Nazir S. Həsənova



Yüklə 17,84 Kb.
səhifə2/5
tarix02.01.2022
ölçüsü17,84 Kb.
#2512
1   2   3   4   5
2. Əlilliyin səbəbləri

2.1. Tibbi-Sosial Ekspert Komissiyaları keçmiş hərbi qulluqçulara aşağıda göstərilən əlillik səbəblərini müəyyən edirlər;

-  Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik;

-  Müharibə əlilliyi;

-  Hərbi xidmət vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar əlillik;

-  Hərbi xidmət dövrü ilə əlaqədar əlillik;

-  Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik;

-  Ümumi (hərbi xidmətlə əlaqədar olmayan) xəstəliklə əlaqədar əlillik.

2.1.1.         "Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir:

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmiş hərbi qulluqçunun yaralanması (travma, kontuziya, zədələnmə) və ya xəstələnməsi) Azərbaycan Respublikası dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Dövlət quruluşunun müdafiəsi zamanı;

b)  Dövlət sərhədini müdafiə edərkən;

v)   kəşfiyyat və əks-kəşfiyyatla bağlı hərbi tapşırığı yerinə yetirərkən;

q)  Hərbi əməliyyatlar zonasında hərbi xidmət vəzifəsini yerinə yetirərkən mina partlayışı, yaxud odlu silahla yaralanma nəticəsində əmələ gəldikdə.

2.1.2. "Hərbi xidmət vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar əlillik" səbəbi yaralanma (travma, kontuziya, zədələnmə) və ya xəstələnmə hərbi xidmət vəzifəsinin yerinə yetirilməsi ilə bağlı (2.1.1 bəndinin "q" yarımbəndi istisna edilməklə) əmələ gəldiyi hallarda müəyyən edilir.

2.1.3. Müharibə əlilliyi. 

"Müharibə əlilliyi" səbəbi yaralanma (travma, kontuziya, zədələnmə) və ya xəstələnmə SSRİ-nin müdafiəsi zamanı və SSRİ Silahlı Qüvvələrinin tərkibində xarici dövlətlərdə hərbi xidməti vəzifəsini yerinə yetirməklə əlaqədar baş verdikdə müəyyən edilir.

2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik.

2.1.5. Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik.

2.1.6. Ümumi xəstəliklə əlaqədar əlillik.

2.2.            2.1.1, 2.1.2. bəndlərində göstərilən əlillik səbəbləri yaralanma (travma, kontuziya zədələnmə), xəstələnmənin səbəb əlaqəsi Hərbi - Həkim Komissiyasının qərarında "Hərbi travma" xülasə edilmiş rəyi şəklində verildikdə müəyyən edilir.

Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq edilən "Xəstəlik haqqında şəhadətnamə"də və "Mərkəzi Hərbi-Həkim Komissiyasının Qərarı"nda hərbi xidmət zamanı alınmış yaralanmanın (travma, kontuziya, zədələnmə) və ya xəstəliyin nə zaman, harada və hansı şəraitdə baş verməsi göstərilməlidir;

2.3.            2.1.4, 2.1.5, 2.1.6 bəndlərində göstərilən əlillik səbəbləri yaralanma (travma, kontuziya, zədələnmə), xəstələnmənin səbəb əlaqəsi Hərbi-Həkim Komissiyasının qərarındakı xülasə edilmiş rəyə və 4.3 bəndinə uyğun olaraq müəyyən edilir.




Yüklə 17,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin