ZƏRBƏ dalğASl İLƏ ZƏDƏLƏNMƏ



Yüklə 17 Kb.
tarix19.12.2016
ölçüsü17 Kb.
ZƏRBƏ DALĞASl İLƏ ZƏDƏLƏNMƏ

Zərbə dalğası partlayış mərkəzindən hər tərəfə böyük sürətlə yayılan sıxılmış hava kütləsinin hərəkətindən ibarətdir. Zərbə dalğası binaları, istehsalat avadanlığını, qurğuları, texniki vasitələri dağıdır, mühafizə olunmayan canlıları zədələyir. Zərbə dalğasının dağıdıcı və zədələyici təsiri onun izafı təzyiqi ilə təyin olunur. Zərbə dalğasından yaranmış travmanı bəzi hallarda sarsıntı (kontuziya) kimi də adlandırırlar. Zərbə dalğasının izafı təzyiqinin orqanizmə daxil olması nəticəsində boş orqanların barotravması yaranmş olur.

Orqan və sistemlərin zədələnməsinin patogenezi zərbə dalğasının və ikincili mermilerin (qəlpələrin) orqanizmə birbaşa təsiri və mərkəzi sinir sistemi vasitesi ile dolayısı təsirdən yaranır.

Digər travmalardan fərqli olaraq, zərbə dalğasından əmələ gəlmiş zədələnmələr, yaratımış orqan dəyişiklikləri (silkələnmə, qansızma və s.) əsas etibarilə qeyri-cərrahi profilli mütəxəssislərin (nevropatoloq, psixiatr, terapevt) fəaliyyət dairəsinə daxildir. Belə ki, bu zədələnmələr zamanı orqan dağılması müşahidə olunmur. Kliniki mənzərədə qapalı kəllə-beyin travmasının fəsadları diqqəti cəlb edir. Zərərçəkən huşunu itirmiş olur, sonuncu bərpa olunduqdan sonra isə görmə, eşitme və nitq pozuntuları yaranır. Bəzi hallarda tam lal-karlıq əmələ gəlir. Uzun müddət davam edən adinamiya, bulbar pozuntular, üz sinirinin parez vo iflici, epilepsiyaya bənzər və psixomotor oyanıqlıq tutmaları zərbə dalğası üçün xarakterik sayılır. Vətər, sümüküstü və dəri retleksləri zəifləmiş və bir sıra hallarda patoloji reflekslər əmələ gəlmiş olur. Vazomotor dəyişikliklər akrosianoz, hiperhidroz, termorequlyasiya pozuntusu əmələ gəlib inkişaf edir. Xəstələr nevropatoloq ve psixiatr tərəfindən müayinə və müalicə olunmalıdırlar.

Bir sıra hallarda zərbə dalğası ağciyerləri barotravmaya uğradaraq kəskin emfizemaya və bronxial astmaya gətirib çıxara bilər. Emfizema təngnəfəslik (xüsusi ilə fiziki gərginlikdən sonra) və travmanın ilkin günlerinde qanhayxırma ilə təzahür edir. Daha sonra ekspirator boğulma yaranır. Bronxial astmanın klinik mənzərəsinə güclü hiperhidroz, taxikardiya əlavə olunur. Eozinofiliya qeyd edilmir. Bronxial astmanın bu forması simpatik təmin tonusunun pozulması ve alveol, bronxiollann barotravma nəticəsində zədələnməsi ilə bağlıdır.

İzafı təzyiq nəticəsində baş vermiş zədələri yüngul, orta ağır və ən ağır qrupa bölünülər.



Yüngül zədələnmə 0,1-0,25 kq/sm2 izafi təzyiq nəticəsinda baş verir. Bu zaman yüngül kantuziya, əziklər, çıxıqlar ola bilər.

Orta zədələnmə 0,25-0,5 kq/sm2 izafi təzyiq təsirindən olur, burada eşitmə qabiliyyətinin pozulması, huşun itməsi, güciü başağrısı, sınıqlar, qanaxmalar, çıxıqlar oia bilər.

Ağır zədələnmə 0,5-0,7 kq/sm2 izafı təzyiqdən baş verir. Qüvvətli zədələr, sınıqlar, çıxıqlar və s. əmələ gəlir.

Ən ağır zədələnmə izafı təzyiq 0,7-0,9 kq/sm2 ve artıq olduqda baş verir. Məsələn, Naqasaki şəhərində epimərkəzlərdən (partlayış mərkəzi) 800 m məsafədə olan adamlar zərbə dalğasından ölümcül zədə almışlar.

Barotravma bəzi hallarda ağciyərlərin xronik qeyri-spesifik xəstəliklərinə gətirib çıxarır.

Zərbə dalğasının təsirindən ürəkdə də bir sıra dəyişikliklər baş verir. Ürəyin küt travması – silkələnmə zamanı ritm və keçiricilik pozğuntusu ile zərbədən dərhal sonra əmələ gəlir. Ürəyin əzilməsi zamanı isə ritm pozuntusu, ürək nahiyəsində ağrılar, tonların karlaşması və s. travmadan bir neçə saat və yaxud sutka sonra əmələ gəlib inkişaf edir. Zərərçəkmiş şəxslərdə bəzən travmatik miokard infarktı və yaxud miokard cırılması halları da müşahidə olunur.

Bir sıra orqan patoloji dəyişikliklər ikincili xarakter daşıyaraq, travmadan üzun müddət sonra əmələ gəlir. Bu, əsas etibarilə neyro-humoral təsirdən yaranıb inkişaf edir. Hipertoniya, stenokardiya, vegetativ-damar pozuntuları belə dəyişikliklərə aiddir.



Beləliklə, zərbə dalğası zədələnməsi sindromu gur vegetativ əlamətlərlə keçən qapalı kəllə-beyin travması, ağciyər və ürək zədələnmələri əlamətləri toplusundan ibarətdir.

MÜALİCƏ PRİNSİPLƏRİ. Kəskin dövrdə xəstə etrafında tam sakitlik yaradılmalı, zərərçəkmişin yuxusu bərpa olunmalıdır. Orqanizmin ümumi müqavimət qabiliyyətini möhkemləndirən və tonusunu artıran preparatlar, müalicə idmanı, psixoterapiya təyin edilir. Ürəyin zədələnməs zamanı ağrı sindromu, ritm pozğunluğunu aradan qaldırmaq üçün tədbirlər həyata keçirilməlidir. Ümumiyyətlə, yaranmış patoloji dəyişikliklər zamanı, əsasən, simptomatik müalicə aparılır.
Каталог: external -> ckfinder -> userfiles -> files -> test orxan -> files
files -> Şəhərsalmanın əsasları” fənnindən testlər
files -> AZƏrbaycan memarliq və İNŞaat universiteti İNŞaat materiallari kafedrasi iNŞaat materiallari və MƏmulatlari fəNNİNDƏN
files -> Avtomatikanın müasir texniki vasitələri
files -> 1. Mətn prosessoru imkan verir
files -> 2. Web-səhifələri hansı dilin köməyi ilə yaratmaq olar?
files -> Azərbaycan Memarlıq və İnşaat Universiteti «Ictimai fənlər» kafedrası «Azərbaycan tarixi» fənni üzrə imtahan testləri
files -> 644a Peşə etikası
files -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan memarliq və İNŞaat universiteti
files -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan memarliq və İNŞaat universiteti


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə