NƏSĠman yaqublu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə5/17
tarix01.01.2017
ölçüsü1,55 Mb.
#3900
1   2   3   4   5   6   7   8   9   ...   17

IV BÖLÜM 
 
RĠBBENTROP-MOLOTOV PAKTININ ĠMZALANMASI. 
POLġANIN ALMANĠYA VƏ SOVET ĠTTĠFAQI TƏRƏFĠNDƏN ĠġĞAL 
EDĠLMƏSĠ. ĠKĠNCĠ DÜNYA HƏRBĠNĠN BAġLANMASI 
 
1939-cu  ilin  avqustun  23-də  SSRİ  ilə  Almaniya  arasında  paktın 
imzalanması  dünyada  gedən  hadisələrə  və  İkinci  Dünya  hərbinin  başlanmasına 
ciddi  təsir  etdi.  Qeyd  olunmalıdır  ki,  imzalanmış  pakta  müxtəlif  ölkələrdə 
münasibət  də  fərqli  izah  olunmaqdadır.  Qərb  tədqiqatçıları  bu  paktın 
imzalanmasında  daha  çox  Sovet  İttifaqını  mühakimə  etməkdədirlər.  Sovet 
tarixçiləri isə bu addımın atılmasını yaranmış şəraitin mürəkkəbliyi ilə izah etmiş 
və xarici siyasətdə düzgün addım olaraq qiymətləndirmişlər. (275) 
1980-ci  illərin  sonu,  90-cı  illərin  əvvəllərindən  başlayaraq  sovet 
araşdırıcıları  da  paktın  imzalanmasında  birtərəfli  yanaşmadılar.  Hətta  sovet 
mətbuatında  həmin  paktın  sovet  dövlətinə  və  dünya  ictimaiyyətinə  vurduğu 
zərərdən danışılmağa başlandı. 
Qeyd edək ki, 1939-cu ilin yayında SSRİ-nin hərbi-siyasi şəraiti belə idi ki: 
birincisi  – İngiltərə və Fransa ilə hərbi  müqaviləyə nail olmaq; ikincisi  – təklikdə 
qalmaq;  üçüncüsü  –  Almaniya  ilə  müqavilə  bağlamaq.  Şübhəsiz  ki,  burada  daha 
gərəkli  addım  qarşılıqlı  yardım  şərtləri  əsasında  ingilis-fransız  sovet  müqaviləsini 

imzalamaq  və  bununla  faşist  Almaniyasına  qarşı  koalisiya  yaratmaq  idi.  Lakin 
Sovet  İttifaqı  qərb  dövlətləri  ilə  ümumi  razılığa  gələ  bilmədi.  Əlbəttə,  hər  iki 
tərəfin  bu  razılaşmanın  baş  tutmasında  günahı  vardı.  Sovet  dövlətinin  əsas  səhvi 
ondan  ibarət  idi  ki,  o,  qərb  dövlətlərinə  özünün  düşməni  kimi  baxır  və  Hitler 
Almaniyası ilə ona qarşı gizli plan hazırlanmasından ehtiyatlanırdı. Qərb dövlətləri 
isə  həqiqətən  SSRİ  ilə  yaxınlaşmaq  arzusunda  deyildilər.  SSRİ  ilə  aparılan 
danışıqlardan isə Almaniyaya təsir vasitəsi olaraq istifadə edirdilər. 
Eyni zamanda, İngiltərə və Fransa faşist təcavüzünü şərqə yönəldib, alman 
silahı ilə sosialist dövlətini məhv etmək məqsədini də güdürdülər. Xüsusən belə bir 
istək  İngiltərə,  Fransa,  İtaliya  və  Almaniyanın  iştirakı  ilə  keçirilən  Münhen 
konfransında  özünü  biruzə  vermişdi.  Məhz  həmin  konfransda  Çexoslavakiyanın 
bölünməsi qərarı verilmişdi. 
İngilis tədqiqatçılarından R.Xayt, D.Moris və A.Peters qeyd edirlər ki, əsas 
səbəb ondadır ki, İngiltərə, Fransa və Sovet İttifaqı arasında geniş ittifaq yaratmaq 
mümkün  olmadı.  Əks  halda  Almaniyanın  qarşısı  alınardı.  (275)  Fransa  və 
Britaniya liderləri beynəlxalq stabilliyin qorunmasından daha çox, Berlini, Romanı 
və Tokionu sakitləşdirməyə üstünlük verirdilər. 
1939-cu  ilin  yazında  Almaniyanın  Polşaya  hazırlıq  planı  məlum  olanda 
Avropada  vəziyyət  kəskin  olaraq  dəyişdi.  Sovet  dövləti  İngiltərə  və  Fransa  ilə 
əməkdaşlıq sahəsində cəhdlərə başladı. Məlum idi ki, böyük dövlətlər öz maraqları 
dairəsindən  çıxış  edir,  yaranmış  şəraitdən  faydalanmağa  çalışırdılar.  O  dövrdə 
İngiltərənin baş naziri olmuş Antoni İdenin yazdıqları bu mənada çox maraqlıdır. 
O,  yazırdı:  “Çemberlen  SSRİ  ilə  yeni  ittifaqa  cəhd  göstərmirdi,  əksinə,  Hitlerlə 
yeni  danışığa  çalışırdı.  Moskvada  aparılan  danışıqlarla  paralel  olaraq  Londonda 
çox gizli şəkildə alman nümayəndəliyi ilə danışıqlar aparılırdı”. (351, s.182) 
Lakin  İngiltərənin  bütün  cəhdlərinə  baxmayaraq,  Almaniya  dövləti 
danışıqlardan  qaçır,  verilən  təklifləri  qəbul  etmirdi.  London  isə  Berlinə  olduqca 
çoxlu güzəştlər vəd edirdi. A. İden yazırdı: “Alman faşistləri ilə razılaşmaq planı 
ingilis  diplomatiyasının  hiyləgərliyinin  bütün  dərin  qatlarını  açır.  Təbii  ki,  onun 
ikiqat oyunu Moskva danışıqlarının uğuruna mane oldu və 1939-cu ilin avqustunda 
SSRİ,  İngiltərə  və  Fransa  hərbi  nümayəndələri  arasında  bağlanmış  danışıqlar 
nəticəsiz qaldı”. (351, s.186) 
Beləliklə,  SSRİ  dövləti  təklənməmək  üçün  Almaniya  ilə  müqavilə 
bağlamaqda maraqlı idi. 
Eyni 
zamanda, 
ingilis-fransız-sovet 
əlaqələri  nasist  Almaniyası 
rəhbərliyində  narahatlıq  doğururdu.  Həmin  ilin  mayından  Almaniyanın  Xarici 
Siyasət  İdarəsi  rəhbərliyi,  Ribbentropun  göstərişləri  əsasında  SSRİ-nin  Berlindəki 
nümayəndəliyi  ilə  birbaşa  əlaqəyə  girdi.  Bu  danışıqlarda  hər  iki  dövlətin 
yaxınlaşmaq  meylləri  daha  güclü  hiss  olunurdu.  Almaniyanın  Xarici  İşlər  naziri 
Ribbentrop  isə  İngiltərənin  həmin  dövrdə  apardığı  siyasəti  belə  izah  edirdi: 
“Beləliklə,  1939-cu  ilin  yazı  Avropada  vəziyyətin  kəskinləşməsi  ilə  müşahidə 

olundu... İngiltərənin Almaniya ətrafında mühasirə yaratması getdikcə genişlənirdi. 
Fransa  isə  İngiltərənin  mövqeyində  dayandı.  Hər  iki  dövlətin  Almaniyaya  qarşı 
koalisiya  yaratmasına  aprelin  ortalarında  Britaniya  və  Fransanın  Ruminiya  ilə 
Yunanıstana  təminat  verilməsi  haqqındakı  planı  əlavə  olundu.  1939-cu  ilin 
mayında  isə  ingilis-fransız-türk  müqaviləsi  bağlandı.  Moskva  ilə  danışıqlar 
başlandı  ki,  Sovet  İttifaqını  Almaniyaya  qarşı  hərbi  ittifaqa  daxil  etsinlər.  İngilis 
siyasəti  məni  daima  artan  həyəcanla  bürüdü.  Bismarkın  “koalisiya  dəhşəti” 
adlandırdığı bu həyəcan mənə yuxusuz gecələr hesabına başa gəldi. Hadisənin belə 
inkişafını  gördükdə,  biz  1939-cu  ilin  mayın  22-də  dostluq  və  inkişaf  haqqında 
alman-italyan  müqaviləsi  bağladıq.  Bundan  başqa,  Varşavaya  uğursuz  səfərdən 
sonra  fürerə  məsləhət  gördüm  ki,  Almaniya  ətrafında  mühasirənin  başa 
çatdırılmasına imkan verməmək üçün Rusiya ilə danışıqlara cəhd etmək lazımdır”. 
(330, s.177) 
1939-cu ilin iyulun 4-də Berlindəki sovet səfirliyinə SSRİ ilə Almaniyanın 
ümumi  sərhədlər  haqqında  müqavilə  bağlaması  ilə  bağlı  gizli  məktub  daxil  oldu. 
Məktubda  göstərilirdi  ki,  Almaniya  tərəfi  hər  iki  dövlətin  1914-cü  ildəki 
sərhədlərini  bərpa  etmək  arzusunda  olduğunu  bildirmişdir.  1939-cu  ilin  avqustun 
2-də  Berlində  Ribbentrop  sovet  səfiri  Q.  A.  Astaxovla  söhbətində  rəsmi  şəkildə 
bildirdi  ki,  Almaniya  Qara  dənizdən  başlamış  Baltikə  qədərki  bütün  ərazi 
problemləri üzrə çətinlik olmadan razılaşa bilər. 
Həmin  ilin  avqustun  15-də  Moskvadakı  alman  səfiri  Şulenberq  SSRİ-nin 
Xalq  Xarici  İşlər  Komissarı  Molotovdan  onu  təcili  qəbul  etməyi  xahiş  etdi. 
Qəbulda  Şulenberq  Ribbentropun  bütün  mübahisəli  problemləri  həll  etmək  üçün 
Moskvaya gəlməyə hazır olduğunu bildirdi. 
Belə  şəraitdə  Sovet  İttifaqının  vəziyyəti  çox  mürəkkəb  idi.  Sovet  dövləti 
çox riskli siyasi oyuna başlamışdı. İngiltərə və Fransa ilə aparılan danışıqlar davam 
etsə  də,  onların  SSRİ-ni  bərabərhüquqlu  dövlət  kimi  görmək  istəməməsi 
səbəbindən bir nəticə alınmırdı. Almaniya isə, əksinə, Sovet dövlətinin maraqlarını 
nəzərə  almaqla,  güzəştə  gedirdi.  Bundan  əlavə,  o,  sovet-yapon  əlaqələrinin 
yaxşılaşması  üçün  Yaponiyaya  təsir  göstərməyi  də  vəd  edirdi.  Belə  vəziyyət 
Xalxin-Qol çayında yaponlarla qanlı döyüş aparan SSRİ dövlətini təmin edirdi. 
Avqustun 23-dən 24-nə keçən gecə Stalin, Molotov və Ribbentropun iştirakı 
ilə  tələsik  razılaşdırılmış  sovet-alman  sənədləri  imzalandı:  birincisi  –  hücum 
etməmək  haqqında  müqavilə;  ikincisi  –  Almaniyanın  birtərəfli  qaydada  üzərinə 
öhdəliklər  götürdüyü  gizli  protokol.  Müqavilə  avqustun  24-də  imzalansa  da, 
protokol  uzun  illər  ictimaiyyətdən  gizli  saxlanıldı.  Sənədlərdə  göstərilirdi  ki, 
alman-polyak  silahlı  toqquşması  başlanarsa,  alman  qoşunları  Narva,  Visla,  Sana 
çayı sərhədlərindən kənara hərəkət etməyəcək, Finlandiya, Estoniya və  Latviyaya 
daxil olmayacaq. Eyni zamanda, Almaniya SSRİ-nin Bessarabiyadakı maraqlarını 
da ifadə edirdi. 

Gizli  protokolların  SSRİ  və  Almaniya  dövləti  tərəfindən  imzalanması 
suveren  bir  dövlətin  –  xüsusən,  Polşanın  hüquqlarının  kobud  şəkildə  pozulması 
demək  idi.  Bu  protokolu  imzalamaqla  SSRİ  dövləti  də  işğalçı  planlarını 
gerçəkləşdirmək niyyətində olduğunu göstərirdi. 
Uzun illərin qadağanından sonra 1989-cu ildə “Arqumenti i faktı” qəzetində 
çap  olunmuş  “gizli  əlavə  protokol”da  yazılmışdı:  “Almaniya  ilə  SSRİ  arasında 
hücum etməmək haqqında müqavilənin imzalanması zamanı hər iki tərəfin aşağıda 
imza  edən  səlahiyyətləri  ciddi  məxfi  qaydada  Şərqi  Avropada  qarşılıqlı  maraq 
dairələrini müzakirə etdik. Bu müzakirə aşağıdakı nəticəyə gətirdi: 
1.Pribaltika  dövlətlərinə  daxil  olan  (Finlandiya,  Estoniya,  Latviya,  Litva) 
vilayətlərin  ərzi-siyasi  yenidənqurması  baş  verərsə,  Litvanın  şimal  sərhədi 
Almaniya  və  SSRİ-nin  maraq  dairəsi  sayılır.  Bununla  bağlı,  Litvanın  Vilensk 
vilayətinə olan maraqlarını hər iki tərəf etiraf edir. 
2.Polşa  dövlətinin  tərkibinə  daxil  olan  vilayətlərin  ərazi-siyasi 
yenidənqurulması halında Almaniya və SSRİ-nin maraq dairəsi sərhədləri təqribən 
Narva, Visla və Sena çayları xəttindən keçəcək. 
Müstəqil Polşa  dövlətinin qarşılıqlı  maraq dairısində  saxlanılmaq istəyi  və 
onun sərhədlərinin necə olması yalnız qarşıdakı siyasi hadisələrin inkişafından asılı 
olacaq.  Hər  ehtimala  qarşı,  hər  iki  hökümət  bu  sualı  qarşılıqlı  dostluq  şəraitində 
həll edəcəklər. Gizli əlavə - protokol. 
Aşağıda  imza  edən  səlahiyyətlilər  Almaniya  höküməti  və  SSRİ 
hökümətlərinin razılığını növbəti qaydada açıqlayır: 
1939-cu  ilin  avqustun  23-də  imzalanmış  gizli  protokolun  1-ci  bəndi  belə 
dəyişilir  ki,  Litva  dövlətinin  ərazisi  SSRİ-nin  maraqları  dairəsinə  aid  edilir,  eyni 
zamanda Lyublin voevodluğu və Varşava voevodluğunun bir hissəsi Almaniyanın 
maraq dairəsinə aid edilir. SSRİ höküməti Litva ərazisində öz maraqlarını qorumaq 
üçün  xüsusi  tədbirlərə  başlayan  kimi,  təbii  olaraq  hazırkı  alman-litva  sərhədi  ilə 
müəyyənləşdirilir  ki,  Litva  ərazisinin  xəritədə  göstərilən  cənubi-qərb  xətti 
Almaniyaya  keçir. Sonra  açıqlanır ki,  Almaniya  ilə  Litva  arasında  olan təsərrüfat 
əlaqələri  Sovet  İttifaqının  yuxarıdakı  tədbirləri  keçirərkən  pozulmamalıdır. 
28.IX.1939”. (275) 
Bu  müqavilənin  imzalanması  həm  Sovet,  həm  də  dünya  ictimaiyyəti  üçün 
gözlənilməz oldu. Əgər birinci müqavilənin (23 avqust) hücum etməmək məqsədi 
daşıdığını  qəbul  etmək  mümkün  idisə,  28  sentyabr  gizli  protokolunun 
imzalanmasının sülhün qorunmasına aidiyyatı yox idi. 
Şübhəsiz  ki,  1939-cu  ilin  28  sentyabrında  imzalanmış  müqavilə  SSRİ 
rəhbərliyinin ciddi səhvi idi. Məhz bu müqavilədən sonra SSRİ ərazisində yaşayan 
antifaşist  mövqeli  almanlara  da  münasibət  dəyişdi.  Məsələın,  1939-cu  ilin 
avqustunda Moskvada alman siyasi mühacirləri üçün açılmış 6 saylı uşaq bağçası 
bağlandı.  1940-cı  ilin  əvvəllərində  isə  hələ  30-cu  illərdə  Sovet  İttifaqına  sürgün 
edilmiş alman və Avstriya antifaşistləri almanlara təhvil verildi. 

SSRİ  ilə  Almaniya  arasında  imzalanmış  müqavilənin  əhəmiyyətli  tərəfi 
sovet dövlətinin müdafiə qabiliyyətini artırmaq üçün iki il əlavə vaxt qazanmasında 
görülürdüsə,  sonradan  bu  üstümlüyə  də  müxtəlif  yanaşmalar  oldu.  Araşdırmalar 
göstərir  ki,  bu  ikiillik  müddətdən  ordunu  gücləndirmək  üçün  Almaniya  Sovet 
dövlətindən daha effektli istifadə etdi. 22 ay müddətində Almaniya dövləti öz hərbi 
potensialını qat-qat  yüksəltdi.  Əgər 1939-cu ilin  əvvəllərində  Almaniyanın hərbi-
siyasi rəhbərliyi Qızıl Ordunu güclü rəqib olaraq qiymətləndirirdisə, lakin 1941-ci 
ilin  əvvvəllərində  SSRİ  Silahlı  Qüvvələrinin,  xüsusən  rəhbər  heyətinin  zəifliyi 
qeyd olunurdu. 
Müqavilənin  imzalanmasının  SSRİ  dövləti  üçün  həm  müsbət,  həm  də  mənfi 
tərəfləri vardı. Müsbət tərəfləri aşağıdakılar idi: 
-
 
Sovet İttifaqı iki cəbhədə mübarizədən uzaqlaşa bildi, çünki bu müqavilə alman-
yapon münasibətlərində çat yaratdı; 
-
 
Müqavilə kapitalist ölkələrinin SSRİ-yə qarşı birləşməsinin qarşısını aldı. 
Müqavilənin mənfi tərəfləri: 
- müqavilə Sovet xalqının və SSRİ-nin hərbi-siyasi rəhbərliyinin ayıqlığını itirdi ki
bu  da  sovet  dövlətinin  müharibənin  əvvəllərindəki  məğlubiyyətinin  başlıca 
səbəbinə çevrildi; 
-  SSRİ  dövlətinin,  Ümumrusiya  K(b)P-sı  və  Kominternin,  eləcə  də  faşizmə  qarşı 
olan digər mübarizlərin beynəlxalq nüfuzunu aşağı saldı. (275) 
Qeyd  edək  ki,  hələ  1939-cu  ilin  martından  Stalin  sovet-alman  əlaqələrinin 
yüksəldilməsi vacibliyinə toxunurdu. Stalin XVIII Partiya Qurultayında bildirirdi: 
“Amerika  siyasətinin  Rusiyanı  Almaniyaya  müharibə  aparmaq  istəyində  görmək 
arzusunu  Potoçskinin  21.11.1938-ci  il  tarixli  məlumatından  görünməkdədir. 
Prezident Ruzveltin inanılmış adamı səfir Bullit  bu sözləri demişdi:  “Demokratik 
dövlətlərin  istəyi  bu  olardı  ki,  Şərqdə  Almaniya  omperiyası  ilə  Rusiya  arasında 
hərbi  toqquşma  olsun.  Onda  demokratik  dövlətlər  Almaniyaya  hücum  edib  onu 
təslim  olmağa  məcbur  edərdilər”.  (330,  s.178)  Hitler  Stalinin  bu  çıxışına  tələsik 
münasibət  göstərmək  istəməsə  də,  Xarici  İşlər  Naziri  Ribbentrop  prosesi 
sürətləndirməyi  vacib  saymışdı.  Hitlerin  Stalinə  göndərdiyi  teleqramdan  sonra  o, 
Almaniyanın Moskvadakı səlahiyyətli nümayəndəsini yanına dəvət etmişdi. 
İlkin  danışıqlar  başa  çatdıqdan  sonra  avqustun  21-də  Stalin  Hitlerə 
aşağıdakı  məzmunda  teleqram  göndərdi:  “21  avqust  1939-cu  il.  Almaniyanın 
reyxkansleri  cənab  A.  Hitlerə.  Məktuba  görə  təşəkkür  edirəm.  Ümid  edirəm  ki, 
hücum  etməmək  haqqında  sovet-alman  müqaviləsi  ölkələrimiz  arasındakı 
münasibətlərin yaxşılaşmasına daha yaxşı şərait yaradacaq. 
Ölkələrimizin  xalqlarının  öz  aralarında  dinc  münasibətlərə  ehtiyacı  vardır. 
Alman hökümətinin hücum etməmək haqqında müqavilənin imzalanmasına razılıq 
verməsi  siyasi  gərginliyi  aradan  götürmək,  sülh  yaratmaq  və  ölkələrimiz  arasında 
əməkdaşlıq etmək üçün baza yaradacaqdır. Sovet höküməti mənə həvalə etdi Sizə 

bildirim  ki,  o,  s.  Ribbentropun  avqustun  23-də  Moskvaya  gəlməsinə  razıdır.  İ. 
Stalin”. (330, s. 184-185). 
Almaniyanın  Xarici  İşlər  naziri  Ribbentropu  Kremldə  Stalin  Molotovla 
birgə  qarşıladı.  Təəccüblü  idi  ki,  bu  vaxta  kimi  Moskvada  olmasına  baxmayaraq, 
səfir  Şulenberq  Stalinlə  bir  dəfə  də  olsun,  görüşməmişdi.  İndi  isə  Stalin  özü 
qonaqları qarşılayırdı. 
Hər iki tərəf arasında danışıqlar uğurla  getsə də, bəzi problemlər də ortaya 
çıxırdı.  Məsələn,  Sovet  tərəfi  Pribaltika  ölkələrini,  xüsusən,  Libau  limanını  öz 
maraq  dairəsində  saxlamağa  çalışırdı.  Alman  tərəfi  bu  problemə  münasibəti 
aydınlaşdırmaq  üçün  Hitlerlə  məsləhətləşməyi  zəruri  saydı.  Odur  ki,  danışıqlar 
müvəqqəti  olaraq  dayandırıldı.  Axşam  saat  22.00-da  Hitlerin  razılığı  alınandan 
sonra  danışıqlar  yenidən  canlandı.  Bu  dəfə  çətinlik  olmadan  ümumi  razılaşma 
əsasında  müqavilə  imzalandı.  Müqavilə  imzalandıqdan  sonra  yemək  stolu 
arxasında  Stalin  Hitler  haqqında  qısa  tost  söylədi.  Bildirdi  ki,  o,  Hitlerə  həmişə 
qeyri-adi ehtiram bəsləyir. 
Sonralar  Ribbentrop  öz  xatirələrində  Stalin  haqqında  yazırdı:  “Stalin  ilk 
görüşümüzdən məndə güclü təəssürat oyatdı. Onun ayıq, demək olar ki, quru, lakin 
dəqiq  manevri,  açıqürəkli  danışıq  aparmaq  üslubu  göstərdi  ki,  öz  familiyasını 
nahaqdan daşımır. Stalinlə apardığım danışıqlar  məndə onun gücü və hakimiyyəti 
haqqında  təəssürat  yaratdı,  bir  dəfə  əlini  yelləməsi  Rusiyanın  itib-batan  geniş 
çöllərində,  uzaq  bir  kəndində  əmrə  çevrilən  bu  adam  keçmişdə  heç  bir  çarın 
bacarmadığı  bir  işi  –  200  milyonluq  imperiya  əhalisini  birləşdirmişdir”.  (303, 
s.190) 
Ribbentrop xatırlayırdı ki, müqavilə imzalandıqdan sonra Stalinə bildirdim 
ki, bundan sonra almanlar və ruslar bir də silaha əl atmazlar. Stalin cavab vermişdi: 
“Buyurun, bu mütləq belə olmalı idi”. Ribbentropun imzalanan müqavilənin qərb 
müttəfiqlərinə  qarşı  birgə  mübarizəyə  əsas  yaratması  fikrinə  isə  Stalin  belə  cavab 
vermişdi: “Mən heç zaman Almaniyanın zəifləməsinə imkan vermərəm!” 
Ribbentrop  bununla  bağlı  xatirələrində  yazırdı:  “Stalinin  bu  iki  fikri 
üzərində çox düşünürdüm: O, bununla nə demək istəyirdi? Sovet İttifaqının kəskin 
tənqid  olunması  (onların  sırasında  İngiltərənin  Berlindəki  Keçmiş  səfiri  c.  Nevim 
Henderson da vardı) təsdiqləyirdi: Stalin Almaniya ilə ona görə müqavilə bağlayıb 
ki,  füreri  Polşaya  hücuma  itələsin  və  o,  yaxşı  bilirdi  ki,  belə  halda  İngiltərə  və 
Fransa Polşanın tərəfində vuruşacaqlar. Almaniyanın Polşa üzrəində təxmin edilən 
qələbəsindən  sonra  Rusiya,  birincisi,  sonuncu  müharibədə  itirdiyi  vilayətləri  geri 
qaytaracaq,  ikincisi  isə,  sakit  dayanıb  Almaniyanın  qərb  dövlətləri  ilə  savaşda 
bütün  gücünü  itirməsinə  baxacaq,  sonra  isə  lazımi  anda  Qızıl  Ordunun  gücü  ilə 
Avropanın bolşevikləşdirilməsinə başlayacaq”. (330, s.112) 
Avqust  müqaviləsini  imzalamaqda  doğrudanmı,  Stalin  bu  məqsədi 
güdürdü? 

V. Suvorov məşhur “Buzqıran” əsərində bu faktları təsdiqləyirdi. Yazırdı ki, 
Stalin  hər  vasitə  ilə  Hitleri  müharibəyə  cəlb  edirdi.  Məqsədi  isə  aydın  idi.  Stalin 
ona  görə  müqaviləni  fikirləşmişdi  ki,  Hitlerin  əli  ilə  İkinci  Dünya  müharibəsini 
başlasın, Avropanı, o cümlədən, Almaniyanı zəiflətsin. (334, s.170) 
Nikita  Xruşşov  isə  şahidlik  edirdi  ki,  müqavilənin  imzalanmasından  sonra 
Stalin şadlıqla bildirirdi ki, Hitleri aldatdı, müqavilə Hitler üçün tələ idi. 
Marşal Q. K. Jukov isə xatirələrində yazırdı: “O ki, qaldı hücum etməmək 
haqqında  Almaniya  ilə bağlanmış  müqaviləyə, Stalinin ona ümid bəsləməyinə elə 
bir əsas yox idi”. (256, s.236) 
Sovet  İttifaqının  donanma  admiralı  N.Q.  Kuznetsov  isə  bildirirdi:  “Stalin 
Almaniya  ilə  müqavilənin  gücünə  o  qədər  də  inanmırdı.  Ümumiyyətlə  isə,  o, 
Hitlerə az ümid edirdi”. (334, s.175) 
Bu  mənada  N.  S.  Xruşşov  Stalinin  xarakterini  onun  öz  sözləri  ilə 
açıqlayırdı: “Mən heç kimə inanmıram, özüm-özümə də inanmıram”. (308, s.17) 
Şübhəsiz ki, Almaniya dövləti ilə müqavilə bağlamaq Stalin üçün sərfəli idi. 
Çünki,  Almaniyanın  Polşa  və  qərb  dövlətləri  ilə  müharibəyə  başlaması  onu 
zəiflədəcək, iqtisadi cəhətdən Rusiyadan asılı vəziyyətə salacaqdı. 
Müqavilənin  imzalanmasında,  şübhəsiz  ki,  Almaniyanın  da  xüsusi 
maraqları vardı.  1939-cu ilin  22 avqustunda,  müqavilənin imzalanmasına  bir  gün 
qalmış  Oberzalqburqda  Almaniya  Silahlı  Qüvvələrinin  bütün  rəhbərliyinin  iştirak 
etdiyi  yığıncaqda  Hitler  dedi:  “1938-ci  ilin  payızından  mən  Stalinlə  birgə 
addımlamağı  qərara  almışam.  Stalinlə  mən  yeganə  adamlarıq  ki,  ancaq  gələcəyə 
baxırıq. Beləliklə, yaxın həftələrdə alman-sovet  sərhəddində əlimi Stalinə uzadıb 
onunla  birgə  dünyanı  yenidən  bölməyə  başlayacağıq...  General-polkovnik  fon 
Brauxiq vəd verib ki, Polşa ilə müharibəni bir neçə həftəyə yekunlaşdıracaq. Əgər 
o,  mənə  məruzə  etsəydi  ki,  bunun  üçün  iki,  yaxud  bir  il  tələb  olunur,  onda  mən 
hücum  etmək  haqqında  əmr  verməzdim  və  müqaviləni  Rusiya  ilə  deyil,  İngiltərə 
ilə  bağlayardım.  Biz  uzunmüddətli  müharibə  apara  bilmərik.  Bədbəxt  çervləri 
Daladye və Çemberleni Münhendə tanıdım. Onlar həddindən artıq qorxaqdırlar və 
bizə  hücum  edə  bilməzlər.  Onlar  bizi  mühasirəyə  də  ala  bilməzlər.  Əksinə,  bizim 
öz avtariyamız (iqtisadi siyasət – N.Y.) və rus xammalımız var. Polşa boşaldılacaq 
və almanlarla doldurulacaq. Mənim Polşa ilə müqaviləm yalnız vaxtı udmaq üçün  
idi.  Ümumiyyətlə, cənablar, Polşa  ilə  nə  etmişəmsə, Rusiya  ilə  də  o baş verəcək. 
Stalinin ölümündən sonra, o, çox ağır xəstədir, biz Sovet Rusiyasını ələ keçiririk. 
Onda  alman  dünya  ağalığının  günəşi  kimi  çıxacaq.  İndiki  şərait  bizim  üçün 
olduqca  əlverişlidir.  Mənim  yalnız  bir  qayğım  var  ki,  olsun  ki,  Çemberlen  yaxud 
başqa bir axmaq mənə  yaxınlaşıb şəriklik təklif etsin. Onda  mən onu pilləkəndən 
ataram...” (372, s.444) 
Maraqlıdır ki,  istər Hitler, istərsə  də  Stalin özlərini hər iki dövlət arasında 
bağlanmış  müqavilənin  ilk  təşəbbüskarları  kimi  təqdim  etməyə  çalışırdılar. 
Görünür, hər iki lider özlərinin “uzaqgörən” siyasətçi imicini itirmək istəmirdilər. 

Doğrudur,  Molotov  hər  vasitə  ilə  təsdiqləyirdi  ki,  məhz  Stalinin  XVIII 
Partiya  Qurultayındakı  çıxışı  Almaniya  ilə  münasibətlərin  yaxşılaşmasına  və 
müqavilənin  bağlanmasına  təkan  verdi.  Bununla  bağlı  Molotov  bildirirdi: 
“Almaniyada  Stalin  yoldaşın  fikrini,  ümumiyyətlə,  düzgün  başa  düşdülər”.  (372, 
s.446) 
Lakin  Almaniya  Xarici  İşlər  nazirliyinin  görkəmli  nümayəndəsi,  avqust 
müqaviləsinin  imzalanmasında  Ribbentropun  tərcüməçisi  olmuş  Himmler  yazırdı 
ki,  o,  heç  zaman  nə  Hitlerdən,  nə  də  Ribbentropdan  Stalinin  çıxışının  Sovet 
dövlətinin  xarici siyasət  kursunun dəyişməsinin sübutu olduğunu eşitməmişdi.  Q. 
Himer  yazırdı:  “23  avqustdakı  danışıqlar  çox  sadə  görünürdü.  Cənab  Ribbentrop 
yeni  təkliflər  gətirməmişdi,  o,  müqaviləni  və  əlavə  gizli  protokolu  tez  imzalayıb 
qayıtmaq istəyirdi”. (219) 
Müqavilə  imzalanmazdan  bir  qədər  əvvəl  Xarici  İşlər  Komissarı  Maksim 
Litvinovun  qəflətən  vəzifəsindən  çıxarılıb  heç  bir  səbəb  göstərilmədən  Molotovla 
əvəz  olunması  da  maraqlı  idi.  Köhnə  kommunist  Litvinov  1930-1939-cu  illərdə 
Xarici  İşlər  Komissarı  işləmişdi.  İşdən  çıxarılması  ilə  bağlı  açıqlama  verməyən 
Moskva isə susurdu. 
Almaniyada  isə  Stalinin  bu  addımını  dialoqa  dəvət  kimi  qəbul  etdilər. 
Çünki,  Litvinov ingilis-fransız  xəttinə  üstünlük  verir, Hitlerdən  müdafiə  olunmaq 
üçün  “Avropada  “kollektiv  təhlükəsizlik”  sistemi”  yaratmağa  çalışırdı.  Bundan 
əlavə,  Litvinov  həm də  yəhudi idi.  Yəni,  Hitler üçün qəbuledilməz  idi.  Stalin isə 
gələcək  rəfiqlərini  “ən  yaxşı  hisslərini”  təhqir  etmək  istəmirdi:  rus  mənşəli 
Molotov isə dövlətdə ikinci şəxs sayılır və onun imzası daha nüfuzlu idi. 
Eyni zamanda, Moskva ilə danışıqların əsasını Ribbentrop qoymuşdu. Hələ 
1938-ci ilin aprelində Hitlerə göndərdiyi məruzəsində bildirirdi ki, Sovet İttifaqının 
özünü böyük dövlətlərin tərəfindən istifadə etmək lazımdır. SSRİ hazırda “qəhvəyi 
Reyx”lə  müharibə  aparmaq  iqtidarında  deyildir.  Əgər  Almaniya-İtaliya-Yaponiya 
əməkdaşlığına SSRİ də qoşularsa, onda Almaniyanın qələbəsi təmin olunacaqdır. 
Ribbentropun  ideyasındakı  yenilik  belə  yekunlaşırdı:  “Demokratik 
dövlətlərlə  total  dövlətlər  arasındakı  uçurum  daima  böyüyəcək,  odur  ki,  totalitar 
dövlətlər ümumi  məqsədlərə  nail olmaq  üçün güclü  koalisiyada  birləşməlidirlər”. 
(372, s.447) 
1922-ci  ilin  mayında  İtaliya  ilə  Almaniya  arasında  səsli-küylü  təcavüzkar 
“Polad  akt”  imzalanmışdı.  İtaliyanın  Xarici  İşlər  naziri  Çiano  bu  müqavilədən 
sonra  gündəliyində  yazmışdı:  “Mən  heç  bir  zaman  belə  sənəd  görməmişəm.  Bu 
müqavilə əsl dinamitdir”. (372, s.448) 
Tarixçilər belə hesab edirlər ki, məhz bu hadisədən sonra Hitler də SSRİ ilə 
müqavilə razılığını formalaşdırmağı qərara aldı. 
Qeyd  edək  ki,  müqavilə  bağlanan  ərəfədə  Sovet  İttifaqının  vəziyyəti  çox 
mürəkkəb idi.  Qərbdə  -  faşist  Almaniyası,  Şərqdə  -  Yaponiya  təhlükəsi.  İngiltərə 
və  Fransa  isə  SSRİ  ilə  razılaşmaq  istəmir,  Moskva  danışıqlarına  ikinci  dərəcəli 

məmurları  göndərirdilər.  Hətta  Sovet  İttifaqı  1939-cu  ilin  yazında  Almaniyanın 
ticarət  müqaviləsi  bağlamaq  təklifinə  də  reaksiya  verməmiş,  ingilis-fransız 
müqaviləsinə  ümid  bəsləmişdi.  Lakin,  bu  alınmadıqda,  SSRİ-nin  təcrid  olunmaq 
təhlükəsi  reallaşdıqda  Stalin  Almaniya  ilə  müqaviləni  imzalayıb  Hitlerdən 
məharətlə istifadə etdi. (319, s.170) 
SSRİ  ilə  Almaniya  arasında  imzalanmış  müqaviləyə  mühacirətdə  yaşayan 
keçmiş sovet liderləri də birmənalı münasibətlə yanaşmadılar. 1929-cu ildən Sovet 
İttifaqını  tərk  etmək  məcburiyyətində  qalmış  Lev  Trotski  (252,  s.3)  qəzetdə  nəşr 
etdirdiyi  məqaləsinə  belə  başlıq  qoymuşdu:  “Stalin  Hitlerin  intendantıdır” 
(təsərrüfat işlərinə baxanıdır – N.Y). Həmin məqaləsində Trotski Stalinin rəhbərlik 
etdiyi  ölkənin  fəlakətə  uğrayacağını  əvvəlcədən  bildirir  və  sovet  fəhlələrini  onu 
devirməyə çağırırdı. (208, s.285) 
Stalin, şübhəsiz ki, Trotskinin mövqeyini qəbul etmirdi və onun belə kəskin 
çıxışlarından  sonra  Beriyaya  onu  aradan  götürmək  haqqında  müvafiq  tapşırıq 
verdi.  XDİK  agenti  Naum  Eytinqonun  Meksikada  keçirdiyi  əməliyyatda  ağır 
yaralanıb  sağ  qalan  Trotskini  digər  agent  –  İspaniya  inqilab  ordusunun  keçmiş 
leytenantı Ramon Merkader alpinist baltası ilə vurub öldürdü. (208, s.285) 
Qeyd  edək  ki,  müqavilənin  imzalanmasından  çox  illər  sonra  bu  sənədə 
hüquqi-siyasi  qiymət  verildi.  1989-cu  ildə  SSRİ  Xalq  Deputatları  Qurultayı  26 
nəfərdən  ibarət  komissiya  yaratdı.  Komissiyaya  Siyasi  Büronun  üzvü,  Sov.  İKP 
MK  katibi  A.  N.  Yakovlev  başçılıq  etdi.  (219)  Komissiya  aydınlaşdırdı  ki,  SSRİ 
Ali  Soveti  1939-cu  ilin  avqustun  31-də  hücum  etməmək  haqqında  müqaviləni 
müzakirə  etmədən  ratifikasiya  etmişdir.  İstər  hücum  etməmək  haqqında  1939-cu 
ilin 23 avqust müqaviləsi, istərsə də dostluq və sərhədlər haqqında 28 sentyabr və 
digər  müqavilələr  1941-ci  ildə  Almaniyanın  SSRİ  üzərinə  hücum  etməsi  ilə 
qüvvədən düşmüşdür. Bununla bağlı SSRİ xalqlarının 1989-cu ilin dekabrın 24-də 
keçirilən qurultayı qərara aldı. 
Qərarda  göstərilirdi:  “7.  SSRİ  Xalq  Deputatları  Qurultayı  1939-cu  ilin  23 
avqustunda  və  sonradan  Almaniya  ilə  imzalanmış  müqavilələri  müzakirə  edir. 
Qurultay  gizli  protokolları  imzalandığı  gündən  hüquqi  əsası  olmayan  sənədlər 
hesab edir”. (329) 
Protokollar  Sovet  hökümətinə  üçüncü  ölkələrlə  anlaşmaqda  hüquqi  baza 
yaratmadı, əksinə, Stalinin və onun ətrafının başqa dövlətlərə güc göstərməsinə və 
üzərinə götürdüyü öhdəlikləri pozmasına şərait yaratdı”. (351) 
Beləliklə,  sovet-alman  müqaviləsindən  az  sonra  1939-cu  ilin  sentyabrın  1-
də Almaniya müharibə elan etmədən Polşaya hücum etdi. (303, s.77) Almaniyanın 
Polşaya  hücumu  İkinci  Dünya  müharibəsinin  başlandığı  gün  olaraq  tarixə  daxil 
oldu.  Belə  vəziyyətdə,  sentyabrın  3-də  İngiltərə  və  Fransa  höküməti  Polşa  ilə 
müqavilələrinə  əsaslanıb  ciddi  tərəddüdlərdən  sonra  Almaniyaya  müharibə  elan 
etdilər. Beləliklə, İkinci Dünya müharibəsi başlandı. 

1939-cu  ilin  sentyabrın  17-də  Varşava  şəhəri  hələ  almanlardan  müdafiə 
olunarkən, Lvov altında, Xel yarımadasında döyüşlər davam edərkən, gizli avqust 
müqaviləsi  əsasında  sovet  qoşunları  şərqdən  Polşa  ərazisinə  daxil  oldular.  (253, 
s.271) 
Polşa  höküməti  başda  prezident  Mosçiçski  və  Ali  Baş  Komandan  Rıdz-
Smiqli  olmaqla  Rumıniyaya  keçdilər.  Rumıniyadan  sonra  Fransa  və  Londonda 
yerləşən  Polşa  hökuməti  işğalçılara  qarşı  mübarizəsini  davam  etdirirdi.  Bu 
müddətdə  Vladislav  Raçkeviç  prezident,  Vladislav  Sinorski  isə  yeni  hökumətin 
başçısı idilər. Qızıl Ordunun Polşaya daxil olması günündən ərazidə qanlı hadisələr 
başladı.  Sovet  əsgərləri  qarşılarında  olanları  dağıdır,  oğurlayır,  məhv  edirdilər. 
Nizami  ordu  hissələrini  ardınca  XDİK  hissələri,  sonra  isə  əhalini  kommunist 
qaydalarına  dəvət  edən  komissarlar  gedirdi.  Sovet  əsgərləri  Polşanın  şərq 
əyalətlərində  daha  amansız  cəza  tətbiq  edir,  mülkədarları,  keşişləri,  dövlət 
məmurlarını, siyasi xadimləri aradan götürürdülər. Minlərlə polyak əsgər və zabiti 
“Kozelsk”,  “Starobels”  və  “Ostatkov”  həbsxanalarına  dolduruldu.  Həbs  edilən 
polyakların çoxunu ağır işgəncələrdən sonra sovet ərazisindəki həbs düşərgələrinə 
gətirdilər. 130-dan çox həbs düşərgəsi olan bu ölkədə dustaqların ucuz fəhlə əməyi 
istismar  edilirdi.  Polyakları  əsasən  Kol  yarımadasına,  Kolmaya  və  cənubi 
Ukraynaya  yerləşdirdilər.  Polşada  qalanları  isə  Sovet  dövlətinin  ideoloji  “qul”una 
çevirdilər. Qorxu və işgəncələrlə yaşayan bir polyak şairi yazırdı: “Mən istəmirəm 
ki,  Lvov  sovetlərin  olsun,  lakin  gündə  yüz  dəfə  düşündüyümün  əksini  deyirəm”. 
(253, s.279) 
SSRİ-nin  nəzarəti  altında  olan  Polşa  torpaqlarında  sovet  işğalçıları  katolik 
kilsəsinə qarşı dağıdıcı mübarizə aparırdılar. Almanların nəzarətində olan Polşanın 
qərb hissəsində isə rəsmi şəkildə general qubernatorluq yaradıldı. (328, s.28) 
Bu  müddətdə  Almaniya  və  SSRİ  müvafiq  qaydada  işğallarını  davam 
etdirirdilər.  Sovet  İttifaqı  artıq  Estoniya,  Latviya  və  Litvanı  işğal  etmiş, 
Rumıniyanı da Bessarabiyanı verməyə məcbur etmişdi. 
Sovet qoşunları artıq Bukovina və ona yazın olan Dunaydakı Bessarabiyanı 
işğaldan  sonra  əhalisi  əsasən  almanlardan  ibarət  olan  Şimali  Bukovinanın 
(Avstriya  koronunun  tarixi  torpaqları)  da  alınması  Hitleri  xüsusilə  sarsıtdı.  O, 
Stalinin bu addımını rusların qərbə basqını kimi qəbul etdi. 
1940-cı  ilin  yazında  Şərqi  Prussiya,  Polşa  və  Bessarabiya  sərhədlərində 
sovet-rus  qoşunlarının  cəmləşməsi  xəbəri  Hitlerə  çatdırıldı.  Yalnız  Şərqi  Prussiya 
qarşısında    22  sovet  diviziyası  toplaşmışdı.  Hitler  bu  hadisədən  bərk  narahat 
olmağa başladı. 
1940-cı ilin avqustunda artıq Hitler general-feldmarşal Keytellə söhbətində 
sovet  təhlükəsinin  artmasını  qeyd  etmişdi.  Münhendəki  “Qəhvəyi  ev”də,  Hitler 
onun  üçün  tikilmiş  xüsusi  korpusda  Ribbentropla  söhbətində  Sovet  dövlətinin 
mövqeyindən  narazı  qaldığını  bildirmişdi.  Rus  qoşunlarının  yeni  hərəkətləri 
haqqında  daxil  olan  məlumatlar  Hitleri  coşdururdu.  Eyni  zamanda,  alman 

müəssisələrində kommunistlərin agentlərinin fəaliyyətinin güclənməsi haqqında da 
məlumatlar  alınırdı.  Artıq  Hitler  Stalinə  və  Sovet  dövlətinə  sərt  münasibətini 
gizlətmirdi. 
Ribbentrop xatirələrində yazırdı: “Mən bütün ciddiyyəti ilə Fürerə bildirdim 
ki,  Stalindən  təcavüz  gözləmək  olmaz.  Mən  Füreri  ehtiyatlandırdım  ki,  Rusiyaya 
qarşı  hər  hansı  bir  əks  addım  atılmasın.  Mən  hətta  Bismarkın  prevetiv  müharibə 
haqqında  sözlərini  də  xatırlatdım:  “Allah  özü  də  özgə  xəritəsinə  baxmağa 
qoymur”.  Hitler  bu  dəfə  bildirdi  ki,  o,  şübhə  ilə  yanaşır,  olsun  ki,  yəhudilər 
Moskvada  Stalinə  təsir  göstəriblər.  Mənim  bütün  etirazlarıma  baxmayaraq,  o, 
bildirdi ki, hər ehtimala qarşı ehtiyat hərbi tədbirlər görülməlidir. O, çox qayğılı və 
gərgin  idi”.  (330,  s.223)  Sonradan  Ribbentropun  cəhdlərinə  baxmayaraq,  Hitlerlə 
Stalinin  görşü  baş  tutmadı.  Belə  ki,  Stalin  Rusiyadan,  Hitler  isə  Almaniyadan 
çıxmaq  istəmirdilər.  Nəticədə,  problemlərə  aydınlıq  gətirmək  məqsədi  ilə  Xarici 
İşlər naziri Molotovun Berlinə dəvət edilməsi razılaşdırıldı. 
Molotov Hitlerlə söhbətində gizli protokola əsasən Finlandiyanın Rusiyanın 
maraq  dairəsində  olduğunu  bildirdi.  Hitler  isə  fikrini  dəyişərək  Finlandiyanı 
vermək  istəmirdi.  Bu  problemlə  bağlı  çox  inadkar  diskussiya  oldu.  Hitler  xahiş 
edirdi ki, Molotov bu məsələdə ona güzəştə getsin. 
Molotov  isə  söhbətində  Almaniyanın  Rumıniyaya  təminatından  Rusiyanın 
narazı  olduğunu  bildirdi.  Hitlerin  Molotova  cavabı  belə  oldu:  nə  qədər  ki,  Sovet 
İttifaqı  Rumıniyaya  hücum  etmək  fikrində  deyil,  onda  bu  təminat  da  ona  qarşı 
yönəlməyib. Bu halda Molotov Hitlerdən soruşdu: onda siz razısınızmı ki, belə bir 
təminatı  Rusiya  Bolqarıstana  versin.  Hitler  soruşdu:  Bolqarıstan  bu  haqda  sizdən 
xahiş edibmi? Molotov bu suala yayındırıcı cavab verdi. 
Hitlerlə  Molotovun  söhbəti  kifayətləndirici  olmadı  və  heç  bir  qərara 
gəlinmədən sona çatdı. Bu söhbətdən sonra Hitlerdə qəti təəssürat yarandı ki, artıq 
ruslar ciddi şəkildə qərbə cəhd edirlər. Odur ki, Hitler 1940-cı ilin dekabrın 13-də 
20 saylı direktivi ilə “Maritsa” əməliyyatını – Yunanıstana hücumu təsdiqlədikdən 
sonra  dekabrın  18-də  “Barbarossa”  planını  əsaslandıran  21  saylı  digər  sənədi 
imzaladı. “Barbarossa” planında o, Sovet İttifaqına hücum planını belə açıqlayırdı: 
“Alman  Silahlı  Qüvvələri  Sovet  İttifaqını  hətta  ingilislərə  qarşı  müharibəni 
bitirmədən  sürətli  bir  əməliyyatla  əzməyə  hazır  olmalıdırlar..  Böyük  vaxt  tələb 
edən  bu  hazırlıq  tələb  edir  ki,  elə  bu  saatdan  başlamalı,  1941-ci  ilin  mayın  15-də 
yekunlaşmalıdır.  Qərbi  Rusiyadakı  kütləvi  rus  ordusu  zirehli    tankları  ilə  məhv 
edilməlidir... Son məqsəd Asiya Rusiyasına qarşı Volqadan başlamış Arxangelskə 
qədər  müdafiə  xətti  yaratmaqdır.  Sonradan  Rusiyanın  Uralda  qalan  son  sənaye 
rayonu “Luftvaffor” məhv edilə bilər”. (208, s.303) 
Sovet  İttifaqının  yürütdüyü  siyasət  Almaniyanı  narahat  edirdi.  Artıq 
Moskvada  ingilis-sovet  danışıqları  başlamışdı.  İngiltərənin  SSRİ-dəki  səfiri 
Stafford Krippe Kremldə Sovet rəhbərliyi ilə danışıqlar aparırdı. 

Eyni  zamanda,  Sovet  İttifaqının  Baltik  dənizindən  Qara  dənizə  qədərki 
ərazidə geniş hazırlığı ilə bağlı məlumatlar Almaniya rəsmi dairələrinə çatdırılırdı. 
Moskvanın serb çevrilişlərinin hökümət başçısı Simoviçlə müqavilə bağlaması da 
sovet-alman müqaviləsindən uzaqlaşıldığını göstərirdi. 
Hitler hələ 1938-ci ildə ehtiyatlanırdı ki, İngiltərə və Amerika kifayət qədər 
silahlanan  kimi  Almaniyaya  hücum  edəcəklər.  O,  çəkinirdi  ki,  İngiltərə  və 
Amerika Sovet İttifaqı ilə müqavilə bağlayarsa, onda Almaniya həm Qərbdən, həm 
də  Şərqdən  təcavüzə  məruz  qalacaq  və  1914-cü  ilin  müharibəsində  baş  verənlər 
təkrarlanacaq. Hitler başa düşürdü ki, iki cəbhədə uzunmüddətli müharibə aparmaq 
çox  çətin  olacaqdı.  Odur  ki,  o,  ingilis-amerikan  gücü  Qərbdə  hərəkətə  gəlməmiş 
Şərqdə  azad  nəfəs  almaq  istəyirdi.  Hitler  bir  neçə  ay  ərzində  Sovet  İttifaqını 
məğlub  etmək  istəyirdi.  Lakin  onun  Sovet  Ordusunun  imkanları  və  Amerikanın 
köməyi haqqındakı səhv hesablamaları fəlakətlə nəticələndi. 
SSRİ üzərinə hücum edərkən Hitlerin özü-özünə o qədər də inamlı deyildi. 
Söhbətlərinin  birində  Xarici  İşlər  naziri  Ribbentropa  demişdi:  “Biz  bilmirik  ki, 
Şərqdə açacağımız qapıların arxasında hansı güc dayanır”. (330, s.243) 
Almaniya-SSRİ  müharibəsi  getdikcə  labüd  xarakter  alırdı.  Almaniyaya 
qarşı İngiltərə, Amerika və SSRİ üçlüyü eyni mövqeyə yaxınlaşırdı. Almaniyanın 
isə  münasibətləri  zəif  sayılan  İtaliya,  az  ümid  bəslənilən  Yaponiya  dövləti  idi. 
Çünki,  Yaponiya  dövləti  Almaniya ilə  razılaşmadan 1941-ci  ilin aprelində  Xarici 
İşlər  naziri  Yesuko  Maçuokanın  iştirakı  ilə  Rusiya  dövləti  ilə  hücum  etməmək 
haqqında  müqavilə  imzalamışdı.  Vəziyyətin  belə  gərginləşməsinin  bir  səbəbi  də 
Ribbentropun fikrincə, Qərb və Şərq yəhudiçiliyinin əks-alman əlaqələri idi. 
Bundan  əlavə,  Sovet  İttifaqı  müharibəyə  ciddi  hazırlığa  başlamışdı.  Sovet 
sərhədlərinin özündə bu hazırlıq belə izah olunurdu: “Müharibədən qabaqkı illərdə 
ordu  yenidən  təşkil  olundu:  ərazi-milis  prinsipi  üzrə  qurulan  qoşun  hissələri  və 
birləşmələri  ləğv  edildi;  silahlı  qüvvələr  tamamilə  daimi  qüvvə  vəziyyətinə 
keçirildi.  Ordunun sayı xeyli  artmışdı.  Silahlı  Qüvvələrin daimi qüvvələr prinsipi 
üzrə  qurulması  “Ümumi  əsgəri  vəzifə  haqqında”  1939-cu  ilin  sentyabrında  SSRİ 
Ali  Sovetinin  qəbul  etdiyi  qanunda  təsbit  edildi.  Sovet  dövləti  çalışırdı  ki,  onun 
ordusu kapitalist dövlətlərinin ordularından güclü olsun. Sosializm nailiyyətlərinin 
müdafiəsi,  habelə  bütün  dünyada  sülh  uğrundakı  mübarizənin  müvəffəqiyyəti  bir 
çox  cəhətdən  SSRİ-nin  və  onun  Silahlı  Qüvvələrinin  gücündən  asılı  idi”.  (187, 
s.518) Daha bir səbəb də sovet-alman münaqişəsini gərginləşdirdi. 
1941-ci ilin yanvarın 17-də Berlindəki sovet səfiri Dekanozovun Almaniya 
Xarici  İşlər  Nazirliyinə  təqdim  etdiyi  sənəddə  göstərilirdi  ki,  Bolqarıstanın 
ərazisində  və  dəniz  sularında  xarici  qoşunların  görünməsi  SSRİ-nin  maraqlarının 
təhlükəsizliyi kimi qəbul ediləcək. 
Bunun  müqabilində  sovet  səfirinə  Almaniyanın  mövqeyi  açıqlandı. 
Bildirildi  ki,  Almaniya  İngiltərənin  Yunanıstana  qoşun  çıxarıb  orda 
möhkəmlənməsinə  etiraz edir və  buna  mane  olacaq. Eyni zamanda  o, Türkiyənin 

ərazi  müstəqilliyinə  də  hörmətlə  yanaşır.  Digər  tərəfdən,  ingilis  qoşunlarının 
Yunanıstan  ərazisində  möhkəmlənməsi  Almaniyanın  Balkanlardakı  Həyati 
maraqlarını  təhlükədə  qoyur.  Bununla  yanaşı,  Yunanıstana  qarşı  əməliyyatların 
keçirilməsini  reallaşdırmaq  üçün  alman  qoşunları  Bolqarıstanın  ərazisindən 
keçməlidir.  Bu  isə  sovet  maraqlarının  təhlükəsizliyinin  pozulması  kimi 
anlaşılmalıdır.  Bundan  əlavə,  Almaniya  dəniz  sularında  sovet  maraqlarını  nəzərə 
alıb Montre statusuna yenidən baxmağa hazırdır. (330, s.247) 
Qeyd etdiyimiz kimi, İngiltərə və Amerika da sovet-alman münasibətlərinin 
gərginləşməsində  maraqlı  idi.  Hələ  1940-cı  ilin  yayında  Çörçill  demişdi  ki,  heç 
yarım il keçməyəcək ki, Rusiya Almaniyaya qarşı çıxacaq. 
Amerikanın  Sovet  İttifaqı  ilə  yaxınlaşmasından  sonra  isə  Ruzvelt  işarə 
edirdi  ki,  tezliklə  Rusiya  Almaniyaya  qarşı  müharibəyə  başlayacaq.  ABŞ-ın 
məşhur  senatoru,  respublikaçı  Taft  1941-ci  ilin  yayında  “Nyu-York  Tayms” 
qəzetindəki  məqaləsində  yazırdı:  “Ruzveltin  məqsədi  hadisələrin  inkişafını 
müharibəyə yönəltməkdir”. (330, s.252) Ruzveltin məqsədini təsdiqləyən daha bir 
fakt  ABŞ  səfiri  Bullitin  Polşa  səfiri  Potoçskiyə  dediyi  sözlərdir:  “Ruzveltin 
məqsədi  odur  ki,  Almaniya  ilə  Rusiya  arasında  hərbi  toqquşma  olsun  və  bütün 
demokratik ölkələr Almaniyaya hücum edib onu təslim etsinlər”. (330, s.253) 
Göründüyü  kimi,  digər  böyük  dövlətlər  də  Almaniya  ilə  Rusiya  arasında 
müharibə təhlükəsini reallaşdırırlar. 
Bundan  əlavə,  Sovet  İttifaqı  hərbi  gücünü  artırmaqda  davam  edirdi.  Əgər 
Polşaya  hücum  ərəfəsində  Sovet  dövlətinin  motorlaşdırılmış  və  tank 
birləşmələrinin  sayı  65  idisə,  artıq  1941ci  il  müharibəsi  ərəfəsində  onların  sayı 
158-ə  çatdırılmışdı.  1941-ci  ilin  mayında  Stalin  Kremldəki  çıxışlarının  birində  
bildirmişdir ki, artıq indi Sovet İttifaqının gələcək məqsədi yalnız silah gücünə əldə 
oluna bilər. Qızıl Ordu buna hazırdır. 
V.  Suvorov  yazırdı  ki,  artıq  1939-cu  ilin  19  avqustundan  SSRİ-də  “gizli 
səfərbərlik” başlamışdı və bu iş 1941-ci ilin iyulun 6-da SSRİ-nin Almaniyaya və 
Rumıniyaya hücumu ilə nəticələnməli idi. (Qeyd edək ki, bəzi tədqiqatçılar Sovet 
qoşunlarının Almaniya üzərinə 1942-ci ildə hücum edəcəyini əsaslandırırlar). 
Gizli  səfərbərlik  hücumla  yekunlaşmalı  və  “M”  günü  elan  edilməli  idi. 
Lakin,  Hitlerin  gizli  səfərbərlikdən  xəbəri  vardı  və  o,  Stalini  iki  həftə  qabaqladı. 
Odur ki, SSRİ-də “M” günü elan edilmədi. (334, s.171) 
Vəziyyətdən  çıxış  yolunu  Hitler  Sovet  İttifaqına  hücum  etməkdə  görürdü. 
Onun Sovet İttifaqına hücumunun bir səbəbi də özünü Stalinin qəfil hücumundan 
və  Qərbin,  eləcə  də  Şərqin  təzyiqindən  qorumaq  idi.  Hitler  üç  böyük  dövlətin  – 
İngiltərə,  Amerika  və  SSRİ-nin  birgə  hücumunda  Almaniyanın  məğlubiyyətini 
görürdü. Odur ki, qəfil olaraq Sovet İttifaqına hücum etməyə (330, s.245) üstünlük 
verdi. 
Qeyd  edək  ki,  Hitlerin  ətrafında  olan  Birinci  Dünya  hərbini  uzun  müddət 
Şərq cəbhəsində keçirən feldmarşal fon Rundştedt və Almaniya Quru Qoşunlarının 

Baş  Komandanı  feldmarşal  fon  Brauxiç  və  Baş  qərargah  rəisi  general  Qalder 
Hitleri  Sovet  İttifaqı  ilə  müharibədən  çəkindirməyə  çalışırdılar.  Uzun  illər 
Rusiyada  yaşamış,  bu  ölkəni  və  Stalini  yaxşı  tanıyan  general  Göstrinq  də  Hitlerə 
ehtiyatlı olmağı məsləhət edirdi. Lakin Hitler öz fikrində qəti idi. 
 
Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin