Nazir S. Həsənova


Hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi qaydaları



Yüklə 17,84 Kb.
səhifə3/5
tarix02.01.2022
ölçüsü17,84 Kb.
#2512
1   2   3   4   5
3. Hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi qaydaları

3.1.   Keçmiş hərbi qulluqçuya hərbi xidmətlə əlaqədar əlillik onun hərbi xidmətlə əlaqələndirilmiş yaralanması (travma, kontuziya, zədələnmə), xəstəliyi bilavasitə, ayrılıqda götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir.

3.2.   Hərbi-Həkim Komissiyasının qərarı, yaxud qərarları ilə eyni bir keçmiş hərbi qulluqçunun xəstəliyi "hərbi xidmət dövrü ilə əlaqədar", kontuziyası "xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar" müəyyən edilərsə, bu halda əlilliyin səbəbi, ən azı üçüncü dərəcə əlillik təyin etməyə əsas verən xəstəlik, kontuziya yaxud yaralanmanın səbəbi götürülməlidir.

Əgər, xəstəlik, kontuziya yaxud yaralanma hər biri sərbəst olaraq ayrılıqda üçüncü dərəcə əlillik təyin etməyə əsas verirsə, bu halda hərbi qulluqçuya daha yüksək təminat verəcək əlillik səbəbi müəyyən edilməlidir.

3.3.            Hərbi xidmətlə əlaqədar əlillik, hərbi xidmət zamanı alınmış yaralanmanın (travma, kontuziya, zədələnmə) və ya xəstəliyin bilavasitə nəticələrinə görə, yaxud da bunların fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir.

3.4. Tibbi-Sosial Ekspert Komissiyaları, keçmiş hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərini müəyyən edərkən, aşağıda göstərilən hərbi-tibbi sənədlərdən (bu təlimatın uyğun olaraq) istifadə edə bilərlər;

a)                                                                                     Xəstəlik haqqında şəhadətnamə - "Xəstəlik haqqında şəhadətnamə" müəyyən olunmuş formada, hərbi xidmət zamanı alınmış yaralanmanın (travma, kontuziya, zədələnməvə ya xəstəliyin nə zaman, harada və hansı şəraitdə baş verməsi göstərilməklə hərbi-tibbi müəssisələrin və hərbi-tibbi hissələrin hərbi-həkimKomissiyası tərəfindən verilir. Hərbi qulluqçunun hərbi xidmətə yararsız olması (yaxud yaralığının məhdudlaşması) barədə hərbi-tibbi müəssisələrin və hərbi-tibbi hissələrin Hərbi-Həkim Komissiyasının verdiyi "Xəstəlik haqqında şəhadətnamə" Mərkəzi NNK tərəfindən təsdiq edilmiş olduqda qanuni qüvvəyə malikdir.                       

b)  Mərkəzi Hərbi-Həkim Komissiyasının Qərarı

v)   Hərbi-tibbi müəssisələrin və hərbi-tibbi hissələrin hərbi-həkim Komissiyasının hərbi xidmət zamanı alınmış yaralanmanın və ya xəstəliyin nə zaman, harada və hansı şəraitdə baş verməsi göstərilməklə) arayışı;

q)  Hərbi-tibbi müəssisələrin və Hərbi-tibbi hissələrin ekiprizi*;

d)  hərbi və hərbi-tibbi arxivləri arayışı*.

3.5. Hərbi-Həkim Komissiyasının xəstəlik şəhadətnaməsində və ya Mərkəzi NNK-nın qərarında yaralanma (travma, kontuziya, zədələnmə) və ya xəstələnmənin səbəbi göstərilmədikdə,yaxud TSEK bu qərarla razılaşmadıqda keçmiş hərbi qulluqçunun sənədləri baxılmaq üçün Mərkəzi Hərbi-Həkim Komissiyasına göndərir.




Yüklə 17,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin