almanlar  –  774178  nəfər  (122336  kişi,  296014  qadın,  355828  –  16  yaşına  qədər 
olanlar); 7) Türklər, kürdlər  – 84402 nəfər (16353 kişi, 23277 qadın, 44772  – 16 
yaşına qədər olanlar). (295) 
Bu dövrdə ayrıca “vlasovçular” adı altında 95386 nəfər də sürgün edilmişdi. 
Qeyd  edək  ki,  bu  məlumatları  1944-cü  ilin  18  aprelində  SSRİ  Dövlət 
Təhlükəsizliyi Xalq Komissarlığının 3-cü İdarəsinin rəisi hazırlamışdı. 
Əlbəttə, bu ümumi rəqəmlər sırasına  krım tatarlarının,  mesxeti türklərinin, 
çeçen  və  inquşların,  qaraçayların,  çərkəslərin  faciələrini  xüsusi  ayırmağa  ehtiyac 
vardır. Məhz sovet dövlətinin apardığı siyasət həmin xalqların doğma yurdlarında 
bir sakinin qalmasına imkan vermədi. 
Krım  tatarlarına  qarşı  sərt  mövqeyi  V.  İ.  Lenin  Moskvadakı  çıxışlarının 
birində  belə  aydınlaşdırmışdı:  “Hazırda  Krımda  300000  burjuaziya  nümayəndəsi 
vardır.  Bu,  gələcək  spekulyasiyanın,  casusluğun,  kapitalistlərə  hər  cür  köməyin 
mənbəyidir.  Amma  biz  onlardan  qorxmuruq.  Biz  deyirik  ki,  onları  götürəcəyik, 
böləcəyik, tabe etdirəcəyik”. (284, s. 511) 
Mustafa Haqqı Türkəqul “Kafkasiya” dərgisində  yazırdı: “Fransız Xristian 
İşçilər  Federasiyası  tərəfindən  Parisdə  yayımlanan  “Russkaə  mıslı”  dərgisinin 
1947-ci il 8 noyabr tarixli nüsxəsində nəşr olunan statistikaya görə kommunistlərin 
hakimiyyətinin  quruluşundan 1947-ci ilə qədər Sovetlər Birliyində 62 milyondan 
artıq insan məhv edilmişdir”. (168, s.10, 19-20) 
Həmin statistikada aşağıdakı rəqəmlər vardır: 
1)
 
1917-1921-ci  illərin  vətəndaş  müharibələrində,  yəni  Türküstan,  Azərbaycan, 
Gürcüstan,  Ermənistan,  Şimali  Qafqaziya  və  Ukraynada  öz  istiqlalı  uğrunda 
apardığı mübarizədə rus imperialistləri tərəfindən 4500 000 (dörd milyon beş yüz 
min) adam öldürülmüşdür. 
2)
 
1918-1919-cu illərdə Finlandiya, Litva, Latviya və Estoniyaya qarşı imperialist 
hərblərdə 160 000 adam öldürülmüşdür. 
3)
 
1925-1931-ci  illərdə  Çinə  qarşı  aparılan  imperialist  hərblərdə  30 000  adam 
öldürülmüşdür. 
4)
 
1936-cı ildə İspaniya daxili hərbində 85 000 adam öldürülmüşdür. 
5)
 
1939-cu  ildə  Polşa  və  Finlandiyaya  qarşı  imperialist  hərblərdə  463  min  adam 
həlak olmuşdur. 
6)
 
1941-1945-ci illərdə Almaniya ilə olan hərbdə 13 milyon adam həlak olmuşdur. 

7)
 
1921-1923-cü illərdə aclıq illərində 6 milyon adam həlak olmuşdur. 
8)
 
1921-1922-ci illərdə “ÇK” tərəfindən 160 000 adam öldürülmüşdür. 
9)
 
1921-1922-ci illərdə öldürülən kazakların sayı – 74 000 nəfər. 
10)
 
1921-1922-ci illərdə öldürülən polis məmurlarının sayı – 50 000 nəfər. 
11)
 
1921-1922-ci  illərdə  öldürülən  kəndli  və  fəhlələrin  sayı  –  1  milyon  300  min 
nəfər. 
12)
 
 1923-1930-cu  illərdə  -  “ÇK”  və  “QPU”-da  öldürülənlərin  sayı  –  2  milyon 
nəfər. 
13)
 
1930-1933-cü  illərdə  kollektivləşmə  dövründə  öldürülənlərin  sayı  –  7  milyon 
nəfər. 
14)
 
Yenə həmin illərdə “qolçomaq”, “sabotajçı” adı ilə güllələnlərin sayı – 750 min 
nəfər. 
15)
 
1933-1937-ci  illərin  təmizləmələrində  “QPU”  və  “NKVD”  tərəfindən 
güllələnənlərin sayı – 1 milyon 600 min nəfər. 
16)
 
1937-1938-ci illərin qırğınında güllələnən ziyalı, fəhlə və kəndlilərin sayı – 635 
min nəfər. 
17)
 
1937-1938-ci illərin qırğınında güllələnmiş  kommunist  üzvlərin sayı  – 24  min 
nəfər. 
18)
 
1937-1938-ci  illərin  qırğınında  öldürülən  Qızıl  Ordu  mənsublarının  sayı  –  30 
min nəfər. 
19)
 
1938-1947-ci  illərdə  “NKVD”  tərəfindən  öldürülən  din  adamlarının  sayı  –  30 
min nəfər. 
20)
 
1938-1947-ci  illərdə  “NKVD”  tərəfindən  öldürülən  Qızıl  Ordu  mənsublarının 
sayı – 23 min nəfər. 
21)
 
1917-1947-ci  illər  arasında  sürgünlərdə  və  həbsxanalarda  ölən  və 
öldürülənlərin sayı – 21 milyon nəfər. 
Şübhəsiz ki, belə bir rejim, amansız  və qanlı terror hərəkətləri, qırğınlar, 
ölümlər  Sovet  İttifaqının  sərhədləri  daxilində  yaşayan  bütün  xalqları  narazı 
salmışdı və çoxları bu quruluşdan çıxmaq üçün imkanlar axtarırdı. 
 
Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin