Naxçıvan Muxtar Respublikası Əd liyyə Nazirliyi Kəngərli rayonunda in zibati ərazi dairəsi üzrə nümayəndə


İdmançıların muzey ziyarətləri davam edir



Yüklə 1,88 Mb.
Pdf görüntüsü
səhifə15/17
tarix02.01.2022
ölçüsü1,88 Mb.
#1781
1   ...   9   10   11   12   13   14   15   16   17
İdmançıların muzey ziyarətləri davam edir

    Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin  “Muzeylərlə

əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr

tarixli Sərəncamına əsasən təşkil olunan “Muzey günləri”nin keçirilməsi

tarixi  irsimizin  öyrənilməsi  baxımından  əhəmiyyətli  və  əlamətdar

hadisədir.  Sərəncama  uyğun  olaraq  muxtar  respublikada  fəaliyyət

göstərən idman federasiyalarının məşqçi-müəllimləri, idmançıları da

muzeylərimizi ziyarət edirlər.

    Xəbər  verdiyimiz  kimi,  hər  həftə  muxtar  respublikada  fəaliyyət

göstərən idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzində

istirahətləri təşkil olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin

Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman Nazirliyi, Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə

iyulun  14-15-də

Ağbulaq  İstirahət

Mərkəzində fiziki

imkanları məhdud

idmançıların  isti-

rahəti təşkil edilib.

     Mərkəzdə Par -

alimpiya  Federa-

siyasının idmançı-

larını təşkilatçı qu-

rumların  nüma-

yəndələri qarşılayıblar. Onlara mərkəz haqqında geniş məlumat verilib.

Nahar  yeməyindən  sonra  proqrama  uyğun  olaraq  idmançılar  üçün

müxtəlif  idman  oyunları  təşkil  edilib.  Böyük  marağa  səbəb  olan

oyunların ardınca onların Ağbulaq kəndi ərazisindəki təbiət abidələri

ilə  tanışlığı  və  “Ağbulaq”  bulağına  yürüşü  olub.  Şam  yeməyindən

sonra  isə  federasiyanın  idmançıları  üçün  vətənpərvərlik  mövzusunda

sənədli film nümayiş etdirilib.

    İstirahətin  ikinci  gününə  səhər  gimnastikası  ilə  başlayan  fiziki

imkanları məhdud idmançılar əyləncəli oyunlarda iştirak edib, vətən-

pərvərlik mövzusunda mahnılar dinləyiblər. Nahar yeməyindən sonra

idmançıların Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahətinə yekun

vurulub və onlar Naxçıvan şəhərinə qayıdıblar.



Ceyhun MƏMMƏDOV




Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin